Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə43/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   39   40   41   42   43   44   45   46   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

Kottrel “atmosferi”
yaradırlar.Kottrel atmosferindən çıxması müəyyən qədər əlavə enerji tələb etdiyinə görə da-
xilolma bərk məhlulunun möhkəmliyi əvəzetmə bərk məhluluna nisbətən xeyli çox olur.
Əvəzetmə bərk məhlul qeyeri-məhdud və məhdud olurlar.
Qeyri-məhdud həllolma qabiliyyəti olan əvəzetmə bərk məhlulları aşağıdakı hal-
larda əmələ gələ bilərlər.
1).
Komponentlər eyni növ atom-kristallik qəfəsə malik olub, izomorfluq şərtini saxlamalı-
dırlar.
2).
Komponentlərin atom ölçüləri bir-birindən az fərqli olmalıdır.Bu fərq mis əsaslı ərinti-
lərdə 10-11%-ə qədər, dəmir əsaslı ərintilərdə isə 8%-dək olur.
3).
Komponentlər elementlərin dövrü sistemində bir-birlərinə yaxın olmalıdırlar.
Bərk məhlul
A(B)
simvolu ilə göstərilir. Burada a-bərk məhlulda kristal qəfəsi
saxlanılan metaldır, yəni həlledicidir, B-isə kristal qəfəsi yox olan, yəni həll olan elementdir.


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Qeyri-məhdud həll olan məhlularda
A(B)

B(A)
simvolları eyni mənalı olub,
α
ilə işarə edilir. Məhdud həll olan bərk məhlullarda
A(B)

α
işarəsi
B-nin A-da
məhlulunu,
B(A) – β
işarəsi isə
A-nın B-də
məhlulunu göstərir. Birincidə kristal qəfəs A-ya, ikinci də
isə B-yə məxsus olub, bir-birindən fərqlənirlər.
NİZAMLANMIŞ BƏRK MƏHLULLAR
Bilirik ki, bərk məhlulda həllolan elementin atomları həlledicinin kristal qəfəsində
nizamsız yerləşir.Lakin müəyyən şəraitdə atomların yenidən paylanması prosesi gedə bilir və
nəticədə onlar kristallik qəfəsdə nizamla yerləşə bilərlər.
Təsvir edilən bu proses
nizamlanma,
həllolan element atomlarının nizamlı düzül-
düyü bərk məhlullar isə
nizamlanmış bərk məhlullar
adlanır.
Nizamlanma diffuziyalı proses olduğundan nizamlanmış bərk məhlil almaq üçün,
ərntini çox kiçik sürətlə soyutmaq lazımdır
Ərintidə nizamlanmış bərk məhlulun yaranması üçün onda olan komponentlərin
nisbəti tam ədədlər nisbətində (1:1, 1:2, 1:3 və s.) olmalıdır. Məsələn bir mis atomuna bir qı-
zıl atomu düşdükdə bu nisbət
CuAu
düsturu ilə göstərilir.Nizamlanmış bərk məhlullara ,
bərk məhlulla kimyəvi birləşmə arasında, araliq faza kimi baxmaq olar.
Kimyəvi birləşmə üçün hər iki komponentin atomlarının krtistallik qəfəsdə düzgün
yerləşməsi və xassələrin kəskin dəyişməsi xarakterikdir.Lakin nizamlanmış bərk məhlullarda
kimyəvi birləşmədən fərqli olaraq, həlledici metalın kristal qəfəsi saxlanılır və müəyyən tem-
peraturadək qızdırdıqda nizamlanma dərəcəsi tədricən azalır, həmin temperaturdan yuxarıda
isə bərk məhlulun nizamlı düzülüşü pozulur.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə