Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

 Müsəlman Allahı  həm xristian Allahından, həm də bütlərdən müqayisə olunmaz dərəcədə 
qüdrətli, hər şeyə qadir hesab edilir.
 
 Eposun 
qəhrəmanlarında belə bir təsəvvür var ki, Allah-Tanrı qoyarsa, imkan verərsə, onlar hər 
hansı çətinliyin öhdəsindən asanlıqla gələ bilərlər. Bununla belə, Allahın insanın öz daxilində olması fikri 
müəyyən qədər deklorativ şəkildə irəli sürülsə  də ("sən xoş möminlər könlündəsən!"), eposun qəhrə-
manları xüsusi hallarda Allah-təalaya müraciət edir, onun müdafiəsinə ehtiyacları olduğunu bəyan edirlər 
("Allahıma sığındım!"). Bu isə Allah-Tanrı inamının "Kitab"da hələ lazımi ruhi-mənəvi, intellektual 
səviyyəyə çatmadığını, yaxud oğuz igidinin epik düşüncə sərbəstliyini bir daha təsdiq edir. "Bəkil oğlu 
Əmranın boyu"nda kafiri yenmək üçün Allaha yalvaran
 
gənc igidlə kafir arasında dini dünyagörüşlərin 
müqayisəsinə əsaslanan dramatik bir söhbət gedir: "Kafir aydır:
 
 — 
Oğlan, alındınsa, Tanrınamı yalvarırsan? Sənin bir Tanrın varsa, mənim yetmiş iki bütxanəm 
var, — dedi.
 
 
Oğlan aydır:
 
 
— Ya asi məlun, sən bütlərinə yalvarırsan, mən aləmləri yoqdan var edən Allahıma sığındım, — 
dedi.
 
 
Həqq-təala Cəbrayıla buyurdu kim, ya Cəbrayıl, var şol quluma qırq ərcə qüvvət verdim, — dedi.
 
 
Oğlan kafiri götürdü yerə vurdu, burnundan qanı düdük gibi şorladı. Sıçrayıb şahin gibi kafirin 
boğazın ələ aldı. Kafir aydır:
 
 
— Yigit, aman! Sizin dinə  nə derlər? Dininə girdim, — dedi. Barmaq götürüb, şəhatə  gətirüb 
müsəlman oldu. Qalan kafirlər bilüb meydanı salub qaçdı".
 
 Allah-Tanrı oğuz igidinə ilham, emosional güc verir, Allah eşqi ilə silahlanmış qazi ərən hər cür 
fiziki maneəni dəf edir.
 
 
Təpəgözün qurduğu tələyə düşən Basatın dilinə  Kəlmeyi-şəhadət gəlir: "La ilahə illəllah
Məhəmməd rəsul Allah, — dedi. Dedi, həmin dəm günbəd yarıldı, yeddi yerdən qapı açıldı, birindən 
daşra gəldi.
 
 ...Təpəgöz aydır:
 
 
― Oğlan, qurtuldunmu?  
 Basat 
aydır:
 
 — 
Tanrım qurtardı, — dedi".
 
 
İslam dininə, onun kanonlarına, obrazlarına hörmət, ürəkdən inanmaq, sədaqət göstərmək eposun 
ideya-məzmununa  əhəmiyyətli təsir göstərən, bir sıra hallarda isə onu hətta müəyyən edən motivlərdir. 
Bizim qəti inamımıza görə, oğuz igidinin yenicə  qəbul etdiyi, yalnız  əsaslarını bildiyi, təfsilatına hələ 
dərindən bələd olmadığı İslam dininə sədaqəti İslam ideologiyasının imkanlarından daha çox həmin oğuz 
igidinin xarakteri — ümumiyyətlə, sədaqətliliyi, ümumiyyətlə, səmimiliyi, ümumiyyətlə, ünsiyyətcilliyi 
ilə əlaqədardır.
 
 Aruz 
igid 
Beyrəkdən Qazana düşmən olmasını  tələb edərkən Beyrək razı olmur. Onu 
namərdcəsinə öldürürlər və ölməmişdən  əvvəl vəsiyyət edir ki, "yarın qiyamət günündə  mənim  əlim 
Qazan xanın yaqasında olsun, mənim qanım Aruza qoursa". Həm Aruzun hərəkəti, həm də Beyrəyin 
vəsiyyəti Qazana bərk təsir edir. "Kitab"da deyilir: Qazan "Beyrəkin qanın dayısından aldı. Aruzun evini 
çapdırdı, elini-gününü yağmalatdı. Yigit bəglər doyum oldu".
 
 
Aruzun qeyri-insani hərəkətinə eyni zamanda Allaha xoş getməyən hərəkət kimi baxılır. Və o, 
lazımi şəkildə cəzalandırılır. Bu və buna bənzər külli miqdarda misallar göstərir ki, İslam dininin tələbləri 
türk-oğuz əxlaqının mənəviyyatının tarixi tələbləri ilə, demək olar ki, ziddiyyət təşkil etmir. İslam dinini 
ümumən türk düşüncəsini zədələmədən, deformasiyasız qəbul edir.
 
 "Kitab"ın "Dirsə xan oğlu Buğac boyu"nda İslamın qəbulu, sonrakı bir sıra boylardan fərqli 
olaraq, bilavasitə ideya-mənəvi problem kimi qoyulmur. Lakin məsələnin ondan az vacib olmayan başqa 
bir tərəfinə toxunulur ki, bu da İslama qədərki düşüncə  tərzi, etnopsixologiya ilə müsəlman 
dünyagörüşünün  əlaqələndirilməsindən ibarətdir. Düzdür, həmin  əlaqələndirmə  hələ  zəifdir, üzdəndir, 
bununla belə, hiss edilir ki, İslama qədərki türk mənəviyyatından İslama birbaşa çıxış mövcuddur:
 
 "Xanlar 
xanı Xan Bayındır ildə bir kərə toy edib, Oğuz bəglərin qonaqlardı. Genə toy edib atdan, 
ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir yerə  ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara 
otaq qurdurmuşdu.
 
 
— Kimin ki, oğlu-qızı yoq, qara otağa qondurun, qara keçə altına döşəyin, qara qoyun 
yəxnisindən önünə  gətirin. Yeərsə, yesin, yeməzsə dursun getsin, — demişdi. — Oğlu-qızı olmayanı 
Allah-təala qarğayıbdır, biz dəxi qarğarız, bəlli bilsin, — demişdi".
 
 Bayındır xanın göstərişi təsadüfi deyil, o kimisə  təhqir etmək, cəmiyyətin gözündən salmaq 
məqsədi də güdmür, hansısa qədim bir adəti, mərasimi yerinə yetirir... Bayındır xanın məclisinə  gələn 
Dirsə xan bu göstərişdən, yəni oğlu, qızı olmadığı üçün qara çadıra oturulmasından narazı qalsa da, 
günahı özündə, yaxud xanımında görür. Oturmayıb evinə qayıdır.
 


 
Məsələ burasındadır ki, Bayındır xanın göstərişi ilə onun özü tərəfindən  İslamı  məntiqlə 
əsaslandırılır: "Allah-təala qarğayıbdır, biz dəxi qarğarız...". Və  həmin məntiq Dirsə xana məsləhətində 
davam etdirilir: 
 
Hay, Dirsə xan,
 
Mənə qəzəb etmə,
 
İncinib acı sözlər söyləmə!..
 
Yerindən uru durgil,
 
Ala çadırın yer yüzünə dikdirgil,
 
Atdan, ayğırdan, dəvədən buğra,
 
qoyundan qoç öldürgil.
 
İç Oğuzun, Daş Oğuzun bəglərin
 
üstünə yığnaq etgil.
 
Ac görsən doyurgil,
 
Yalınçıq görsən donatgil,
 
Borculuyu borcundan qurtargil.
 
Təpə gibi ət yığ, göl gibi qımız sağdır,
 
Ulu toy eylə,
 
Hacət dilə!..
 
Ola kim bir ağzı dualının alqışilə
 
Tanrı bizə yetman əyal verə... 
 
 Dirsə xan məsləhətə qulaq asır, deyilənləri edir... "Əl götürdülər, hacət dilədilər. Bir ağzı dualının 
alqışı ilə Allah-təala bir əyal verdi, xatunu hamilə oldu. Bir neçə müddətdən sonra bir oğul doğurdu".
 
 Dirsə xanın oğlu igidlik göstərir, Dədə Qorqud gəlib ona ad verir, sonra isə deyir: "Adını  bən 
verdim, yaşını Allah versin".
 
 
Göründüyü kimi, Dirsə xanın oğlu Allahın mərhəməti ilə doğulur, ona hansı taleyin veriləcəyi də 
Allahdan asılıdır... Buğaca böhtan atan qırx yoldaşı da onu məhz "şəriəti pozmaqda günahlandırır: 
 
Görürmüsən, Dirsə xan, nələr oldu... 
Yarımasın, yarçımasın sənin oğlun, 
Kür qopdu, ərcil qopdu. 
Qırx yigidin boyuna aldı, 
Qalın Oğuzun üstünə yürüş etdi. 
Nə yerdə gözəl qopdusa, çəkib aldı, 
Ağ saqqallı qocanın saçın dartdı... 
Aqan duru sulardan xəbər keçə, 
Ərquru yatan Ala dağdan betər aşa, 
Xanlar xanı Bayındır xana xəbər vara, 
Dirsə xanın oğlu böylə bidət işləmiş. 
 
 Beləliklə, gənc oğuz bəyinin həyatı müxtəlif tərəflərdən bu və ya digər dərəcədə  İslam 
ideologiyası, mənəviyyatı ilə əhatə edilir.
 
 Lakin 
"Kitabi-Dədə Qorqud"da İslama qədərki dünyagörüşlərin, dini inamların hələ kifayət qədər 
canlı olduğu məlumdur; məsələn, Dirsə xanın oğlundan nigaran xanımı öz emosiyasını bu cür ifadə edir: 
 
...Çıxsın bənim kor gözüm,
 
A Dirsə xan, yaman səgrir!
 
Kəsilsin oğlan əmən süd damarım,
 
Yaman sızlar!..
 
Sarı yılan soqmaqdan aqca tənim qalqıb şişər,
 
Yalnızca oğul görünməz, bağrım yanar... 
 
 Yaralanıb özündən getmiş oğlu Buğacı axtarıb tapan ana ona belə müraciət edir: 
 
Qara qıyma gözlərin
 
Uyxu almış, açqıl axı.
 
O1 ennicə sinəcigün
 
Uzunalmış yığışır axı.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə