Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

  

 

67



Əmim çaşır, bilmir toyuğu Mirsəftərə versin, yoxsa zibil qabına tullasın. Bir müddət 

yerində quruyub qalandan sonra başa düşür ki, arvad onları iki tərəfdən sıxıb. Toyuğu tullamağa 

əmimin, həqiqətən də heyfi gəlirdi, amma əgər onu bişirib yesəydilər, onda özləri etiraf etmiş 

olardılar ki, toyuqa siçovul dişi dəyməyib. 

Əmim başa düşür ki, arvad bu sözü ilə nəinki bunun, hətta artıq ölümə məhkum olunmuş 

o biri toyuqların da çığırtmaya dönmək planının üstündən xətt çəkmiş olur. Bunu arvadın özü də 

çox gözəl anlayır, elə bil öz toyuğunun qisasını alır və oğlanlarıyla onların dostunun çaşqınlığını 

ləzzətlə seyr edib özündən razı halda otağına daxil olur...  

 

Beləliklə, bu toyuq əhvalatı gözlənilməz olsa da, çox sakit bir sonluqla başa çatır. Ancaq 



yox, səhv dedim, hələ başa çatmır, sonrakı bir ay ərzində kiçik əmimin səyləri nəticəsində 

Mirsəftərin qaldığı evin şüşəbəndindəki o biri toyuqlar da bir-bir dünyasını dəyişirlər, günahkar 

isə, təbii ki, yenə də siçovullar elan edilir. 

Əmimin fikri düz çıxır, həqiqətən də  nənəm təzədən cücə alıb böyütmək fikrindən vaz 

keçir,  şüşəbəndin başında qurulmuş «mini» tövlə  ləğv edilir və bütün ev Mirsəftərin ixtiyarına 

verilir. 

Bu yerdə bəzi oxucular (əlbəttə, əgər bu yazını oxuyan varsa) deyə bilər ki, bəs, sən bakılı-

qeyri bakılı konfliklərindən danışırdın, ancaq sizin həyətdə ki, elə bir maraqlı  şey olmadı, bircə 

nənən az-maz narazılıq bildirdi, o da öz oğlanlarının təzyiqini görüb güzəştə getməli oldu. Bəs 

konflikt hanı? Heç konfliktsiz də əsər olar? 

Düzdü, konfliktsiz əsər olmur. Lakin neyləyim ki, məhz bizim ailədə bakılı-qeyri bakılı 

kontaktları bir o qədər də güclü partlayışlar yaratmadı, çünki həyətimizə  gələn kirayənişin yad 

adam deyildi, əvvəl qeyd elədiyim kimi atamın iş yoldaşıydı, qabaqlar da bizə çox gəlib-getmişdi

bizimkilər də ona elə qohum kimi baxırdılar.  

Lakin çox əfsuslar olsun ki, mənim danışdığıma oxşar hadisələr çox nadir hallarda baş 

verirdi.  Əksərən isə o vaxtlar, bakılı  və qeyri-bakılılar arasında çox böyük narazılıqlar olurdu, 

bunun da səbəbini  şəxsən mən çox adi bir şeydə görürdüm, yəni  şəhər və  kəndin coğrafi  şərait 

fərqində. Kənddən gələn həmvətənlərimizin çoxu heç cür dərk etmək istəmirdilər ki, şəhərdə 

kənddəki kimi yaşamaq olmaz, burada hər  şey başqa cürdür, bizimkilər isə heç cür anlamaq 

istəmirdilər ki, kənddən gələn adamların davranışında  şəhər camaatının bəyənmədiyi hansısa 

cəhətlər heç də onların qanmazlığının nişanəsi deyil, sadəcə  kənd mühitinə öyrəşdiklərindəndi, 

şəhərə adaptasiya olmaqları üçünsə bir azca vaxt lazımdı. 

Bəli, nə bakılılar, nə  də qeyri-bakılılar təəssüf ki, bütün bunların fərqinə varmırdılar, 

beləliklə, hər iki qövmün ürəyində əks tərəfə qarşı bəzən açıq, bəzən də gizli nifrət, qəzəb hissləri 

yaranırdı. 

O biri tərəfdən baxanda, bəlkə bu da təbii bir hadisədir, burda qeyri-adi heç nə yoxdur.  

Çünki  allahın bəşər zatında yerləşdirdiyi hisslərin içində ən böyük təsir gücünə malik olanları da 

elə qəzəb ilə nifrətdir və məncə, hər bir etnosun passionarlığının əsas qida mənbəyi məhz bu iki 

hissdir. İnsanın kiməsə nifrət etməsi, kiməsə qəzəblənməsi adi haldır, qandakı biokimyavi enerji 

(başqa dillə desək, adrenalin) nə yollasa zahirə çıxmalıdır. Qəzəb və nifrət obyektinin seçimi isə 

tarixi-ictimai şəraitdən asılıdır, yəni nisbidir. Tutaq ki, Bakıya yüz, iki yüz il ərzində kənardan heç 

bir axın olmayıb. Məgər onda bakılılar heç kimə nifrət etməyəcəkdilər? Yaxud heç kimə  qəzəb 

bəsləməyəcəkdilər?  Hansısa bir icma qapalı  şəraitdə yaşayırsa, onda bu hisslər özününkülərə 



  

 

68



qarşı yönəlir, elə necə ki, yönəlirdi də. Bunu Bakı  kəndlərinin timsalında bariz şəkildə görmək 

olar. Bakının özünə binayi-qədimdən müxtəlif insan axınları olsa da, Abşeron kəndləri, ta 

müstəqillik dövrünə qədər bu axınlardan müəyyən mənada, kənarda qalırdılar və demək olar ki

qapalı mühitdə yaşayırdılar. Onunçün də qeyd etdiyim qəzəb və nifrət hissləri özününkülərə 

qarşı yönəlmiş olurdu. - Məsəlçün, Maştağalılar Nardaranlılarla yola getmirdi, Zirəlilər 

Türkanlılarla didişirdi və s. Hətta kəndlərin öz içində müxtəlif nəsillər biri-birinə düşmən 

kəsilirdi. 

Eyni proseslər elə  əyalətlərdə  də mövcud idi və Bakıya axın başlananda bu nifrət, qəzəb 

hissləri sadəcə istiqamətini dəyişdilər. Bakılılar rayondan gələnlərdə  bəyənmədiyi hansısa  

keyfiyyətləri tapıb qabartmağa, rayon əhli isə bakılıların zay xasiyyətlərini  şişirtməyə başladılar 

və bu üsulla öz nifrətlərinə, qəzəblərinə haqq qazandırmış oldular.  

Belə kontaklar zamanı ya gələnlər düşdüyü yerin mühitində  əriyirlər, ya da düşdükləri 

mühiti öz içərilərində əridirlər. Bu zaman son nəticə hansı qrupun daha çox passionarlığa malik 

olmasından asılıdır, yəni «Cəngəllik qanunu»na uyğun olaraq təbii seçim gedir; qaliblər yaşamaq 

hüququ  əldə edir, məğlublar isə  hər  şeydən məhrum olur. Müəyyən mənada, buna ölüm-dirim 

mübarizəsi kimi də baxmaq olar. Fərq ondadır ki, bu mübarizə zamanı məhv olan insanlar yox, 

onların öz içində daşıdığı hansısa stereotiplər, komplekslər, normalar olur. 

Konkret olaraq bakılı və qeyri-bakılı kontaklarına da məhz bu müstəvidən yanaşıb aradakı 

konfliktləri təbii qəbul etmək lazımdır və etiraf edim ki, bakılılar bu mübarizədə  əvvəlcədən  

məğlubiyyətə  məhkum idilər. Çünki son yüz il ərzində Bakı  şəhəri inkişaf etdikcə  bakılıların 

passionarlıq dərəcəsi kəskin surətdə  aşağı düşmüşdü və camaatımızın  şüurunda durğunluğun 

əlamətləri açıq şəkildə özünü büruzə verirdi. Paytaxt şəhəri üçün dövlət tərəfindən yaradılan hər 

cür şərait - evlərdəki kommunal rahatlıq, orta, ali təhsil müəssisələrinin lap yaxında olmağı, külli 

miqdarda iş yerləri, möhtəşəm mədəniyyət, istirahət ocaqları, bir sözlə, həyatda nəyəsə nail 

olmaq və rahat yaşamaqçün bir o qədər də böyük zəhmətə, əziyyətə ehtiyacın qalmaması - bütün 

bu faktorlar bakılılarda həyat uğrunda mübarizə  əzmini öldürüb tənbəlləşdirdiyindən onların 

daha aktiv, daha enerjili qruplar tərəfindən həzm olunmaları labüd idi.  

İndi isə  əyalət adamlarının psixoloji durumuna nəzər salaq. Ən  əvvəl onu qeyd edim ki, 

burada da təbii seçimsiz ötüşmədi, yəni rayondan Bakıya passiv, tənbəl adamlar yox (passiv 

olanlar paytaxta gəlib hər  şeyi sıfırdan başlamaqdansa, rayonda qalıb mövcud şəraitlə qane 

olurdular), məhz yüksək passionarlığa, mübarizə əzminə, tükənməz daxili enerjiyə malik adamlar 

gəldi. Həyatda özünü təsdiq etməyə olan hədsiz həvəs, inadkarlıq, zəhmətkeşlik, dözüm, səbr – 

bu xüsusiyyətlər ötən  əsrin altmışıncı illərində paytaxta gələn  əyalət adamlarının böyük 

hissəsində müşahidə olunan xüsusiyyətlər idi və  əgər belə olmasaydı yamaqlı  şalvarda Bakıya 

gəlib ölüm-zülümlə ali məktəbə daxil olan, yeri gələndə günlərlə ac qalan, şəhərdə evi-eşiyi 

olmayan, müxtəlif çətinliklərlə üzləşən bu adamlar beş-on ildən sonra cəmiyyətdə özlərinə yer 

edib mənsəb, hörmət sahibi olmazdılar.   

Yazımın bu yerində adıçəkilən qruplar arasındakı konfliktlərin bir səbəbini də açıqlamaq 

istərdim. Məlumdur ki, insan başqasının ondan nədəsə üstün olduğunu çox çətinliklə qəbul edir, 

qıcıqlanır,  əsəbləşir, həsəd aparır, paxıllıq edir, qeyri-ixtiyari içində həmin adama nifrət yaranır. 

Bakılılarla qeyri-bakılılar arasında da eyni münasibətlər müşahidə olunurdu - əyalət adamları 

bakılıların paytaxtdakı  şəraitinə, rahat, əziyyətsiz həyatına, müasir düşüncəsinə gizli şəkildə 

həsəd aparır, qibtə edir, bakılılar isə zahirən hiss etdirməsələr də rayondan gələnlərin elmə



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə