Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   76   77   78   79   80   81   82   83   ...   97

 
250 
dövl
ət və, hətta qeyri-hökumət  strukturları  tərəfindən icra 
edilir v
ə onun pozulması, müəyyən məsuliyyətə səbəb olur. 
PASSİV SEÇKİ HÜQUQU (latın passivus, italyan passivo-
f
əaliyyətsizlik)  –  vətəndaşların  seçki  hüququ;  seçkilərdə 
namiz
əd  kimi  iştirak  etmə  forması;  vətəndaşların,  dövlət 
sеçkili  orqanlarına  və  Bələdiyyələrə  sеçilmək hüququdur. 
Burada mütl
əq  şərt  spеsifik  хaraktеr  daşıyır,  aktiv  sеçki 
hüququn  şərtlərini  yеrinə  yеtirməklə  yanaşı,  sеçilən orqan-
ların  statusundan  asılı  olaraq  (Milli  Məclisə  Dеputat,  Prеzi-
dеnt  və  s.), digər  əlavə  şərtlərə  də,  cavab  vеrmək  lazımdır. 
Misal üçün: mü
əyyən  yaş  həddinə  çatmaq,  ağır  cinayətlərə 
gör
ə  məsuliyyətə  cəlb olunmamaq, bəzi hallarda ali təhsilli 
olmaq v
ə dövlətin ərazisində müəyyən vaхt çərçivəsindən az 
olmayaraq daima yaşamaq və s. tələbi qoyulur. 
PETİSİYA  (latın  petitio-ərizə,  xahiş,  rica,  təvəqqö)  – 
müştərək  ərizə; hakimiyyət  orqanlarına,  nümayəndələrinə 
(hakimiyy
ətə) – bir qrup şəxs tərəfindən, müəyyən motivli və 
ya m
əqsədli. Kollektiv imzalı rəsmi xahiş, çağırış, müraciət. 
P. 
ərizə  qaydasında  qəbul  edilir,  baxılır,  araşdırılır,  (əgər 
mümkündürs
ə həll edilir) və cavab verilir. 
PİKET  (fransız  piquet-hərfi mənada; paya, dirək)-kiçik 
keşikçi  (qarovulçu)  dəstə:  -  1) aktual ictimai-siyasi və  ya 
sosial probleml
ərin həlli məqsədilə, hətta  keçid  yollarının 
m
əhdudlaşdırılmasına  qədər kəskin  etirazlı,  vahid  ideya 
t
ərəfdaşlarının konkret tələbli ictimai yığıncağı, toplantıısı; 2) 
ölçü vahidi (al
əti). 3) XVII-XIX əsrlərdə Fransa, Rusiya və s. 
dövl
ətlərin ordularında mövcud olmuş kiçik keşikçi dəstənin, 
zastavanın və ya sahə (düzəngah) qarovulunun adı. 
PLATFORMA 
(siyasi  platforma)  (fransız  plate-yastı;  və 
forme-forma)  – 
siyasi  partiyanın,  ictimai  təşkilatın,  qrupun, 
h
ərəkatın  və  ya fərbi  şəxsin (namizədin) müəyyən etdiyi, 
seçdiyi özün
ə  rəhbər  tutduğu  (adətən seçkilərdən, referen-
dumdan önc
ə) irəli sürdüyü siyasi fəaliyyət  proqramı, 


 
251 
taktikası,  kursu,  tələbləri,  şüarları,  eyni  zamanda  onların 
(siyasi subyektl
ərin) riayət etdikləri,  uğrunda  fəaliyyət və 
mübariz
ə  apardıqları  əsaslı  prinsipial  nəzəri və  ideoloji 
müdd
əalar. P.-lar bir qayda olaraq, öz əksini siyasi 
subyektl
ərin nizamnamə  və  əsasnanələrində, bəyannamə-
l
ərində  və  çıxışlarında,  qəzet və  jurnallarında,  stend  və 
bukletl
ərində  və  s.  tapır  –  sosıal-siyasi həyatın  müxtəlif 
sah
ələrini əhatə edir. 
PLEBİSİT  (latın  plebiscitum,  plebs-sadə  xalq və;  scitum-
q
ərar, qət)  –  ümumi səsə  qoyma;  əhali  arasında  aparılan 
sorğu;  ümumun  rəyini  soruşma;  ümumxalq  səsvermənin bir 
növü; ümumi v
ə mühüm əhəmiyyətli məsələlərə dair əhalinin 
r
əyinin  aşkara  çıxarılması  məqsədi ilə, səsvermə  vasitəsi ilə 
ümumixalq  sorğusu.  P.  –  referendumun  bir növüdür, lakin 
referendumdan f
ərqli olaraq P.-in nəticələri mütləq hüquqi 
qüvv
əyə  malik deyil, hərçənd həmin nəticələr dövlət 
hakimiyy
əti orqanları trəfindən müvafiq qərar qəbul edildikdə 
- n
əzərə alınmalıdır. Beynəlxalq münasibətlərdə P. bir qayda 
olaraq  açıq,  həll edilməmiş  və, hətta mübahisəli məsələlərə 
dair (misal: neytral v
ə ya mübahisəli ərazilərin taleyini müəy-
y
ən edilməsi üçün) aparılır. 
PLENUM 
(latın  plenum-tam, bütöv) –  ümumi  yığıncaq:  a) 
dövl
ət  orqanlarının  və  digər qeyri-dövlət qurumunun 
(Parlamentin, M
əhkəmənin,  siyasi  partiyanın  və  ya digər 
ictimai birliyin) m
əsul şəxslərinin tam heyyətli, geniş tərkibli 
iclası;  b)  dövlət  orqanının  və  ya qeyri-dövlət qurumunun 
hakimiyy
ət səlahiyyətli rəhbər heyəti. P.-un çağırış qaydaları, 
dövrülüyü, f
əaliyyət və  sahələri müvafiq qanunvericilik 
aktları  ilə  (və  yaxud,  əgər  siyasi  partiyadırsa,  digər ictimai 
t
əşkilatdırsa  həmin  qurumların  nizamnamələri və  əsasnamə-
l
əri ilə) müəyyənləşdirilir. P. orqanın və ya təşkilatın fəaliy-
y
ətini vacib məsələlərinin analiz edilməsi, kollektiv müzakirə 
v
ə qərar çıxarılması üçün həyata keçirilir. 


 
252 
PLUTOKRATİYA  (yunan  plutokrátiya,  plútos-sərvət; və 
krátos-hakimiyy
ət, güc) –  1. (hərfən)  varlılar  hakimiyyəti; 
pulun  hökmranlığı;  2.  dövlət hakimiyyətinin formal və 
praktiki olaraq c
əmiyyətin ən varlı, zəngin dairələrə məxsus 
olan dövl
ətin  siyasi  quruluş  növü;  3.  plutokratlar  –  yəni 
dövl
ət hakimiyyətini icra edən varlılar, zənginlər, dövlətlilər 
t
əbəqəsi. P. oliqarxiyanın  opofiozudur,  əgər oliqarxiya 
varlıların, zənginlərin biləvasitə dövlət hakimiyyətində təmsil 
olmadan dövl
ətin siyasi, sosial-iqtisadi və  digər sahələrinin 
idar
ə  etməsidirsə; P. isə  varlıların,  zənginlərin biləvasitə 
hakimiyy
ətidir və  oliqarxiya sahəsində  “möhtəşəm” nailiy-
y
ətlər əldə etmiş şəxslərə mücərrəd mənada P. deyilir. P.-nın 
klastik nümun
əsinin antik dövrdə Karfogenin dövlət qurulu-
şunda  və  orta  əsrlərdə  Venesiya Respublikası  timsalında 
görm
ək olar. 
PLÜRALİZM  (latın  pluralis-çoxlu)  –  1. (siyasi P.) cəmiy-
y
ətdə  mövcud olan mövqelərin,  baxışların,  təsəvvürlərin, 
maraqların  müxtəlifliyi,  çeşidliyi;  cəmiyyətin mənəvi 
h
əyatının  zənginliyi; eyni məsələyə  dair insanlarda özünün 
şəxsi nəzər nöqtəsi olması, hüquq və qabiliyyətini ifadə edən 
anlayış; 2. (sosioloji P.) demokratiyanın “ali”, “saf” təzahürü, 
harada ki, siyasi hakimiyy
ət  əhalinin müxtəlif təbəqələrinin 
maraq v
ə  tələbatlarını  ifadə  edən və  bir-biri ilə  mübarizə 
aparan, bir-birini tarazlayan cürb
əcür siyasi partiyalar (və 
partiyalar blokları), ittifaqlar, birliklər, assosiasiyalar, bloklar 
v
ə  s. tərəfindən həyata keçirilir; 3. (fəlsəfi P.) materialist 
monizm
ə zidd olaraq, kainatın və onun hadisələrini əsasını bir 
çox müst
əqil mənəvi əsaslar təşkil etdiyini, vahid başlanğıca 
münc
ər edilməyən mahiyyətlərin  çoxluğunu  iddia  edən 
idealist c
ərəyan. 
POLİS  (latın  politiēia-dövlət  işlərini idarəеtmə  sözündən)  - 
f
əaliyyətinin mahiyyəti hüquq qaydasının müdafiəsi və təmin 
etm
əsindən ibarət  olan,  geniş  səlahiyyət dairəli və  fəaliyyət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə