NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə41/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

44

İmam Əli əleyhis-salam (gözəl sifətlər barəsində) buyurmuşdur:

İnsanın qədir-qiyməti onun himməti miqdarındadır. (Buna görə əgər himməti böyük olsa hörmətli əziz, himməti az olsa isə xar zəlil olar.) Düzlüyü isə comərdliyi miqdarındadır.1 Həmçinin onun şücaət və cəsurluğu şərəfinin qədərində, çirkin və nalayiq işləri ar bilməsi miqdarındadır. (Deməli, çirkin işi hər qədər çox ar bilsə şücaət cəsurluğu da bir o qədər çoxdur.) Eləcə də namus və isməti qeyrəti qədərdir.2

45

İmam Əli əleyhis-salam (qələbə barəsində) buyurmuşdur:

Qələbə uzaqgörənliklədir. Uzaqgörənlik fikri işə salmaqladır. Fikir isə sir və gizli şeyləri qorumaqladır. (Deməli, öz gizlin sirrini faş edən kəs rəy fikrini qorumayıb uzaqgörənlikdən xaric olub nəticədə məqsədinə çatmayacaq.)
46

İmam Əli əleyhis-salam (comərd alçaq adam barəsində) buyurmuşdur:

Səxavətli və comərd şəxsin ac (möhtac) olanda hücum etməsindən qorxun. (Çünki belə olan halda, xalqın etinasızlığı onu qıcıqlandırır o, onlara hakim olub intiqam almaq üçün özünü təhlükəyə atır.) Həmçinin alçağın tox olandakı (varlanandakı) hücumundan çəkinin. (Çünki varlılıq onu arzusuna çatdırar o, təbiətinə uyğun olaraq əli altında olanlara əziyyət verər, incidər onları.)
47

İmam Əli əleyhis-salam (könüllərin ələ alınması barəsindəki tapşırığında) buyurmuşdur:

İnsanların qəlbləri hürkəkdir (bir-birləri ilə tanış deyildirlər). Buna görə də kim (yoldaşlıq, yaxşılıq dostluq ilə) onları ələ alsa, ona üz tutarlar.
48

İmam Əli əleyhis-salam (dünya üzünə gülən şəxs barəsində) buyurmuşdur:

Nə qədər ki, nəsibin və qismətin səni xoşbəxt saxlayır (dünya sənə yardır), eyibin (gözlərdən) gizlin qalar.1
49

İmam Əli əleyhis-salam (əfv etmək barəsində) buyurmuşdur:

İnsanların əfv etmək və bağışlamağa ən layiq olanı, onların cəzalandırmağa ən çox qüdrət və imkanı olanlarıdır. (Çünki əfv etmək qüdrətdən asılıdır. Buna görə zəifin əfv etməsi mənasızdır.)

50

İmam Əli əleyhis-salam (səxavətin mənası barəsində) buyurmuşdur:

Səxavət və (layiq olan kimsəyə bir şey) bağışlamaq, onu istənilmədən etməkdir. İstək ilə edilən şey isə xəcalətlilik və məzəmmətdən (istəyən şəxsin ya xalqın töhmətindən) qurtulmaqdır.

51

İmam Əli əleyhis-salam (bəzi sifətlər barəsində) buyurmuşdur:

Ağıl kimi sərvət yoxdur. (Çünki ağıl dünya axirət səadəti xoşbəxtliyini qazanmaq yolunu göstərir.) Nadanlıq kimi yoxsulluq yoxdur. (Çünki nadan hər bir şeyin əldə edilməsi üçün başqasından soruşmağa möhtacdır. İnsanı nalayiq xoşagəlməz işlərdən saxlayan) ədəb kimi miras yoxdur.1 Məsləhət və məşvərət kimi arxa və dayaq yoxdur. (Çünki düzgün fikir məsləhətləşmə ilə əldə edilir.)

52

İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:

Səbr iki cürdür: (Biri) bəyənmədiyin şeyə səbr etmək (ki, bu növ səbr şücaət cəsurluqdur)(digəri) sevdiyin şeyə səbr etmək (ki, bu cür səbr namus ismətdəndir).
53

İmam Əli əleyhis-salam (varlılıq yoxsulluq barəsində) buyurmuşdur:

Varlılıq (insan üçün) qürbətdə vətəndir. (Çünki ona görə hamı adamla dostluq tanışlıq edir.) Yoxsulluq isə vətəndə də qürbətdir. (Çünki onun nəticəsində hamı adamdan uzaqlaşır.)
54

İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyurmuşdur:

Qənaət tükənməz sərvətdir. (Çünki qənaət etmək, eləcə əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi alih) () nəql edilmişdir.



55

İmam Əli əleyhis-salam (sərvətin ziyanı barəsində) buyurmuşdur:

Sərvət şəhvət və nəfsi istəklərin özəl və təməlidir. (Çünki sərvət nəfsi istəklərə çatmağa imkan yaradır.)
56

İmam Əli əleyhis-salam (öyüd verən kəs barəsində) buyurmuşdur:

Səni (pisliklərdən qorxudaraq) çəkindirən kəs, səni (xeyir yaxşılığa) müjdələyən şəxs kimidir. (Çünki şəri dəf etmək xeyirdir.)

57

İmam Əli əleyhis-salam (düşünmədən danışmağın ziyanı barəsində) buyurmuşdur:

Dil yırtıcıdır (yırtıcı heyvan kimidir) ki, əgər özbaşına buraxılsa (düşünmədən ağlın rəhbərliyi olmadan istədiyini desə, sahibini) parçalayar (məhvinə səbəb olar).

58

İmam Əli əleyhis-salam (arvadın məzəmmətində) buyurmuşdur:

Arvad əqrəbdir (onun kimi əziyyətedicidir) ki, sancmağı (onunla əlaqədə olmaq) şirindir.

59
İmam Əli əleyhis-salam (yaxşı işə əvəz vermək barəsində) buyurmuşdur:

Biri sənə salam verəndə sən (onun cavabında) ondan yaxşı salam ver. Sənə ehsan və yaxşılıq ediləndə sən ona ondan artıq əvəz və mükafat ver, (yaxşılığın əvəzini daha artıq yaxşılıqla çıx) hərçənd ki, fəzilət və üstünlük yaxşılığı ilk edənə məxsusdur.1



60

İmam Əli əleyhis-salam (vasitəçiliyin xeyri barəsində) buyurmuşdur:

Vasitəçi və ağız açan, (başqasından bir şey) istəyənin qanadıdır (onun üçün quşun, vasitəsi ilə öz istədiyinə nail olduğu qanadı kimidir).

61

İmam Əli əleyhis-salam (qəflət barəsində) buyurmuşdur:

Dünya əhli yuxuda olduğu halda aparılan karvan kimidir ( xəbərsizdir ki, birdən məsafə qət olunar həmişə olacaqları yerə çatarlar carçı car çəkər ki: düşün yüklərinizi açın).
62

İmam Əli əleyhis-salam (tənhalığın ziyanı barəsində) buyurmuşdur:

Dostları əldən vermək qürbətdir. (Çünki bu, vətəndən uzaq düşmək kimidir.)

63

İmam Əli əleyhis-salam (nalayiq insanlardan minnət götürməmək barəsində) buyurmuşdur:

Ehtiyacın təmin edilməməsi onu ləyaqətsiz adamdan istəməkdən daha asandır. (Çünki onun təmin edilməməsi qəm-qüssəyə səbəb olur. Amma onu ləyaqətsiz adamdan istəmək təmin edilib-edilməməsindən asılı olmayaraq xəcalətliliyə səbəb olur.)
64

İmam Əli əleyhis-salam (bəxşiş barəsində) buyurmuşdur:

Azı bağışlamaqdan utanma. Çünki ümidsiz qoymaq ondan da azdır ( utanmağa daha layiqdir).
65

İmam Əli əleyhis-salam (iffətlilik şükr etmək barəsində) buyurmuşdur:

İffət yoxsul və kasıbın zinət və bəzəyi, (Allahın nemətlərinə) şükr etmək isə varlının yaraşığıdır.
66

İmam Əli əleyhis-salam (arzular barəsində) buyurmuşdur:

İstədiyinə çatmayanda hər nə cür olsan qəmlənmə. (Çünki çatılmayan şeyə görə qəmlənmək ağılsızlıqdır.)
67

İmam Əli əleyhis-salam (nadanın məzəmmətində) buyurmuşdur:

Nadanların hamısı ya ifratçıdırlar (öz hədd əndazələrini aşırlar), ya da çox süst və səhlənkar (ki, öz hədd əndazələrinə çatmırlar).


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə