Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

 Allah-təalaya Dəli Domrulun burada sözü xoş  gəldi.  Əzrayıla nida eylədi ki, çün dəli qavat 
mənim birligim bildi, birligimə  şükür qıldı, ya Əzrayıl, Dəli Domrul can yerinə can bulsun, onun canı 
azad olsun, — dedi.
 
 
Dəli Domrul əvvəl qoca atasından, sonra qoca anasından can istəyir, ancaq heç biri razı olmur. 
Dəli Domrulun xatunu məsələni biləndə deyir: 
 
Sənin ol müxinnət anan, baban
 
Bir canda nə var ki, sana qıymamışlar?!
 
Əril tanıq olsun,
 
Kürş tanıq olsun!
 
Yer tanıq olsun,
 
Əri tanıq olsun,
 
Gög tanıq olsun!
 
Qadir Tanrı tanıq olsun!
 
Mənim canım sənin canınca qurban olsun! 
 
 Halalının sözündən riqqətə gələrək Allaha belə müraciət edir: 
 
...Ulu yollar üzərinə imarətlər yapayım sənin üçün! 
Ac görsəm doyurayım sənin üçün! 
Yalıncıq görsəm donadayım sənin üçün! 
Alırsan ikimizin canın bilə qoyqul, 
Kərəmi çoq qadir Tanrı!.. 
 
 Allah-təala Dəli Domrulla halalına uzun ömür verir və Əzrayıla əmr edir ki, gedib Dəli Domrulun 
ata-anasının canını alsın.
 
 
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Allah-Tanrı obrazının bu cür sərbəst, sadəlövhcəsinə, 
bir qədər də ərkyana yaradılması, birincisi, epos təfəkkürünün xarakteri ilə bağlıdırsa, ikinci tərəfdən, türk 
düşüncəsinin tipologiyasından irəli gəlir. Türklər qədim dövrlərdən başlayaraq öz Tanrıları ilə  sıx 
mənəvi-ruhi təmasda olmuş, ondan qorxub-çəkinməmiş,  əksinə, ona könüldən bağlanmış,  İslamı  qəbul 
edəndən sonra həmin sadəlövhlük, səmimilik müsəlman Allahına münasibətdə  də özünü göstərmişdir. 
Lakin ilk dövrdə belə olmuşdur... Tədricən sadəlövhlük mistika, səmimilik isə mənəvi-ruhi diplomatiya 
ilə əvəz olunmağa başlamış, müxtəlif təriqətlər, ruhani məktəblər, tendensiyalar yaranmışdır.
 
 "Kitab"da 
Tanrı-Allah sevgisi ata-ana sevgisi qədər munis, isti və səmimidir.
 
 Qorqudşünaslıqda "Duxa Qoca oğlu Dəli Domrul boyu" özünün qeyri-adi, orijinal məzmunu ilə 
həmişə diqqət mərkəzində olmuş, mübahisə doğurmuşdur. Akad. V. V. Bartold həmin boyun dastana 
sonradan əlavə edildiyini söyləmiş, professor M. H. Təhmasib isə həmin fikri müdafiə edərək daha irəli 
getmişdir; o, (M. H. Təhmasib) Dəli Domrul obrazının "təkamül"ünü bu cür xarakterizə edir: "Qədim 
variantda Allaha asi kəsilən, "al qanadlı Əzrayıl"i saymayan, onu öldürüb "yaxşı yigidləri xilas etmək" 
istəyən bu məğrur gənc yeni dastanda "bir quru çayın üstündə körpü yapdırıb keçəndən otuz axça, 
keçməyəndən döyə-döyə  qırx axça alan" yelbeyin, avam, cahil, nadan bir dəlisov  şəklinə salınmış, 
alçaldılmış, miskinləşdirilmişdir. Boyun son variantını işləyən dastançı — ozan onu elə bir hala gətirib 
çıxarır ki, axırda o, öz qanmazlığını, nadanlığını "dərk" edir".
 
 Görkəmli Azərbaycan folklorşünasının həmin mülahizəsini haqlı olaraq tənqid edən 
tələbələrindən biri (professor B. Abdulla) da öz növbəsində  məsələni, demək olar ki, düzgün qoymur: 
guya boyun yaradılmasında məqsəd "Allahın ucalığını, vahidliyini, İslami  ənənələrin geniş yayılmağa 
başladığını (bu sonuncunun nə demək olduğu məlum deyil — N. C. ), Tanrı mələklərindən olan Əzrayılin 
mövqeyini bildirmək" imiş. Oğuz türklərinin müsəlmanlığı qəbul etdikləri dövrdə yaranan "Dəli Domrul 
boyu" (X. Koroğlu), bizim fikrimizcə, İslama qədərki türk dünyagörüşü ilə İslamın qarşılaşmasını (və bu 
zaman ortaya çıxan idrak problemlərini!) özünəməxsus bir şəkildə — orta əsrlər epos məntiqi ilə  əks 
etdirir. Boyda şərabın xatırladılması da təsadüfi deyil — eposun "arı könüldə pas olsa şərab
 
açar" məntiqi 
("Bəkil oğlu Əmran boyu"nda xatunu Bəkilə deyir) burada yerimir, əksinə, Dəli Domrul günahını şərab 
içməsi ilə əlaqələndirir. Qeyd edək ki, "Bamsı Beyrək boyu"nda qəhrəman bazirganları yağmalamış kafir 
üzərinə gedəndə "şərab içərkən içməz" olur, "altun ayağı yerə" çalır. Və beləliklə, İslam eposda, ehtiyatla 
da olsa, şəraba öz klassik münasibətini bildirir.
 
 "Dəli Domrul boyu" göstərir ki, İslama qədərki türk oğuz təfəkkürü  İslamı müəyyən 
mühakimələrlə, sorğu-suallarla, qeyd-şərtlə  qəbul edir, İslam türk təfəkküründə boşluğa, ideyasızlığa 
düşmür...
 
 
Oğuz igidləri bu və ya digər çətinliyə düşəndə Allah-təalaya sığınıb ona dua edirlər: 


 
Yucalardan yucasan,
 
Kimsə bilməz necəsən,
 
Əziz Tanrı.
 
Sən anadan doğmadın,
 
Sən atadan olmadın.
 
Kimsə rizqin yemədin,
 
Kimsəyə güc etmədin.
 
Qamu yerdə əhədsən,
 
Allahi-səmədsən.
 
Adəmə sən tac urdun,
 
Şeytana lənət qıldın.
 
Bir suçdan ötrü
 
Dərgahdan sürdün.
 
Nəmrud gögə ox atdı,
 
Qarnı yarıq balığı qarşı tutdun.
 
Ululuğuna həddin yoq,
 
Sənin boyun, qəddin yoq.
 
Urduğun ulatmıyan ulu Tanrı,
 
Götürdügün gögə yetirən görklü Tanrı,
 
Qaqıdığın qəhr edən qəhhar Tanrı!
 
Birliginə sığındım!
 
Çələbim, qadir Tanrı, mədəd səndən!
 
Qara donlu kafirə at dəpirəm,
 
İşimi sən önər!.. 
 
 Yaxud: 
 
Yucalardan yucasan,
 
Yuca Tanrı!
 
Kimsə bilməz necəsən,
 
Görklü Tanrı!
 
Sən Adəmə tac urdun,
 
Şeytana lənət qıldın. 
Bir suçdan ötrü 
Dərgahdan sürdün. 
İbrahimi tutdurdun, 
Xam gönə çulqadın, 
Götürüb oda atdırdın, 
Odu bustan qıldın... 
Birliginə sığındım, 
Əziz Allah! 
Xocam, mənə mədəd! 
 
 Müsəlman Allahının müəyyən xüsusiyyətlərini yada salan oğuz igidi onu şəxsləndirir, mükəmməl 
bir obraza çevirir. Və ona aşağıdakı təyinləri aid edir:
 
 a) 
mistik-ruhani 
təyinlər;
 
 
b) insani, yaxud bəşəri təyinlər.
 
 Mistik-ruhani 
təyinlərin, demək olar ki, hamısı dini kitablardan, hədislərdən gəlir — burda "epos 
müəllifi" orijinallıq eləmir.  İnsani, yaxud bəşəri təyinlərə  gəldikdə isə bunların  əksəriyyəti  İslamın 
qəbulunun ilk dövründə xalq təfəkküründə müəyyənləşmiş, əsasən, orijinal ifadələrdir: yucalardan yuca-
san, kimsə bilməz necəsən, urduğun ulatmıyan, basdığın bəlirtməyən, götürdügün gögə yetirən, qaqıdığın 
qəhr edən və s. Allah-Tanrıya edilən dualarda mistik-ruhani təyinlərlə insani, yaxud bəşəri təyinlər ideya-
məzmunca səsləşir, təyin olunan barədə bütöv təsəvvür yaradır. Ona görə  də bizə belə  gəlir ki, Allah-
Tanrıya aid edilən mistik-ruhani təyinlərin  əksəriyyəti dini mənbələrdən  əvvəl eposun dilinə keçmiş, 
müəyyən müddət şifahi ömrünü yaşamış, sonra "Kitab"da əks olunmuşdur.
 
 Eposda 
İslam dini başqa dinlərlə müqayisə edilir və birincinin üstünlüyü müxtəlif formalarda 
sübut, yaxud təsdiq olunur.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə