Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

Tanrı verən datlı canın
 
Seyrandaymış indi, axı.
 
Yüz-gözündə canın varsa,
 
Oğul, ver xəbər mana,
 
Qara başım qurban olsun, oğul, sana!.. 
 
 "Yalnızca oğul"u itirəcəyindən qorxub həyəcanlanan, çılğınlaşan ana oğlunun gəlib çıxdığı 
Qazlıq dağına qarğayır. Huşu özünə gəlmiş Buğac anasını bundan çəkindirir: 
 
Bəri gəlgil,
 
Ağ südün əmdiyim qadınım ana!
 
Ağ birçəkli, izzәtli canım ana!..
 
Aqarına qarğamagil,
 
Qazlıq dağının suçu yoqdur.
 
Qaçar keyklərinə qarğamagil,
 
Qazlıq dağının günahı yoqdur...
 
Qarğasan, babama qarğa,
 
Bu suç, bu günah babamdandır. 
 
 
Xızırın məsləhəti ilə Buğacın yarasını ana südü, dağ çiçəyi ilə müalicə edib sağaldırlar...
 
 Kafirə özünün kimliyini, əslini, kökünü "izah edən" Qazan xan müsəlman olduğunu
"Məhəmmədin dini eşqinə qılınc urduğunu", kafir şəhərləri aldığını deməklə yanaşı onu da deyir ki: 
 
Ağqayanın qaplanın erkəgində bir köküm var,
 
Ortac qırda sizin keyikləriniz durqurmaya.
 
Ağ sazın aslanında bir köküm var,
 
Qazalaca yondunuz durqurmaya.
 
Əzvay qurd ənigi erkəyində bir köküm var,
 
Ağca yunlu tümən qoyunun gəzdirməyə.
 
Ağ sonqur quşu erkəgində bir köküm var,
 
Ala ördək, qara qazın uçurmaya.
 
Qalın Oğuz elində bir oğlum var — Uruz adlı,
 
Bir qardaşım var — Qaragünə adlı,
 
Yenidən doğanını durqurmayalar.
 
Əlinə girişmişkən, mərə, kafir,
 
Öldür məni, yitir məni!..
 
Qılıncından saparım yoq,
 
Kəndü əslim, kəndü köküm sökməgim yoq. 
 
 
İslama qədərki inamların "Kitabi-Dədə Qorqud"dakı çoxçeşidliliyi müxtəlif dövrlərin düşüncə 
tərzinin, dünyagörüşünün müəyyən idrak qanunlarına müvafiq olaraq sinxronlaşması ilə bağlıdır. 
Müşahidələr göstərir ki, "Kitab"da (və deməli, eposda) aşağıdakı dini dünyagörüş formaları bu və ya 
digər miqyasda (və keyfiyyətdə) əks olunur:
 
 
1) ibtidai inamlar (xüsusilə təbiətə inam, yaxud təbiəti canlı təsəvvür etmək), mifologiya;
 
 2) 
tanrıçılıq;
 
 3) 
İslam. 
 
Çığnam-çığnam qayalardan axan su,
 
Ağac gəmiləri oynadan su,
 
Həsənlə Hüseynin həsrəti su,
 
Bağ və bostanın ziynəti su,
 
Aişə ilə Fatimənin nigahı su,
 
Şahbaz atlar içdigi su,
 
Qızıl dəvələr gəlib keçdigi su,
 
Ağ qoyunlar gəlib çevrəsində yatdığı su!..
 
Ordumun xəbərini bilirmisən, degil mana,
 
Qara başım qurban olsun, suyum sana
 


 Su 
ilə  xəbərləşmək, sudan xəbər soruşmaq qədim türklərin su ilə bağlı  zəngin inamlarının 
ifadəsidir. Həmin inamların bir çoxu İslam dini ilə birləşərək bu günə  qədər yaşamaqdadır. Həyat 
mənbəyi olan suyun qədim türk təfəkküründə bu cür möhkəm yer tutması tamamilə təbiidir.
 
 
"Kitab"da su kultu ilə yanaşı ağac kultu da diqqəti çəkir — Qazan xanın oğlu Uruzu kafirlər dara 
çəkmək (ağacdan asmaq) istərkən ağaca belə müraciət edir: 
 
Ağac, ağac dersəm sana ərlənmə, ağac!.. 
Məkkə ilə Mədinənin qapısı ağac, 
Musayi-kəlimin əsası ağac! 
Böyük-böyük suların körpüsü ağac, 
Qara-qara dənizlərin gəmisi ağac, 
Şahi-Mərdan Əlinin Düldülünün əyəri ağac
Zülfüqarın qınilən qəbzəsi ağac! 
Şah Həsənlə Hüseynin beşigi ağac, 
Əgər ərdir, əgər övrətdir, qorxusu ağac!.. 
Başın ala baqar olsam, başsız ağac, 
Dibin ala baqar olsam, dibsiz ağac! 
Məni sana asarlar, götürməgil, ağac! 
Götürəcək olursan yigitligim səni dutsun, ağac! 
 
 Müşahidələr göstərir ki, "Kitab"da öz əksini tapmış inamlardan biri də qurd (boz qurd) inamıdır, 
lakin bu inam da arxaikləşmiş, hətta demək olar ki, totemlə heyvan (canavar) arasındakı  fərq 
götürülmüşdür. Ona görə  də Qazan xanın qurda müraciətində kifayət qədər sıravi, adi təyinlər işlədilir, 
qurdun totem funksiyası arxa planda qalır: 
 
Qaranqu axşam olandı günü doğan,
 
Qar ilə yağmur yağanda ər gibi duran,
 
Qaraqoç atları kişnəşdirən,
 
Qızıl dəvə gördügündə bozlaşdıran,
 
Ağca qoyun gördügündə quyruq çırpıb qamçılayan,
 
Arxasını urub bərk ağılın ardın sökən,
 
Qarma-bükəc simizin alıb tutan,
 
Qanlı quyruq üzüb çap-çap yudan,
 
Avazı qaba köpəklərə qovğa salan,
 
Çaqmalıca çobanları dünlə yügürdən...
 
Ordumun xəbərin bilirmisən, degil mana,
 
Qara başım qurban olsun, qurdum, sana! 
 
 "Kitab"da 
öz 
əksini tapmış inamlardan biri də qadın — Ana inamıdır ki, bu inam kifayət qədər 
canlı, funksionaldır. Epos nəinki "Ana haqqı — Tanrı haqqı" deyir, eyni zamanda həmin məntiq bir sıra 
boylarda özünü bilavasitə təsdiq edir. Görünür, İslamın qəbulu, eləcə də oğuz cəmiyyətinin inkişafı Ana 
kultunun dairəsini daha da genişləndirmiş, hətta ona müəyyən semantik rəngarənglik gətirmişdir.
 
 Müşahidələr, müqayisələr göstərir ki, "Kitab"da İslama qədərki  əsas dini dünyagörüşü 
tanrıçılıqdır, lakin ibtidai inamların, mifoloji obrazların bu və ya digər şəkildə təzahürü barədə danışmaq 
mümkün olsa da, İslama qədərki Tanrı (türk Tanrısı) "Kitab"da bilavasitə  iştirak etmir. Bunun da əsas 
səbəbi, fikrimizcə, aşağıdakılardan ibarətdir:
 
 1) 
Tanrıçılıq ibtidai dinlərlə, inamlarla müqayisədə yüksək səviyyəyə qalxmış dünyagörüşü 
forması olduğuna görə onlardan daha asan İslamlaşmış, daha az relikt vermişdir;
 
 2) 
İslamı (heç olmasa onun əsas prinsiplərini) qəbul etmiş cəmiyyət, xalq öz eposunda (ümumən 
epik təfəkküründə İslam Allah-Tanrısı ilə rəqabət apara biləcək ikinci Tanrıdan (türk Tanrısından) imtina 
etməli olmuşdur;
 
 3) 
Tanrıçılığın bir sıra xüsusiyyətləri İslam dini tərəfindən ehtiva edilmiş, beləliklə, İslamın "türk 
İslamı" adlandıra biləcəyimiz variasiyası meydana çıxmışdır.
 
 
Və bütün bunlara görə "Dədə Qorqud" eposunda biri digərini  əvəz etmiş müxtəlif dini 
dünyagörüşü formalarının İslam dininin üstünlüyü ilə bir iyerarxiyası əmələ gəlmişdir.
 
 "Kitab"dakı  həmin dini-mənəvi, ideoloji iyerarxiya özünü yığcam  şəkildə daha çox boyların 
axırında gələn "yum"larda göstərir: 
 
Yerli qara dağların yıqılmasın! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə