Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

 
Qədim türk (run) abidələri ilk orta əsrlər dövrünün epik ədəbiyyatını öyrənmək üçün nə  qədər 
material verirsə, M. Kaşqarinin "Divan"ı da lirik-epik ədəbiyyatı öyrənmək üçün, demək olar ki, o qədər 
material verir. "Divan"da təxminən I minillikdə, xüsusilə həmin minilliyin ikinci yarısında formalaşmış 
türk poeziyası nümunələri toplanmışdır ki, onların demək olar ki, hamısı türk eposunun mənzum 
"parçalar"ı, yaxud "qəlpələr"idir.
 
 "Divani-lüğət-it-türk"ü  ərəbcədən türkcəyə çevirmiş B .Atalayın həmin tərcüməyə yazdığı ön 
sözdə qeyd etdiyi kimi, M .Kaşqari o dövrün yalnız dil xüsusiyyətləri barədə məlumat verməklə qalmır, 
"türkün əski tarixini, ədəbiyyatını, yaşayışını, düşünüşünü" təqdim edir.
 
 "Divan" 
müəllifinin özü isə yazır: "Mən bu kitabı hikmət səc, atalar sözü, şeir, rəcəz, nəsr kimi 
şeylərlə süsləyərək heca hərfləri sırasıyla tərtib etdim".
 
 M. 
Kaşqari türk torpaqlarını illər boyu piyada dolaşmış, folklor örnəklərini toplamış, II minilliyin 
əvvəllərində ümumən qədim türk ədəbiyyatı barədə mükəmməl təsəvvür yaratmışdır: "Kitabda (söhbət 
"Divan"dan gedir — N. C. )  türklərin görgülərini, bilgilərini göstərmək üçün söylədikləri  şeir nümu-
nələrini səpələdim. Qayğılı  və ya şad günlərdə yüksək düşüncələrlə söylənmiş olan savları da aldım. 
Onları ilk söyləyənlər sonrakılara, bunlar da daha sonrakılara bildirmişlər".
 
 M. 
Kaşqari "Divan"ında toplanmış türk poeziyası qədim türklərdə epik-lirik düşüncənin miqyası, 
keyfiyyəti, forma, poetikası barədə tam təsəvvür yaradır: 
 
Qurvı çuvaç quruldı, 
Tuğum tikip uruldı, 
Süsin otun uruldı, 
Qançüq qaçar, ol tutar. 
 
Ərən arıq öprəşür, 
Oçin, kigin irtəşür, 
Sakal tutup tartışur, 
Köksi ara ot tütər. 
 
Öpgəm gəlip oqradım, 
Arslanlayu kükrədim. 
Alplar başın toğradım, 
Emdi məni kim tutar? 
 
 
Qədim türk poeziyası eyni təfəkkür potensiyası, eyni dil-üslub stixiyası əsasında yaranmış və nə 
qədər müxtəlif ideoloji meyillərə, dini dünyagörüş  və istiqamətlərə  şaxələnsə  də, həmin meyil və 
istiqamətlər eyni bir köklə qədim türklərin ümumi poetik idrak mədəniyyəti ilə əlaqədardır.
 
 
Qədim türk poeziyasının görkəmli tədqiqatçılarından İ. V. Stebleva hətta qədim türk (run) yazılı 
abidələrini şeir nümunələri sayır.
 
 
Qədim türklər dünya hadisələrində bilavasitə iştirak etməklə yanaşı, həmin hadisələrin məntiqinə 
də varmış, onları insanın, boyun-tayfanın, xalqın ("türk budun"un) və ümumən xalqların tarixi taleyi, 
mövcudluğunun  şərtləri baxımından təhlil və  təfsir etmişlər, bu baxımdan, qədim türklərin lirik, yaxud 
epik poeziyası  həm də  zəngin fəlsəfi mündəricəyə malik olan, türk idrakının tarixi çevikliyini, 
məntiqliyini, sistemliliyini əks etdirən poeziyadır; narahat, döyüşkən, öz taleyinə biganə olmayan, əbədi 
qanunauyğunluqlar (kosmos) axtaran, müxtəlif dünya dinlərini, təriqətlərini etnik idrakın təcrübəsindən 
keçirən və ümumən yer üzündə baş verən hadisələrin tarixi məsuliyyətini daşımağa hazır olub, bunu öz 
fəaliyyətində dönə-dönə sübut edən bir etnosun — xalqın poeziyasıdır.
 
 
Qədim türk eposu olmasa idi, heç şübhəsiz, qədim türklərin yuxarıda haqqında bəhs olunan 
mükəmməllikdə poeziyası da olmazdı.
 
 M. 
Kaşqari "Divan"ı ilə yanaşı, XI—XIII əsrlərdə türk yazılı  ədəbiyyatının "Kutadqu biliq", 
"Divani-Hikmət", "Atibət ül-həqaiq" kimi əsərləri yaranır ki, onlar İslam baxımından "yenidən təşkil 
olunmuş" türk təfəkkürünün məhsullarıdır. İslamın qəbulu türklər üçün göydəndüşmə, təsadüfi və başlı-
cası, məcburi xarakter daşımadığına görədir ki, türk epos təfəkkürünün yeni fəaliyyət, funksionallıq 
sferalarını müəyyən etmiş olur.
 
 Müəyyənləşmiş ənənəyə görə, türkologiyada XI—XIII əsrlər ədəbiyyatı "qədim türk ədəbiyyatı" 
adlanır. Hətta bir sıra tədqiqatçılar daha sonrakı  əsrlərin yazılı  ədəbiyyatını da buraya (ümumtürk 
ədəbiyyatı tarixinin qədim dövrünə) aid edirlər. Bu sahədə fikir-mövqe müxtəlifliyi üzərində 
dayanmadan, demək olar ki, hər necə olursa-olsun, II minilliyin ilk əsrlərində yaranmış türk, yaxud qeyri-
türk (əsasən fars) dilli ədəbiyyatın əsasında qədim türk eposu durur, məhz epos təfəkkürünün hazırladığı 
ideyalar, süjetlər, motivlər, obrazlar və s.-dən istifadə olunur.
 


 
Qədim türk ədəbiyyatının təkamülü qədim (ümum) türk eposunun təkamül potensiyasına 
əsaslanır və  qədim (ümum) türk eposunun tənəzzülü ilə ümumtürk ədəbiyyatı tarixinin "qədim dövrü" 
başa çatır.
 
 
Qədim türk eposu nəinki XI—XIII əsrlər ümumtürk yazılı  ədəbiyyatının yaranmasında, eyni 
zamanda orta əsrlər türk ictimai-tarixi təfəkkürünün, fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol 
oynamışdır. M. Kaşqarinin ensiklopedik məzmunlu "Divan"ından tutmuş F. Rəşidəddinin "Came-ət tə-
varix"  əsərinə  qədər bir sıra mükəmməl türk (türkdilli, yaxud qeyri-türkdilli) yazılı abidələrinin ideya 
mənbəyini (və əsasını) qədim (ümum) türk eposu təşkil edir. Hətta daha sonralar (XVI—XVII əsrlərdə) 
yaranan bir sıra şəcərələr də məhz qədim türk eposundan gəlir (məsələn, Əbül-Qazi xanın "Şəcəreyi-tə-
rakimə"si və s.).
 
 Müşahidələr göstərir ki, IX—XI əsrlər qədim türk epos təfəkkürünün tənəzzülü, regional (gələ-
gələ milli) türk eposlarının təşəkkülü dövrüdür. IX—XI əsrlərdən türk etnokulturoloji regionları bir-
birindən təcrid olunur və həmin prosesin nəticəsində qədim (ümum) türk eposu da regional xüsusiyyətlər 
kəsb edir. I minilliyin sonu, II minilliyin əvvəllərində türk eposunun "diferensiasiyası" etnokulturoloji 
regionlar üzrə gedir: Sibir, Türküstan, Ural—Volqaboyu, Şərqi Avropa, Qafqaz—Kiçik Asiya.
 
 
I minilliyin sonu, II minilliyin əvvəllərində Sibir "mədəni dünya"dan kənarda qaldığı üçün burada 
qədim türk epos təfəkkürü, bir növ, konservativləşərək mühafizə edilir. Bunun əksinə olaraq Türküstan 
mürəkkəb etnik, ictimai-siyasi, dini-mənəvi bir mənzərə yaradır:  Şərqdə,  əsasən, karluq-uyğur,  Şimal-
Qərbdə  qıpçaq, Cənub-Qərbdə isə  oğuz türklərinin epos təfəkkürü bir-birindən az və ya çox dərəcədə 
fərqli keyfiyyətlər nümayiş etdirir.
 
 
Şərqi Avropada qıpçaqlar xristian dünyası ilə ən geci I minilliyin ortalarından başlayan intensiv 
etnokulturoloji  əlaqələrin nəticəsi olaraq sinkretik bir təfəkkürə yiyələnirlər ki, bu da tədricən həmin 
etnokulturoloji regionun, ümumiyyətlə, məhvinə (slavyanlaşmasına) gətirib çıxarır (bu hadisə təxminən II 
minilliyin ortalarında baş verir). Əksinə, Ural—Volqaboyu regionu (xüsusilə regionun qərb, müəyyən 
dərəcədə  cənub-qərb hissəsi) isə  həm Qərbdən (xristianlıqdan), həm də  Şərqdən gələn mədəni-ideoloji 
təsirlərə baxmayaraq özünəməxsusluğunu mühafizə edir.
 
 
Qafqaz—Kiçik Asiya regionunda gedən etnokulturoloji proseslərə gəldikdə qeyd etmək lazımdır 
ki, onu zənginliyinə görə ancaq Türküstanda gedən etnokulturoloji proseslərlə müqayisə etmək 
mümkündür. Birinci növbədə ona görə ki, Türküstanda başlayan oğuz-səlcuq yürüş-hərəkatı Qafqaz—
Kiçik Asiya regionunun Qərb qurtaracağında başa çatır, bu da bir sıra epik süjetlərin  Şərqdən Qərbə 
daşınması, mənəvi-ideoloji rabitənin canlanması demək idi. İkinci tərəfdən, başqa türk regionlarından 
fərqli olaraq, Türküstan və Qafqaz—Kiçik Asiya türkləri XI—XII əsrlərdən özlərini müsəlman 
dünyasının yalnız hərbi-siyasi sahədə deyil, mədəni-mənəvi sahədə də aparıcı qüvvəsi sayırlar, odur ki, 
məhz bu regionlarda türkdilli ədəbiyyatla yanaşı, farsdilli və  ərəbdilli  ədəbiyyat da sürətlə inkişaf edir. 
Nəhayət, bir cəhət də qeyd edilməlidir ki, haqqında söhbət gedən regionlarda (xüsusilə  oğuz etnik 
mühitində) türk eposu bir tərəfdən İslamın, digər tərəfdən İslama qədərki Şərq eposlarının, demək olar ki, 
əhəmiyyətli təsirinə məruz qalır.
 
 Tanrıçılıqdan İslama keçid, artıq deyildiyi kimi, ilkin orta əsrlər türk təfəkkürü tarixinin ən qlobal 
problemlərindən biridir. Lakin XI—XIII əsrlər türk ədəbiyyatlarının genezisində daha çox müsəlman 
(qeyri-türk) mənbələri araşdırıldığı üçün, həmçinin tanrıçılığa aid müqəddəs mətnlər (bunların əksəriyyə-
ti  şifahi  şəkildə mövcud olmuşdur) yazılmadığına görə tanrıçılıqdan  İslama keçid, hərtərəfli tədqiq 
edilməmişdir. Bununla belə "Tanrı-Allah" ("Kitabi-Dədə Qorqud") ideyası İslamın türklər arasında məhz 
tanrıçılıq əsasında qəbul olunmasını, ideoloji-estetik, mənəvi-əxlaqi "metodologiya"ya çevrilməsini təsdiq 
edir. Türklərin qəbul etdiyi (xüsusilə mənəvi-mədəni sahədə) İslam öz idraki məzmununa görə ərəblərin, 
yaxud farsların qəbul etdiyi İslamdan, kəskin şəkildə olmasa da, hər halda fərqlənir, bu xalqların hər biri 
dövrün və ya dövrlərin mütərəqqi dünyagörüşü olan İslamı öz qədim mifologiyaları, eposları  əsasında 
qəbul etmişlər (və nəzərə almaq lazımdır ki, türklər İslamı ümumtürk eposunun etnokulturoloji regionlar 
üzrə diferensiasiyası dövründə qəbul etmişlər ki, bu da həmin diferensiasiya prosesinə, yəni əslində qədim 
(ümum) türk eposunun tənəzzülünə müəyyən dərəcədə  təsir göstərmişdir. Türk İslamında nəinki türk 
tanrıçılığının (eposun), hətta türk mifologiyasının belə izlərini müşahidə etmək mümkündür. Yalnız onu 
demək kifayətdir ki, XII—XIII əsrlərdə Orta Asiyada "Quran"ın təfsirləri üzərindəki müşahidələr İslamın 
bu  əsas kitabına türklərin kifayət qədər orijinal təfəkkürlə yanaşdıqlarını göstərir. Eyni xüsusiyyət — 
müxtəlif dini dünyagörüşlərə münasibətdə türk təfəkkürünün orijinallığı türk xristianlığında da müşahidə 
olunur. Bu isə o deməkdir ki, türklər  İslama, xristianlığa, yaxud iudaizmə kifayət qədər mükəmməl 
mənəvi-ideoloji təfəkkür, zəngin idrak mədəniyyəti ilə gəlirlər... 
 Türk 
ədəbiyyatlarının genetik-funksional vəhdətinin (ümumdünya ədəbiyyatı kontekstində) 
metodoloji olaraq inkar edilməsi hər bir müstəqil türk ədəbiyyatı üçün "müstəqil genezis" uydurmağa 
gətirib çıxarmışdır. Və ona görə  də ümumi türk ədəbiyyatı tarixinin bütöv bir hadisə kimi təsəvvürdə 
canlandırılması bir sıra problemlər doğurur. Hər şeydən əvvəl, bu, ondan irəli gəlmişdir ki, mövcud yazılı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə