69
C a v a b: Xeyr, bunun mümkünlüyü müzakirə olunmur və bu mövzuda danışıqlar aparılmır.
Ümumiyyətlə,
heç bir yenilik yoxdur və əlavə heç nə deyə bilmərəm. Siz bilirsiniz ki, Azərbaycan Ermənistan tərəfindən
təcavüzə məruz qalmışdır və ərazilərimizin bir hissəsi – 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal
edilmişdir. Əlbəttə, Ermənistanın və Azərbaycanın bir müdafiə sazişində və təşkilatında olması yolverilməzdir.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, Azərbaycan isə yox. Bu münaqişə həll
olunmayınca və erməni işğalçı qoşunları bizim əraziləri tərk etməyincə, təbiidir ki, biz
Ermənistanla müdafiə
xarakterli bir təşkilatda, sadəcə, ola bilmərik. Odur ki, bu mövzuda danışmaq hələlik tezdir.
Fürsətdən istifadə edərək, qardaş Qazaxıstan xalqına uğurlar, tərəqqi arzulamaq istəyirəm. Bu iki gün ərzində
mən yeni paytaxtı gördüm, tikinti işlərinin sürəti, burada yaradılan gözəllik böyük təəssürat buraxdı. Nursultan
Abişoviç Nazarbayevin bu işdə xidmətləri böyükdür. O bütün qazax xalqının səylərini səfərbər edərək, əslində,
yeni paytaxt, yeni şəhər yaratmışdır.
Martın 2-də Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana ilk dövlət səfəri başa çatdı. Həmin gün
prezident İlham Əliyev Astana hava limanından Bakıya yola düşdü.
* * *
Astana şəhərindən Bakıya qayıdarkən prezident
İlham ƏliyevBinə beynəlxalq hava limanında jurnalistlərin suallarına cavab verdi.
S u a l:
Cənab Prezident, Qazaxıstana ilk səfəriniz çərçivəsində müzakirə olunan məsələlər Sizi razı
saldımı?
C a v a b: Bəli, razı saldı. Bir çox məsələ müzakirə olundu, ikitərəfli münasibətlər haqqında geniş fikir
mübadiləsi aparıldı. Energetika sahəsində mövcud olan layihələr, onların perspektivləri müzakirə edildi.
Müzakirə olunan bütün məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür. Qazaxıstan Azərbaycanla tərəfdaşdır,
dost–qardaş ölkədir və mən də keçirilən danışıqlardan çox razıyam.
S u a l:
Prezident Nursultan Nazarbayev Xəzəryanı ölkələrin antiterror mərkəzinin yaradılması təklifi
ilə çıxış etmişdir. Sizin buna münasibətiniz necədir, yəni buna zərurət varmı? Ümumiyyətlə, bu ilin
sonunadək Xəzəryanı ölkələrin dövlət başçıları sammitinin keçirilməsi nəzərdə tutulurmu?
C a v a b: Bu məsələ səfər çərçivəsində müzakirə olunmamışdır. Biz gərək bu təklifə hərtərəfli baxaq, təhlil
edək. O ki qaldı sammitin keçirilməsinə, hələlik belə bir zərurət yoxdur. Yəqin ki, ekspertlər səviyyəsində işlər
getməlidir, məsələlər hazırlanmalıdır. Bizimlə Qazaxıstan arasında bu məsələ ilə əlaqədar heç bir fikir ayrılığı
yoxdur.
Mən oradakı çıxışlarımda bildirdim ki, əgər bizim Qazaxıstanla və Rusiya ilə,
eyni zamanda,
Rusiya ilə
Qazaxıstan arasında olan sazişlər əsas götürülsə, hərtərəfli sazişə tezliklə nail olmaq mümkündür. Mən hesab
edirəm ki, bizim aramızda olan müqavilələr bunun üçün gözəl bir zəmin yaradır.
S u a l:
Cənab Prezident, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri belə bir bəyanat vermişdir ki,
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda çıxılmaz vəziyyət yaranmışdır. Sizin buna
münasibətiniz necədir?
C a v a b: Mən hesab etmirəm ki, çıxılmaz vəziyyət yaranıbdır. Bəzən belə bəyanatlar səslənir. Necə
deyərlər, bəzən belə bəyanatlar bir-birini təkzib edir, ziddiyyət təşkil edir. Bilirsiniz ki,
Rusiya tərəfindən
səslənən bəzi bəyanatlar çox ümidverici bəyanatlar idi. O cümlədən, həmsədrlər Bakıda səfərdə olarkən verilən
bəyanatlar. İndi yeni bəyanatlar verilir. Bilmirəm, belə bəyanatların verilməsinə hansı əsas vardır.
Mən düşünmürəm ki, çıxılmaz vəziyyətdir. Hesab edirəm ki, çıxış yolu var və o yol da hamı üçün aydındır.
Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yoludur. Pozulmuş ərazi bütövlüyünün bərpası
yoludur. İşğalçı qüvvələrin işğal olunmuş torpaqlardan çıxması şərtidir. Bu yol beynəlxalq hüquq normalarına
əsaslanır.
Qazaxıstanda aparılan danışıqlarda da bu məsələ müzakirə olundu. Prezident Nazarbayev öz tərəfindən bir
daha bəyan etdi ki, bütün ölkələr təcavüzkar separatizmin əleyhinə birgə fəaliyyət göstərməlidir. Ərazi
bütövlüyü prinsipi əsas tutulmalıdır. Ona görə əgər
bu prinsiplər əsas tutularsa, həmsədrlər də bu nöqteyi-
nəzərdən çıxış etsələr, çıxış yolu vardır.
S u a l:
Cənab Prezident, Siz Qazaxıstanda muzeyi gəzdiniz. Bu, ölkənin tarixini, milli dəyərlərini əks
etdirən bir muzey idi. Amma təəssüf ki, Azərbaycanda muzeylər bölünüb və onların vəziyyəti yaxşı
deyildir. Siz bir çox göstərişlər verirsiniz, yeni bir muzeyin tikilməsini gözləmək olarmı? Ümumiyyətlə,
Azərbaycanda bu cür muzey yaradıla bilərmi?
C a v a b: Mən bu barədə hələ oraya getməmişdən əvvəl fikirləşirdim. Ümumiyyətlə, düşünürdüm ki,
Azərbaycanın muzeylərinin vəziyyəti o qədər də ürəkaçan deyildir. Bəlkə də hansısa
qərarlar, proqramlar qəbul
olunmalıdır. Əlbəttə, mövcud muzeylərimiz əsaslı təmir edilməlidir. Çünki onların böyük əksəriyyəti həm də
70
memarlıq abidələridir. Eyni zamanda, orada eksponatlar da nümayiş etdirilir. Baxmaq olar, hesab edirəm, əgər
ehtiyac varsa, yeni muzey kompleksinin yaradılması yerinə düşər. Bu hər bir ölkə üçün vacibdir. Azərbaycanın
böyük tarixi var, zəngin mədəniyyəti, ənənələri var. Gərək onların hamısı həm ölkə vətəndaşlarının diqqət
mərkəzində olsun, eyni zamanda, xaricdən gələn qonaqlar da onları görsələr, yaxşı olar.
S u a l:
Cənab Prezident, Xəzərin sularında üzən gəmilərə nəzarət edən birbaşa səlahiyyətli orqan
yoxdur. Hətta bu gəmilərin hərəkətinin tənzimlənməsini həyata keçirən qanunlarda da boşluqlar
mövcuddur. Elə bundan irəli gəlir ki, bir çox gəmilərimiz müsadirə olunur. Məsələn, vaxtilə Həştərxanda
da olub, indi də Qazaxıstanda bizim "Kəpəz" balıqçı gəmimiz saxlanılıbdır. Yaxın müddətdə bu sahədə
hansı yeniliklər ola bilər?
C a v a b: Gərək gəmilər qanunsuz üzməsin. Qayda-qanun olmalıdır. Əlbəttə, burada qeyri-qanuni
fəaliyyətlə məşğul
olan qurumlar var, ayrı-ayrı fərdlər var. Müvafiq orqanlar bununla mübarizə aparmalıdır.
Amma, əlbəttə, bu daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Əminəm ki, birgə səylərlə bu
məsələ də öz həllini tapar. Sağ olun.