Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

şəhərinin məhz intibah şəhəri olduğunu sübut etmək istəyirlər, — bu, bütünlüklə Avropa mizanıdır; 
nəzərə alaq ki, nəinki Avropa intibahı, eləcə  də onun əsasında dayanan antik mifologiya da şəhərdə 
formalaşır, türk mifologiyası barədə isə bunu demək mümkün deyil. Şərq mədəniyyəti ilə  Qərb mədə-
niyyəti arasında IV—V əsrlərdən XI—XII əsrlərə  qədər körpü olan Bizans mədəniyyəti də  şəhər 
mədəniyyəti idi və  əlavə edək ki, təsərrüfat iqtisadi, ictimai-inzibati, mədəni həyatın strukturuna görə 
xüsusilə XI—XII əsrlərdə Bizans şəhərləri Azərbaycan (yaxud Orta Asiya, İran)  şəhərlərindən, demək 
olar ki, fərqlənmir, bu isə onu göstərir ki, XI—XII əsrlərdə Şərqdə qarşısıalınmaz şəkildə ictimai mədəni 
təfəkkürün konsentrasiyası prosesi gedir, etnik mədəniyyətə həssaslıq zəifləyir, bu cür vəziyyətdə intibah 
mümkün deyil... Avropanın təcrübəsi də bunu sübut edir; necə ki, xristian mədəniyyəti bütün Avropa 
üçün ümumi idi, intibah mümkün deyildi, — elə ki, XIV əsrdən başlayaraq milli mədəniyyətlərin 
təşəkkülü prosesi gedir, intibah da yetişir, — və görünür, "ali tipologiya" dedikdə  məhz bu münasibəti 
nəzərdə tutmaq lazımdır.
 
 Guya 
"xalqın mədəniyyətinin qədimliyi deyil, məhz onun tarixində inkişaf etmiş feodalizmin 
mövcudluğu  İntibah hərəkatının təzahürü üçün ilk şərtdir — "sənətkarlıq və ticarət  şəhərləri olmayan 
yerdə inkişaf etmiş feodalizm yoxdur; inkişaf etmiş  sənətkarlıq və ticarət olmayan yerdə  İntibah da 
yoxdur" (A. Hacıyev).
 
 
Əlbəttə, mədəniyyətin inkişafı şəhərin inkişafından asılı olub, onunla şərtlənə bilər, lakin bu cür 
vulqarcasına yox; Şərq şəhəri ilə Qərb şəhərinin milli mədəniyyətə münasibətində ciddi fərqlərin mövcud 
olması da həmin mülahizənin nöqsanlı olduğunu göstərir.
 
 XI—XII 
əsrlər Azərbaycan, ümumən müsəlman mədəniyyətinin Avropa analoqu varmı? — bu 
suala cavab verməzdən  əvvəl A. Hacıyevin tipik bir müqayisəsi üzərində dayanaq; o yazır: "...Məntiq, 
fizika, zoologiya, botanika, fəlsəfə, təbabət —
 
Aristoteldən sonra Şərqdə "ikinci müsəlman" adlandırılan 
İbn Sinanın (Avisenanın) fəaliyyət dairəsi belədir. Nizami Gəncəvi,  Əbdülrəhman Cami, Əlişir Nəvai 
kimi poeziya nəhənglərinin idrak dairəsi də belə geniş idi...". Əgər  İbn Sina (eləcə  də N. Gəncəvi, 
Ə. Cami, Ə. Nəvai...) Aristotel məktəbinə mənsubdursa, o intibahın faktı ola bilməz — adi analoji məntiq 
var; müsəlman mədəniyyətini tipoloji hadisə kimi ancaq müxtəlif mənşəli mədəniyyətlərin 
konsentrasiyası ilə müqayisə etmək mümkündür. Ona görə də demək olar ki, XI—XII əsrlər Azərbaycan, 
ümumən müsəlman mədəniyyətinin antik dövrdən sonrakı Avropada analoqu yoxdur...
 
 
İntibah mədəniyyətini realist təfəkkür yetirir, halbuki XI—XII əsrlər Azərbaycan mədəniyyətini 
bu cəhətdən xarakterizə etmək mümkün deyil.
 
 A. 
Hacıyev yazır: "Şəxsiyyətə  İntibahın verdiyi qiymət Nizaminin qadın qəhrəmanlarının — 
Şirinin, Fitnənin, Nüşabənin xarakterlərində də öz təsdiqini tapır. Onlar ikonalardakı müqəvva xanımlar 
yox, qüvvətli fəal şəxsiyyətlərdir".  Şübhəsiz, Şirin, Fitnə və Nüşabə surətləri heç bir intibahın məhsulu 
deyil, bunlar müsəlman mədəniyyəti kontekstinə etnik təfəkkürdən gəlir (özü də deformasiya ilə  gəlir, 
məsələn, amozonkalar barədə antik müəlliflərin qeydlərini xatırlamaq mümkündür) — XI—XII əsrlərdə 
bu cür surətlərin meydana çıxması etnik mədəniyyətin müsəlman mədəniyyətində  həzm olunmadığını 
göstərir, halbuki XIII—XVI əsrlərdə "heyrət, ey büt!" məntiqinə də diferensial yanaşmaq lazımdır, — bu, 
İ. Nəsiminin kontekstində bir cür, M. Füzulinin kontekstində başqa cür dərk edilir. Deməli, o hadisə ki, 
intibahın faktı kimi götürülür, əslində tipik (daha doğrusu, perspektiv olan) hadisə deyil.
 
 A. 
Hacıyev qeyd edir ki, "XI—XII əsrlərdəki Azərbaycan  şəhərlərinin hamısı  İntibah səciyyəli 
deyildi və ola da bilməzdi (?); o da həqiqətdir ki, bir sıra ictimai-iqtisadi səbəblər üzündən Azərbaycanın 
şəhərləri, deyək ki, məsələn, İtaliyanın İntibah şəhərləri qədər daxili iqtisadi inkişaf səviyyəsinə nail ola 
bilməmişdilər (?!). Elə buna görə də, (!) bizcə, XI—XII əsr Azərbaycanında ilkin İntibahdan danışmaq 
olar. Eyni zamanda, bu İntibaha "hazırlıq mərhələsi" haqqında (X əsrdə Bərdə şəhərinin çiçəklənməsi) və 
İntibah hərəkatının daha sonrakı, monqol istilaları dövründəki (XIII—XIV əsrlər, hürufizm, Nəsimi 
poeziyası) taleyi haqqındakı məsələyə keçmək olar".
 
 
İntibah mədəniyyətinin mövcud şəhərlərin iqtisadi inkişaf səviyyəsindən asılılığı barədəki kifayət 
qədər vulqar mülahizə bir yana (bu barədə artıq bəhs etdik), intibah dövrünün "mərhələlərə" 
bölünməsinin hansı prinsiplərə tabe olduğu da aydın
 
deyil,— necə olur ki, N. Gəncəvinin də İ. Nəsiminin 
də poeziyası eyni dərəcədə intibahın faktı hesab edilir?... Ümumiyyətlə, Azərbaycan intibahının XII əsr, 
XIII  əsrin  əvvəlləri, XIII—XIV əsrlər mərhələlərindən keçməsi (yaxud N. Gəncəvi—İ. Nəsimi—
M. Füzuli  silsiləsi) barədəki fikir (A. Hacıyev) heç nə ilə sübut olunmur, — M. Füzulinin poeziyası 
İ. Nəsiminin poeziyasından, hər ikisinin poeziyası N. Gəncəvinin poeziyasından  əsaslı  şəkildə — 
tipologiyası etibarilə fərqlənir; bunları bir dünyagörüşün, intibah, yaxud qeyri-intibah dünyagörüşü olsun, 
məhsulu hesab etmək mümkün deyil... A. Hacıyev tərəddüd edir, "Azərbaycan" jurnalına verdiyi 
müsahibədə (1981, N3, səh.182) göstərir ki, "Azərbaycan İntibahı XIV əsrdə, Nəsimidə başa çatır", — 
M. Füzulinin intibah faktı olmadığını deyir. Bu cür geniş miqyasda tərəddüdlərin olması isə XI—XII 
əsrlər Azərbaycan intibahı konsepsiyasının ciddi əsaslara malik olmadığını göstərir.
 


 A. 
Hacıyev intibah hərəkatının üç tipini (üç dünya dininə — buddizm, xristianlıq və İslama uyğun 
olaraq) fərqləndirib göstərir ki, guya hər regionda bu dinlər o regionun intibah hərəkatının özünəməxsus 
xarakterini şərtləndirir... N. Gəncəvi yaradıcılığını intibah faktı kimi təhlil edəndə isə belə bir keyfiyyəti 
qabardır ki, şair "öz poemalarının bütün süjetlərini İslam dini dünyasından deyil, kənardan almışdır" — 
"Nizami dinə etiqad bəsləyir, amma dini təbliğ etmir. Buna görə  də onun dini görüşləri,  əsasən, 
poemaların giriş hissələrində ifadə olunub... Girişlərdən sonra poemaların süjeti başlayır, bu süjet isə artıq 
insan və "insani ehtiraslar haqqındadır...", — məlum olmur ki, A. Hacıyev intibah təfəkküründə dinin 
təsirini necə qiymətləndirir və burada intibah keyfiyyəti nədən ibarətdir... Azərbaycan intibah hərəkatının 
xarakterini, formasını, tarixi inkişafını İslam dini şərtləndirirsə, N. Gəncəvi bu intibahın şairi ola-ola dini 
görüşlərini nəyə əsasən poemalarının girişində ifadə edir?..
 
 XI—XII 
əsrlər Azərbaycan mədəniyyətinin məhz intibah mədəniyyəti olduğunun inkar edilməsi, 
şübhəsiz, bu mədəniyyətin ümumən inkarı deyil... Və XI—XII əsrlər Azərbaycan intibah problemi 
konseptual baxımından özünü doğrultmasa da, ümumiyyətlə, qeyd edildiyi kimi, XI—XII əsrlər 
Azərbaycan mədəniyyətinin tədqiqi sahəsində mühüm addım oldu; M. İbrahimovun,  M. C. Cəfərovun, 
Z. Quluzadənin, Q. Əliyevin, A. Hacıyevin, Q. Əhmədovun,  Ə. Ağayevin, R. Əliyevin, Y. Qarayevin, 
A. Rüstəmovanın... maraqlı tədqiqat işləri meydana çıxdı.
 
 XVII—XVIII 
əsrlər Azərbaycan mədəniyyəti isə  məzmunu etibarilə intibah mədəniyyətidir, — 
Azərbaycan intibahşünaslığında bu məsələyə, demək olar ki, diqqət yetirilməmişdir; səbəbi ondadır ki, 
tədqiqatçılar intibahşünaslıqla bir sistem kimi deyil, XI—XII əsrlər mədəniyyətinin dəyərləndirilməsi va-
sitəsi kimi maraqlanmışlar. Məsələ bu cür qoyulmuşdur: XI—XII əsrlər Azərbaycan mədəniyyəti intibahı 
ətrafında gedən mübahisələrdən belə bir fikir süzülüb çıxır ki, Azərbaycan intibahı XI—XII əsrlərdə 
varsa var, yoxdursa, ümumiyyətlə yoxdur...
 
 XVI 
əsrin əvvəllərində Azərbaycan xalqı I Şah İsmayılın (Xətai) iradəsi ilə vahid dövlət ətrafında 
birləşdi (şübhəsiz, bu cür birləşmə üçün iqtisadi-təsərrüfat, ictimai-siyasi, mədəni-mənəvi şərait 
yaranmışdı, yoxsa hətta I Şah İsmayıl kimi ictimai xadim — sərkərdə də bunu bacarmazdı, — tarixi 
şəxsiyyəti tarixi şərait hazırlayır), XVI əsrin sonu, XVII əsrin əvvəllərində isə xalq I Şah Abbasın 
"tədbirləri" nəticəsində milli dövlətdən məhrum oldu, milli birlik ideyası isə yaşayırdı. I Şah Abbasın 
iqtisadi siyasətinin əsasını mərkəzi vilayətləri ucqarlar hesabına inkişaf etdirmək təşkil edirdi; Azərbaycan 
da İran Səfəvi dövlətinin ucqarlarından idi, ona görə də bu siyasət birbaşa Azərbaycan xalqının əleyhinə 
çevrilmişdi, — XVI əsrdə Səfəvilər hakimiyyəti milli mədəniyyəti mühafizə etdiyi halda, XVII əsrdə onun 
düşməninə çevrilmişdi, ona görə də bu zamandan etibarən milli mədəniyyəti qorumaq xalqın öhdəsi
nə 
düşürdü.
 
 XVI 
əsrin sonlarında bir sıra sənətkarlar, mədəniyyət  əsərləri Türkiyəyə aparılır, — bu barədə 
"Türkiyə təzkirələrində külli miqdarda məlumat vardır" (akad. H. Araslı). XVII əsrin əvvəllərində isə  
I  Şah Abbasın göstərişi ilə  əhalinin sünnü hissəsinə divan tutulur, əlyazma kitabları, — bunların 
içərisində "dini kitablarla bərabər qiymətli elmi-tarixi əsərlər, külliyyatlar, divanlar da məhv oldu" 
(H. Araslı). 
 XVII 
əsrin birinci yarısında Azərbaycan mədəniyyəti nümayəndələrinin (o cümlədən  şairlərin) 
İranın mərkəzi  şəhərlərinə (xüsusən  İsfahana) köçürülməsi paradoksal da olsa, XVII—XVIII əsrlərdə 
Azərbaycan mədəniyyətinin demokratikləşməsinə (deməli, inkişafına) təsir etdi; klassik ifadə  tərzinin 
(müsəlman mədəniyyəti parametrlərinin) sübutuna təkan verildi (çünki köçürülənlər klassik ifadə tərzini 
təmsil edirdilər) nəticədə, xalq (folklor) ifadə tərzinin maneəsiz, başqa sözlə, rəqabətsiz inkişafı müəyyən 
qədər təmin olundu.
 
 ...Antik 
mədəniyyətin  əsasında mifologiya dururdu. Azərbaycan intibahı türk mifologiyasının 
XVI  əsrdən başlayaraq tədricən oyanması ilə meydana gəlir. Mifologiya milli mədəniyyəti yaradır. 
Ümumiyyətlə, milli mədəniyyət millətin tarixinə məhz mifologiya vasitəsi ilə bağlanır, çünki mifologiya 
bu və ya digər xalqın mənəvi mövcudluğunun göstəricisidir, xalqın təfəkkürünə ən qısa yol buradandır.
 
 XVI 
əsrin sonu, XVII əsrin  əvvəllərindən etibarən milli dövlətini (bu dövlət yeri gələndə xalqı 
amansızcasına əzsə də) itirən xalq milli mədəniyyətini itirmək təhlükəsi hiss edir, ona görə də şedevrlər 
yaratmaqla onu qoruyur: "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, 
Molla Nəsrəddin lətifələri... O ki qaldı S. Təbrizi, Q. Təbrizi, Məsihi kimi klassik üslub tərəfdarlarına, 
əslində, onlar intibah ədəbiyyatı qarşısında hər halda gücsüz görünürlər. XVI əsrin sonlarından etibarən 
tarixi-ictimai fikir daha ardıcıl şəkildə milli problemlər üzərində düşünür; məsələn, I Şah Abbasın saray 
tarixçisi İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" kitabında "yerli tarix"ə xüsusi diqqət yetirilir 
(İ. P. Petruşevski).
 
 XVII—XVIII 
əsrlər Azərbaycan intibahı Zaqafqaziya xalqlarının mədəniyyətinin inkişafına təsir 
göstərir; ədəbiyyatda, incəsənətin müxtəlif sahələrində — təsviri-dekorativ sənətdə, musiqidə demokratik 
yüksəliş erməni, eləcə də gürcü mədəniyyətinin demokratik əsaslar üzərində yenidən qurulmasına təkan 
verir. XVI, xüsusən, XVII—XVIII əsrlərdə Azərbaycan dili intibah mədəniyyətinə xidmət edən vasitə 
kimi Zaqafqaziyada ədəbi-bədii təfəkkürün əsas ifadə forması olur.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə