Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

  

 

57



– Hə , o yazıq da bir cür çəkir. Bir dənə oğlun ola, o da belə bifər, nəşəxor. Nə bilim əşşi, 

Allah bilən məsləhətdi. 

–  Öz işidi, özü bilər. Vaxtında arvad məclislərində veyillənib qırt toyuqlar kimi boş-boş 

mərsiyə oxumaqdansa oğlunu tərbiyə eliyərdi. - atam mövzunu yenə  əvvəlki axara qaytarır: –

boşaldırsan otağı, ya yox? 

– Yox, mən həyətə yad adamın köçməsinə razı döyüləm, özü də kim-kim – rayonnu. 

Ay arvad, nədən qorxursan e – bayaqdan bəri otağın küncündə dinməz oturub təzə 

düzəltdiyi sümük təsbeyi cilalıyan kiçik əmim də söhbətə qoşulur, – qoy gəlsin də. Yaxşı  oğlan 

olar, qalar, həyətdə  iş-güc olanda adamın  əlinnən tutar. Yox, əgər zay çıxar, tutub çırparam 

eşşeycə, dalınnan da bir təpiy vuraram, atdanar öz rayonnarına. 

Araya yüngülvari bir sükut çökür. Yalnız əmimin öz təsbehinə sürtdüyü şkurkanın yüngül 

xışıltısı eşidilir. 

Nənəm bu dəfə söhbəti ayrı səmtə yönəldir. 

– Mən namaz qılan, oruc tutan adamam. Həyət-bacada paklığa , təmizdiyə fikir verirəm. 

Onnar nə bilirsən necə olacey, təmizkar çıxacey, ya natəmiz olacey.    

– Sən beyəm namazıvı  həyətin ortasında qılırsan? – Atam təəccüblənir. – Lap istəsən öz 

otağuva ayrıca su çəkərik, dastamazuvu da ayrıca orda alarsan. Üç metrə trubadı da. Buruğdan 

götüzdirərəm. 

Axırı  nənəm dözmür, görür ki, yox, bunlar əl çəkən deyil və bayaqdan bəri demək 

istəmədiyi sözü dilinə gətirməli olur.  

–  Əşi, nə yapışmısuz yaxamnan e. Nöş  məcbur eliyirsüz ki, hər  şeyi diyim. İyrənirəm 

olardan, bildüz? Murdaldular hamısı. Ayaqyoluya gedmillər. 

Hə, bu açıqlama, deyəsən, otaqdakıların hamısı üçün gözlənilməz olur. Təəccüblə 

baxışırlar. Nə danışır bu arvad, necə yəni ayaqyoluna getmirlər? Adam deyillər bəyəm? 

Birinci babam etiraz edir: 

– Sən də söz danışdın, ay Həsənağanın qızı, pravadnik işdiyəndə neçə il rayonnara gedib 

gəlmişəm, – bir anlıq susur, bəlkə də nəyisə xatırlamağa çalışır – heç sən deyəni görməmişəm.  

– Olmuyan şeyin neyini görəceysən. Onnarın həyətində ayaqyolu olmur. Özüm şahidiyəm, 

- nənəm uşaq vaxtı əyalətə etdiyi yeganə səfərindən epizod səsləndirir, – hələ təzə çatmışdıq ora 

ki, rəhmətdik atam Həsənağanın qulağına utana-utana pıçıldadım ki, bəs, yoldan gəlmişik, bayıra 

çıxmaq istiyirəm. Atam da qonaq getdiyimiz evin sahibindən yavaşca soruşdu ki, uşaq 

ayaqyoluya getmək istiyir, hansı tərəfdədi? Ev sahibi də, əlinin yellədib ucu-bucağı görünməyən  

həyəti göstərdi, dedi ki, rəhmətdiyin oğlu, versin özünü həyətin o başına , ağacdardan birinin 

altında otursun da. Atam  dedi ki, yox, elə  şeyə öyrəşmiyiblər. Kişi dedi, zərər yoxdu, öyrəşər, 

çünki bizdə  sən deyən ayaqyolu tikmək adəti yoxdu. Müxtəsəri, qaldım kəsilə-kəsilə. Başıma 

oyun gəldi o üç gündə.  

Bəs özdəri neynirdilər? – Dayım başını qaldırmadan soruşur, deyəsən söhbət ona da 

maraqlı gəlir. 

–Elə özdəri də harda gəldi otururdular. Bir də görürdün yekə arvad özünü ağacdardan 

birinin altına verib uzun tumanının əteylərini açıb oturub, heç dünya aləm vecinə də döyül.  

– Eh, rəhmətdiyin qızı, - əmim zarafata salır, - day əteylərini uzadıb oturubsa deməli heç 

yeri görsənmir də. Nədən utansın ki. 




  

 

58



– Gic-gic danışma, - nənəm onun ağzınnan vurur, – bəs qanacaq-qabliyyət? Arvad yüz 

dənə adamın qabağında döşünü çıxardıb uşağın ağzına tutursa day, nə gözdiyim elənçiyinnən. 

Yox, mən həyitə qırağ adam buraxmağ istəmirəm. 

– Eh, ay arvad, – atam bezmiş halda ayağa qalxır. – Sən də  əlli il bundan qabaq bir dəfə 

rayon görmüsən, beynüvə yeriyib ki, elə hamısı elədi.  

– Elə döyül beyəm? – Nənəm qəribə bir hikkəylə mızıldanır. 

–  Əlbəttə, elə döyül. O vaxtlar hələ  kəndistan yerləri Nikalayın vaxtındakı kimiydi, indi 

Sovet hökuməti hər cür şərait yaradıb, təmizdik, səliqə-səhman.  

– Təmizdik adamın gərək canında olsun, – nənəm israr edir. 

Yenə  də ortaya ağır sükut çökür. Atam bu dəfə  nənəmin  şüuruna hansı istiqamətdən 

hücum eyləməyi düşünür,  əmim təsbehi daha yaxşı  ağartmaq barədə fikirləşir, babam isə

ümumiyyətlə, heç nə fikirləşmir, eləcə yerdə bardaş qurub bığlarını tumarlıyır. O da məlumdur 

ki, bizim köhnə kişilər ki, bığ-saqqal tumarlamağa başladı, daha heç nə düşünə bilməzlər, yəni 

beyinlərində yüngülvari tormozlanma gedər, çün bığ-saqqal onların fikrincə insan bədəninin elə 

mistik bir hissələridir ki, onlarla təmasda oldunsa, gərəkdi bütün dünyanı beynindən siləsən, bir 

sən qalasan, bir də sifətindəki tüklər (onlara xüsusi qulluq etməklərinin səbəbi də bu olub. Şəxsən 

mənim yadıma gəlir ki, məsəlçün, babam hər dəfə hamamdan çıxanda ağzının üstündən nazik bir 

dəsmal bağlıyıb bığlarını tarım sıxardı ki, quruyandan sonra yaxşı görünsünlər). Bəlkə  də 

əcdadlarımızın müəyyən sahələrdə qərbliləri irəli buraxmalarının səbəbi də olub ki, bütün günü 

heç nə eləmiyiblər, elə oturub bığ-saqqallarıyla mistik təmasa girməklə məşğul olublar…. 

Birdən-birə əmim əlindəki təsbehi bir kənara qoyub düz nənəmin gözünün içinə baxır və 

hamı hiss edir ki, arvadı yola gətirməkçün nəsə fikirləşib və sonradan atam təəccüb edəcəkdi ki, 

necə olub, belə bir fikir onun yox, məhz bu cüvəllağının ağlına gəlib. 

– Ay arvad, özün dimirdin ki, Quranda belə yazılıb,  əgər hər müsəlman heç olmasa, bir 

kafiri din yoluna gətirsə, böyük-böyük savablar qazanar? Hə, sən də hesab elə ki, bu kirayənişin 

də, arvadı da, dinnən bixəbər avam adamlardı, arvadını  çəkərsən öz yanuva, öyrədərsən ona 

paklığı, təmizdiyi, orucu, namazı, kəlmeyi-şəhadəti – əmim çaşsa da özünü o yerə qoymur, - nə 

bilim, imamların addarını. O da gedib kişisinə başa salar, dönüb sən istiyən adam olarlar, sən də 

savab qazanarsan. Görmürsən oğlanın adı da Mirsəftərdü, seyid-peyğəmbər övladıdu. Yox, əgər 

öyrədmey istəmirsənsə, onda deməli allahın buyruğunnan çıxırsan, elə özün kafir kimi bir şeysən. 

Hə, bu artıq, türkün sözü, qurşaqdan  aşağı  zərbəydi və  nənəmin  dodağaltı 

«əstağfurullah» deməyindən və barmaqlarının arasındakı  təsbehin  şaqqıltısının qəfildən 

surətlənməsindən  hiss olunur ki, bu cüvəllağı oğlunun dedikləri arvadı əməlli-başlı çaşdırıb, indi 

də götür-qoy eliyir, həm də, deyəsən etiraz etməyə bir bəhanə tapa bilmir.  

Bir xeyli fikirləşir və doğurdan da kiçik əmimin sözünün qabağında bir şey deyə bilmir. 

Mızıldanır. 

– Bəs toyuqları neyniyəceysüz? 

– Çölə atmıyıceysən ki? Kəsib yiyərik də – əmim gülümsünür, - ya da beş- on dənə Molla  

Məsməxanım kimi arvad yığıb ölənnərivün ruhuna bir yasin oxutdurarsan, ehsan vərərsən. 

Həmin axşam nənəm dəqiq fikrə  gələ bilmir, yalnız səhər durub bütün ailə üzvlərimizə öz 

son və dəyişməz qərarını elan edir. 

– İçəri otağı kirayə verirəm dostuvuza, amma şüşəbənddə yenə də toyuq saxlıyacam…            




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə