NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə42/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

68

İmam Əli əleyhis-salam (ağılın nişanəsi barəsində) buyurmuşdur:

Ağıl kamilləşən zaman (kamal həddinə çatanda) danışıq azalar. (Çünki ağlın kamilliyi bədən qüvvələrinin qorunub saxlanmasına hakim olmağı tələb edir. Buna görə o, heç vaxt yersiz danışmır.)

69

İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:

Dünya bədənləri köhnəldir (qocaldır), (rahatlığın azlığı ilə) arzuları yeniləşdirir, (öz gərdişi ilə) ölümü yaxınlaşdırır və (ölümün yaxınlaşması ilə) arzuları uzaqlaşdırır. Dünyaya qalib gələn (onun malını əldə edən, onları qoruyaraq artırmaq üçün) əziyyətə düşdü, onu tapmayan isə (malik olmadığı üçün) çətinliyə düçar oldu. (Xülasə, dünya həm kamına çatan, həm çatmayan üçün əzab-əziyyət diyarıdır. Buna görə ağıllı adam ona ürək bağlamaz aldanmaz.)
70

İmam Əli əleyhis-salam (başçı rəhbərlər barəsində) buyurmuşdur:

Özünü xalqın rəhbəri etmiş şəxs başqasına öyrətməkdən qabaq, öncə öz nəfsinin təliminə başlamalıdır.1 O, başqasını dil ilə ədəbləndirərək zinətləndirməmişdən qabaq, gərək onu öz əməli ilə ədəbləndirərək gözəlləşdirsin. (Məsələn, başqasına «namaz qıl ki, nicat tapasan» deməmişdən, qabaq gərək özü namaz qılsın.) Öz nəfsini öyrədən və ədəbləndirən, xalqı öyrədərək ədəbləndirəndən təzim və ehtirama daha layiqdir. (Çünki o, nəfsi istəklərinə tabe deyil.)
71

İmam Əli əleyhis-salam (ölümün yaxın olması barəsində) buyurmuşdur:

İnsanın aldığı nəfəs ölümə tərəf atdığı addımdır.2
72

İmam Əli əleyhis-salam (yersiz sevinmək kədərlənmək barəsində) buyurmuşdur:



(Sevinc kədər, xeyir ziyan, sağlamlıq xəstəlik kimi) saya gələn (sonu olan) hər bir şey qurtarandır (məhv olub aradan gedəndir). Çatmalı olan hər bir şey (təqdir edilmiş xeyir ya şər) çatacaqdır. (Buna görə ağıllı adam bu cür şeylərə görə sevinməz ya qəmlənməz.)
73

İmam Əli əleyhis-salam (işin sonunu fikirləşmək barəsində) buyurmuşdur:

İşlər şübhəli olanda (onların sonunun yaxşı ya pis olması bilinməyəndə) onların yerinə yetirilməsi başlanğıcları ilə müqayisə edilir, tutuşdurulur (ölçülür). (Beləliklə, başlanğıcı yaxşı ya pis olsa, sonu da yaxşı, yaxud pis olacaq. Çünki «gözəl il baharından məlum olar».)
74

(İmam Əli əleyhis-salamın ən yaxın yaxşı səhabələrindən olmuş) Zərar ibn Zəmrə Zibabinin nəql etdiyi rəvayətdə deyilir ki, o, Müaviyənin yanına gələn zaman və Müaviyə ondan Əmirəl-möminin barəsində soruşanda belə deyib: Mən onun, gecə öz zülmət pərdələrini sərəndə bəzi yerlərdə ibadət etməsini görməyimə şəhadət verirəm. O Həzrət ibadət mehrabında dayanıb saqqalını əli ilə tutub ilan çalmış adam kimi qıvrılır, qəm-qüssəyə düçar olmuş şəxs kimi göz yaşı tökür və (dünya barəsində belə) buyururdu:

Ey dünya, ey dünya, məndən gözünü çək! (Aldatmaq qəsdi ilə) özünü mənə təqdim edir, göstərirsən? Yoxsa mənə meyl salıb məni istəyirsən? Yaxınlaşmasın sənin (aldatma) vaxtın! Sənin arzun nə qədər də uzaqdır! Başqasını aldat ki, mənim sənə ehtiyacım yoxdur. Sənin talağını üç dəfə vermişəm (sənə göz yummuşam) ki, onda qayıdış yoxdur. Beləliklə, sənin həyatın qısa, əhəmiyyətin az, arzun isə alçaqdır. Əfsus ki, azuqə (ibadət bəndəlik) az, yol uzun, səfər (axirət səfəri) uzaq və daxil olunacaq yer (qəbr, Bərzəx qiyamət) isə çətindir.1



75

İmam Əli əleyhis-salamın bir şamlı kişi ondan (Siffeyn müharibəsindən qayıdandan sonra) «bizim Şama (ora əhli ilə müharibəyə) getməyimiz Allahın qəzavü-qədəri ilə idi?» soruşanda (qəzavü-qədər barəsində) buyurduğu kəlamlarındandır.2 (İmam) uzun söhbətdən sonra bizim seçdiyimiz bu kəlamları buyurdu:



Vay olsun sənə! (Allah sənə rəhm etsin.) Deyəsən, sən (mütləq yerinə yetirilməli olan) qəti və labüd qəzavü-qədəri güman edirsən (nəzərdə tutursan)? Əgər belə olsaydı, savab və cəza düz olmaz və xeyir və yaxşılığa (cənnətə) müjdə vermək və şər və pislikdən (cəhənnəmdən) qorxutmaq əbəs olardı.3 (İmam əleyhis-salam söhbətinin davamında belə buyurdu:) Nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrinə ixtiyar verməklə əmr edib və (əzabdan) qorxutmaqla qadağan edib, çəkindirib. Boyunlarına asan vəzifələr qoyub (ki, rəğbətlə yerinə yetirsinlər). (Yerinə yetirmək üçün) çətin göstəriş verməyib (ki, onların icrasında məcbur olmasınlar). Az əmələ çox savab və əvəz əta edib (ki, bunun özü ixtiyarın olmasını tələb edir). Ona itaətsizlik edilməsinin səbəbi Onun məğlub edilməsi deyil. (Çünki O, bəndələrinə qalib üstündür.) Həmçinin itaət edilməsinin səbəbi məcbur etməsi deyil. (Əksinə, hamıya ixtiyar verib hər bir işə lazım olan şəraiti hazırlayıb.) Peyğəmbərləri oyun üçün göndərməyib (bəlkə, əksinə, onları göndərib ki, itaət edənlərə cənnət müjdəsi versinlər itaətsizlik edənləri cəhənnəm ilə qorxutsunlar). (Tövrat, İncil Qur'an kimi) kitabları bəndələr üçün boş yerə göndərməyib (bəlkə onları göndərib ki, bəndələri Allahın göstərişləri ilə tanış olsunlar). Həmçinin göyləri, yeri və onlarda olanları əbəs yerə yaratmayıb. (Onların hamısını hikmət əsasında yaradıb. Buna görə bütün işləri düz olan hikmət sahibinin kimisə məcbur etməsi necə ola bilər?! Qurani-Kərimin Sad surəsinin 27-ci ayəsində belə buyurulur:) «ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ» «Bu, (iman gətirməyib) kafir olanların zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!» (Sonra həmin qoca dedi: Qəzavü-qədər nədir ki, biz ancaq onun səbəbindən getmişik? İmam buyurdu: O, Allahın hökm göstərişidir. Sonra bu ayəni - İsra surəsinin 23- ayəsini - oxudu: «وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ» «Rəbbin yalnız Ona ibadət etməyi hökm etmişdirSonra həmin qoca sevincək yerindən qalxıb belə dedi:

أَنْتَ الْإِمامُ الَّذِى نَرْجُو بِطاعَتِهِ يَوْمَ النُّشُورِ مِنَ الرَّحْمنِ رِضْواناً

أَوْضَحْتَ مِنْ دِينِنا ما كانَ مُلْتَبَساً جَزاكَ رَبُّكَ عَنّا فِيهِ إِحْساناً

Yəni: «Sən elə bir imam və rəhbərsən ki, biz sənə tabe olmaqla qiyamət günü bağışlayan Allahın razılığını əldə edəcəyimizə ümidvarıq. Sən dinimizdən bizə məchul olan şeyi aşkar etdin. Rəbbin bizim tərəfimizdən sənə bu xidmətinə görə gözəl savab əta etsin.»)
76

İmam Əli əleyhis-salam (hikmət barəsində) buyurmuşdur:

Hikməti (düz haqqa uyğun sözü) harda olsa əldə edin (istər yaxşı əməl sahibindən olsun, istərsə pis əməllidən). Çünki hikmət münafiq və ikiüzlünün sinəsində də var və (onun dilindən) xaric olub öz sahibi olan möminin sinəsində məskən salıncaya qədər orada (hikmətin saxlanılmasına layiq olmayan yerdə) iztirab və sıxıntıdadır.
77

İmam Əli əleyhis-salam (yenə hikmət barəsində) həmin kəlama bənzər bir açıqlamada buyurmuşdur:

Hikmət möminin itiyidir (həmişə gərək onun arxasınca olsun). Buna görə də hətta ikiüzlülərdən olsa belə, onu əldə et.
78

İmam Əli əleyhis-salam (peşə barəsində) buyurmuşdur:

Hər bir insanın dəyəri (onun xalq yanındakı məqamı) yaxşı (edə) bildiyi şeydir (peşədir, yaxşı bildiyi peşə miqdarındadır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu sözə qiymət təyin etmək, hər hansı bir hikmət və nəsihəti onunla müqayisə etmək və hansısa bir sözü ona tay tutmaq mümkün deyil.


79

İmam Əli əleyhis-salam (nəsihət verərək) buyurmuşdur:

Sizə beş şey vəsiyyət edirəm ki, onları əldə etmək üçün (dabanlarınızla) dəvələrin qarnının altına vurmağınıza (sürətlə gedərək əzab-əziyyəti özünüzə rəva bilməyinizə) dəyər: (Birinci:) Heç biriniz öz Rəbbindən başqa birisinə ümidvar olmamalıdır.1 (İkinci:) Öz günahından başqa bir şeydən qorxmamalıdır.2 (Üçüncü:) Ondan bilmədiyi şey soruşulanda «bilmirəm» deməkdən utanmamalıdır.3 (Dördüncü:) Bilmədiyi şeyi öyrənməkdən utanmamalıdır. (Çünki utansa cəhalət nadanlıqda qalar bədbəxt olar. Beşinci:) Səbrli və təmkinli olun. Çünki (səbr fəzilət kamilliklərin hamısında mövcuddur ) səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir. Başsız bədəndə, eləcə də səbrsiz imanda xeyir yoxdur.


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə