Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

 48
olar?) tədqiqatın davamı kimi nəzərdə tutulmuşdur. Dərsdə aparılan araşdırma, bu 
prosesə cəlb edilən əlavə materiallar müzakirənin səmərəli keçməsinə səbəb olur.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində 
şagirdlərin fəallığının təmin edilməsinə xüsusi diqqət yetirilməlidir. Başqa sözlə
müəllim istiqamətləndirici suallardan istifadə etməklə  şagirdlərin müstəqil fikir 
söyləmələrinə, mövqelərini əsaslandırmalarına şərait yaratmalıdır. Şagirdlərdə belə 
bir qənaət möhkəmlənir ki, söz sənəti xalqın taleyinə, arzu və istəyinə laqeyd qala 
bilməz. Bədii söz ustası,  əslində, mənsub olduğu xalqın görən gözü, düşünən 
beynidir. Yaşadığı dövrdə baş verən mühüm hadisələrin arxasında nəyin 
dayandığını yazıçı hamıdan tez və  dərindən duyur, bunu sənətin ecazkar dilinə 
çevirərək müasirlərinə təqdim edir. O, başqalarının görə bilmədiyi, yaxud birtərəfli, 
yanlış qavradığı  həyati problemləri daha təsirli boyalarla, həm də onların bədii 
həllini verməklə  əks etdirir. Bədii  əsər yazıldığı dövrün həqiqi, gerçək mənzərəsi 
barədə sonrakı nəsillərdə də aydın təsəvvür yaradır. Bütün bunlar ədəbiyyatın insan 
və cəmiyyət üçün çox dəyərli olduğunun göstəricisidir. 
Çıxarılmış  nəticələrin fərziyyələrlə müqayisə edilməsi, tədqiqat sualı ilə 
əlaqəsinin aydınlaşdırılması unudulmamalıdır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
Müəllim üçün məlumat.  Ev tapşırıqlarının müəyyənləşdirilməsində müəllim 
sərbəstdir. O, dərslikdə  təklif olunmuş tapşırıqlara yaradıcı yanaşa bilər; 
tapşırıqlara  əlavələr etmək, onlarda ixtisarlar aparmaq mümkündür. Müəllim 
möhkəmləndirmək, yaxud reallaşdırmaq istədiyi standartlardan və s. çıxış edərək 
bu istiqamətdə dəyişiklik edə bilər. 
 
 


 49
ƏN YENİ DÖVR 
AZƏRBAYCAN ƏDƏBİYYATI 
 
I MƏRHƏLƏ  
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 
YARANMASINDAN ƏSRİN ORTALARINA QƏDƏR 
 
1. MİLLİ-MƏDƏNİ DİRÇƏLİŞ VƏ AZƏRBAYCAN XALQ 
CÜMHURİYYƏTİ DÖVRÜNDƏ ƏDƏBİYYAT (1918–1920) 
 
Mövzu: Əhməd Cavad. “Azərbaycan bayrağına” – 2 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə 
aydınlaşdırır. 
1.1.5.   
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirildiyi təqdimatların dinlənilib 
müzakirə edilməsi yolu ilə müəyyənləşdirilir.  
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması üçün müxtəlif 
yollardan – rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etmək 
mümkündür. Dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə 
aparmaqla da motivasiyanı yaratmaq olar.  
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır. 
Tədqiqat sualı: Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə, 
sizcə, daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır? 
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur. 
Tədqiqatın aparılması. Bu, fərqli təlim metodlarının, iş növü və formalarının 
(şeirdə izahına ehtiyac duyulan söz və ifadələrin, mətnaltı  mənaların olduğu da 
unudulmamalıdır) tətbiqi ilə  təşkil edilə bilər.  Əsərin oxusu üzrə  işin bir variantı 
dərslikdəki ardıcıllığın gözlənilməsi ola bilər. Yəni şeiri fərdi olaraq səssiz oxuyan 
şagirdlər lüğətdəki izahlara əsaslanmaqla ikihissəli gündəlikdə qeydlər edirlər. 
Əsərə münasibətdə mövqeləri eyni, yaxud yaxın olan şagirdlərin kiçik qruplarda 
birləşmələrinə və fikirlərini bölüşmələrinə imkan yaradılır. Qrup sözçülərinin təq-
dimatları  əsasında  fikir mübadiləsi və müzakirə aparılır. Həmin prosesdə  bədii 
təsvir və ifadə vasitələrinin hansı  səviyyədə müəyyənləşdirildiyi aşkara çıxarılır. 
Müəllim müzakirənin səmərəli keçməsi, şeirin məzmunu barədə şagirdlərdə dolğun 
təsəvvürün yaranması məqsədi ilə istiqamətləndirici suallardan istifadə edə bilər. 


 50
Oxunun təşkilinin digər bir variantı isə ikihissəli gündəliyin arxa plana 
keçirilməsi ola bilər. Yəni  şagirdlər  şeiri müstəqil (fərdi səssiz) oxuduqdan sonra 
ehtiyac duyduqları  mətləbləri müəllimin sualları  əsasında aydınlaşdırırlar. Məhz 
bundan sonra ikihissəli gündəlikdə qeydlər aparırlar. Bu qeydlər hər bir şagirdin 
məzmunu necə qavradığını,  əsərə ilkin münasibətini və s. aşkara çıxarmaq 
baxımından faydalıdır. 
Müəllim üçün məlumat: Əsərin oxusundan sonra şagirdlərə ilkin təəssüratla-
rını bölüşmək imkanı yaradılır. Bu, əsərin ilkin qavranılması səviyyəsi barədə mü-
əllimin təsəvvür qazanması və sonrakı işini səmərəli qurması üçün əhəmiyyətlidir. 
Oxunun hansı formada təşkilindən asılı olmayaraq – nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması  mərhələsində  həyata keçirilməli olan işlər 
diqqətdən kənarda qalmamalıdır. Söylənmiş fikirlərin ümumiləşdirilməsi, son 
qənaətin fərziyyələrlə müqayisə edilməsi ön plana çəkilir. Bu mərhələnin səmərəli 
keçməsi üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması və tətbiq 
etməsi məqsədəuyğundur. 
Bu dərsdə vaxtdan səmərəli istifadə etdikdə şifahi təqdimat üçün təklif olunmuş 
tapşırığın yerinə yetirilməsinə imkan yaranır. 
Təqdimat üçün müəyyənləşdirilmiş mövzular həm məzmunun dərindən 
mənimsənilməsi, həm də  təhlilin səmərəliliyi üçün əhəmiyyətlidir. Müəllim 
təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına 
xüsusi diqqət yetirməlidir.
 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə