Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

çox igidi toplaması barədə deyilir, bununla nəyə qadir olmasını, epik potensiyasını  təsəvvür etməyə 
imkan verir.
 
 "Törəyiş"  dastanı da, əslində "Boz qurd" dastanları silsiləsinə daxildir. Çin mənbəyində  təsbit 
olunmuş həmin dastanın qısa məzmunu belədir:
 
 
Qədim hun yabqularından birinin olduqca gözəl iki qızı vardı. O, inana bilmirdi ki, bunları Tanrı 
insanlarla evlənmək üçün yaratmışdır. Düşünürdü ki, bunların əri ancaq bir Tanrı ola bilər. Ona görə də 
qızlarını Tanrıya vermək üçün ölkəsinin Şimalında bir qala tikdirdi, qızları da həmin qalada saxladı.
 
 Yabqu 
Tanrıya yalvardı ki, gəlib qızları alsın.
 
 
...Qoca bir qurd qalanın  ətrafında gecə-gündüz dolaşır, qorxunc-qorxunc ulayaraq qalanı 
qoruyurdu. Sonra qurd onun divarı yanında özünə bir yuva düzəltdi. Kiçik qız başa düşdü ki, uzun 
zamandan bəri onları qoruyan bu qurd atalarının qızları verdiyi Tanrıdan başqa bir kəs deyil. Böyük 
bacısını da xəbərdar etdi. Qızlar aşağı endilər.
 
 Qurdla 
həmin qızların evlənməsindən doğulan doqquz oğuzların səsi qurd səsinə oxşayır. Mahnı 
oxuyanda qurd hayqırtısını yamsılayırlar (Atsız).
 
 "Törəyiş" dastanı daha qədim dövrlərin törəyiş barədəki təsəvvürləri  əsasında 
formalaşmışdır.Göründüyü kimi, dastanda söhbət, ümumiyyətlə, türklərin, yaxud oğuzların deyil, doqquz 
oğuzların (uyğur türklərinin) genezisindən gedir ki, bu da həmin dastanın sonralar — təxminən V—VII 
əsrlərdə meydana çıxdığı qənaətinə gəlməyə imkan verir.
 
 
Qədim türk eposunda Qurd obrazı ilə Tanrı obrazı arasında kifayət qədər mürəkkəb olan əlaqə 
özünü "Törəyiş" dastanında bütün aydınlığı ilə hiss elətdirir; belə məlum olur ki, dastandakı qoca Qurd 
"atalarının qızları verdiyi Tanrıdan başqa bir kəs deyil". Lakin bu, deformasiya olunmuş təsəvvürdür və 
uyğur türklərinin yaşadıqları dini-ideoloji mühit həmin deformasiya işində, heç şübhəsiz,  əsas rol 
oynamışdır.  Əslində isə Qurd (Boz qurd, Gög börü) qədim türk epik təfəkküründə Tanrının köməkçisi, 
onun iradəsinin bilavasitə ifadəçisidir, onun (Qurdun) Tanrı  əlamətlərini daşıması funksiyalarının 
çoxtərəfliliyi, genişliyi ilə yanaşı, məğlubedilməzliyində, gücünün yenilməzliyində, ən müxtəlif maneələri 
aradan qaldırmasında da meydana çıxır.
 
 
Qədim türk epos təfəkkürünün birbaşa təzahürü olan dastanlar, yaxud dastanlaşmış (epos 
təfəkkürü baxımından interpretasiya olunmuş) miflər üzərindəki müşahidələr göstərir ki, Qurd həm ata, 
həm də ana başlanğıcı funksiyasını daşıyır.
 
 "Törəyiş" dastanı kimi "Köç" dastanı da uyğur türklərinin dastanıdır; dastan həm Çin, həm də 
İran mənbələrində əks olunmuşdur.
 
 Çin 
mənbəyindəki variant:
 
 Uyğur ölkəsində Hu-lin adında bir dağ vardı. Tuğla və Selenge çayları öz başlanğıcını bu dağdan 
götürür. Bir gecə dağdakı bir ağacın üzərinə göydən Tanrı işığı endi. İki çay arasında yaşayan xalq bunu 
gördü. Ağacın gövdəsi hamilə qadın kimi şişməyə başladı. İşıq doqquz ay on gün həmin ağacın üzərində 
dayandı. Vaxt tamam olanda ağac yarıldı, içərisindən beş uşaq çıxdı. Xalq bunları götürüb böyütdü.
 
 
Uşaqların ən kiçiyi Buğu xan çox keçmədən böyüyüb hamını öz hökmü altına aldı. Bir müddət 
keçəndən sonra Yuluğ tigin hökmdar oldu. Çinlə müharibələr elədi. Nəhayət, bu işə son verməkdən ötrü 
oğlu Qalı tigini Çin hökmdarı ailəsindən Kiü-liep adlı bir qızla evləndirmək istədi.
 
 Xanım Kiü-liep öz sarayını Xatun dağında qurdurmaq qərarına gəldi. Həmin ətrafda Tanrı dağı 
adında bir dağ, onun cənubunda isə Kutlu dağ adında bir qaya vardı. Xanım Kiü-liepin elçiləri baxıcılarla 
birlikdə buraya gəldilər. Onlar baxıb öz aralarında söylədilər ki, bu dövləti zəiflətmək üçün həmin qayanı 
yox etmək lazımdır, çünki ölkənin səadəti qaya ilə bağlıdır.
 
 Çin 
elçiləri tiginə dedilər ki, Kutlu dağı başlıq olaraq çinlilələrə versin. Tigin razılaşdı. Qaya çox 
böyük olduğundan yerindən qımıldatmaq mümkün deyildi. Ona görə də ətrafına odun yığıb yandırdılar. 
Qaya qızdıqdan sonra üzərinə kəskin sirkə töküb parçaladılar. Sonra qaya parçalarını arabalara yükləyib 
Çinə apardılar.
 
 Bu, 
ölkəyə ağır oturdu. Quşlar, heyvanlar qayanın aparılmasına hərə öz dilində ağlaşdılar. Yeddi 
gün sonra tigin öldü. Ondan sonra ölkə  fəlakətdən qurtarmadı. Xalq rahatlıq görmədi. Yuluğ tigindən 
sonrakı hökmdarlar da tez öldülər. Ona görə  də  mərkəzi Hoçuya köçürməyə  məcbur oldular. Hakimiy-
yətini oradan Beşbalığa qədər genişləndirdilər.
 
 
İran mənbəyindəki variant:
 
 
Mənbəyini Qaraqorumdan götürən Tuğla və Selenge çaylarının birləşdiyi Qumlançuda bir fındıq, 
bir dənə də qayın ağacı vardı. Bunların arasında bir dağ peyda oldu. Bir gecə o dağın üzərinə göydən bir 
işıq düşdü. Dağ gündən-günə böyüməyə
 
başladı. Uyğurlar bu hala məəttəl qaldılar.  Ədəblə dağa tərəf 
getdilər. Oradan gözəl musiqi səsləri gəlir, gecələr otuz addım çevrəsində bir işıq görünürdü.
 
 
Nəhayət, doğum vaxtı çatanda dağdan bir qapı açıldı.  İçəridə bir-birindən aralı beş dairə, 
hərəsində də bir uşaq vardı. Göydən asılmış əmziklərdən süd əmirdilər. Xalq və bəylər onları əzizlədilər. 
Bunların Tanrı tərəfindən gəldiyini duyan uyğurlar içlərindən birini kağan eləməyi qərara aldılar.
 


 
Uşaqların kiçiyi olan Buku ağıl, ehtiyat və gözəlliyinə görə o birilərdən üstün olduğu üçün diqqəti 
onun üzərinə  cəmlədilər. Böyük bir şölən eləyib, onu xanlıq taxtında oturtdular. Tanrı ona üç qarğa 
vermişdi ki, ölkədə olub-keçənlər barədə xəbər gətirirdilər.
 
 Bir 
gecə Buku xan yatarkən pəncərəsindən bir qız girdi. Buku xan qorxdu, ancaq səslənmədi. Qız 
ikinci gecə yenə  gəldi. Buku yenə qorxdu, ancaq səsini çıxarmadı. Üçüncü gecə,  əhvalatı danışdığı 
vəzirinin sözü ilə qızla görüşdü. Hər gecə birlikdə Ağ dağa gedərək orada söhbət edirdilər. Bir gecə ağ 
saqqallı bir qoca Buku xanın yuxusuna girərək ona bir daş verib, "neçə ki bu daşı saxlayacaqsız, dünyanın 
dörd tərəfinə hakim olacaqsız" — dedi.
 
 
İllər keçdikdən sonra Buku xanın övladlarından biri xilaf çıxdı. Heyvanlar, uşaqlar "köç! köç!.." 
deyə bağırışmağa başladılar. Hay-küyə düşüb yurdlarını buraxaraq getdilər. Harada durmaq istədilərsə, 
həmin səsləri eşitdilər. Sonra Beş Balığın yerləşdiyi yerə gəlib çıxdıqda səslər kəsildi. Orada beş məhəllə 
yaradıb, adını da Beş Balıq qoydular.
 
 
Dastanın hər iki variantında  əsas məsələ uyğur türklərinin öz qədim vətənlərindən Beş Balığa 
köçmələrinin mifik-epik səbəbini izah etməkdir — birinci variantda "səbəb" düşmənin hiylə  işlədərək 
ölkənin müqəddəs qoruyucusu olan qayanı parçalayıb özləri ilə aparmaları, ikinci variantda isə mü-
qəddəs daş parçasının itirilməsidir. Qədim türk epik təfəkküründə daşın, qayanın, dağın ilahi gücə malik 
olduğunu göstərən külli miqdarda nümunələr vardır ki, həmin təsəvvür sonrakı dövrün türk xalqları 
eposlarında da yaşamaqda davam edir.
 
 Lakin 
haqqında söhbət gedən "Köç" dastanında qədim türk eposunun diqqəti cəlb edən daha bir 
sıra obrazları, ideyaları  və motivləri də  əsas məsələ ilə o qədər  əlaqədar olmadan mövcuddur: Dağ, öz 
mənbəyini Dağdan götürən iki Çay, Dağdakı  (əsasən tənha) Ağac, Tanrı  işığı (ümumiyyətlə,  İşıq), iki 
Ağac arasından dağın peyda olması, Dağın, yaxud Ağacın göydən düşən İşıqdan (Tanrı işığından) hamilə 
olması və s.
 
 
Qədim türk dastanlarında təsadüf edilən obrazlar, ideyalar və motivlər,  əslində, öz mənşəyinə 
görə eposa qədərki dövrə — mifologiya dövrünə məxsus olsalar da (eynilə Boz Qurd obrazı kimi) artıq 
tanrıçılıq dövrünün prinsipləri, idrak məntiqi ilə mövcuddurlar, başqa sözlə, tanrıçılığın mifoloji bazasını 
təşkil edirlər. Ümumiyyətlə, dünya dinlərinin hamısının (iudaizmdən tutmuş  İslama qədər)  ən inkişaf 
etmiş, təkmilləşmiş mərhələlərində belə əvvəlki dövrlərin "müstəqil" mifoloji görüşləri ehtiva olunur  
(Y .P .Frantsev, A .S .Tokarev) ki, tanrıçılıq da müəyyən səbəblərdən dünya dininə çevrilə bilməməsinə 
baxmayaraq, bu baxımdan istisna təşkil etmir. Qədim türk dastanlarında müşahidə olunan bir sıra 
kosmoqonik, yaxud kosmoloji (məsələn, "Ərgənəkon" dastanında) və s. məzmunlu miflər tanrıçılığın bir 
din kimi formalaşmasından daha əvvəlki dövrlərin məhsulu olub sonralar həmin dinin semantik 
dekorasiyasına çevrilmişdir. Eyni sözləri haqqında söhbət gedən dastanlardakı  məkan, zaman, hərəkət 
(dinamika) və s. məfhumları barəsində  də demək mümkündür. Mifoloji məkanın ilahi məkana, yaxud 
mifoloji hərəkətin (dinamikanın) ilahi hərəkətə (dinamikaya) çevrilməsini bir növ "keçid mərhələsi"ndə 
olan dastanların poetik semantikası açıq-aydın nümayiş etdirir: "Yaradılış" dastanında Tanrı Qara xanın 
su üzərindən göyə qalxması, "tanrılaşması" və Tanrıya məxsus olan mövqeyi (göylər səltənətində) 
tutması, "səbəb-nəticə"  əlaqələri  əsasında — bədxah hərəkətə qarşı reaksiya — ideal zamanda gedən 
proseslər və nəhayət, kosmik harmoniyanın bərpa olunması və s.
 
 
Qədim türk dastanları yazılı  mənbələrdə  əks olunmaqdan əsrlərlə qabaq şifahi  şəkildə mövcud 
olmuş, özünün normal-təbii funksiyasını yerinə yetirmişdir.
 
 
Buna müvafiq olaraq, tanrıçılıq dini də yazılı mətnlərdə deyil, şifahi mətnlərdə fiksasiya olunmuş, 
əsas kanonları məhz həmin mətnlərdə ifadə edilmişdir.
 
 
Qədim türk dastanlarının dili Avrasiyanın mərkəzində Şərqdən Qərbə doğru geniş ərazidə nəinki 
türklər, hətta qeyri-türklər tərəfindən də anlaşılan qədim türk dili olmuşdur ki, dastanlar həmin dilin 
yüksək inkişaf etmiş, zəngin obrazlılığa, dərin fəlsəfi mündəricəyə malik mükəmməl bir dil olduğunu 
söyləməyə imkan verir.
 
 I 
minilliyin 
ortalarından başlayaraq əvvəl qədim türk (run), sonra uyğur, daha sonra ərəb əlifbası 
ilə yazılmış ümumtürk abidələri qədim türk epos təfəkkürünün bilavasitə "təzyiqi" altında yaranmışdır 
(X .Koroğlu).
 
 
Həmin abidələrdə (xüsusilə run abidələrində) nə  qədər konkret tarixi şəxsiyyətlər, hadisələr 
barəsində danışılırsa danışılsın, mütləq həmin şəxsiyyət və ya hadisələrin qeyri-konkret epik mənşəyindən 
çıxış edilir, "tarixə qədərki" təsəvvürə istinad olunur.
 
 Bu 
baxımdan Kül tiginin şərəfinə yazılmış abidə diqqəti xüsusi cəlb edir.
 
 VIII 
əsrin birinci yarısına (732-ci il) aid həmin abidədə Göy türk dövlətinin yaranması  və 
formalaşması tarixi barədə söhbət getsə də, mətn qədim türk dastanlarının epik təhkiyəsini, intonasiyasını 
mühafizə edir:
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə