Nizami CƏFƏrov


AZƏRBAYCAN "KOROĞLU"SU, YAXUD



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

 
AZƏRBAYCAN "KOROĞLU"SU, YAXUD
 
TÜRK-OĞUZ EPOSUNDAN
 
AZƏRBAYCAN EPOSUNA 
 
 
 "Koroğlu" dastanı ümumən müxtəlif türk (və bir sıra qeyri-türk) xalqları arasında bu və ya digər 
dərəcədə yayılsa da, mükəmməl epik yaradıcılıq aktı olmaq etibarilə tarixən Azərbaycan xalqına — 
Azərbaycan türklərinə  mənsubdur. Azərbaycan "Koroğlu"su mənsub olduğu xalqın  şifahi  ədəbiyyatının 
(bütövlükdə  mədəniyyətinin) intibahı dövründə böyük milli-ictimai təfəkkür enerjisinin məhsulu kimi 
meydana çıxmış, həmin xalqın bir neçə  əsrlik tarixi marağını, sosial-siyasi, ideoloji və  mənəvi-estetik 
dünyagörüşünü, mentalitetini, milli ehtiraslarını əks etdirmişdir.
 
 "Koroğlu"nu Azərbaycan ictimai-estetik təfəkkür tarixindəki mövqeyinə görə, ancaq "Kitabi-
Dədə Qorqud"la müqayisə etmək mümkündür. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının, "Koroğlu" 
isə Azərbaycan millətinin formalaşdığı dövrün ovqatının, sosial-siyasi, etnoqrafik proseslərin hər 
dövrdəki özünəməxsus təzahürüdür. Və heç də  təsadüfi deyil ki, "Koroğlu" ilə "Kitabi-Dədə Qorqud" 
arasında qırılmaz semantik-struktur (poetik) əlaqə vardır ki, həmin  əlaqəni etiraf etmədən Azərbaycan 
"Koroğlu"sunun nəinki genezisini, heç tipologiyasını da müəyyənləşdirmək mümkün deyil — "Kitabi-
Dədə Qorqud"dan "Koroğlu"ya qədər türk-oğuz ozanı Azərbaycan aşığına transformasiya olunur...
 
 "Koroğlu"nun Qərb və  Şərq variantları, tədqiqatçıların qeyd etdiyi kimi, həm məzmun, həm də 
formaca biri digərindən kifayət qədər fərqlənir, — Qərb variantları Azərbaycan, türk, erməni, gürcü, kürd, 
ləzgi və s. Şərq variantları isə türkmən ("Goroğlu"), özbək, qazax (hər ikisində "Qoroğlu"), tacik ("Qu-
ruqli", yaxud "Qurquli") variant və ya versiyalarından ibarətdir. Eposun Qərb variantları, demək olar ki, 
bütünlüklə real, tarixi hadisələrdən,  əhvalatlardan bəhs etdiyi halda, Şərq variantları  əfsanəvi-mifik 
obrazlar, süjetlərlə zəngindir, — Qərb variantları əsasən nəsrlə, Şərq variantları isə şeirlədir.
 
 "Koroğlu"nun müxtəlif variant, yaxud versiyaları üzərindəki müşahidələr göstərir ki, həmin 
variant, yaxud versiyalar, aralarındakı  məzmun fərqlərinin böyüklüyündən və ya kiçikliyindən asılı 
olmayaraq, bir mənbədən — Azərbaycan "Koroğlu"sundan törəmişlər; hər  şeydən  əvvəl ona görə ki
tipoloji baxımdan bu variant daha mükəmməl, daha tarixi və daha realistdir, ona görə də daha çox törəmə-
artma, improvizasiya potensialına malikdir. Və koroğluşünas X. Koroğlunun belə bir fikri tamamilə 
doğrudur ki, ondan artıq müxtəlif etnik mənşəli xalqda "Koroğlu" yazılı şəkildə fiksasiya olunsa da, "əsas 
süjet, görünür, Azərbaycanda müəyyənləşmişdir".
 
 "Koroğlu"nun Qərbdən  Şərqə doğru yayıldığını güman etmək üçün hər cür əsas vardır, — 
Azərbaycanı, Anadolunun Şərqini  əhatə edən cəlalilər (XVI əsrin sonu, XVII əsrin  əvvəlləri) hərəkatı 
"Koroğlu"nun ilk süjetlərini, yaxud epizodlarını bu ərazidə (Qərbdə) meydana çıxarmalı, sonra həmin 
süjet və ya epizodlar oğuz-türkmənlər vasitəsilə Şərqə nəql olunmalı idi. Digər tərəfdən XVII əsrdə türk 
dünyasının etnik-siyasi baxımdan ən gərgin nöqtəsi məhz Qafqaz (Azərbaycan) idi ki, burada yalnız tarix 
səhnəsinə  çıxmağa hazırlaşan bir millətin — Azərbaycan millətinin taleyi həll olunmurdu, digər oğuz 
türklərinin (Türkiyə türklərinin, türkmənlərin) milli özünütəşkili prosesi də az və ya çox dərəcədə həmin 
regionla bağlı idi.
 
 Lakin 
Şərq "Koroğlu"su ancaq mənşəyi, bir sıra obraz, epizod-süjet və motivlərinə görə  Qərb 
"Koroğlu"su ilə eynidir, ümumiyyətlə isə orijinal variant və ya versiyalardan ibarətdir — hər bir türk 
xalqı (türkmən, özbək, qazax və s.) "Koroğlu"ya öz tarixi-etnik marağını, mənəvi-etnoqrafik xarakterini, 
ictimai-siyasi problemlərini gətirmiş, onu ("Koroğlu"nu) hansı epik, bədii-estetik səviyyəyə qaldırıb-
qaldırmamasından asılı olmayaraq, özününkü etmişdir (B. A. Karrıyev).
 
 Azərbaycan "Koroğlu"su Qərb variantlarının, qeyd olunduğu kimi, əsasını  təşkil edir — "istər 
ayrı-ayrı hissələrinin, qollarının ilk yaranmasında, istərsə  də yaşadığı  əsrlər boyu daha da 
zənginləşməsində, cilalanmasında bizə məlum olmayan saysız-hesabsız söz sənətkarlarının iştirak etmiş 
olduğu  ən  əzəmətli dastanlarımızdan biri (M. H. Təhmasib) "Koroğlu" milli təşəkkül dövründə  mənsub 
olduğu xalqın, millətin hansı yaradıcılıq (və geniş  mənada özünütəşkil!) imkanlarına malik olduğunu 
göstərir. Mütəşəkkilliyinə, xalqın ictimai-siyasi problemlərini  əks etdirmə imkanına, estetik-poetik 
səviyyəsinə görə nə Türkiyə türklərinin "Koroğlu"su, nə də erməni, gürcü, kürd, ləzgi və s. "Koroğlu"su 
Azərbaycan "Koroğlu"su ilə müqayisə oluna bilməz — eyni zamanda qeyd edək ki, Qafqazda yaşayan 
qeyri-türk mənşəli xalqların "Koroğlu"su,  əsasən, Azərbaycan "Koroğlu"sunun ayrı-ayrı süjetlərinin 
variasiyası, bir sıra hallarda isə bilavasitə  tərcüməsidir. Heç də  təsadüfi deyil ki, vaxtilə qeyri-türk 
mənşəli bir sıra qonşu xalqların ifaçı-aşıqları müxtəlif məclislərdə "Koroğlu"nun süjetini Azərbaycan 
türkcəsindən çevirərək öz dillərində (ermənicə, gürcücə, ləzgicə və s.) danışmış, dastandakı qoşmaları isə 
məhz Azərbaycan türkcəsində oxumuşlar (XVII—XIX əsrlərə aid bir sıra əlyazmaları da bunu göstərir). 


Yəni Qafqaz — Kiçik Asiya regionunda "Koroğlu"nun aparıcı dili Azərbaycan türkcəsi, təmsil və təbliğ 
etdiyi ideya-estetik mədəniyyət Azərbaycan mədəniyyəti olmuşdur.
 
Azərbaycan "Koroğlu"su formalaşdığı dövrdən həm yazıya alınmağa, həm də yazılı  ədəbiyyata təsir 
göstərməyə başlamışdır — əlbəttə, bunun səbəbi yalnız "Koroğlu"nun XVII—XVIII əsrlər Azərbaycan 
mədəniyyətindəki böyük tarixi mövqeyə malik olması deyil; həmin dövrdə, görünür, əsasən intibah dü-
şüncəsinin təsiri ilə xalq ədəbiyyatı böyük nüfuz qazanır və kütləvi  şəkildə, qarşısıalınmaz bir sürətlə 
yazıya köçürülür — bunun miqyasını təsəvvür etmək üçün deyək ki, XVI—XVIII əsrlər aşıq yaradıcılığı 
nümunələri, bir sıra dastanlar yalnız  ərəb (Azərbaycan türkü) əlifbasında deyil, erməni və gürcü 
əlifbalarında da yazıya alınmış, bunların  əksəriyyəti itib-batmış, çox az bir qismi bugünə  qədər gəlib 
çıxmışdır.
 
 "Koroğlu"nun əlyazmaları daha çox olmuşdur — bunun bir səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, 
dastanın Qafqazda geniş yayılması,  ədəbi-estetik nüfuzu idisə, başqa bir səbəbi onun görünməmiş bir 
sürətlə törəyib-artması, inkişaf etməsi, qeyri-adi potensiala malik olub get-gedə yeni süjetlər, motivlər, 
ideyalar və s. ilə  zənginləşməsi idi. "Koroğlu" yaradıcı  aşığa, el sənətkarına dövrün, günün ictimai 
problemlərini ümumiləşdirmək, həmin problemlərə xalqın münasibətini bildirmək, ya analitik, ya da 
təhtəlşüur bir şəkildə  təqdir-təsdiq və ya inkar etmək üçün qeyri-məhdud imkanı verirdi. Azərbaycan 
xalqının milli intibahı dövründə folklorun, dastan-epos yaradıcılığının qazandığı bu qeyri-məhdud 
imkanı, improvizasiya sürətini yazı əks etdirə (ehtiva edə!) bilmirdi.
 
 Görkəmli koroğluşünas  M. H. Təhmasib, görünür, daha çox sovet ideologiyasının təsiri altında 
belə bir fikir söyləmişdi ki, "diqqət edilsə, "Koroğlu" eposunun da Azərbaycanın Rusiya ilə 
birləşməsindən sonrakı dövrdə daha da böyümə, genişlənmə  mənasında inkişaf etmədiyi aydın olur. 
Çünki bu birləşmə ilə "Koroğlu" eposunun əsas mübarizə obyekti olan Osmanlı  və  İran istilası aradan 
qalxmışdır". Əlbəttə, bu nəinki köhnəlmiş, hətta eyni zamanda yanlış fikirdir — hər şeydən əvvəl, ona gö-
 
rə ki, "Koroğlu" dastanı Azərbaycan millətinin formalaşması dövründə milli-etnoqrafik müstəqilliyi 
tərənnüm edən bir əsər (epos) olduğundan o hər cür istilanın, hər hansı yadelli düşmənə boyun əyməyin 
əleyhinədir və necə ki, sovet ideologiyası Azərbaycanda milli demokratik təfəkkürü  əsasən iflic etmə-
mişdi, o vaxta qədər "Koroğlu"nun törəmə, inkişaf edib zənginləşmə potensiyası qalırdı.
 
 "...Azərbaycan Rusiyaya birləşdiyi zaman buraya gəlmiş ilk general yerli əhalidən Koroğlu 
haqqında soruşur... Koroğlunu görmək istəyir...
 
 Qoca 
ağsaqqal bir kişi deyir:
 
 
― Sən əmr elə uzun buynuzlu bir qoç gətirsinlər... 
 ...Gətirirlər. Qoca yer qazıb qoçu buynuzlarına qədər yerə
 
basdırır. Sonra atını minib cövlanə 
gətirir. Çaparaq gəlib keçəndə  əyilib torpağa basdırılmış qoçun iki buynuzundan tutur, qaldırıb göyə 
tullayır. Atı bir qədər sürüb sonra döndərir, qılıncını  çəkir, çaparaq gəlib qılıncı ilə qoçu göydə iki 
şaqqaya bölür. Sonra bir tərəzi gətirdib  şaqqaları  çəkdirir, hər iki şaqqa misqal-misqala bərabər gəlir. 
 Qoca 
deyir:
 
 — 
Mən Koroğlunun ən cavan dəlisi Eyvazam. Koroğlu lazım olmayan yerə getməz. Əgər lazım 
olsa, çağırılmamış da gələr".
 
 
M. H. Təhmasib yazır: "Bu əfsanə "Koroğlu" eposunun, əgər belə demək mümkündürsə, son 
sözüdür. Bununla belə, əzəmətli eposun daha da böyümək mənasında inkişafı dayanır".
 
 Görkəmli koroğluşünasın bu mülahizəsi də prinsip etibarilə özünü doğrultmur — "əfsanə"də 
"Koroğlu" dastanının təmsil etdiyi epik ənənə-mədəniyyətin hələ çox güclü olduğunu, konkret tarixi 
hadisəyə — Azərbaycanın Rusiya tərəfindən işğalına müəyyən münasibət bildirildiyini görürük. 
"Koroğlu" XVII—XVIII əsrlərdə olduğu kimi XIX əsrdə, XX əsrin  əvvəllərində  də  öz  epik  həyatını 
törəmə-zənginləşmə istiqamətində yaşamış, bir sıra qollar məhz bu zaman meydana gəlmişdir. Lakin, heç 
şübhəsiz, "Koroğlu" epik sistem-mədəniyyətinin (geniş  mənada eposunun!) mükəmməl bir yaradıcılıq 
aktı kimi təzahürü XVII əsrdə baş vermişdir, o, xalqın bağrından bir vulkan kimi məhz bu əsrdə 
püskürmüş, sonrakı dövrlərdə isə formalaşma-inkişaf, törəmə-zənginləşmə prosesi keçirmişdir. Və bu 
proses dastanın epik tipologiyasının müəyyənləşməsində heç də ilkin "püsgürmə" — doğuluş 
dövründəkindən az rol oynamamışdır — xüsusilə XVIII əsr və XIX əsrin birinci yarısında epos-
potensiyadan epos-sənətə doğru mükəmməl bir təkamül dövrü keçmiş, Azərbaycan intibahının, demək 
olar ki, bütün gücünü əks etdirmişdir.
 
 "Koroğlu"nun təşəkkül-formalaşma tarixini təxminən aşağıdakı kimi dövrləşdirmək olar:
 
 I. 
XVI 
əsrin əvvəllərindən XVII əsrin əvvəllərinə qədər — mənəvi-kulturoloji, estetik potensialın 
müəyyənləşməsi, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Azərbaycanın öz dövlət müstəqilliyini itirməsi 
ilə  əlaqədar olaraq milli müstəqillik uğrunda mübarizənin güclənməsi nəticəsində eposun meydana 
çıxması üçün mənəvi, psixoloji və ideoloji şəraitin yetişməsi.
 
 II. 
XVII 
əsrin əvvəllərindən ortalarına qədər — eposun ideya-estetik əsaslarının, strukturunun, ilk 
süjet-epizodlarının, əsas obrazlarının yaranması.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə