73
olmalıdır. Mən
buraya təkcə öz dostumu yox, həm də qardaşımı tapmaq ümidi ilə gəlmişəm. Bunlar bir-birindən
tamamilə fərqlənir. Mən buna çox şadam.
İndi bizə həm Azərbaycanda, həm də Gürcüstanda insanlar baxır, onlar da sevinirlər. Çünki bizi, ilk
növbədə, insani münasibətlər birləşdirir. Hətta bir-birimizdən xoşumuz gəlməsəydi belə, onda da ölkələrimiz
arasında münasibətləri qırmaq mümkün olmazdı. Bizim aramızda ilkin söhbətlər və fikir mübadilələri oldu. Bu
səfərdən sonra bizim münasibətlərimiz daha çox inkişaf edəcək və möhkəmlənəcəkdir.
İ l h a m Ə l i y e v:
Çox sağ olun, bəlkə də mən protokolu bir balaca pozacağam, çünki biz yalnız bəyanat
verməliyik. Mətbuat nümayəndələrinin də burada iştirak etdiyini nəzərə alaraq demək istərdim ki, şəxsən mən
belə ətraflı tanışlığa şadam. Dövlət rəhbərləri arasındakı münasibətlər bir çox cəhətdən ölkələr arasındakı
münasibətləri də müəyyənləşdirir. Hörmətli Mixail Nikolayeviç, mən həm də şadam ki,
Sizinlə mənim aramda
dərhal belə dostluq və qardaşlıq münasibətləri yaranmışdır. Mən bunu çox qiymətləndirirəm.
Mən fürsətdən istifadə edib prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar matəm mərasimində iştirak
etdiyinizə, ona öz ehtiramınızı bildirdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizin
Heydər Əliyevin fəaliyyətinə verdiyiniz qiymət tamamilə düzgündür və prezidentimizi tanıyanların hamısı
tərəfindən tam dəstəklənir. Deyə bilərəm ki, həm Azərbaycan xalqı, həm də, əminəm ki, Gürcüstanda yaşayan
azərbaycanlılar onun xatirəsinə ehtiramınıza və onun fəaliyyətinə belə qiymət verdiyinizə görə Sizə minnət-
dardırlar. Mən əminəm ki, aramızda yaranmış şəxsi münasibətlər xalqlarımızın
xeyrinə olacaq, ölkələrimizin
daha da yaxınlaşmasına kömək edəcək və bununla da bizi daha da güclü edəcəkdir.
74
AZƏRBAYCAN–GÜRCÜSTAN SƏNƏDLƏRİNİN
İMZALANMASI MƏRASİMİ
Martın 4-də geniş heyətdə Azərbaycan–Gürcüstan danışıqları başa çatdıqdan sonra Prezident sarayında
Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı ilə Azərbaycan–
Gürcüstan sənədlərinin imzalanması mərasimi oldu.
Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili "Azərbaycan Respublikasının
və Gürcüstanın birgə bəyannaməsi"ni imzaladılar.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında "Təhsil
sahəsində əməkdaşlıq haqqında saziş", “Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında
informasiya sahəsində əməkdaşlıq haqqında saziş” sənədləri imzalandı.
* * *
Azərbaycan–Gürcüstan sənədləri imzalandıqdan sonra prezidentlər İlham Əliyevin və Mixail
Saakaşvilinin birgə mətbuat konfransı keçirmiş və jurnalistlərin suallarına cavab vermişlər.
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Qardaş Gürcüstanın prezidenti, hörmətli Mixail Nikolayeviç Saakaşvilini Azərbaycanda bir daha səmimi-
qəlbdən salamlamaq istərdim. Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfərinin böyük əhəmiyyəti var.
Ölkələrimiz bütün sahələrdə – siyasi,
iqtisadi, mədəni sahələrdə bir-biriylə tarixən çox sıx bağlıdırlar.
Ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir. Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi
sahəsində birgə səylər, məsələlərin geniş spektrinə dair siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq, ümumi
energetika layihələri, habelə ölkələrimizi və xalqlarımızı birləşdirən tarixi dostluq və qardaşlıq hissləri bu gün
inamla belə deməyə əsas verir ki, Gürcüstanla Azərbaycan
strateji tərəfdaşlar, mehriban qonşular və qardaş
ölkələrdir.
Azərbaycanda biz Gürcüstanla münasibətlərə böyük əhəmiyyət veririk. Əminik ki, ölkələrimiz qarşıya
qoyulmuş məqsədlərə, iqtisadi yüksəlişə, vətəndaşlarımızın rifahının yaxşılaşmasına ancaq birgə səylərlə nail
ola bilərlər. Elə etmək lazımdır ki, vətəndaşlarımız daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşasınlar.
Bizi bir-birimizə ümumi nailiyyətlər də, ümumi problemlər də bağlayır, bir-birimizi çox yaxşı başa düşürük.
Gürcü və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin bütün tarixi ərzində ölkələrimiz arasında həmişə
qarşılıqlı hörmət, məhəbbət, qardaşlıq, həyanlıq hissləri olmuşdur. Tariximizin ən çətin anlarında
biz həmişə
bir-birimizə kömək etmişik və bundan sonra da belə olacaqdır.
Çox mühümdür ki, Gürcüstan və Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkələrimiz arasında
inteqrasiya prosesləri daha da möhkəmlənmişdir, halbuki Sovet İttifaqının süqutundan sonra yaranan digər
müstəqil ölkələr inteqrasiyadan tam uzaq olmuşlar. Bizdə isə əks proses getmişdir. Biz daha sıx, daha fəal
işləyərək aydın başa düşürdük ki, yalnız birgə, məqsədyönlü iş sayəsində böyük uğurlara nail ola bilərik. Bax,
bunun nəticəsidir ki, indi qarşılıqlı münasibətlərimiz çox yüksək səviyyədədir.
Əminik ki, gələcəkdə birgə fəaliyyət, xarici siyasət istiqamətində səylərimizi əlaqələndirmək
sayəsində
ölkələrimiz daha yaxın olacaq, ən başlıcası isə, ölkələrimizdə insanlar daha yaxşı yaşayacaqlar.
Bu gün biz hörmətli Mixail Nikolayeviçlə qarşılıqlı münasibətlərimizi hərtərəfli təhlil etdik, məsələlərin həlli
yollarını nəzərdən keçirdik. İkitərəfli, regional xarakterli məsələlərdə baxışlarımız tam uyğun gəlir. Gürcüstanın
və Azərbaycanın yeni rəhbərliyi arasında, prezidentlər arasında belə etibarlı, səmimi münasibətlər yaranması
çox vacibdir. Əminəm ki, bu, ölkələrimizin öz şanlı yolunu gələcəkdə də birlikdə, çiyin-çiyinə davam
etdirməsinə fəal kömək göstərəcəkdir. Biz buna böyük əhəmiyyət veririk. Eyni zamanda, ona da böyük
əhəmiyyət veririk ki, Gürcüstan prezidenti özünün ilk səfərlərindən birini Azərbaycana etmişdir.
Bu bizim üçün
çox mühüm, qiymətlidir. Düşünürəm ki, bu, xalqlarımız üçün də mühümdür.
Azərbaycanda gürcü icması, Gürcüstanda isə Azərbaycan icması mövcuddur. Hər iki ölkədə buna böyük
əhəmiyyət verilir ki, Gürcüstandakı azərbaycanlılar və Azərbaycandakı gürcülər özlərini evlərindəki kimi hiss
etsinlər. Bu da məhz belədir. Əlbəttə, ölkələrimizdə yaşayan insanların həyat səviyyəsi də, rahatlığı da,
təbii ki,
ölkələrimiz arasındakı münasibətlərdən asılı olacaqdır.
Mən hörmətli Gürcüstan prezidentini və Gürcüstan nümayəndə heyətinin bütün üzvlərini Azərbaycanda bir
daha salamlamaq istərdim. Siz öz evinizdəsiniz, bura sizin evinizdir. Biz dostluq, qardaşlıq ənənələrinə həmişə
sadiq olmuşuq və əminik ki, bu siyasət gələcəkdə də davam etdiriləcək və daha sıx əməkdaşlığa yönəldiləcəkdir.