İxtisasın şifri və adı: 060406 – statiSTİka kurs: III qrup: 2772 Elmi rəhbər: İqtisad üzrə fəlsəfə doktoru Yusifov Y. X. Magistr proqramının rəhbəri: Dos. V. E. Teymurova Kafedra müdiri: Prof. S. M. Yaqubov baki 2016 m ü n d ə r I c a t


III Fəsil. ÜMUMİ DAXİLİ MƏHSULUN VƏ ONUN KOMPONENTLƏRİNİN BEYNƏLXALQ MÜQAYİSƏSİ



Yüklə 0,8 Mb.
səhifə21/32
tarix27.12.2023
ölçüsü0,8 Mb.
#163853
1   ...   17   18   19   20   21   22   23   24   ...   32
ibad farida

III Fəsil. ÜMUMİ DAXİLİ MƏHSULUN VƏ ONUN KOMPONENTLƏRİNİN BEYNƏLXALQ MÜQAYİSƏSİ
3.1 ÜDM-nin alıcılıq qabiliyyəti pariteti əsasında hesablanması və onun əhəmiyyəti
Gəlirlər istehsal, bölgü proseslərinin nəticəsində formalaşır, sosial-iqtisadi inkişafın maddi əsasını təşkil edir. Dövlət, müəssisə, sahibkar öz fəaliyyətini əldə olunan maliyyə vəsaiti ilə həyata keçirir. Bu vəsaitin mənbəyi istehsal prosesində əldə olunan gəlirlər hesabınadır. Mahiyyət etibarilə gəlirlər il ərzində istehsal prosesində əldə olunan gəlirlər hesabınadır. Gəlirlərin artması hər bir sahibkarın perspektiv inkişafında iqtisadi, təşkilati, elmi-texniki tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Həmçinin gəlirlər stimul yaratmaq mexanizmidir. Əhalinin cəmiyyətdən aldığı vəsait artır, istehlak qabiliyyəti yaxşılaşır. Bu da öz növbəsində istehsalın sonrakı artımına və gəlirlərin yüksəlməsinə müsbət təsir edir. Dövlətin gəlirləri ayrı-ayrı sahələrin gəlirlərindən ibarətdir, onların məcmuudur. Dövlətin gəlirlərinin əsas göstəricisi, mənbəyi il ərzində istehsal olunmuş istehsal vasitələrinin və istehlak şeylərinin həcmi, onların qiyməti təşkil edir. Bu məhsulların reallaşması nəticəsində ümumdaxili məhsul formalaşır və ümumdaxili məhsulun dəyərindən istehsal vasitələri və material məsrəflərinin dəyəri çıxıldıqda milli gəlir formalaşır. Milli gəlir cəmiyyətin istehsal və istehlak tələbatını ödəyən, həyat səviyyəsini formalaşdıran sintetik ümumiləşmiş gəlir göstəricisidir. Milli gəlirin artırılması istehsal və sosial təyinatlı tədbirlərin həyata keçməsinə şərait yaradır [18].
Milli gəlirin artımı, onun strukturu həm istehsalın tələbatını ödəyir, həm də əhalinin tələbatına uyğun olur. Ona görə də hər hansı bir sahənin genişlənməsi milli gəlirin sahə üzrə bölgüsündən asılıdır. Azərbaycanda milli gəlirin yaranmasının əsas mənbəyi sənaye və kənd təsərrüfatı sahələridir. Məntiqi olaraq demək olar ki, bu sahələrin inkişafı üçün daha çox vəsait ayrılmalıdır. Milli gəlirin bölgüsü və yenidən bölgüsü nəticəsində hər bir iqtisadi subyektin alıcılıq qabiliyyəti formalaşır. Milli gəlirin əsas bölgüsü istehsalın genişlənməsi və istehlakın ödənilməsi üçün istifadə olunur. Milli gəlirin bir hissəsi isə əhalinin istehlak tələbatını ödəmək üçün əməyin kəmiyyət və keyfiyyətinə uyğun olaraq bölünür, şəxsi istehlak fondu formalaşır və əhalinin alıcılıq qabiliyyəti formalaşır. Göstərilən gəlir formaları makroiqtisadi səviyyədə iqtisadi və sosial inkişafın templərini, proporsiyalarını tənzimləmək üçün istifadə olunur. Milli gəlirin bölgüsündə əhalinin payını müəyyən edən gəlir səviyyəsi nominal gəlirlər adlanır. Nominal gəlirlər sahibkarın və əhalinin xərclərini ödəmək üçün ilkin bölgü yolu ilə əldə olunan gəlirlərdir.
Real gəlirlər nominal gəlirlərdən kəmiyyət və struktur baxımından fərqlidir. Real gəlirin dəyişməsinə təsir edən amillər nominal gəlirlərin dəyişməsinə başqa müstəvidə təsir edir [16]. Məsələn, əgər vergilərin artması istehlakçıların alıcılıq qabiliyyətini azaldırsa, dövlətin büdcə vəsaitini çoxaldır, kapital qoyuluşu imkanlarını artırır. Xalq istehlakı mallarının qiymətinin artması ayrı-ayrı istehlakçıların alıcılıq qabiliyyətini azaldır, lakin həmin məhsulu istehsal edən sahibkarın, şirkətin, dövlətin gəlirini artırır. Real gəlirlərin formalaşmasının əsas mənbəyi nominal gəlirlər, yaxud istehsal həcmi və onun məhsuldarlığıdır. Nominal və real gəlirlər arasında fərqlər məhsulun reallaşması prosesindən də asılıdır, yaxud tələb və təklifin uyğunluğundan asılıdır. Real gəlirlər öz strukturu və dinamikası ilə həyat səviyyəsinin ümumiləşmiş, sintetik keyfiyyət göstəricisidir. Onun hesablanma qaydası, metodiki cəhətdən mürəkkəb və çoxsahəli olduğu üçün hesablanılır. Nominal və real gəlirlər arasında nisbət iqtisadi tənzimləmə sistemində istehsal, bölgü və istehlakın əlaqəli tarazlı inkişafı üçün əhəmiyyətlidir.
Əhalinin gəlirlərini formalaşma mənbələrinə görə aşağıdakı təsnifata bölmək olar:

    1. Dövlət müəssisələrindən, şəxsi sahibkarlıqdan müxtəlif mülkiyyətdən asılı olmayaraq təşkilatdan əməyə görə verilən haqq

    2. Formalaşma mənbələrinə görə əhalinin tələbatını ödəmək üçün müvafiq mərkəzləşdirilmiş fondların, ayrı-ayrı müəssisələrin, sahibkarların gəlirləri hesabına ictimai istehlak, sosial müdafiə, sosial inkişaf və digər fondlar yaradılır.

    3. Əhali gəlirlərinin formalaşması maliyyə-kredit sistemi mexanizminin təkrar bölgü prosesində rolu ilə həyata keçirilir. Belə ki, ayrı-ayrı subyektlər, dövlət, sahibkarlar, ayrı-ayrı fərdlər, şirkətlər öz pul vəsaitlərini kredit resursları kimi istifadə etdikdə müəyyən dövrdən sonra faiz şəklində əlavə vəsait mənimsəyirlər.

    4. Əhalinin gəlirlərinin bazar iqtisadiyyatı şəraitində daha sürətlə artan mənbəyi rolunu şəxsi təsərrüfat, sahibkarlıq, xüsusi təsərrüfat, sahibkarlıq, xüsusi təsərrüfat, icarədarlıq təşkil edir.

    5. Əhalinin gəlirlərini istehlakla uyğunlaşdırılması üçün biz ona tələbatı ödəmə mənbəyi kimi baxırıq; alıcılıq qabiliyyəti kimi baxırıq; ona görə də nə vaxtsa yığılıb qalmış pul vəsaitinin, qızılın satılması nəticəsində, əmlakın satılması nəticəsində əldə olunan vəsaitə gəlir kimi baxırıq. Ona görə də əhalinin gəlir və istehlakını uyğunlaşdırdıqda məhz satılan əmlakdan yaxud yığılan puldan olan artımı nəzərə almaqla gəlir və istehlak balansı tərtib edirik

Ölkə ÜDM-nin 65 faizini neft gəlirləri təşkil etdiyindən neft qiymətlərinin düşməsi Azərbaycan üçün fəlakətli olub.Milli valyutanın kəskin devalvasiyası əhalinin alıcılıq qabiliyyətini qəflətən azaldıb.
Ölkə büdcəsi bu il üçün neftin bir barrelinin 50 dollar olacağı ümidi ilə tərtib edilib. Lakin indi, Azərbaycanın da Rusiya kimi öz büdcəsinə yenidən baxmağa məcbur olacağı gözlənilir. Belə vəziyyət neftin həm istehsalçı, həm də istehlakçısı olan ölkələri təsirləndirir [26]
Aparılan maliyyə siyasətinin səmərəliliyi təkcə manatın sabitliyini təmin etmək, alıcılıq qabiliyyətini möhkəmləndirməklə deyil, habelə həmin məqsədlərə nail olma vasitələri ilə müəyyən olunur. Məlumdur ki, hazırda aparılan pul-kredit siyasətinin məqsədi ölkədə bərqərar olunmuş maliyyə sabitliyini möhkəmlətmək, milli valyutanın məzənnəsini çevik tənzimləməklə onun sabitliyini qorumaq, beynəlxalq normalara uyğun xarici valyuta ehtiyatları yaratmaq, bank islahatlarını daha da dərinləşdirməkdir. Maliyyə sabitliyinə toxunmadan dövriyyədə olan pul kütləsinin artırılması və pul parametrlərinin lazımı səviyyədə saxlanılması mümkün olmuşdur. İndi respublikanın malik olduğu beynəlxalq maliyyə ehtiyyatlarının həcmi ölkənin beynəlxalq likvidliyini təmin edir [8]. İllər üzrə müqayisəli təhlil cədvəl 1-də təqdim edilmişdir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə