Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

  

 

59



Nənəmin bu kəlməni deyim tərzindən, duruş pozasından, toqquşan qaşlarından çıxan 

qığılcımlardan bütün ailə üzvlərimiz anlayır ki, bu saat nənəmin  ən yaxın «padruqası» Molla 

Məsməxanım yox, lap onun Allahı  də Göydən enib nənəmə yüz dəfə «sən öl» vursa da, arvad 

fikrini dəyişən deyil, –Toyuqlar toxunulmazdı, vəssalam. Arvad böyük bir minnətlə elan elədi ki,  

eybi yox, on beş kvadrat metrlik otağı da iyirmi kvadratmetrlik şüşəbəndin yarısını, hətta 

yarısından çoxunu da sizə güzəştə gedirəm, amma şüşəbəndin başında bir çəpərfason şey çəkin, 

orda toyuqlarım qalacaq. Cəhənnəmə ki, bir az heyvanların yerləri darısqal olar. Dözərlər. 

Nənəmin son qərarı öz absurdluğu ilə ən əvvəl atamı heyrətləndirir. 

– Necə  yəni evi verirəm, amma şüşəbənddə toyuq saxlıyacam? Bəs bu bedbaxtdar quş 

peyininin iyində yatıb dursunnar?  

– Dünya dağılmaz, onsuz da rayonda çoxusu elə tövlədə, mal-qareynan bir yerdə yatıllar. 

Odey, Molla Məsməxanımı inişil meclisə aparmışdılar rayona, özü öz göziynən görmüşdü ki, 

damın bu başında ineyləri saxlıyıllar, bu birsi başında özdəri yatıllar.  İndi diyirsən mənim 

toyuqlarım o ineylərdən beşbətər olacey? 

–  Əşşi , Molla Məsməxanımın da… – Atam birtəhər  əsəbini cilovluyub  sözünün dalını 

saxlayır, cibindən bir «Kosmos» siqareti çıxardıb yandırmaq istəyir, amma birdən görür ki, 

damağında artıq bir siqaret var və baş verən hadisələrə tamamilə biganə bir şəkildə bala-bala 

tüstüləməyindədi. Qutudan təzə  çıxan siqaret böyük sürətlə  pəncərədən aşağı uçur və atam 

ağzını açıb nəsə demək istədiyi zaman şapgəsini gözünün üstünə basmış kiçik əmim ona 

yaxınlaşıb qulağına nəsə  pıçıldayır. Atamın üzü gülür, dodaqları qaçır, amma sevincini büruzə 

verməməkçün tez özünü yığışdırsa da, nənəm, deyəsən, nəsə anlayır, başa düşür ki, bu kiçik gədə 

işə qarışdısa nəsə sarsaq, əndrabadi bir şey fikirləşəcək, onun bütün fikirlərini qatıb qarışdıracaq. 

Oğlanlarının  xosunlaşmasından ehtiyatlanan arvad əvvəl nəsə soruşmaq istəyir, lakin anlayır ki, 

ona heç nə demiyəcəklər onunçün də susur, sadəcə özü özlüyündə daha diqqətli olmağı 

qərarlaşdırır. 

–Yaxşı. - atamın səsindəki narazılıq tonlarının qəfildən itməsi nənəmin narahatlığını bir az 

da artırır. – Onda bu subbota uşaqları  səsdiyərəm, bir yerdə kömeyləşib o şüşəbəndin başına 

setka çekərig, toyuqlarıvı salarsan ora, sonra içəri otaqları yuyub təmizdiyərik, o yazıq da köçüb 

oturar. 

Nənəmin qaşlarının arasından yenə də qığılcımlar tökülür. 

– Süz nöşün yuyursuz? Qoy özü gəlsün, canı çıxıb təmizdəsin içərini. Atasının hambalısuz 

begəm? 


Atam yenə bir az əsəbləşsə də, əmim bu dəfə də onun qudağına nəsə pıçıldıyır və bu dəfə 

mən onun sözlərini çətinliklə də olsa eşidə bilirəm. 

– Baş qoşma. Subbota  əminəvəsi Eynulla rəhmətdik atasıyçün il verir, arvad meclisdə 

olacey. Qoy getsün, sonra rahat işimizi görərik də. 

Atam yenə sakitləşir və  nənəmin qaşqabaq sallatmağından hiss olunur ki, o biri 

uşaqlarından üstün tutduğu kiçik oğlunun məhz bu dar məqamda ona, müəyyən mənada

xəyanət edib əks cəbhəyə meyl göstərməsi heç ürəyinə yatmır. Amma narazılığını açıq  şəkildə 

büruzə verməyi də şəstinə sığışdırmır. Eləcə uzun donunun ətəklərini yığıb « Ya Allah!» deyərək 

ayağa durur, taxçadan canamazını, möhürünü götürüb namaz qılmaq niyyətində olduğunu hiss 

elətdirərək söhbəti xətm eliyir. 




  

 

60



Şənbə günü nənəm təğyiri-libas olub kəndə, yas məclisinə gedir, atamla əmim və bir neçə 

məhəllə  uşağı isə köməkləşib  şüşəbəndin başında altı kvadrat metrlik sahəyə nazik  məftildən 

setka çəkib balaca tövləfason yer düzəldirlər, bu vaxta qədər yekə otaqda keyfə baxıb 

partapartnan yumurtlayan toyuqları orda yerləşdirirlər.  

Əmim deyir ki, bu «azadlıqdan məhrumetmə» toyuqların məhsuldarlığına müəyyən ziyan 

vermiş olacaq, beləliklə, deyinməkçün arvadın  əlinə  bəhanə düşəcək.  Amma, eybi yox, bəd 

ayaqda dükannan beş-on dənə yumurta alıb peçatını silərik, gizdincə basarıq bunnarın altına. 

 

Ertəsi gün atam yataqxanada yaşayan dostu Mirsəftərə baş  çəkir, vəziyyəti ona danışır, 



razılaşırlar ki, elə günü bu gün bir o qədər də çox olmayan avadanlığını bizim həyətə daşısın, 

köçüb otursun.  

Səhəri nənəm kənddən gələndə Mirsəftər artıq şələ-küləsini nənəmin sevimli toyuqlarının 

keçmiş məkanına daşımaqdaydı.  

Arvad örpəyini ağzının üstünə  çəkib həyətə daxil olanda, onu görən  Mirsəftər hörmətlə 

salam verir, arvad isə salamına dodağucu, bəlkə də can dərdi cavab verməklə, onların gəlişiylə bir 

o qədər də razı olmadığını elə ilk görüşdən hiss elətdirmək istəsə  də, buna nail ola bilmir, 

bakılılara xas olan ədəb-ərkan nənəmdən asılı olmayaraq özünü büruzə verir, arvad elə bil qeyri– 

ixtiyari əlavə edir: 

-Xoş gəlmisiz, ay bala. Allah mehriban eləsin. 

Bunu deyəndən sonra, dilini saxlaya bilmədiyinə görə  özünü dodağaltı məzəmmətləyir: – 

hə, də, indi elə biləceylər ki, gözüm atırdı olarçun. 

Bunu  əlbəttə ki, heç kəs eşitmir və arvad öz otağının qapısını açıb içəri girir, lakin 

girməmişdən qabaq bayaqkı  səhvini düzəltməkçün qaşqabaqla, bir az da qəzəblə geri çönüb 

Mirsəftərə baxsa da, onun güc nümayiş etdirmək cəhdi uğursuzluqla nəticələnir, çünki həmin an 

təzə  və ilk kirayənişin üzünü çevirib özləriylə  gətirdiyi və yolda zədələdiyi yeganə stullarının 

boşalmış ayağını  bərkitməklə  məşğul idi. Nənəm bu qəzəbli baxışın boşa getdiyindən bir az da 

əsəbiləşir və gücü yalnız qapını arxasıyca bərk çırpmağa çatır. 

Eh, arvad ki, arvad. Çox elə başa düşəcəklər sənin bu qapı  çırpmağını. Uzaqbaşı elə 

biləcəklər ki, külək çırpıb. Sözün varsa çağır üzünə de. De ki, ay qurumsağ, nöş yoldan 

çıxartmısan uşağımı? İstəmirəm də siz bura gələsiz. Rədd olun çıxın gedin hardan gəlmisiz ora. 

Amma yox, nənəm heç vaxt belə  şey eləməz. Birincisi ona görə ki, ədəb-ərkanı imkan 

verməz, ikincisi də ki, əgər bu cür bir hərəkətə yol versə, qıraqdan gələnlər elə bilər ki, bu ailədə 

kişilərin sözünü sayan yoxdu, arvadlar hökm eləyir.  İndiki arvadlardan fərqli olaraq, belə  rəyin 

yaranmasını nənəm istəməz, heç istəməz. 

Təzə kirayənişin öz avadanlığını daşıyıb otağa doldurandan sonra nənəm paltarını dəyişib 

həyətə  çıxır, anbardakı kisələrdən  əlindəki balaca qaba xeyli buğda doldurub qapısında durub 

siqaret çəkən Mirsəftərin yanından etinasızlıqla keçərək  şüşəbəndə girir və toyuqlarına dən 

səpməyə başlayır. Bu hərəkətiylə sanki demək istəyir ki, bu evin sənə kirayə verilməsinə 

baxmayaraq, mən istədiyim vaxt bura gələcəm, touqlarıma baş çəkəcəm. 

Nə Mirsəftər, nə  də onun yanında dayanıb dərindən köksünü ötürən atam arvadın bu 

hərəkətinə heç bir reaksiya vermirlər, yəni buyur, bu sən,  bu  da  toyuqların, nə vaxt istəsən gəl, 

heyvanları yedizdir, içizdir, hətta istəsən gecə də onların yanında qal. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə