Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

 Qara 
dəniz gibi yayqanıb gələn 
 
 kafirin 
ləşkəridür,
 
 Gün 
gibi 
şılayıb gələn
 
 kafirin 
başında işığıdır.
 
 
İldız gibi parlayıb gələn
 
 kafirin 
cidasıdır.
 
 Azğun dinli yağı kafirdir, oğul, — dedi.
 
 
Oğlan aydır:
 
 
― Yağı deyü nəyə deyirlər?  
Qazan aydır:
 
 
― Oğul, onunçün yağı derlər ki, biz onlara yetsəvüz öldürərüz, onlar bizə yetsə öldürər, — dedi.
 
 Uruz 
aydır:
 
 
― Baba, içində bəg yigitlər öldürsələr, qan sorulları, davalarmı?
 
Qazan aydır:
 
 — 
Oğul, bin kafir öldürsən, kimsə səndən qan davalamaz. Amma azqun dinli kafirdi, xub yerdə 
tuş oldu. Vəli mana sən yaman yerdə duşaq oldun, oğul, — dedi".
 
 Uruz 
döyüşmək, özünü göstərmək, kafir öldürüb ad almaq istəyir, lakin atası  təcrübəsiz gəncin 
düşmən üzərinə getməsinə razı olmur: 
 
"Oğul, oğul, ay oğul!
 
Mənim ünüm ünlə, sözüm dinlə...
 
Ol kafirin üçün atıb birin yazmaz
 
oqçusu olur.
 
Adam ətin yəxni qılan aşbazı olur.
 
Sən varası kafir degil..." 
 
 
Qazan xan oğluna məsləhət bilir ki, dağ başına çıxıb onun kafirlərlə necə vuruşmasına tamaşa 
etsin, baxıb öyrənsin. Qazan kafirə at salır, döyüşə başlayır... Döyüşü izləyən Uruz həvəslənir, o da qırx 
igidi ilə birlikdə kafirin üzərinə yeriyir. Lakin əsir düşür.
 
 Qazan 
oğlu Uruzu əsirlikdən qurtarır.
 
 
"Salur Qazan dutsaq olub oğlu Uruzu çıqardığı boy"da gənc igid Uruz atasının Tomanın 
qalasında əsir olduğunu bilən kimi qərar verir:
 
 "— 
Mən babam dutsaq olduğu qələyə gedirəm. İttifaqla danışıq qıldılar. Cəmi bəglərə xəbər oldu:
 
 
― Uruz babasına gedir, yaraqla gəlin, — dedilər.  
Ləşkər dərildi. Alp Uruz çadırların açdırdı, cəbbəxanasın
 
yüklətdi. Qaragünə  çəribaş oldu. Boru 
oqrudub köçdülər".
 
 Beləliklə, eposda qəzaya getməyin aşağıdakı formalarından bəhs edilmişdir:
 
 
1) xüsusi (konkret) bir səbəb olmadan, hansısa daxili ruhi-mənəvi ehtiyac nəticəsində kafir 
üzərinə yerimək;
 
 
2) bir yerdə "oturmaq"dan yorulub, "yerindən qalxmaq", kafir sərhədinə ova getmək, kafirlərin 
gizli basqınları müqabilində onları əzib məhv etmək;
 
 3) 
əsir düşmüş oğuz igidini qurtarmaq üçün kafir qalasına yürüş edib "din düşməni"ni darmadağın 
etmək.
 
 
"Kitab"da kafiri cəzalandırmağın kiçik miqyaslı formaları da vardır ki, fikrimizcə, onlar barədə 
ayrıca danışmağa ehtiyac yoxdur. Sadəcə bir faktı xatırlatmaq kifayətdir:
 
 "Baybura 
oğlu Bamsı Beyrək boyu"nda kafirlərdən bazirganların qisasını alan, Gürcüstan ağzında 
dava edən, baş kəsib-qan tökən qəhrəman barədə Dədə Qorqud belə deyir: "Sözüm dinlə, Baybura bəg, 
Allah-təala sana bir oğul vermiş, tuta versün. Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun. Qarşı 
yatan qara dağlardan aşar olsa, Allah-təala sənin oğluna aşut versin. Qanlı-qanlı sulardan keçər olsa, keçit 
versin. Qalabalıq kafirə girər isə, Allah-təala sənin oğluna fürsət versin...". Və kafirlərdən intiqam 
aldığına, qəza etdiyinə görə qəhrəman — Beyrək adını alır. 
 Axına getmək, qəza etmək ehtiyacı o dərəcəyə çatır ki, eposun qəhrəmanı atasına belə deyir: 
"Baba, mana bir qız alı ver kim, mən yerimdən durmadan ol durgəc gərək. Mən qaraqoç atıma binmədən 
ol binmək gərək. Mən qırıma varmadan ol mana baş gətirmək gərək...".
 
 Yaxud:
 
 "— 
Oğul, sən necə qız istərsən? — dedi.
 
 Qanturalı aydır:
 
 — 
Baba, 
mən yerimdən durmadan ol durmuş ola, mən qaraqoç atıma binmədən ol binmiş ola
mən qanlı kafir elinə varmadan ol varmış ola, mənə baş gətirmiş ola, — dedi".
 


 Biz, 
əlbəttə, o fikirdə deyilik ki, kafir üzərinə yürüşdə, axında, yaxud qəzada oğuz qadınları da 
iştirak edirlər. Lakin məsələ burasındadır ki, əsas işi, demək olar ki, kafirlərlə vuruşmaqdan, İslam dinini 
yaymaqdan ibarət olan (burada söhbət, təbii ki, konkret bir dövrdən, epoxadan gedir) bir cəmiyyətdə 
qadın "cici-bacı türkman qızı"ndan ibarət ola bilməz — dövrün, epoxanın özünəməxsus qadın idealı 
vardır ki, epos bunu təqdim edir. "Kitab"da geniş yer tutan qadın obrazları — Dirsə xanın xatunu, boyu 
uzun Burla xatun, sarı donlu Selcan xatun, Banuçiçək...  İslam şəriətinin hələ özünə ram edə bilmədiyi, 
ərlərinə, nişanlılarına yoldaşlıq edən döyüşkən qadınlardır. Və görünür, bu cür qadın obrazlarının 
yaradılmasına yuxarıda haqqında bəhs etdiyimiz qadın — Ana kultu da müəyyən təsir göstərmişdir.
 
 
Lakin onu da qeyd edək ki, "Kitab" artıq kişinin qadından yüksəkdə durmasını  təsbit edən 
hökmünü verir: "...Ögünərsə ər yigit ögünsün, aslandır! Ögünmək övrətlərə böhtandır. Ögünməklə övrət 
ər olmaz!"
 
 Axın, qəza, müharibə, prinsip etibarilə, kişi işidir...
 
 
Nəinki Oğuz bəyləri, Qaraçuq Çoban da ona acı sözlər söyləyən Qazan xana "Nə qaqırsan bana, 
ağam Qazan, yoxsa köksündə yoqmudur iman?.. Altı yüz kafir mənim üzərimə gəldi. İki qardaşım şəhid 
oldu. Üç yüz kafir öldürdüm, qəza etdim. Simiz qoyun, arıq toqlu sənin qapından kafirə vermədim. Üç 
yerdən yaralandım", — deyə özünün qazi olduğu qənaətini ifadə edir: 
 
...Kafirə mən varayın, 
Yenindən doğanın öldürəyin. 
Yönümlə alnım qanın bən siləyin, 
Ölürsəm sənin uğruna bən öləyim. 
Allah-təala qoyarsa, evini bən qurtarayın... 
 
 Qazan 
xan 
istəmir ki, evini, əsir düşmüş ailəsini kafirdən qurtarmaqda ona kimsə (o da ola ki
çoban!) kömək etsin, sonra "başıma qaxınc qaxalar" deyir; əmin olanda ki, çobanın elə bir iddiası yoxdur, 
Qazan xan onun da gəlməsinə razılıq verir. Lakin çobanın iddiası olmasa da, "Kitab" onu şəhid olmuş 
qardaşlarının qanını almağa gedən təvazökar bir qazi səviyyəsinə qaldırır: "Eylə olsa, soltanım, Qaraçuq 
Çoban sapan çatlatdı, dünya-aləm kafirin gözünə qaranqu oldu". Qaraçuq Çoban yalnız sapanı ilə deyil, 
dili ilə düşmənə cavab verməyə qadir olduğunu göstərir.
 
Qazan xan qarımış anasını kafirdən istəyir ki, vuruş başlayanda at ayağı altında qalmasın.
 
"Kafir aydır: 

 Mərə, Qazan, dünlügü altün ban evini gətirmişiz,  
 bizimdir;
 
Qırq incə belli qızla boyu uzun Burla xatunu gətirmişiz,
 
bizimdir;
 
...Qarıcıq ananı gətirmişiz,
 
bizimdir —
 
Sana verməriz, Yayxan keşiş oğluna verəriz;
 
Yayxan keşiş oğlundan oğul doğar,
 
Biz anı sana qırım qoyruz, — dedilər. 
 
 Böylə degəc Qaraçuq Çobanın acığı tutdu, dodaqları təpsirdi. Çoban aydır: 
 
― Mərə, dini yox, əqilsiz kafir, 
 Usu yoq, dərnəksiz kafir!
 
...Mərə, kafir, Qazanın anası qarıyıbdır,
 
oğul verməz.
 
Dölün almaqdan səfan varsa,
 
Şöklü Məlik,
 
Qara gözlü qızın varsa,
 
gətir Qazana ver, —
 
Mərə, kafir, sənin qızından oğul doğsun,
 
Siz anı Qazan bəgə qırım qoyasız, — dedi". 
 
 "Kitab"ın verdiyi material əsasında, qəzaya getməyin bir sıra "səbəb"lərini müəyyənləşdirmək 
mümkündür, lakin məsələ burasındadır ki, həmin "səbəb"lərin hamısı  şərtidir,  əsl səbəb isə ondan 
ibarətdir ki, müsəlman türklüyü özünün inkişaf, coğrafi genişlənmə, passionarlıq dövrünü yaşayır. Belə 
ki, Mərkəzi Asiyadan Qərbə doğru (Xəzər dənizinin Cənubu ilə) axın edən, müsəlman dinini qəbul etmiş 
oğuz türkləri xüsusilə XI əsrdən etibarən  Şərqi Anadoluda möhkəmlənirlər. Bundan sonra isə onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə