Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

Ayğır atım boğazlayıb aşım versin,
 
Yad qızı halalıma dəstur versin,
 
Bana tutan gərdəgə ayrıq girsin.
 
Anam mənim üçün gög geyib, qara sarınsın,
 
Qalın Oğuz elində yasım tutsun.
 
Mənim başım sənin yoluna qurban olsun, 
Geri dön, baba!... 
 
 Kafirlər Beyrəyi yuxuda ikən  əsir alıb qırx yoldaşı ilə birlikdə Parasarın Bayburd hasarına 
salırlar. On altı il burada dustaq olur. Kafirlər  şad günlərində Beyrəyi gətirib qopuz çaldırırlar, Beyrək 
bazirganlarla xəbərləşir.. Hətta iş o yerə çatır ki, həmin bazirganlar ona buradan qaçıb getməsini, sevgilisi 
Banuçiçəyə qovuşmasını  məsləhət görürlər. Və Beyrək onu sevən kafir qızının köməyi ilə hasardan 
"pırlayıb uçur". Kafir ilxısı içərisində olan Boz ayğırına minib Oğuza gedərkən yoldaşlarını kafirlərə 
tapşırır: 
 
Mərə, sası dinli kafir!
 
Mənim ağzım sögüb durursan, duyamadım,
 
Qara donuz ətindən yəxni yedirdin, doyamadım.
 
Tanrı mana yol verdi, gedər oldum,
 
Mərə, kafir, otuz doqquz yigidim əmanəti!..
 
Mərə, kafir, birin əskik bulsam,
 
yerinə on öldürərim,
 
Onun əskik bulsam,
 
yerinə yüzün öldürərim... 
 
 
Göründüyü kimi, eposda qazilərin həyatı müxtəlif tərəfləri — həm zəfərləri, həm də  əsirlikdə 
keçən ağır günləri ilə təsvir edilir...
 
 Bu 
və ya digər səbəbdən öz xalqına asi olmuş oğuz igidləri içərisindən elə namərdlər tapılır ki, 
onlar kafir ellərinə qaçmaq istəyirlər. Məsələn, Buğac xanın qırx yoldaşı onun atası Dirsə xanın əllərini 
ardından bağlayıb Qalın kafir ellərinə apararkən Buğac gəlib atasını xilas edir...
 
 Eposda 
etnik 
münaqişədən söhbət getmir, bütün ziddiyyətlər dini-ideoloji mahiyyət daşıyır, 
müsəlmanlarla kafirlər arasında baş verir. Lakin müsəlmanların  əsas oğuz türklərindən, kafirlərin isə 
qıpçaq türklərindən, gürcülərdən (ümumən iber-Qafqazlardan), yunanlardan (rumlardan) və s. olması hə-
min münaqişələrə müəyyən dərəcədə etnik məzmun verir. Müsəlmanlar kafirlərə "it gibi gu-gu edən" 
deməklə, yəqin ki, onların (qeyri-müsəlmanların, həm də qeyri-türklərin) başa düşmədikləri dillərini 
nəzərdə tuturlar...
 
 Müsəlmanlar kafirlə döyüşdə, müharibədə şəhid verirlər. Məsələn, "Kitab"ın "Salur Qazanın evi 
yağmalandığı boy"da elin qoca oğlu Sarı Gülmaş Qazan bəgin evi üzərinə şəhid oldu", Qaraçuq Çobanın 
"iki qardaşı oxa düşdü, şəhid oldu... Çoban şəhid olan qardaşlarını həqqinə qoydu". Eləcə də əlavə ola-
raq, "beş yüz Oğuz yigitləri şəhid oldu" — deyilir... Epos qəzaya getməyin faciəvi reallığını göstərməklə, 
hər şeydən əvvəl, İslamın qələbəsini, İslam dini uğrunda mübarizənin gərginliyini, dramatizmini nümayiş 
etdirir. Həmin gərginlik, dramatizm yalnız eposu yaradanların fantaziyası deyil, həm də epoxal tarixi 
həqiqətin inikasıdır. "Kitab"da oğuz bəylərinin İslam dini qarşısındakı xidmətləri yalnız bu və ya digər 
hadisənin (kafirə qarşı bilavasitə mübarizənin) təsvirində deyil, onların stabil təyinlərində  də aydın 
şəkildə özünü göstərir; məsələn: "Varıban Peyğəmbərin yüzü görən, gəlibəni Oğuzda səhabəsi olan, acığı 
tutanda bığlarından qan çıqan, dəmir qapıyı dəpib alan, altmış tutam ala göndərinin ucundə ər bögürdən 
Qıyan Səlcuq oğlu Dəli Dondar"; "Həmdilən Mərdin qələsini dəpib yıqan, dəmir yaylı Qıpçaq Məliyə qan 
qusduran, gəlibən Qazanın qızın ərliklə alan, Oğuzun ağ saqqallı qocaları görəndə ol yigidi təhsinləyən... 
Qaragünə oğlu Qarabudaq"; "Dəstursuca Bayındır xanının yağısın basan, altmış bin kafirə qan qusturan, 
ağ-boz atının yelisi üzərində qan durduran Qəflət Qoca oğlu Şir Şəmsəddin"; "Kafirləri it ardınca bırağıb 
xorlayan, eldən çıqıb Ayğırgözlü suyundan at yüzdürən, əlli yeddi qələnin kilidin alan Ağ məlik Çeşmə 
qızına nigah edən, Süni Sandal məlikə qan qusduran, qırq cübbə bürünüb, otuz yeddi qələ  bəginin 
məhbub qızlarını çalıb bir-bir boyunun qucan, yüzündən, dodağından öpən, Elin qoca oğlu Alp Ərən" və 
s.
 
 Bu 
isə o deməkdir ki, həmin oğuz igidləri öz dövrlərinin — İslama keçid dövrünün övladları olub, 
həmin dövrün tarixini bütün dramatik gərginliyi ilə yaşayırlar...
 
 "Kitab" 
müsəlmanlarla kafirlər arasında müəyyən münasibətlərin, əlaqələrin olmasını da göstərir 
— bazirganlar, bəzi anlaşılmazlıqları  nəzərə almasaq, sərhədləri maneəsiz keçirlər, Oğuz igidləri 
kafirlərdən qız alırlar, hətta "Baybura oğlu Bamsı Beyrək boyu"ndan belə məlum olur ki, Baybecan qızı 


Banuçiçəyi bir tərəfdən Beyrəklə beşikkərtmə nişanlı edir, digər tərəfdən, kafirə — Bayburd qalasının 
bəyinə söz verir ki, qız onundur...
 
 Qanturalının atası Qanlı Qoca oğlunu evləndirmək fikrinə düşərkən ona layiq qızı yalnız Oğuzda 
deyil, kafir ellərində də axtarır:
 
 
"İç Oğuza girdi, qız bulmadı. Dolandı Daş Oğuza girdi, bulamadı. Dolandı Trabzona gəldi. Məgər 
Trabzon təkurunun bir azim görklü məhbub qızı vardı. Sağına-soluna iki qoşa yay çəkərdi. Atdığı ox yerə 
düşməzdi...".
 
 Lakin 
Qanlı Qoca istəmir ki, oğlu kafir ellərinə getsin, ona görə də aşağıdakı sözlərlə Qanturalını 
yolundan döndərmək istəyir:
 
 
Oğul, sən varacaq yerin dolamac-dolamac yolları olur,
 
Atlı batıb çıqamaz onun balçığı olur,
 
Ala yılan sökəməz onun ormanı olur,
 
Göklə pəhlu uran onun qələsi olur,
 
Göz qaquban könül alan onun görklüsü olur,
 
Hay demədən baş götürən cəlladı olur,
 
Yağrınında qalqan oynar yayası olur...
 
Yavuz yerlərə yeltəndin, qayıda döngil,
 
Ağ saqqallı babanı,
 
qarıcıq olmuş ananı bozlatmağıl. 
 
 Qanturalı Allah-Tanrıya sığınıb kafir ellərinə varır, hər çətinə düşəndə, yaxud çətin bir iş 
başlayanda "adı görklü Məhəmmədə salavat gətirir, "comərdlər-comərdi  ğəni tanrı"dan mədəd diləyir, 
qalib gəlir ("Kitab"da deyildiyi kimi, "çün inayət Tanrıdan oldu"). Və kafir qızı Sarı donlu Selcan xatunu 
alıb Oğuza yola düşür.
 
 Lazımi sınaqlardan keçərək,  şərtləri yerinə yetirərək qızı alsa da, təkur müxənnətlik edir, onun 
arxasınca qoşun göndərir. Lakin Qanturalı ilə Selcan xatun kafirin qoşununu qırıb, sağ qalanı geri 
qaytarırlar.
 
 Eposda 
kafirlərlə müsəlmanların münasibətindən belə  məlum olur ki, kafirlər Oğuzdan inciyib 
onların yanına gələn, dinlərini qəbul edib onlara tabe olan igidləri məmnuniyyətlə qəbul edirlər.
 
 Qazan 
xanın hərəkətindən (ona qarşı münasibətdən) inciyən Uruz atasına deyir: 
 
Ünüm ünlə,
 
Mənim sözüm dinlə, ağam Qazan!
 
Sağına baqdın, qas-qas güldün.
 
Soluna baqdın çox sevindin.
 
Qarşına baqdın, bəni gördün, aqladın.
 
Səbəb nədir degil mana,
 
Qara başım qurban olsun, babam, sana...
 
 
Və sonra əlavə edir: 
 
Deməz olursan, qalqubanı yerimdən mən duraram,
 
Qara gözlü yigitlərimi boyuma alaram,
 
Qan Abqaz elinə mən gedərəm,
 
Altun xaça mən əlimi basaram,
 
Pülüklü kişinin əlin öpərəm,
 
Qara gözlü kafir qızın mən alaram...
 
Dəxi sənin yüzünə mən gəlməzəm. 
 
 
 
Lakin Uruz biləndə ki, atasının öz emosiyasını bu cür kəskin şəkildə bildirməsi (ağlaması) onun 
gələcəyi sarıdan narahatlığı ilə bağlıdır, çox da dərinə getmir. Çünki qazi ərənlər dövrünün sərt məntiqi 
ondan (Uruzdan) tələb edir ki, baş kəssin, qan töksün, hünər göstərsin. "Dədə Qorqud" eposu (xüsusilə 
"Kitabi-Dədə Qorqud") Azərbaycanda (və onun ətraflarında) gedən tarixi mənəvi-mədəni bir prosesi — 
İslama keçidi, İslam dini uğrunda müzəffər mübarizəni bütün dolğunluğu, mürəkkəbliyi, məhrumiyyətləri 
ilə birlikdə əks etdirir. Və məlum olduğu kimi, İslam yarandığı dövrdə (eləcə də sonralar) mütərəqqi bir 
dünyagörüşü forması kimi yayılaraq müxtəlif xalqların mədəniyyətlərinin inkişafına güclü təkan 
vermişdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə