NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə43/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

80

İmam Əli əleyhis-salam, o Həzrətə əqidəsi olmadan onu tərifləməkdə ifrata varan bir kişiyə (təvazökarlıq üsulunu öyrədərək) buyurmuşdur:

Mən sənin dediklərindən (Allah Peyğəmbərə layiq olan mədh sənadan) aşağı, fikrində keçirdiklərindən (mənim fəzilət üstünlüklərimə etiqad inamının olmamasından) isə üstünəm.
81

İmam Əli əleyhis-salam (yaxşı insanların nəsl övladlarının qalması barəsində) buyurmuşdur:

Qılıncdan qalanlar (şərafət döyüşündə öldürülməyənlər) sayca daha qalarlı və övladca daha çoxdurlar. (Məsələn, şəhidlərin ağa başçısı imam Hüseyn əleyhis-salam onun tərəfdarlarının övladları çox, qalarlı möhkəmdirlər. Bunun müqabilində onun nanəcib düşmənlərinin çox olmalarına baxmayaraq, indi onlardan heç bir əsər-əlamət qalmayıb.)

82

İmam Əli əleyhis-salam bilmirəm» deməməyin ziyanı barəsində) buyurmuşdur:



(Bilmədiyi bir şey soruşulanda) «bilmirəm» deməyən şəxsin ölüm yeri (həlak olacağı yer) ona çatacaq (o, rüsvay məhv olacaq).

83

İmam Əli əleyhis-salam (qoca adamın nəzəri barəsində) buyurmuşdur:

Mən (müharibə digər bütün işlərdə) qoca adamın nəzərini, gəncin bacarıq və cəsurluğundan çox sevirəm. (Çünki gənc təcrübəsinin azlığı ucbatından məğrur olaraq özünü dostlarını məhvə düçar edə bilər.)

Bəzi rəvayətlərdə («مِنْ جَلَدِ الْغُلامِ» «gəncin cəsurluğu»nun yerinə) «مِنْ مَشْهَدِ الْغُلامِ» «gəncin iştirakı» nəql edilib (yəni, qocanın fikir nəzərini gəncin iştirakından çox sevirəm).


84

İmam Əli əleyhis-salam (istiğfar - bağışlanma istəmək barəsində) buyurmuşdur:



(Günahları üçün) istiğfar və bağışlanma istəmək imkanının olmasına baxmayaraq, (Allahın onu bağışlamasından) naümid olan kəsə təəccüb edirəm. (Amma istiğfar, İmam əleyhis-salamın kitabın sonundakı 409-cu kəlamında buyurduğu şərtlərlə olmalıdır.)
85

Həzrət Əbu Cə’fər (imam) Məhəmməd Baqir ibn Əli (ibn Hüseyn) əleyhimus-salam nəql edib ki, İmam Əli əleyhis-salam (istiğfar etməyə həvəsləndirərək) buyurmuşdur:

Yer üzündə Allahın cəzasından pənah aparıb rahatlanmaq üçün iki sığınacaq var idi. Onlardan biri əldən çıxdı. Digəri isə sizin yanınızdadır. Buna görə də ondan yapışın (onu qoruyun). Əldən çıxmış sığınacaq, Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) idi (ki, sizin aranızdan köçdü). Qalan sığınacaq isə istiğfar və (günahlar üçün) bağışlanma istəməkdir. Allah-təala (Qurani-Kərimdə Ənfal surəsinin 33- ayəsində) buyurur: «وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ وَمَا كَانَ اللّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ» «Nə qədər ki, sən onların arasındasan Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!» (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu bəyan (Qurani-Kərimdən şahid gətirmək) gözəl sözlər və həqiqətləri dərk etmək istiqamətindəki incəliklərdəndir (ki, İmam əleyhis-salam onu açıqlayaraq anladıb).


86

İmam Əli əleyhis-salam (səadətə çatmaq barəsində) buyurmuşdur:

Kim özü ilə Allah arasında olanları düzəltsə (Allahın göstərişlərinə əməl etsə) Allah onunla xalq arasında olanları düzəldər (ona çətinliklərdən nicat verər). Kim axirət işini düzəltsə (qiyamət əzabından qurtulacaq görsə bütün səy təlaşını dünya işinə sərf etməsə), Allah onun dünya işini düzəldər.1 Kimin özündən, bir nəsihətçisi olsa (düşüncə ilə nəfsini günahlardan saxlasa cəhənnəm əzabından qorxutsa), Allah tərəfindən onun gözətçisi olar (ki, onu hər bir bəla çətinlikdən qorusun.)

87

İmam Əli əleyhis-salam (təbliğ üsulu barəsində) buyurmuşdur:

Dərrakəli və zirək alim o kəsdir ki, xalqı Allahın mərhəmət və bağışlamasından məyus etməsin, onları Allah tərəfindən olan rahatlıq və asayişə naümid etməsin və həmçinin onları Allahın cəza və intiqamından xatircəm və asudə etməsin.

88

İmam Əli əleyhis-salam (kənarında əməl olmayan elmin məzəmmətində) buyurmuşdur:

Elmin ən dəyərsizi, dildə yerləşən (insanın ona əməl etmədiyi) elmdir. Elmin ən üstünü bütün bədəndə zahir olan elmdir. (O elmdir ki, insan ona əməl edir. Bu elmin axirətdə xeyiri vardır.)

89

İmam Əli əleyhis-salam (elm bilikdən təngə gəlməmək, yorulmamaq barəsində) buyurmuşdur:

Bədən və cisimlər (bir növ yemək yeməkdən bir cür görməkdən) təngə gələrək yorulduğu kimi, bu qəlblər də (tərkib hissəsi bir-biri ilə eyni olduğu üçün bir mövzu ətrafında düşünərək fikirləşməkdən) bezərək yorulurlar. Buna görə də həmin qəlblər (onların yorğunluqlarını çıxarmaq) üçün (ləzzət alaraq rahatlandıqları) yeni və maraqlı hikmət və elmlər (din başçıları alimlərin müxtəlif sözləri kimi şeylər) axtarın (ki, hikmət kəsb edilməsi elm əldə edilməsində çalışasınız yorulmayasınız).

90

İmam Əli əleyhis-salam (fitnədən Allaha pənah aparmaq barəsində) buyurmuşdur:

Heç biriniz «Allahım! Fitnə və imtahandan Sənə pənah aparıram» deməməlidir. Çünki fitnəyə düçar olmayan şəxs yoxdur. Lakin pənah aparan kəs gərək (haqq yoldan) azdıran fitnələrdən pənah aparsın. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Ənfal surəsinin 28-ci ayəsində) buyurur: «وَاعْلَمُواْ أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلادُكُمْ فِتْنَةٌ» «Bilin ki, mal-dövlətləriniz və övladlarınız fitnədirlər.» Bunun mənası budur ki: Nöqsan sifətlərdən pak və uzaq olan Allah onları var-dövlət və övladları ilə imtahana çəkir ki, ruzisinə qəzəblənən və öz qismətinə razı olan bəlli olsun, hərçənd ki, eyb və nöqsanlardan pak olan Allah onlardan, onların özündən də çox xəbərdardır. Amma imtahan ona görədir ki, savab və cəzaya layiq əməllər (onların özləri vasitəsi ilə) aşkar olsun. Çünki onların bəziləri oğlan uşağını çox istəyir, qızdan isə xoşları gəlmir, bəziləri var-dövləti çoxaltmağı sevir və onun azalmasından narahat olurlar. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam o Həzrətdən təfsirdə ( bu mübarək ayənin bəyanında) eşidilmiş heyranedici sözlərdəndir.


91

İmam Əli əleyhis-salamdan xeyir və yaxşılığın nə olmasını soruşdular. O Həzrət (onun təfsirində belə) buyurdu:

Xeyir və yaxşılıq var-dövlət və övladının çox olması deyil. Bəlkə xeyir odur ki, elmin artsın, həlimlik və səbrliliyin böyüsün və Rəbbinə itaət və bəndəlik etməyin nəticəsində xalq arasında başuca olasan. Beləliklə, yaxşılıq edəndə Allaha şükr edəsən və pis iş görəndə Allahdan bağışlanmaq istəyəsən. Dünyada iki şəxsdən - etdiyi günahların əvəzini tövbə etməklə çıxan və (az olsa da) Allahın bəyəndiyi işləri yerinə yetirməyə tələsən kəsdən - başqa heç kəs üçün xeyir və yaxşılıq yoxdur. Təqva və pərhizkarlıqla yerinə yetirilən iş az deyil. Qəbul edilən əməl necə az ola bilər?

92

İmam Əli əleyhis-salam (itaət bəndəliyin fəziləti barəsində) buyurmuşdur:

İnsanların peyğəmbərlərə ən layiqli və yaxını onların (Allah-təala tərəfindən) gətirdiklərinə daha çox alim olanlarıdır.1 Sonra İmam əleyhis-salam (Ali İmran surəsinin 68-ci ayəsi olan bu ayəni) oxudu: «إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ» «İnsanların İbrahimə ən yaxını onun, bu Peyğəmbərin (Həzrət Mustafaya - səlləllahu əleyhi alih-)(o Həzrətə) iman gətirənlərin ardınca gedənlərdir.» Sonra buyurdu: Məhəmmədin dostu Allaha itaət edən kəsdir, hətta onun (o Həzrətlə) qohumluğu uzaq olsa belə (məsələn Salman, Əbuzər Miqdad kimi)! Həmçinin Məhəmmədin düşməni Allaha itaət etməyən və tabe olmayan kəsdir, hətta onun yaxın qohumu olsa belə (məsələn, Əbu Ləhəb Əbu Cəhl kimi).
93

İmam Əli əleyhis-salam Həruriyyədə olanlardan (Əmirəl-mömininlə müxalifət məqsədi ilə Kufə yaxınlığındakı Hərura səhrasında toplaşmış Nəhrəvan Xəvaricinin) birinin gecə namazı qılıb Qur’an oxuduğunu eşidəndən sonra (zəmanə imamını tanımadan ibadətin faydasız olması barəsində) buyurmuşdur:



(Zəmanə imamı haqq xəlifəyə) yəqinlik və inamla olan yuxu şəkk və tərəddüdlə namaz qılmaqdan daha yaxşıdır.1
94

İmam Əli əleyhis-salam (hədislərdə düşünmək barəsində) buyurmuşdur:

Hədisi eşitdiyiniz zaman onu, kəlmələrini nəql etməklə deyil barəsində dərindən düşünməklə dərk edin. Çünki elmi nəql edənlər çox, onda düşünənlər isə azdırlar.
95

İmam Əli əleyhis-salam bir kişinin «إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ» «biz Allahın əmri ilə gəlmişik və Ona tərəf qayıdacağıq» deməsini eşidib (onun təfsirində belə) buyurdu:

«إِنّا لِلّه» «Biz Allahın əmri ilə gəlmişik» deməyimiz Allahın padşahlığını ( bizim Onun bəndəsi olmağımızı) etiraf etməyimiz, «‌وَ إِنّا إِلَيْهِ راجِعُون» «Ona tərəf qayıdacağıq» deməyimiz isə həlak olacağımızı ( ölərək qiyamətdə hazır olacağımızı) iqrar etməyimizdir.


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə