N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   83   84   85   86   87   88   89   90   ...   107

323 
 
 


324 
 
 
 
Qlikoneogenezin əsas reaksiyaları qlikoliz reaksiyalarının 
geriyə dönməsi hesabına həyata keçir.  
Qlikoneogenezin ümumi tənliyi aşağıdakı kimidir: 
 


4
3
2
6
2
2
4
4
2
2
4
2
PO
H
NAD
QTF
ADF
Qlükoza
O
H
NADH
QTF
ATF
turşurş
Piroüzüm











 
 
 
 
Qlikogenin  qlükozadan  sintezinə  qlikogenez  deyilir. 
Həmin məqsədlə qlükoza-6-fosfatdan istifadə edilir. Bu iki  yolla: 
uridinfosfoqlükozid  və  fosforilaza  reaksiyası  yolu  ilə  gedir. 
Uridinfosfoqlükozid yolu sxematik belə yazılır: 


325 
 
pirofosfat
qlükoza
UDF
fosfat
qlükoza
UTF






1
 




UDF
n
qlikogen
qlükoza
UDF
n



 
ADF
UTF
ATF
UDF



 
 
Qlikogenin fosforilaza yolu ilə sintezi az əhəmiyyətlidir.  
Qaraciyərdə sintez olunan qlikogenin miqdarı onun 5%-ni 
təşkil  edir.  Bundan  da  orqanizmdə  ehtiyat  qida  maddəsi  kimi 
istifadə olunur.  
 
 
 
11.9 Şəkər mübadiləsinin neyro-humoral 
tənzimi 
 
Mərkəzi  sinir  sisteminin  karbohidrat  mübadiləsinə  təsirini 
ilk dəfə keçən əsrin ortalarında Klod Bernar müşahidə etmişdir. O, 
müəyyən  etmişdir  ki,  IV  mədəciyin  dibini  iynə  ilə  qıcıqlandır-
dıqda  heyvanlarda  hiperqlikemiya  və  qlükozuriya  (sidiklə  şəkər 
ifraz  edilməsi)  halları  meydana  çıxır.  Eyni  zamanda  qaraciyərdə 
qlikogen azalır. Qlükozuriya təcrübədən 1–2 saat sonra başlayır və 
5–6  saat  davam  edir.  Sonrakı  təcrübələr  göstərir  ki,  hipotalamus 
nahiyəsinin  də  qıcıqlandırılması  IV  mədəciyə  iynə  vurulduqda 
müşahidə  olunan  dəyişikliklərə  oxşar  hallarla  nəticələnir.  Baş 
beyin  yarımkürələrinin  qabığının  da  karbohidrat  mübadiləsinə 
təsiri vardır.  
Qorxu və həyəcan kimi emosional halların hiperqlikemiya 
və qlükozuriya ilə müşayiət olunması buna sübutdur.  
Müəyyən  edilmişdir  ki,  qanda  şəkərin  miqdarının  3,59–
4,44 m mol/l-dən (70–80 mq%) aşağı düşməsi karbohidrat müba-
diləsi mərkəzinin reflektor oyanmasına səbəb olur. Bu proses ―qli- 


326 
 
kogenin səfərbərliyi‖ adlanır. 
Mərkəzi  sinir  sistemi  karbohidrat  mübadiləsinə  həm  bila-
vasitə,  həm  də  daxili  sekresiya  vəziləri  vasitəsilə  təsir  edə  bilər. 
Böyrəküstü vəzinin beyin maddəsinin və mədəaltı vəzinin Langer-
hans adacıqlarının hormonlarının qanda şəkərin miqdarının müəy-
yən  səviyyədə  saxlanılmasında  çox  mühüm  rolu  vardır.  Mərkəzi 
sinir  sistemindən  gələn  impulslar  böyrəküstü  vəzinin  beyin 
maddəsinin  ifraz  etdiyi  adrenalinin  miqdarını  artırır.  Adrenalin 
qan  dövranı  vasitəsilə  qaraciyərə  gedib,  orada  qlikogenin  parça-
lanmasını  sürətləndirir.  Adrenalinin  qlikogenolitik  təsiri,  onun 
fosforilaza  fermentinin  aktivliyini  artırması  ilə  əlaqədardır.  Sinir 
sistemini  həddindən  artıq  oyanması  böyrəküstü  vəzilərdə  adrena-
lin  ifrazının  artması  ilə  müşayiət  olunur;  bu  da  öz  növbəsində 
hiperqlikemiya  ilə  nəticələnir.  Mədəaltı  vəzinin  Langerhans 
adacıqlarındakı  α-hüceyrələrin  hazırladığı  qlükaqon  da  şəkər 
mübadiləsinə  adrenalin  kimi  təsir  edir.  Bununla  əlaqədar  olaraq, 
göstərilən  hormonu  hiperqlikemik,  yaxud  qlikogenolitik  amil 
adlandırırlar.  
Langerhans  adacıqlarının  β-hüceyrələrinin  hormonu  olan 
insulin, karbohidrat mübadiləsinə göstərdiyi təsirə görə, adrenalin 
və qlükaqonun antaqonistidir. Onun təsiri ilə qaraciyərdə qlikoge-
nin  sintezi  sürətlənir  və  qanda  şəkərin  miqdarı  azalır.  İnsulin 
hüceyrə  membranının  qlükozanı  keçirmə  qabiliyyətini  artırır; 
bunun  nəticəsində  toxumalar  qlükozanı  asanlıqla  mənimsəyərək, 
energetik  material  kimi  istifadə  edirlər.  Bundan  əlavə,  insulin 
qraciyərdə bəzi aminturşulardan qlikogenin sintezini (qlikoneoge-
nez) ləngidir və bağırsaqlardan sorulmuş monosaxaridlərin müəy-
yən hissəsinin yağların sintezi üçün istifadə olunmasını artırır.  
Yuxarıda göstərilən hormonlardan başqa böyrəküstü vəzi- 
lərin qabıq maddəsinin, qalxanabənzər vəzinin və hipofizin ön  


327 
 
payının  hormonlarının  da  karbohidrat  mübadiləsinə  təsiri  vardır. 
Bu hormonların təsiri nəticəsində qanda şəkərin miqdarı artır.  
Kortikosteroidlər  (kortikosteron,  kortizon,  hidrokortizon) 
və qalxanabənzər vəzinin hormonu olan tiroksin toxumalarda qli-
koneogenezi sürətləndirirlər. Hipofizin ön payı isə şəkər mübadi-
ləsinə  bilavasitə  deyil,  dolayı  yolla  təsir  göstərir.  Burada  hazırla-
nan adrenokortikotrop hormon böyrəküstü vəzinin qabıq maddəsi-
nin,  tireotrop  hormon  isə  qalxanabənzər  vəzinin  fəaliyyətini  artı-
rır, nəticədə həm böyrəküstü, həm də qalxanabənzər vəzilərin hor-
monları artıq miqdarda ifraz olunur və şəkər mübadiləsində müva-
fiq  dəyişikliklər  baş  verir  (qanda  şəkərin  miqdarı  artır).  Somato-
trop  hormon  mədəaltı  vəzinin  Lahgerhans  adacıqlarında  olan  α-
hüceyrələrin fəaliyyətini artırır. Bunun nəticəsində artıq miqdarda 
qlükaqon  ifraz  edilir.  Qlikogenin  qaraciyərdə  səfərbər  edilməsi 
sürətlənir və qanda şəkərin miqdarı artır. 
 
 
   11.10 Karbohidrat mübadiləsinin pozğunluqları 
 
Karbohidrat  mübadiləsinin  pozğunluqları  ilk  növbədə 
qanda  şəkərin  miqdarının  dəyişməsi  ilə  təzahür  edir.  Qanda 
şəkərin miqdarının 6,66 m mol/l-dən (120 mq%) yüksək olması–
hiperqlikemiya, 3,59 m mol/l-dən (70 mq%) aşağı olması isə hipo-
qlikemiya  adlanır.  Normal  halda  sidiyin  tərkibində  şəkər  olmur. 
Lakin qanda qlükozanın miqdarı 9,44–9,99 m mol/l-dən (170–180 
mq%) yuxarı olduqda sidiklə şəkər ifraz edilir (qlükozuriya).  
Hiperqlikemiya  və  qlükozuriya  əsasən,  patoloji  hallarda 
müşahidə  edilir,  lakin  onlara  sağlam  şəxslərdə  də  təsadüf  etmək 
olar. Əsəbi  şəxslərdə şiddətli  psixi  oyanıqlıq  nəticəsində fizioloji 
hiperqlikemiya və qlükozuriya meydana çıxa bilər. Qida ilə çoxlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə