Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

 Azərbaycan intibahını, heç şübhəsiz, türk mədəniyyətləri kontekstində tədqiq etmək lazımdır, — 
müşahidələr göstərir ki, XVII—XVIII əsrlərdə türk və türkmən mədəniyyətləri də intibah keyfiyyəti ilə 
xarakterizə olunur, — deməli, türk-oğuz mədəniyyətinin intibahından danışmaq ehtiyacı meydana çıxır.
 
XVII  əsrin  əvvəllərindən etibarən Türkiyədə klassik mədəniyyət süqut edir, satiranın rolu güclənir, — 
Əhməd Nədim kimi xalq ədəbiyyatına  əsaslanan  şair yetişir, onu ancaq M. P. Vaqiflə müqayisə etmək 
mümkündür... XVII əsrdə türk mədəniyyətinin inkişafında özünü göstərən geriləmə isə intibah 
hərəkatının xarakterindən çox, mövcud ictimai-siyasi şəraitlə əlaqədardır.
 
 XVII 
əsrin əvvəllərindən türkmən mədəniyyətinin tarixində intibah baş verir, — Məhtumqulunun 
yaradıcılığı ilə türkmən ədəbiyyatındakı intibah yüksək səviyyəyə qalxır; Məhtumqulunun yaradıcılığı da 
M .P .Vaqifin yaradıcılığı kimi məzmunca realistdir, — həm lirik, həm də satirik şairdir...
 
 
Həm türk, həm də türkmən mədəniyyəti tarixində Azərbaycan intibahı ilə analoji faktlar çoxdur, 
bu isə müvafiq dövrdə türk və türkmən mədəniyyətlərində də intibah hərəkatının getdiyini təsdiq edir... 
XVII—XVIII  əsrlərdə  həm türk, həm də türkmənlərdə milli oyanış baş verir, mədəni təfəkkür demok-
ratikləşir, milli əsaslar üzərinə qalxır. Eyni problemlər hər üç xalqın tarixində özünü göstərir; nə türk, nə 
türkmən, nə də Azərbaycan intibahı öz dövründə nəzəri-estetik şərhini tapa bilmir, sonra da uzun müddət 
məhəlli mədəniyyət kimi təqdim olunur ("çoban-çoluq ədəbiyyatı" ifadəsi də bu zaman yaranır). Elə ki, 
bu mədəniyyət tipinin demokratik (və milli) özünüdərk faktı olduğu aydınlaşdı, yalnız ondan sonra elmi 
idrak bu mədəniyyətlə, sözün həqiqi mənasında məşğul olur.
 
 Azərbaycan intibahının türk-oğuz (sonra isə  məntiqi olaraq, ümumtürk) konteksti ilə yanaşı 
regional kontekstləri var, lakin intibahın həmin kontekstlərə münasibətinin tipologiyası eyni deyil; 
Zaqafqaziya konteksti Azərbaycan intibahı üçün daha çox birtərəfli qaydada təsir kontekstidir, yəni bir 
neçə yüz erməni sənətkarı XVII—XVIII əsrlərdə azərbaycanca qoşma yazırsa, bu, o deməkdir ki, 
Azərbaycan intibahı erməni mədəniyyətinə  təsir edir, halbuki bu təsir həmin erməni mədəniyyətində 
intibah yaratmır... Eləcə də Dağıstan xalqları, yaxud gürcü mədəniyyətinə Azərbaycan intibahının təsiri 
bu cürdür... XVII əsrdən etibarən İran mədəniyyətinin süqutu prosesi gedir, buna uyğun olaraq xüsusilə 
XVIII  əsrdə  İranın təsiri altına düşmüş  Cənubi Azərbaycanda da yazılı  mədəniyyət nisbətən zəifləyir, 
odur ki, əslində, Azərbaycan intibah coğrafiyası onun bütün ərazisinə müvafiq gəlmir, bu cəhət Avropa 
intibahlarında da özünü göstərir. Lakin həm Şimali, həm də Cənubi Azərbaycan intibah mədəniyyətinin 
bilavasitə varisidir. Ona görə ki, ümumiyyətlə, intibaha hər bir mədəniyyət özünün tarixi coğrafiyası ilə 
gəlsə  də, intibah dövründə  həmin mədəniyyət bütün ölkə üçün ümumiləşir, — bu, əlbəttə, intibahın 
milliləşdirmə keyfiyyəti ilə bağlıdır. Göründüyü kimi, intibah nəzəriyyəsi həqiqətən bütöv bir sistemdir, 
lakin bu sistem o vaxt uğurludur ki, bu və ya digər mədəniyyətin tarixinin öyrənilməsi işinə düzgün tətbiq 
olunsun, onun problemlərindən sui-istifadə edilməsin...
 
 
Əlbəttə, XI—XII əsrlər Azərbaycan intibahı kimi, gürcü, eləcə  də erməni intibahı da yanlış 
mülahizələrə  əsaslanır, hətta qəribədir ki, bu "milli" intibahların birindən bəhs edən tədqiqatlarda digər 
"intibah"a qısqanc yanaşılır (məsələn, Gürcüstan SSR EA-nın müxbir üzvü S. S. Tsaişvili "Gürcü 
poeziyasının inkişaf yolları haqqında bir neçə söz"ündə  əsassız bir iddia ilə yazır ki, XI—XII əsrlərdə 
mədəni inkişafının zirvəsinə qalxan Gürcüstan Qərbi Avropadan təcrid olundu, təsərrüfat və 
mədəniyyətcə olduqca aşağı səviyyəli, lakin güclü və qəddar düşmənlər əhatəsində öz milli varlığını təkcə 
müdafiə etmək məcburiyyəti altında qaldı).
 
 Beləliklə:
 
 I. 
XI—XII 
əsrlər Azərbaycan intibahı konsepsiyası intibah nəzəriyyəsi baxımından özünü 
doğrultmur; ona görə ki:
 
 1. 
XI—XII 
əsrlər Azərbaycan mədəniyyəti genetik-mifoloji əsaslara malik olub, milli 
özünüdərkin faktı kimi təzahür edən realist mədəniyyət deyil, — halbuki konsepsiya bu üç mühüm cəhəti 
ya tamamilə, ya da qismən nəzərə almır.
 
 2. 
İntibah,  əsas etibarilə, XI—XII əsrlərdə Azərbaycanda "intibah şəhərləri"nin mövcud olması 
ilə "sübut edilir", lakin XI—XII əsrlərin Azərbaycan  şəhərləri ümumşərq (müsəlman) mədəniyyətinin 
daşıyıcısı idi, — "intibah şəhəri" anlayışına gəldikdə isə həmin konsepsiya bu anlayışın nədən ibarət oldu-
ğunu izah etmir, yaxud yanlış izah edir.
 
 3. 
XI—XII 
əsrlər Azərbaycan intibahı barədəki tədqiqatlarda tərəddüdlü, bir yerə  sığışmayan, 
nəhayət, bir-birini kəskin  şəkildə inkar edən fikirlər çoxdur, bu da mövcud mülahizələrin "konsepsiya" 
adlandırılmasının şərti olduğunu təsdiq edir...
 
 
Lakin bir daha təkrar edirik ki, XI—XII əsrlər Azərbaycan intibahına dair tədqiqatlar bu dövrün 
mədəniyyətini, ümumiyyətlə, öyrənmək baxımından böyük əhəmiyyətə malik olmuşdur...
 
 II. 
XVII—XVIII 
əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah dövrüdür, — bu, 
aşağıdakı əlamətlərə əsasən müəyyən olunur;
 
 1. 
XVII—XVIII 
əsrlər mədəniyyəti milli özünüdərketmə faktı kimi təzahür edir, — bu keyfiyyət 
mədəniyyətin həm məzmunu, həm də forması ilə təsdiq olunur.
 


 2. 
XVII—XVIII 
əsrlərin mədəniyyəti ana dilində yaranmış humanist mədəniyyətdir.
 
 3. 
XVII—XVIII 
əsrlərin mədəniyyəti, prinsip etibarilə, realist mədəniyyətdir.
 
 
Və bütün bunlarla bərabər XVII—XVIII əsrlərdə milli mədəniyyətin təşəkkülü prosesi gedir, — 
qeyd olunan əlamətlər isə birlikdə götürüldükdə intibah keyfiyyətləridir; eyni keyfiyyətin türk-oğuz 
mədəniyyətlərinin hər üçündə mövcudluğu isə həm haqqında danışılan hadisənin miqyasını göstərir, həm 
də Avropa intibah hərəkatı ilə analogiya verir. Ona görə də belə bir fikrə gəlirik ki, XVII—XVIII əsrlər 
Azərbaycan mədəniyyəti intibah mədəniyyətidir.
 
 III. 
Azərbaycan intibahı türk-oğuz intibahının kontekstində baş verir; intibah kontekstinin düzgün 
müəyyən olunması türk mədəniyyəti tarixinin dialektikasını aydın metodologiya əsasında tədqiq etmək 
üçün  şərtdir, — Azərbaycan mədəniyyəti tarixinin türk-oğuz (sonrakı  mərhələdə ümumtürk) konteksti 
onun hər hansı regional kontekstindən fərqli olaraq qanunauyğun qarşılıqlı münasibətlər  şəbəkəsi kimi 
müəyyən olunur... Müxtəlif mənşəli mədəniyyətlərin konsentrasiyası  əsasında yaranan mədəniyyət 
intibah keyfiyyəti daşımır, ancaq və ancaq rezonans halı kimi diqqəti cəlb edir. Və törədicilik xassəsinə 
də malik deyil... İntibah isə statik mədəniyyət mövcudluğu yox, mədəniyyət tarixində genetik dayağı (və 
perspektivi) olan hərəkatdır... 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə