Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

 
Göründüyü kimi, Azərbaycan intibahı mürəkkəb tarixi şəraitdə  təşəkkül tapır, — mürəkkəblik 
intibah mədəniyyətinin daha çox faktlaşdığı XVIII əsrdə  də qalır... XVIII əsrin  əvvəllərində baş verən 
ictimai-siyasi hadisələr Azərbaycan xalqını  məcbur edirdi ki, öz taleyi barəsində düşünsün; 
V. N. Leviatovun göstərdiyi kimi, bir tərəfdən İran, bir tərəfdən Türkiyə, bir tərəfdən də Rusiya ölkənin 
istilası üçün çalışırdılar, işğalçılara qarşı mübarizə isə xalqın mənəvi birliyini gücləndirirdi. Nadir şahın 
dövründə  şəhər təsərrüfatı dağılırdı, — ticarət gücsüzləşirdi, sənətkarlığın inkişafı  ləng gedirdi. XVII 
əsrin sonu, XVIII əsrin  əvvəllərindən başlayaraq feodal cəmiyyəti dağılırdı.  Şəhərlərin süqutu kəndin 
ictimai-siyasi, eləcə də mədəni rolunu artırırdı, kənd milli mədəniyyətin təmsilçisi kimi çıxış edirdi; bu da 
imkan verirdi ki, ümumşərq — müsəlman mədəniyyətinin yerini xalqın daxili ehtiyacını ödəyən (və onun 
üçün anlaşıqlı olan) mədəniyyət tutsun.
 
 XVII—XVIII 
əsrlərdə şəhərlərə sığınmış ümumşərq-müsəlman estetikası (qəzəl şeirindən tutmuş 
həndəsi naxışlara qədər), demək olar ki, ətalətlə inkişaf edirdi; mədəni təfəkkürün mürəkkəb formaları 
meydana gəlmişdi, XVI əsrdə Füzuli şeiri
 
yaranmışdı, — emosiyaların, riyazi dəqiqliklə ifadəsinin bun-
dan mürəkkəb formalarını tapmaq mümkün deyildi... XVI əsrin əvvəllərində Şah İsmayıl Xətai bunu hiss 
elədi, ümumşərq — müsəlman mədəniyyətini folklor mədəniyyəti ilə qovuşdurmaq üçün tədbirlər gördü 
(saraya aşıq gətirdi), lakin bu cür qovuşma mümkün olmadı. XVII—XVIII əsrlərdə isə əsrlər boyu xalqın 
duyğularında yaşayan gözəllik hissi bütün parlaqlığı ilə təzahür etdi, normativ hadisəyə çevrildi.
 
 
Kəndin  şəhər üzərindəki qələbəsi  əsasən xanlıqlar dövrünə düşür. Nadir şah öldürüldükdən 
(1417-ci il) sonra İran dövləti dağıldı. Azərbaycanda müstəqil (yaxud yarımmüstəqil) xanlıqlar meydana 
gəldi:  Şəki xanlığı, Qarabağ xanlığı, Quba xanlığı...  Şəki xanlığı Azərbaycanın  şimal-qərb, Qarabağ 
xanlığı  cənub-qərb, Quba xanlığı isə  şimal-şərq  ərazilərini birləşdirmişdi. Xanlıqların təsərrüfat 
həyatında, əsasən, eyni münasibətlər hökm sürməkdə idi, hətta mükəlləfiyyətlər də bir-birinə uyğun gəlir 
(V. N. Leviatov) — bu isə onu göstərir ki, ölkədə vahid təsərrüfat sistemi mövcud imiş.
 
 Xanlıqlar dövründə  şəhər təsərrüfatının tənəzzülünü tədqiqatçılar qeyd edirlər, lakin kəndin 
ictimai-mədəni mövqeyinin yüksəlməsi barədə, demək olar ki, danışılmır...
 
 Xanlıqlar dövründə  kənd mənəvi-mədəni yüksəlişin istinadgahına çevrilir; dastanlar, nağıllar, 
bayatılar, əsasən, kənddə yaranır. Azərbaycan intibahının görkəmli nümayəndələrini — M. V. Vidadini, 
M. P. Vaqifi  bilavasitə  kənd yetirir. XVIII əsrin ikinci yarısında, eləcə  də XIX əsrin  əvvəllərində 
Azərbaycanda müstəqil xanlıqların təşəkkülü təkcə iqtisadi-təsərrüfat, yaxud ictimai-siyasi hadisə deyil, 
həm də mədəni-mənəvi hadisədir; azadlıq almış xalq elə bil həmin azadlıqdan maksimum istifadə etmək 
üçün parçalanır və bununla da tarixi yaddaşına qayıdır (daha doğrusu, tarixi yaddaşa qayıdış  mədəni-
mənəvi bütövlük üçün şərt olur) — bu dövrdə hakimiyyətlə xalq arasındakı vəsilələr minimal həddə enir, 
hakimiyyət o vaxta qədər görünməmiş şəkildə xalqla yaxın olur; deyək ki, Nadir şahı bütöv vilayətlərin 
problemləri maraqlandırdığı halda, Qarabağ xanı İbrahim xan kəndlərin məsələləri ilə də məşğul olur, ona 
görə də kəndin həm təsərrüfatı, həm də mədəniyyəti dirçəlir. Əlbəttə, Nadir şah zamanında da kənd idarə 
edilirdi, lakin bu, dövlət nəzarətindən kənar idarə idi, dərəbəylik idarəsi idi. Kənd sadəcə olaraq, şəhərə 
qulluq edirdi, təkcə maddi nemətləri ilə yox, həm də  mənəvi nemətləri ilə qulluq edirdi. Xanlıqlar 
dövründə isə  kənd müstəqilləşir, mənəvi-mədəni yüksəlişin dayağına çevrilir, inqilabi əhval-ruhiyyə 
kənddə təşəkkül tapır.
 
 Azərbaycan intibahı  kəndli  şəxsiyyətini görünməmiş  şəkildə yüksəldir, — bu, kəndin mədəni-
ictimai mövqeyinin artması ilə əlaqədardır; məhz intibah təfəkkürünün faktıdır ki, kəndli ədəbiyyata büt 
kimi gəlmir, — o həm nağılların, həm də lətifələrin qəhrəmanı kimi təqdim edilir.
 
 XVII—XVIII 
əsrlər Azərbaycan intibahının mifoloji əsasları barəsində ciddi tədqiqatlara ehtiyac 
var, biz burada bəzi məsələlər üzərində dayanacağıq; bunlardan biri ondan ibarətdir ki, türk mifologiyası 
müsəlman mədəniyyətinin çiçəklənməsində,  şübhəsiz, müəyyən rola malik olur, lakin müsəlman mə-
dəniyyətində  "ərimir", hətta sonralar bir sıra təriqət mədəniyyətlərinin müstəqilləşməsinə kömək edir, 
lakin yenə də reallaşa bilmir, — XVI əsrdən başlayaraq tədricən xalqın milli özünüdərki xəttinə düşür, 
rezonans alır və XVII əsrin əvvəllərindən etibarən bütün gücü ilə təzahür edir.
 
 Avropa 
intibahından fərqli olaraq, Azərbaycan intibahı şifahi xalq ədəbiyyatına daha çox dayanır, 
— bunun səbəbi ümumən xalqın yazıya münasibəti ilə bağlıdır; yazıya qarşı bir etinasızlıq hökm 
sürmüşdü, hətta bu cür ənənəyə baxmayaraq, XVII—XVIII əsrlərdə dastanların, bayatıların yazıya 
alındığını görürük, — külli miqdarda belə mənbə vardır. Avropa intibahı antik mifologiyanı latın yazısı 
ilə birlikdə  qəbul edir, Azərbaycan intibahı isə türk mifologiyasını yaddaşlardan yığır, ona görə  də 
Azərbaycan intibahı daha demokratik əsaslar üzərində yüksəlir. Folklor bu dövrdə intibah ideyalarının 
faktlaşmasına xidmət edir, — doğrudan da XVII, yaxud XVIII, yaxud da XIX əsrdə "Koroğlu"nu xalq 
bilirsə (professional dastançı-aşıq bir yana), istədiyi kimi dəyişdirib danışmaq imkanı varsa, nəyə görə 
yazıya almalıdır, — yazı "Koroğlu" intonasiyasını öldürməzmi, improvizasiyadan məhrum etməzmi?.. 
Əslində, intibah dövrünün başlanğıcında yazılan da funksional olmur, yazılıb qalır,  şifahi forma isə 
intibah ömrünü yaşamaqda davam edir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə