Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

  

 

65



…Yenə də babam, yenə də bu dünyagörmüş kişi öz qədim təfəkkürünün müasir gənclərin 

şüurundan daha sürətlə işlədiyini nümayiş etdirir.  

- Buna bax a, – kişi  əllərini yellədərək təəssüflə dillənir, – neçə vaxt idi o kopoyoğlu 

siçovulların kökünü kəsmişdik, indi diyəsən, yenə həyətə dadanıblar.  

Bunu deyib nəzərlərini yerdəki çil toyuğa dikir: 

– Heyif, gül kimi toyuq idi, Allah bilir hansı siçovul boğub onu… 

Hə, siçovul, əlbəttə ki… 

Atamla  əmim asudəliklə  nəfəs dərirlər və bir az da təəccüblənirlər ki, necə olub, belə bir 

inandırıcı  bəhanə  bu vaxta qədər onların ağlına gəlməyib. Axı bir il əvvəl, doğrudan da 

siçovullar nənəmin bir neçə cücəsini boğub öldürmüşdülər və məsələyə heç dəxli yoxdur ki, bu çil 

toyuq həmin cücələrdən üç dəfə böyük idi və yazıq heyvanın boynunda heç bir diş yarası 

görünmür;  həm də ki, necə olur, bir il qabaq həyətimizdən ayağı kəsilmiş bu murdar heyvanlar 

məhz indi, Mirsəftər bizim həyətə köçəndən sonra peyda olublar. Əlbəttə, bütün bunlar 

əhəmiyyətsiz  şeylərdir,  əsas odur ki, həm bu ölmüş toyuğun , həm də artıq atamla əmim 

tərəfindən ölümə  məhkum olunmuş o biri toyuqların qətlinə haqq qazandırmaqçün tutarlı bir 

bəhanə tapılıb. Bəli, siçovlular yenə də siçovullar. 

Arvad buna inanacaq, mütləq inanacaq. 

Bunu sınamaq üçün həm atamın, həm də Mirsəftərin ümid dolu baxışları  nənəmin 

yüngülcə  qırışmış üzünə dikilir və onun gözlərinin ifadəsindən növbəti hərəkətini  əvvəlcədən 

tapmağa çalışırlar. 

– Yəqin çıxacağımız var imiş  -Arvad baxışlarını toyuq cəsədindən ayırıb çox biganəliklə 

cavab verir – Təki ölən elə toyuq-cücə olsun, adam olmasun. 

Bunu deyib otağına tərəf addımlayır, lakin qapısını açıb içəri keçməmişdən əvvəl bir kəlmə 

də deyir: 

– Onsuz da, Molla Məsməxanıma demişəm iyirmi-otuz dənə də cücə tapsun mənimçün. – 

Və qapını ardıyca örtür. 

Bu sözlər bayaqdan bəri sevincək olmuş atamın üzünə yenə  də narahatlıq qığılcımları 

səpir. Arvad demək istəyir ki, bunların axırına çıxsaz da təzələrini alacam, o şüşəbənddə həmişə, 

ta qiyamət gününəcən toyuq-cücə saxlıyacam, istəyirsiz dalınızla divara çıxın, xeyri yoxdu.  

Həyətdəkilərin hamısı bu dəfə nədənsə kiçik əmimə baxır,  gözlərindən bu  sual oxunur ki

əgər arvad təzədən cücə çıxardıb toyuq saxlayacaqdısa, onda indiki  bədbəxt toyuqları zəhərliyib 

öldürməyin nə mənası var?  

Əmim hər  şeyi başa düşsə  də, yenə  təmkinini itirmir, başını yellədib gülümsəməklə 

həyətdəkiləri arxayın edir ki, fikir eləmiyin, arvad elə-belə, ürəyini boşaltmaqçün o sözü dedi, 

təzədən cücə saxlamaq niyyəti yoxdur. 

 

Bu məqamda mən kadrı saxlayıb diqqəti yenə də, kiçik əmimə yönəltmək istəyirəm. Bütün 



bu toyuq əhvalatı zamanı  əmimin soyuqqanlı, hətta arxayın olmasının səbəbi, o zaman 

həyətdəkilərin çoxuyçün qaranlıq qalsa da bircə  mən dəqiq bilirdim ki, hər halda kiçik oğul öz 

doğma anasını o biri övladlarından daha yaxşı tanıdığını açıq şəkildə nümayiş etdirmişdi. Dəqiq 

əmin olmasa da sövqi-təbii ilə hiss eləmişdi ki, əvvəl inadkarlıq göstərməsinə baxmayaraq, arvad 

beş-on toyuğa görə  həyətdə qanı qaraçılıq salıb, həm özünü, həm də külfətini camaat içində 



  

 

66



hörmətdən salan deyil. Elə buna görə  də o biri ailə üzvlərimiz həyəcan keçirdiyi zaman əmim 

müəyyən mənada soyuqqanlıdı idi, yəni həmişəki kimi dünya-aləm vecinə deyildi. 

Lakin görünür ki, ilk baxışdan sakit görünən nənəm ürəyini hələ tam boşaltmayıbmış, 

çünki  əmim rəhmətlik çil toyuğun ayaqlarından yapışıb zibil qabına tullamaqçün küçəyə 

aparanda nənəm bir də başını öz qapısından çıxarıb qəribə bir əda ilə deyir: 

– Həyifdi, tullamıyın onu. Filan qədər  ət var üstündə. Ver bunun arvadına, – təbii ki 

Mirsəftəri göstərir, – axşama çığırtma bişirsün süzə, Üç qərdeş bala-bala arağdan vurub yiyərsüz. 

Nənəm son kəlməsini dilinə gətirən kimi Mirsəftər növbəti dəfə yüngülcə diksinir ( yazıq 

bu bir saatın içində o qədər diksinmişdi ki, sonra arvadı onun canındakı qorxunu götürmək üçün  

güclə dartıb çıldağa aparmalı olmuşdu),  heç cür anlaya bilmir ki, bu «üç qərdeş» ifadəsini nənəm 

kinayəylə deyir, yoxsa həqiqətən də  onu öz oğlanlarıyla bir tutur. 

Əmimin isə bu ideya əvvəlcə, deyəsən bir o qədər də xoşuna gəlmir, nənəmə etiraz edir: 

-Əşi tullıyıram getsin də. Ölü toyuğun neyini bişirib yeyəcəyik e. 

-Nöşün ki? - Nənəmin sifətində büzüşmüş bir təbəssüm peyda olur. – Bütün günü  

dükannan baş-ayağı üstündə qalan ölü hökumət toyuqlarını alıb yimirsüz? Qəmsəmol  qərdeşün 

ölür onların ətiyçün ki. Mənim çil toyuqum əskiydu olardan? 

«Qəmsəmol» sözü atamı yenə də qıcıqlandırır, ən əsas da ona görə ki, artıq on ildən çox idi 

ki, komsomoldan komunistliyə tullanmışdı, amma nənəm bu sözü tələffüz etməyə  çətinlik 

çəkdiyindən, ya da qəsdən, elə həmişə atama «qəmsəmol» deyirdi. 

– Doğurdan a. – Əmim başına alma düşən Nyuton kimi qaşlarını qaldırır. – Bəlkə bişirib 

yeyək bunu. Öləndə nə olar ki?  

Bu yerdə yaşı az olan oxucularçün bir arayış vermək istəyirəm:  İndikilərdən fərqli olaraq 

Sovet dövründə dövlət mağazalarına çıxarılan toyuqların çox hissəsi həqiqətən də baş-ayağı 

üstündə satılırdı. Camaat arasında söz gəzirdi ki, rəngi adətən göm-göy olan və konslager 

əsirlərinə oxşayan bu arıq toyuqları elektrik cərəyanıyla öldürürlər, qaynar suya basıb tüklərini 

yoluşdururlar, sonra da elə baş-ayağı üstündə göndərirlər mağazalara. Yəqin ki, bunun səbəbi 

tullanmalı olan toyuq başının və ayaqlarının pulunu da camaatın cibindən çıxartmaq idi, amma 

hər nə idisə qiyməti ucuz olduğundan bazardan əl toyuğu almağa pulu çatmayan zəhmətkeş 

kütlələr bu göyərmiş toyuq meyitləriylə qane olurdu. Şəxsən mən özüm də, uşaq  olanda    çox 

yemişəm, insafən deyim ki, bişəndən sonra onların başqa toyuqların  ətindən heç bir fərqi 

olmurdu. Lakin nənəm kimi namaz qılan, oruc tutan adamlar bu toyuqları yemirdilər, murdar 

sayırdılar, çünki bildiyimiz kimi, heyvanın ətinin halal olmağı üçün o gərək müsəlman qaydasına 

uyğun kəsilib təmizlənsin, daha baş-ayağı da üstündə dükana göndərilməsin. Sözümün məğzi 

odur ki, nənəm ölü hökumət toyuğu deyəndə məhz bunları nəzərdə tuturdu). 

– Hə  də, – nənəm təkrar edir, – bişirün, yiyün, həm də istiyirsüzsə, bir-iki dənə o ölü 

toyuqlardan alıb qatun buna ki, tavada tək darıxmasın. 

Əmim sual dolu baxışlarını atama və Mirsəftərə dikir, onların üzündə razılıq nişanələri 

görən kimi, o da, sevinir. Artıq onlar bu çil toyuğu və eyni zamanda, hələ diri olan o biri toyuqları 

da, tavada qızarmış vəziyyətdə təsəvvür edirlər,  ağızları da yüngülvari sulanır. 

Əmim geri qayıdır,  əlindəki heyvanı Mirsəftərə uzadanda nənəm yalançı bir təəssüflə 

həyətdəkilərin ürəyində elə özünün yaratdığı gözəl xəyalları kökündən baltalayır. 

– Aa, yox e. Bişirib yeməy olmaz bunu. Axı o andıra qalmış siçovulun dişi deyib buna. 

Allah eləməsün, min cür xəstəlik keçər sizə. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə