Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

baxımından "münaqişə" bir neçə əsr davam etməli olurdu. Etnik mədəniyyətin, dünyagörüşünün, vərdiş-
lərin müxtəlif sahələrində həmin münaqişənin II minilliyin ortalarına qədər getdiyini müşahidə edirik:
 
 a) 
oğuzlar  İslam dininin mücahidləri olduqları halda, qıpçaqlar həmin dinə (eləcə  də digər 
dinlərə) münasibətdə loyallıqlarını mühafizə etməyə çalışırlar;
 
 b) 
oğuzlar Azərbaycanın  şimal bölgələrində yaşayan qeyri-türk tayfalarına fikir vermədikləri 
halda, qıpçaqlar onlarla çoxəsrlik əlaqələrini davam etdirirdilər;
 
 v) 
oğuzlar yazılı  mədəniyyətə get-gedə daha çox üstünlük verdikləri halda, qıpçaqlar folklor 
mədəniyyətini mühafizə edirdilər və s.
 
 
II minilliyin birinci yarısında qıpçaq-oğuz "qarşıdurması" Azərbaycan  ədəbi (yazı) dilinin 
leksikasında da özünü göstərir; Belə ki, "Kitabi-Dədə Qorqud"dan (VII əsr) başlayaraq M .Füzuliyə (XVI 
əsr) qədər Azərbaycan yazılı abidələrində  qıpçaq sözləri ilə  oğuz sözlərinin paralelliyi (sinonimliyi) 
müşahidə edilir.
 
 
Qıpçaq sözləri ilə oğuz sözlərinin orta əsrlərin böyük bir dövründə (VII—XVI əsrlərdə) eyni bir 
dilin faktı kimi işlənməsi, ədəbi dildə qaynayıb-qarışması milli təfəkkürün hər iki türk etnosunun ictimai-
mədəni idrak təcrübəsi əsasında formalaşması demək idi.
 
 III. 
Azərbaycan millətinin təşəkkülü mərhələsi (II minilliyin ortalarından sonra).
 
 
Qıpçaq türkləri ilə  oğuz türklərinin Azərbaycandakı "münaqişəsi" II minilliyin ortalarından 
etibarən aşağıdakı şəkildə həll olunur:
 
 1) 
Ölkədə  həm say üstünlüyünə, həm də siyasi üstünlüyə malik olan oğuz türkləri Azərbaycan 
millətinin formalaşmasında həlledici rol oynayırlar;
 
 2) 
Dövlətçiliyin mərkəzi əsrlər boyu Azərbaycanın cənubunda olduğuna görə, rəsmi mədəniyyət 
(geniş mənada) burada mütləq əksəriyyət təşkil edən oğuz türkləri tərəfindən inkişaf etdirilir;
 
 3) 
XVI 
əsrin  əvvəllərində birləşmiş — həm  Şimalı, həm də  Cənubu  əhatə edən Azərbaycan 
dövlətini oğuz türkləri yaradırlar;
 
 4) 
XVII—XVIII 
əsrlərdə Azərbaycan mədəniyyətinin intibahı (demokratikləşməsi) dövründə 
xalqın yaddaşında yaşayan qıpçaq düşüncə mədəniyyəti normativ (ədəbi-rəsmi) mədəniyyət səviyyəsinə 
daha güclü olan oğuz mədəniyyətinin tərkibində yüksəlir;
 
 
5) Umummilli etnik-mədəni sistemin formalaşması ilə  qıpçaq-oğuz "qarşıdurması" tədricən 
aradan qalxır (yəni Azərbaycan etnik-mədəni sistemində  qıpçaq etnosu ehtiva olunur). Və onu da qeyd 
etmək lazımdır ki:
 
 a) 
qıpçaqlar milli etnik-mədəni sistemə beynəlxalq mədəniyyətlə yanaşı, "yerli" qeyri-türk 
mənşəli etnosların mədəniyyətini gətirir;
 
 b) 
oğuzlar isə Azərbaycanın əlaqədə olduğu beynəlxalq mədəniyyəti gətirir.
 
 Beləliklə, müasir Azərbaycan etnik-mədəni sistemi "beynəlxalq" və "yerli" miqyaslı  qıpçaq 
türkləri ilə beynəlxalq miqyaslı oğuz türklərinin tarixi əlaqələri hesabına II minilliyin ortalarından sonra 
(XVII—XVIII  əsrlərdə) formalaşır. Bununla belə, Azərbaycanda qıpçaq regional mühiti bu günə  qədər 
qalmaqda davam edir — qıpçaqların tarixən məskunlaşdıqları  ərazilər (Azərbaycanın Kür çayından 
şimalındakı bölgələri, habelə  Cənubi Qafqazın bəzi regionları) qıpçaq türklüyünün bir sıra adət-
ənənələrini, vərdişlərini, təfəkkür, dil xüsusiyyətlərini, antropoloji əlamətlərini qoruyub saxlayır. Həmin 
ərazilərdə yaşayan qeyri-türk mənşəli etnoslarla qıpçaqların ən azı min beş yüz illik təmasları da bir çox 
sahələrdə öz tarixi ənənəsini mühafizə edir.
 
 Azərbaycanda qıpçaq türklüyünün tarixi etnik-mədəni mövqeyinə, fikrimizcə, birinci növbədə 
aşağıdakı geniş miqyaslı proseslər təsir göstərmişdir:
 
 1. 
XI—XVI 
əsrlərdə  oğuz türklərinin passionarlığının güclənməsi və bunun nəticəsi olaraq II 
minilliyin birinci yarısında
 
Qafqaz—Kiçik Asiya regionunda onların hərbi-siyasi mövqelərinin 
möhkəmlənməsi, bunun əksinə olaraq, həmin mərhələdə II minilliyin birinci yarısında qıpçaq türklərinin 
passionarlığının aşağı düşməsi və Dəşti-Qıpçaq regionunda (o cümlədən də Şimali Qafqazda) möhtəşəm 
qıpçaq (poloves) dövlət birliklərinin parçalanaraq zəifləməsi;
 
 2. 
İslam dininin Azərbaycanda və həmsərhəd ərazilərdə yayılaraq siyasi-ideoloji, mənəvi-mədəni 
düşüncənin hərəkətverici qüvvəsinə çevrilməsi (İslam dininin, artıq qeyd olunduğu kimi, sosial daşıyıcısı 
olaraq ölkədə oğuzlar çıxış edir, qıpçaqlar bu dinə, demək olar ki, laqeyd münasibət göstərirdilər);
 
 3. 
Oğuzların mədəni dünya ilə (İran, ərəb dünyası, Qərbi Avropa və s.) beynəlxalq təmaslarının 
get-gedə güclənməsi, qıpçaqların isə, əksinə Qərbi Avropa ilə tarixi (I minilliyin birinci, xüsusi ilə ikinci 
yarısı) əlaqələrinin, demək olar ki, kəsilməsi;
 
 4. 
Şimali Qafqazda gedən mürəkkəb etnik-siyasi proseslər nəticəsində Azərbaycanın  şimalında 
məskunlaşmış qıpçaqlarla Dəşti-Qıpçaq dünyası arasındakı əlaqələrin tədricən kəsilməsi.
 
 5. 
Nəhayət, XIII—XVI əsrlərdə oğuz türklərinin Azərbaycanın geniş mənada coğrafiyasına artıq 
uyğunlaşmaları və yerli əhali mövqeyindən "xarici müdaxiləçilər"ə — monqol-tatarlara, Əmir Teymura 
qarşı dayanaraq ölkənin müdafiəsinə cəhd etmələri.
 


 XVII—XVIII 
əsrlərdə Azərbaycan etnik-mədəni sisteminin formalaşması ilə  həmin sistemin 
coğrafiyası da müəyyənləşir, xüsusilə  oğuz türklərinin məskunlaşdığı Azərbaycanla Türkiyə arasında 
mənəvi-mədəni sərhədlər qərarlaşır,  İran "Şimal iddiaları"ndan  əl çəkməsə  də, faktiki olaraq, həmin 
mənada fars dilinin nisbətən üstün olduğu Cənub hüdudlarına çəkilir və bunun nəticəsi olaraq, 
Azərbaycandakı  oğuz türklüyü daxili (Azərbaycandaxili) həyat yaşamağa daha çox şərait  əldə edir, — 
fikrimizcə, buna görə  də Azərbaycan millətinin (və etnik-mədəni sisteminin) formalaşması dövründə 
qıpçaq türklüyü ilə  oğuz türklüyü arasındakı çoxtərəfli ünsiyyətin miqyası müəyyənləşir, yəni həmin 
ünsiyyət artıq müəyyənləşmiş coğrafiyada gedir.
 
 ...Azərbaycan cəmiyyəti  İslam dinini zəngin düşüncə  mədəniyyəti, mükəmməl idrak təcrübəsi 
əsasında qəbul edir. Ona görə  də  İslam müxtəlif inkişaf səviyyəsində olan dini dünyagörüşlərlə 
polemikaya girməli olur. Və  həmin polemika öz əksini daha çox müsəlmanlarla qeyri-müsəlmanların 
münaqişəsində, müharibəsində tapsa da, "Kitab" İslam dininin məhz intellektual-mənəvi, ideoloji 
qələbəsini nümayiş etdirməyə meyillidir...
 
 
"Rəsul  əleyhüssəlam zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu. 
Oğuzun ol kişi təmam bilicisiydi, nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi. Həq-təala onun 
könlünə ilham edərdi.
 
 
Qorqud Ata ayıtdı:
 
 — 
Axır zamanda xanlıq gerü — Qayıya dönə, kimsənə  əllərindən alammıya, axır zaman 
olub qiyamət qopunca...
 
 
Bu dedigi Osman nəslidir, işdə sürülüb gedəyüdür. Dəxi neçə buna bənzər sözlər söylədi.
 
 
Qorqud Ata Oğuz qövminin müşkülünü həll edirdi. Hər nə  iş olsa, Qorqud Ataya 
danışmayınca işləməzlərdi. Hər nə ki, buyursa, qəbul edilərdi, sözün tutub təmam edərlərdi".
 
 
Göründüyü kimi, burada söhbət cəmiyyətin sıravi bir üzvünün deyil, onun mənəvi-ideoloji 
rəhbərinin  İslam dünyagörüşünü qəbul etməsindən gedir. Və onun aşağıdakı sözləri də  həmin 
dünyagörüşün ifadəsidir: 
 
"Allah, Allah deməyincə işlər onmaz,
 
Qadir Tanrı verməyincə ər bayımaz.
 
Əzəldən yazılmasa, qul başına qəza gəlməz,
 
Əcəl vədə irməyincə kimsə ölməz.
 
Çıxan can gerü gəlməz.
 
Bir yigidin qara dağ yumurusunca malı olsa,
 
yığar, dirər, tələb eylər.
 
Nəsibindən artığın yiyə bilməz.
 
Ulaşıban sular daşsa, dəniz dolmaz,
 
Təkəbbürlük eyləyəni Tanrı sevməz..." 
 
 
Qorqud Ata, yaxud "Kitab"da daha çox işləndiyi kimi, Dədə Qorqud İslam müqəddəslərini 
yüksək tutur, ona görə də "söyləmiş, görəlim, xanım, nə söyləmiş": 
 
Ağız açıb ögər olsam, üstümüzdə Tanrı görklü, 
Tanrı dostu, din sərvəri Məhəmməd görklü. 
Məhəmmədin sağ yanında namaz qılan 
Əbubəkr Siddiq görklü, 
Axır separə başıdır, "Əmmə" görklü, 
Hecasinləyin, düz oqunsa, "Yasin" görklü 
Qılıc çaldı, din açdı, Şahmərdan Əli görklü, 
Əlinin oğulları, peyğəmbər nəvələri. 
Kərbəla yazısında Yezidin əlində şəhid oldu 
Həsənlə Hüseyn iki qardaş bilə görklü. 
Yazılıb-düzülüb gögdən endi, 
Tanrı elmi "Quran" görklü, 
Ol "Quran"ı yazdı-düzdü, 
üləmalar ögrənincə köbədi-biçdi
 
alimlər sərvəri Osman Üffan oğlu görklü. 
Alçaq yerdə yapılıbdır, Tanrı evi Məkkə görklü, 
Ol Məkkəyə sağ varsa, əsən gəlsə, 
Sidqi bütün hacı görklü. 
Sağış günündә ayna görklü, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə