Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

dininin hər bir müsəlmanın qarşısına qoyduğu
 
tələblərdir. Lakin həmin tələblərə İslamı qəbul etmiş oğuz 
türklərinin həmişə əməl etdiklərini demək çətindir.
 
 "Kitab"ın mətni üzərində müşahidələr göstərir ki, oğuz türklərinin müsəlmançılığı daha çox 
kafirlərlə üz-üzə dayanarkən, döyüşdən əvvəl meydana çıxır. Qalan vaxtlarda onlar demək olar ki, ibadət 
etmirlər. Bu, aşağıdakı səbəblərdən irəli gələ bilər:
 
 a) 
İslama bütün dərinliyi ilə  hələ  bələd olmayan bir sıra mühüm dini işləri kənardan gələnlərə 
verən (diqqət edək: "Saqqalı uzun tat əri banladıqda") oğuz türkləri  İslam dünyası qarşısında öz 
öhdələrinə  əsasən qəzaya getməyi, kafirləri məğlub edərək kilsələrini yıxıb məscid yapmağı, "ban 
banlatmağ"ı (yəqin onu da "tat əri" icra edir) götürmüşlər;
 
 
b) epos təfəkkürü üçün müsəlmançılığın "xırdalıqlar"ına getmək o qədər də maraqlı olmadığına 
görə, ozanlar "sülh dövrü"nün İslam həyatına fikir verməmiş, ancaq müsəlmanlarla kafirlərin üz-üzə 
durduğu dramatik məqamlarda müsəlman olmağın üstünlüklərini göstərmək məqsədini izləmişlər.
 
 Müsəlman türklərin kafirlərlə döyüşü həmişə sonuncuların məğlubiyyəti ilə başa çatır. "Kitab"da 
həmin döyüşlərdən biri bu cür təsvir edilir:
 
 "...Bir 
qiyamət savaş oldu, meydan dolu baş oldu. Başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar 
yügürdü, nalı düşdü. Ala-ala göndərlər susaldı. Qara polat uz qılıclar çalındı, yelmağı düşdü. Üç yeləkli 
qayın oqlar atıldı, dəmrəni düşdü. Qiyamətin günü ol gün oldu. Bəg nökərlərindən, nökər bəglərindən 
ayrıldı. Daş  Oğuz bəgləri ilə  Dəli Dondar sağdan dəpdi,  İç Oğuz bəgləri ilə Qazan dübə  dəpdi,  Şöklü 
Məlikə  həvalə oldu. Şöklü Məliki bögürdübəni atdan yerə saldı, qafillicə qara başın alıb kəsdi, qax-
şıdıban alca qanın yer yüzünə tökdü. Sağ tərəfdə Qaratəgin məlikə Qıyan Səlcuq oğlu Dəli Dondar qarşı 
gəldi, sağ yanını qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacıq məliyə Qaragünə oğlu Dəli Budaq qarşı gəldi. 
Altı pərli gürz ilə təpəsinə qatı tuta urdu. Dünya-aləm gözünə qaranqu oldu, at boynun qucaqladı, yerə 
düşdü. Qazan bəgin qardaşı kafirin tuğilə sancağını qılıcladı, yerə saldı. Dərələrdə, dəpələrdə kafirə qırğın 
girdi, leşinə quzğun üyüşdü. On iki min kafir qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldu. Qaçanı 
Qazan bəg qovmadı, aman deyəni öldürmədi. Qalın Oğuz bəgləri doyum oldu".
 
 "Kitab"da 
kafirlərlə döyüşlərin təsvirinə, oğuz türklərinin hərbi qələbələrinin tərənnümünə, 
demək olar ki, bütün döyüşlərdə "çapar yetən" igidlərin — qazi ərənlərin hünərinə, hətta kimin hansı 
silahdan istifadə etməsinə (bu sonuncu bütün xalqların orta əsrlər dastanları üçün xarakterik olub silahın 
tarixi mövqeyini əks etdirir) xüsusi diqqət yetirilsə də, əsas məsələ müsəlmanın kafir üzərindəki mənəvi-
ruhani qələbəsidir: "Kafirin kəlisasını  yıqdılar, yerinə  məscid yapdılar. Keşişlərin öldürdülər, ban 
banlatdılar.  Əziz Tanrı adına qüdbə oqutdular". Və heç şübhəsiz, eposun yaradıcısı (və ifaçısı) olan 
ozanlar qədim türk epos ənənəsini davam etdirərək ayrı-ayrı  qəhrəmanların fəaliyyətinə xüsusi fikir 
vermiş, onların hünərindən danışmışlar; eposu yazıya alan, "Kitab"ın üzünü köçürən müsəlman katiblər 
isə süjetlərin hansı ideyaya xidmət etməsini əsas götürmüşlər.
 
 "Kitabi-Dədə Qorqud"da kafirlər "yeddi bin, qaftanın ardı yarıçitəli, yarımından qara saçlı, sası 
dinli, quzğun dilli", fürsət güdüb çapqınçılıq edən namərdlər kimi təsvir edilir. Qazan xan ova gedərkən 
kafirin casusu öz böyüyü Şöklü Məliyə  xəbər verir... "Altun ban evlərin kafirlər çapdılar. Qaza bənzər 
qız-gəlini çığrışdılar. Tovla-tovla şahbaz atlarını bindilər, qatar-qatar qızıl dəvələrini yeddilər, ağır 
xəzinəsini, bol ağçasını yağmaladılar. Qırq incə belli qız ilə boyu uzun Burla xatun yesir getdi. Qazan 
bəyin qarıcıq olmuş anası qara dəfə boynunda asılı getdi. Xan Qazanın oğlu Uruz bəg üç yüz yigidlən əli 
bağlı, boynu bağlı getdi". Və hələ bu azmış kimi, bir bölük kafirlər Qapılar Dərvəndinə gedir ki, Qazanın 
on min qoyununu da gətirsin.
 
 Kafirlər Qaraçuq Çobanı dilə tuturlar: 
 
Qaranqu axşam olanda qayğulu çoban,
 
Qarla yağmur yağanda çaxmaqlı çoban!
 
Bərə, çoban, iraqından, yaqınından bəri gəlgil,
 
Baş endirib bağır basgil,
 
Biz kafirə salam vergil.
 
Öldürməyəlim, Şöklü Məliyə səni ilətəlim,
 
Sənə bəglik alı verəlim. 
 
 Qaraçuq 
Çobanın kafirə cavabı isə düşmənin düşmənə sözüdür: 
 
Ala-qara söyləmə, mərə, itim kafir,
 
İtimlə bir yalaqda yundum içən azğın kafir. 
 


 Kafir 
Oğuz igidlərindən qorxur, onlarla açıq döyüşə girmək istəmir. Məsələn, elə ki, bilirlər Bəkil 
atdan yıxılıb ayağını  sındırıb, kafir dərhal onun üzərinə  gəlir. Və  təkurla (kafirlərin başçısı ilə) kafirlər 
arasında belə bir söhbət gedir:
 
 "Al 
ayğır qaçan kim yağı qoxusun alsa, ayağını yerə dögərdi, tozu gögə çıqardı.
 
Kafirlər aydır:
 
 
―Bu at Bəkilindir. Biz qaçarız. 
 
Təkur aydır:
 
 — 
Mərə, onat görün, bu gələn Bəkilsə, sizdən öndən mən
 
qaçaram, — dedi".
 
 
Eposda kafirin qorxaqlığı  oğuz igidlərinin — müsəlmanların onlara saymaz münasibəti ilə 
qarşılaşdırılır və belə bir təsəvvür yaradılır ki, bir oğuz igidi onlarla kafiri məğlub etməyə qadirdir...
 
 
Kafirin casusu gəlib təkura xəbər verir ki, Oğuzdan bir igid gəlib qoruqda yatır. Təkur altmış 
adam göndərir ki, onu tutub gətirsinlər. Lakin "oğlan gördü kim, bir alay atlı  gəlir, sıçradı, adı görklü 
Məhəmmədə salavat gətirdi. Atına bindi, qara donlu kafirə qılıc urdu, basdı qələyə qoydu. Yenə uyxusun 
yenəməyib yerinə varıb yatdı, uyudu. Yenə atının çilobərin biləginə keçirdi.
 
 Kafirlər, saq onları qaçaraq təkurə gəldilər. Təkur aydır:
 
 — 
Tuv 
yüzündə! Altmış kişi bir oğlanı tutamadınız?! — dedi.
 
 Bu 
kərrə yüz kafir oğlanın üzərinə  gəldilər. Ayğır yenə  oğlanı oyardı. Gördü kafirlər alay 
bağlamış gəlirlər. Oğlan durdu, atına bindi. Adı görklü Məhəmmədə salavat gətirdi. Kafirə qılıc qoydu. 
Basdı qələyə tıqadı. Atını döndərdi genə mənzilinə gəldi. Yuxusun yenəmədi, gerü yatdı, uyudu".
 
 Kafirin 
qorxaqlığını, Oğuz igidlərinin, müsəlman türklərin qarşısında dura bilməmələrini bir fakt 
da təsdiq edir ki, kafirlər onlara olan hücumun qarşısını almaq üçün igid Oğuz  əsirlərindən istifadə 
edirlər. Məsələn, "Uşun Qoca oğlu Səgrək boyu"nda kafirlər  əsir düşmüş  Əgrəki qardaşı  Səgrəkə qarşı 
qoyurlar... Yaxud əsir düşmüş Qazan xan oğlu Uruzla döyüşməli olur.
 
 Kafirlər biləndə ki, onların qalası alındı, məsləhətləşib belə qərara gəlirlər ki, "Qazanı çıqaravuz 
onlarla bərabər edəvüz".
 
Və Qazana:
 
 
" — Qazan bəg, üzərimizə yağı  gəldi. Bu yağıyı üzərimizdən ayırarsan, səni qoyu verəlim, — 
dedilər. Həm xəraca müti olalım. Sən dəxi and iç kim, bu bizim elə yağılığa gəlmiyəsən — dedilər". 
Qazanı yaraqlandırıb Oğuz igidlərinin qarşısına çıxarırlar. O, biləndə ki, axınçılara oğlu Uruz başçılıq 
edir, sevinir, "əlhəmdü lillah, mənim oğlancığım böyük ər olmuş" —
 
deyir.
 
 Kafirə  əsir düşmək "Kitab"ın maraqlı motivlərindən biri olub yalnız müsəlman cəmiyyətinin 
deyil, kafirlərin də xarakterini, dünyagörüşünü, həyat tərzini anlamağa kömək edir.
 
 
Dirsə xanın xanımı həyəcanlanır ki, oğlu birdən kafirə əsir düşmüş olar: 
 
...Qara donlu azğın dinli kafirlərə
 
Bir oğul aldırdınsa degil mənə.
 
Xan babamın qatına bən varayım,
 
Ağır xəzinə, bol ləşkər alayın,
 
Azğın dinli kafirə bən varayım,
 
Yaralanıb qazlıq atımdan enməyincə,
 
Yönümlə alca qanım silməyincə,
 
Qol-bud olub yer üstünə düşməyincə,
 
Yalqız oğul yollarından dönməyəlim... 
 
 
Eposda Qazan xanın, onun ailəsinin, Bamsı Beyrəyin, Qazlıq Qocanın,  Əgrəkin... kafirə  əsir 
düşməsindən bəhs edilir.
 
 Qazanın əsir düşməsi, əsirlik həyatı "Kitab"ın ən maraqlı səhifələrini təşkil edir...
 
 
Qazan Trabzon təkurunun göndərdiyi  şahinlə ova çıxır, "kafir eli"nə çatarkən onu yuxu tutub 
yatır. Kafirlər Qazanı "uyduğu yerdə tutdular, əlin-ayağın bərk bağladılar. Bir ərəbəyə yüklətdilər. 
Ərəbəyə möhkəm orğanla sarıdılar. Ərəbəyi çəkdilər, yürüyü verdilər".
 
 Qazan 
kafirə əsir düşdüyü ilk andan düşməni saymır, onu məsxərəyə qoyur:
 
"Gedərkən ərəbə qıcırdısından Qazan oyandı. Gərindi, bu əlindəki orqanları həp qırdı, ərəbənin üzərinə 
oturdu. Əlin-əlinə çaldı, qas-qas güldü.
 
 Kafirlər aydırlar:
 
 
― Nə gülərsən? 
 Qazan 
aydır:
 
 — 
Mərə, kafirlər, bu ərəbəyi beşigim, sizi yamuru-yamuru dadım-dayəm sandım, — dedi".
 
 Qazanı Tomanın qələsində  dərin bir quyuya salırlar. Təkurun xatunu gəlir ki, adı  hər yana 
yayılmış igidi görsün.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə