Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

Kölgəlikcə qaba ağacın kəsilməsin! 
Qamən aqan görklü suyun qurumasın! 
Qanadların ucları qırılmasın! 
Çaparkən ağ-boz atın büdrəməsin! 
Çalışanda qara polad uz qılıncın kütəlməsin! 
Dürtüşərkən al göndərin ufanmasın! 
Ağ birçəkli anan yeri behişt olsun! 
Ağ saqqallı baban yeri uçmaq olsun! 
Haqq yandıran çırağın yana dursun! 
Qadir Tanrı səni namərdə möhtac eləməsin! 
 
 
Göründüyü kimi, burada müxtəlif dini dünyagörüş formaları süxurlaşır, — türklər tərəfindən 
qəbul edilmiş  İslam dini İslama qədərki dünyagörüş formalarını  dərhal inkar etmir, müsəlmanlaşma 
prosesi mənəvi sahədə tədricən gedir.
 
 Ümumiyyətlə, "Kitab"da İslamın qəbulunun iki məqamını ayırmaq lazımdır:
 
 1) 
İslamın oğuz türkləri tərəfindən qəbulu;
 
 2) 
İslamın qıpçaq türkləri, eləcə də qeyri-türklər (ümumən kafirlər) tərəfindən qəbulu.
 
İslamın oğuz türkləri tərəfindən qəbulu "Kitab"da üzdə olan bir məqam deyildir, — o, daha çox "Kitab"ın 
daxili məzmununu təşkil edən mənəvi məsələdir. İslamın qıpçaq türkləri, eləcə də qeyri-türklər (ümumən 
kafirlər) tərəfindən qəbuluna gəldikdə isə, bu məqam kifayət qədər üzdədir... "Kitab"ın, artıq qeyd 
olunduğu kimi, əsas ideyalarından birini məhz bu — kafirlərin müxtəlif münasibətlərlə  İslamı  qəbul 
etməsi təşkil edir.
 
 
"Kitab"dan görünür ki, İslam dini oğuzların — müsəlman türklərin etnoqrafiyasına da daxil 
olmuşdur. Bu baxımdan "Bayburanın oğlu Bamsı Beyrək boyu"nda Dədə Qorqudun Dəli Qarcarın bacısı 
Banuçiçəyə elçi getməsi hadisəsi müəyyən maraq doğurur... Dədə Qorqud qızı bu cür istəyir: "Qarşı ya-
tan qara dağını aşmağa gəlmişəm, aqıntılı-görklü suyunu keçməgə gəlmişəm, gen ətəginə, dar qoltuquna 
qısılmağa gəlmişəm. Tanrının buyuruğu ilə, Peyğəmbərin qövlilə, bəgim, aydan arı, gündən görklü qız 
qardaşın Banuçiçəyi Bamsı Beyrəgə diləməgə gəlmişəm".
 
 
Dəli Qarcar Dədə Qorqudu vurub öldürmək istəyir. Dədə Tanrıya sığınıb ismi-əzəm oxuyur. 
Qarcara "çalursan əlin qurusun!" deyə qarğış edir... Və "Haqq-təalanın əmrilə Dəli Qarcarın əli yuqarıda 
asılı qaldı. Zira Dədə Qorqud vilayət yiyəsi idi. Diləgi qəbul oldu.
 
 
Dəli Qarcar aydır:
 
 — 
Mədəd, aman, əl-aman! Tanrının birliginə yoqdur güman. Sən mənim  əlimi sağaldı gör, 
Tanrının buyruğu ilə, Peyğəmbərin qövlilə  qız qardaşımı Beyrəgə verəyin, — dedi, üç kərrə  ağzından 
qərar eylədi, günahına tövbə eylədi.
 
 
Dədə Qorqud dua eylədi, Dəlinin əli Haqq əmriylə sapasağ oldu...".
 
Geriyə qayıdan Dədədən nələr olduğunu soruşduqda belə cavab verir: "Allahın inayəti, ərənlərin hümməti 
oldu, qızı aldım".
 
 "Kitab"da 
İslam dininin artıq dövlətçilik düşüncəsi ilə  əlaqədar olduğunu göstərən məqamlara 
təsadüf olunur; məsələn, "Bəkil oğlu Əmranın boyu"nda Qazan xanın incimiş, padşaha asi olmuş Bəkilə 
xanımı belə deyir: "Yigidim, bəg yigidim! Padşahlar tanrının kölgəsidir. Padşahına asi olanın işi rast 
gəlməz".
 
 Lakin 
istər eposda, istərsə də "Kitab"da İslam dini qədim türk dövlətçilik ənənələrinə əhəmiyyətli 
təsir edə bilmir. Ona görə ki, həmin dinin təşəkkül tapıb formalaşdığı mühitdə dövlət quruculuğu 
təcrübəsi güclü deyildi. İslam dinini qəbul etmiş türklər mövcud dövlətçilik ənənələrinə əsaslanaraq orta 
əsrlərin möhtəşəm  İslam türk imperiyalarını yaratdılar. Və  qədim türk dövlətçilik təfəkkürü  İslam 
mədəniyyətini yüksəltdi, zənginləşdirdi, mühafizə etdi.
 
 Eposda 
müsəlman türklərin,  əgər belə demək mümkündürsə,  əsas vəzifəsi (bəlkə  də, stixiyası, 
təbii istəyi, marağı!) kafirlər üzərinə axına getməkdən ibarətdir... Ona görə də "Ədəbiyyat ensiklopediyası 
lüğəti"nin "eposun əsas məzmununu oğuzların istila olunmuş Qafqaz torpaqlarında öz hakimiyyətlərini 
təsdiq etmək üçün "kafirlər"lə döyüşləri təşkil edir" fikri (həmin fikrin müəllifi türk dünyasının görkəmli 
folklorşünası Xalıq Koroğludur) ilə razılaşmamaq mümkün deyil.
 
 "Qazlıq Qoca oğlu Yegnəgin boyu" belə başlayır:
 
"Qamğan oğlu xan Bayındır yerindən durmuşdu. Qara yerin üzərinə  ağ ban evin dikmişdi. Ala seyvan 
gök yüzünə aşınmışdı. Bin yerdə ipək xaliçə döşənmişdi. İç Oğuz, Daş Oğuz bəgləri söhbətə dərilmişdi. 
Yemə-içmə idi.
 
 Qazlıq Qoca derlərdi, bir kişi vardı. Bayındır xanın vəziri idi. Şərabın itisi başına çıqdı. Qaba 
dizinin üzərinə çökdü, Bayındır xandan aqın dilədi.
 
 Bayındır xan dəstur verdi: — "Nərəyə dilərsən var" — dedi.
 


 Qazlıq Qoca iş görmüş, işə yarar adam idi. Yarar qocaları yanına cəm eylədi. Yadığı-yarağı ilə 
yola girdi.
 
 Çoq 
dağlar, dərə-təpə keçdi. Günlərdə bir gün Düzmürd qələsinə gəldi. Qara dəniz kənarında idi. 
Ona iribən qondular. O1 qələnin bir təkuru var idi, adına Arşın oğlu Dirək təkur deyərlərdi. O1 kafirin 
altmış arşın qaməti vardı. Altmış batman gürz salırdı, qatı möhkəm yay çəkirdi. Qazlıq Qoca qələyə yet-
dügiylən cəngə başladı."
 
 Doğrudur, Qazlıq Qoca Arşın oğlu Dirək təkura məğlub olub əsir düşür, lakin fakt faktlığında 
qalır ki, o mərd-mərdanə qəzayə getmişdi... Qazlıq Qoca kimi Uşun Qoca oğlu Əgrək də əsir düşür, lakin 
onun axına getməsinin "səbəbi" var:
 
 "...Bahadır dəli, yaxşı yigit idi. Bayındır xanın divanına qaçan istəsə varır gəlirdi. Bəglər bəgi 
olan Qazan divanında buna heç qapı-baca yoğıdı. Bəgləri basıb Qazan önündə oturardı. Kimsəyə iltifat 
eyləməzdi.
 
 
Məgər, xanım, genə bir gün, bəgləri basıb oturcaq, Tərsu-zamış derlərdi, Oğuzda bir yigit vardı, 
aydır:
 
 — 
Mərə, Uşun Qoca oğlu, bu oturan bəglər hər biri oturduğu yeri qılıncilə,  ətməgilə alıbdır. 
Mərə, sən başmı kəsdin, qanmı tökdün, acmı doyurdun, yalıncıqmı donatdın? — dedi.
 
 
Əgrək aydır:
 
 
Mərə, Tərsuzamış, baş kəsib qan tökmək hünərmidir? — dedi. Aydır:
 
 — 
Bəli, hünərdir.
 
 Ba! 
Tərsuzamışın sözü Əgrəgə kar elədi. Durdu Qazan bəgdən aqın dilədi. Aqın verdi. Çağırtdı, 
aqınçı dərildi. Üç yüz say cidalı yigit bunun yanına cəm oldu"...
 
 Axına, yaxud qəzaya getməyin bir forması da eposda "ova getmək" şəklində təzahür edir. "Salur 
Qazanın evi yağmalandığı boy"da Qazan xan yeyib-içib oturarkən qəflətən belə bir qərar çıxarır ki, 
"yürüyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yığalım...". Və Qazan xan böyük bir dəstə 
ilə həqiqətən ova çıxır. Lakin bu ov nəticə etibarilə kafirlər üzərinə müzəffər yürüşlə sona yetir.
 
 "Qazan 
bəg oğlu Uruz bəgin dutsaq olduğu boy"da da axına, yaxud qəzaya getmək ova getmək 
şəklində təzahür edir... "Qazan sağına baqdı, qas-qas güldü, soluna baqdı, çox sevindi. Qarşısına baqdı, 
oğlancığı Uruzu gördü. Əlin əlinə çaldı ağladı... Qazan aydır: Bəri gəlgil, qulunum oğul! Sağım ələ baqdı-
qımda qardaşım Qaragünəyi gördüm, — baş kəsibdir, qan töküpdür, çuldı alıbdır, ad qazanıbdır. Solum 
ələ baqdıqımda dayım Aruzu gördüm, — baş kəsibdir, qan töküpdür, çuldı alıbdır, ad qazanıbdır. Qarşım 
ələ baqdıqımda səni gördüm. On altı yaş yaşladın. Bir gün ola düşəm öləm, sən qalasan. Yay çəkmədin, 
ox atmadın, baş kəsmədin, qan tökmədin. Qanlı Oğuz içində çuldı almadın. Yarınkı gün zaman dönüb, 
bən ölüp sən qalıcaq, tacım-taxtım sana vermiyələr deyü sonı andım ağladım, oğul! — dedi.
 
 
Uruz burada söyləmiş, görəlim, xanım, nə söyləmiş. Aydır:
 
 
— A bəg baba, dəvəcə böyümüşsən, köşəkcə ağlın yoq. Dənəcə böyümüşsən, darıca beynin yoq. 
Hünəri oğul atadanmı görər ögrənər, yoxsa atalar oğuldanmı ögrənər. Qaçan sən məni alıb kafir sərhədinə 
çıqardın, qılıc çalıb baş kəsdin, mən səndən nə gördüm nə ögrənəm, — dedi.
 
 Qazan 
bəg əlin əlinə çaldı, qas-qas güldü. Aydır:
 
— A bəglər, Uruz xub söylədi. Bəglər, siz yeginiz, içiniz, söhbətinüz dağıtmınuz. Mən bu oğlanı alayın, 
ava gedəyin. Yeddi günlük azuqəylə  çıqayın. Ox atdığım yerləri, qılıc çalıb baş  kəsdigim yerləri 
göstərəyim. Kafir sərhədinə — Cızıqlara, Ağlağana, Gögcə dağa alıban çıqayın. Sonra oğlana gərək olur, 
a bəglər, — dedi".
 
 
Göründüyü kimi, burada əsl məqsəd ova getmək, yeyib-içmək deyil, Qazan istəyir ki, oğlu Uruzu 
qazi kimi yetişdirsin, kafirlə döyüşməyə, onu istənilən vaxt məğlub etməyə hazırlasın. Həqiqətən, bu 
öyrətmə, hazırlama prosesi "Kitab"da bütün aydınlığı, dəqiqliyi ilə öz əksini tapmışdır:
 
 "Qazan 
oğlunu alıb qara dağlar üzərinə ava çıqdı. Av avladı, quş quşladı, sığın-keyik yıqdı.. 
Məgər Başıaçuq tatyan qələsindən, Akska qələsindən, kafirin casusu vardı, Təkura gəldi. Aydır:
 
 — 
Hay, 
nə oturursan? İtini ulatmayan, çətigünü movlatmayan alpanlar başçısı Qazan oğlançuqilə 
sərxoş olub yatırlar, — dedi.
 
. ..Toz 
yarıldı, gün gibi şıladı, dəniz gibi yayqandı, meşə gibi qarardı. On altı min it ürməkli, keçə 
börklü, azqun dinli, quzğun dilli kafir çıqa gəldi.
 
 Qazan 
qonur 
atın çəkdirdi bütün bindi. Oğlu Uruz cilovunu çəkdirdi, bədöy atın oynatdı, qarşı 
gəldi. Aydır: 
 
― Bəri gəlgil, ağam Qazan,
 
 
Dəniz gibi qararub gələn nədir?
 
 Od 
gibi 
şılayıb, ildız gibi parlayıb  
 
gələn nədir?
 
 ...Qazan 
Aydır:
 
 
― 
Bəri gəlgil, arslanum oğul. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə