Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

 
Hər şeydən əvvəl ona görə ki, iudaizm, buddizm və xristianlıqdan fərqli olaraq İslam dünyanın 
daha ağıllı dövründə, yəni zəkanın (fəlsəfənin) ibtidai inamları, mifologiyanı  sıxışdırdığı bir dövrdə 
formalaşdığına görə əvvəlki dünya dinlərindən daha çox fəlsəfi olmuşdur.
 
 
İkincisi,  İslam həm təşəkkül-formalaşma, həm də yayılma— mənimsənilmə (ictimai şüura 
yiyələnmə) prosesində əvvəlki dinlərin, dünyagörüşlərin proqressiv təsirini öz üzərində hiss etdiyi üçün 
dünyaya həmin dinlərdən, dünyagörüşlərindən daha çox açıq olmuş, fikir plüralizminə kifayət qədər ge-
niş imkan vermişdir.
 
 Üçüncüsü 
isə, müxtəlif etnik mənşəyə, etnopsixologiya və etnik dünyagörüşlərinə mənsub xalqlar 
(ərəblər, farslar, türklər və s.) tərəfindən bir neçə  əsr  ərzində (və  İslama qədərki zəngin düşüncə 
mədəniyyəti əsasında!) qəbul edilən İslam istər-istəməz çevik təfəkkür mühitləri ilə hesablaşmalı olmuş-
dur...
 
 Lakin 
İslama keçidin eposunu, maraqlıdır ki, nə ərəblər, nə də fasrlar deyil, məhz türklər — oğuz 
türkləri yaratmışlar; bu isə o deməkdir ki, İslam dünyagörüşü, mənəviyyatı nə ərəblərin, nə də farsların 
deyil, məhz türklərin epik təfəkküründə rezonans vermişdir.
 
 
Və beləliklə, "Dədə Qorqud" eposunun təşəkkül tapıb yayılması, yazıya alınması, üzünün 
köçürülməsi və s. proseslər öz enerjisini aşağıdakı mənbələrdən almışdır:
 
 a) 
qədim türk epik təfəkkürü;
 
 b) 
İslam dini;
 
 c) 
Azərbaycanda məskunlaşmış oğuz türklərinin (prinsip etibarilə Azərbaycan xalqının!) get-gedə 
daha çox İslama əsaslanan ideya-estetik marağı, yaradıcılıq ehtirası, mənəvi mədəniyyəti.
 


 
 
 
AZƏRBAYCAN İNTİBAHI: PROBLEMLƏR, 
 MÜLAHİZƏLƏR 
 
 Orta 
əsrlərin sonu, yeni dövrün əvvəlləri Azərbaycanın mənəvi-mədəni həyatında intibah 
dövrüdür — bu elə bir dövrdür ki, xalqın milli istedadı bir neçə əsrdə o qədər zəngin mədəniyyət yaradır, 
o qədər  əsaslı etnokulturoloji sistem formalaşdırır ki, xalq sonrakı  əsrlərdə  məhz həmin mədəniyyətə
həmin etnokulturoloji sistemə dayanaraq yaşayıb inkişaf edir.
 
 70-ci 
illərin sonu, 80-ci illərin  əvvəllərində aparılan tədqiqatlar Azərbaycan intibahşünaslığının 
bir sıra problemlərinə toxunsa da, o, bir sistem kimi, əslində  tədqiqatdan kənarda qaldı. Çünki intibah 
epoxasının özü düzgün müəyyən edilmirdi, ona görə  də Azərbaycan intibahına həsr olunmuş XI—XII 
əsrlər Azərbaycan mədəniyyətinin tədqiqinin keyfiyyətinə müsbət təsir etsə  də, intibahşünaslıq 
nəzəriyyəsinin inkişafına, demək olar ki, təsir etmədi... Hər şeydən əvvəl, Azərbaycan intibahı problemi 
Şərq intibahı probleminin tərkib hissəsi kimi qoyuldu, Şərq intibahı problemi adlandırılan məsələyə isə 
diferensial yanaşılmadı. Ümumiyyətlə,  Şərq mədəniyyətinə münasibətdə avropasentrizm meyilləri çox 
vaxt məhz avropasentrizmə qarşı mübarizə kimi təqdim olunurdu — bunun ən sadə forması Şərqi qeyri-
diferensial şəkildə götürüb, bu və ya digər mübahisənin predmeti etməkdir... Kontraktlar nə qədər güclü 
olsa da, şübhəsiz, bu və ya digər mədəniyyəti etnik əsaslardan məhrum etmir.
 
 
Şərq (yaxud ümumşərq) mədəniyyəti anlayışını ancaq şərti məzmunda başa düşmək olar (biz də o 
mənada işlədirik); bu şərtilik ondan ibarətdir ki, Şərq xalqları  mədəniyyətlərinin regional konsentrasiya 
dövrləri var ki, bu zaman müəyyən mənada ümumşərq keyfiyyətləri yaranır; məsələn, IX—XIII əsrlər 
müsəlman mədəniyyətində  ərəb, fars və türk mədəniyyətləri birləşir, normativ mədəniyyət meydana 
çıxır...
 
 "Azərbaycan intibahı" dedikdə  tədqiqatçılar,  əsasən, XI—XII əsrlərdə Azərbaycan 
mədəniyyətinin çiçəklənməsini ön plana çəkirlər (Problema azerbaydjanskoqo Renessansa, Baku, izd. 
"Elm", 1984), lakin sual olunur: doğrudanmı
 
XI—XII  əsrlər Azərbaycan mədəniyyəti tipologiyası 
etibarilə intibah mədəniyyəti hesab edilməlidir?
 
 
İntibah, birinci növbədə etnik mədəniyyətə, milli mifoloji təfəkkürə qayıtmaq hesabına 
mümkündür, halbuki XI—XII əsrlər Azərbaycan mədəniyyətində bu cəhət müşahidə edilmir, XI—XII 
əsrlər Azərbaycan mədəniyyəti tipoloji baxımdan ümumşərq mədəniyyətinin tərkib hissəsidir, ona görə 
ki, Azərbaycan mədəniyyətinin XI—XII əsrlərdəki çiçəklənməsi ümumşərq bazasının hesabınadır, 
müsəlman mədəniyyətinin ümumi yüksəlişi Azərbaycan türk mədəniyyətini də ehtiva edir. Şübhəsiz, 
müsəlman mədəniyyəti öz xarakteri etibarilə humanist mədəniyyət idi, lakin milli mədəniyyət deyildi; bu-
rada türk komponentinin iştirakına gəldikdə isə demək lazımdır ki, bu, ayrıca tədqiqat tələb edir. XI—XII 
əsrlərdə müsəlman mədəniyyətinin bir tipoloji hadisə olması onun antik mədəniyyətə (xüsusən ellin 
mədəniyyətinə) münasibəti birtiplidir; belə ki, müsəlman mədəniyyətinin mövcud olduğu ölkələrdə — 
Ərəbistanda, Orta Asiyada, İranda, eləcə də Azərbaycanda antik mədəniyyət daha qədim Şərq mədəniyyə-
ti yaddaşının əsasında dərk oluna-oluna həzm edilir. Şərq mədəniyyəti yaddaşında isə e.ə. IV minillikdən 
III—V əsrlərə qədərki böyük bir dövrdə gah bu, gah da digər ərazidə lokallaşan (lakin tədricən ümumşərq 
keyfiyyəti qazanan) mədəniyyət ehtiva olunur.
 
 IX—XIII 
əsrlər müsəlman mədəniyyəti qeyri-adi hadisə idi, mədəni-ictimai fikrin çiçəklənməsi 
idi, lakin milli intibah deyildi, — müsəlman mədəniyyətini yaradan xalqlar daha dərin qatlarda öz 
mədəniyyətləri ilə də məşğul olurdular, hətta iş elə gətirdi ki, milli mədəniyyətin intibahı məhz müsəlman 
mədəniyyəti ilə mübarizədə, ona oppozisiya kimi meydana gəldi.
 
 
İntibah milli özünüdərketmə faktıdır, milli mədəniyyətin təşəkkülü  ərəfəsidir, — bu baxımdan 
yanaşdıqda da XI—XII əsrlər Azərbaycan mədəniyyəti intibah mədəniyyəti olmaqdan uzaqdır.
 
 Müsəlman mədəniyyəti, bir qayda olaraq, şəhərlərdə təşəkkül tapır, — XI—XII əsrlərdən XV—
XVI əsrlərədək türk xalqlarının məskun olduğu ərazilərdəki şəhərlərin, demək olar ki, hamısı müsəlman 
mədəniyyətinin dayagı kimi diqqəti cəlb edir. Etnik mədəniyyət şəhərə ancaq o halda gəlib çıxır ki, mü-
səlman mədəniyyəti ilə kompromisə girsin; halbuki intibah dövrü Avropa şəhərlərində  mədəniyyət, 
əsasən, etnik əsaslar üzərində inkişaf etmişdir. Ona görə də orta əsrlər Azərbaycan şəhəri ilə intibah dövrü 
Avropa şəhərini tarixi-ictimai, mədəni strukturu etibarilə eyni tipoloji hadisə hesab etmək düzgün
 
deyil və 
elə bilirik ki, "Nizami İntibah şəhərinin şairidir" (professor Arif Hacıyev) fikri tamamilə absurddur.
 
 XI—XII 
əsrlərdə Azərbaycan  şəhərləri həqiqətən inkişaf etmişdi; Təbriz, Gəncə,  Şamaxı, 
Beyləqan, Naxçıvan, Marağa, Dərbənd, Bərdə kimi şəhərlər "möhtəşəm saraylara, gur bazarlara, məscid, 
kilsə, mədrəsə, karvansara və hamamlara, su və kanalizasiya xətlərinə" (A. Hacıyev) malik idi, lakin bu 
şəhərlər türk mədəniyyətini klassik keyfiyyətində yaşatmağa qabil olmur. Ümumiyyətlə, tədqiqatçılar 
XI—XII  əsrlərdə Azərbaycan intibahının mövcudluğunu göstərmək üçün XI—XII əsrlər Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə