Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

Ayna günü oquyanda xütbә görklü. 
Qulag asıb dinləyəndə ümmət görklü
Minarədə banlayanda fəgi görklü... 
Qamusuna bənzəmədi, 
cümlə aləmləri yaradan Allah-Tanrı görklü 
Ol öyüdüm Tanrı dost oluban mədəd irsün, 
xanım, hey!.. 
 
 Bununla 
belə  İslama qədərki mənəvi-əxlaqi təsəvvürlər, dəyərlər də unudulmur, eyni dərəcədə 
yüksək tutulur: 
 
"Dizin basıb oturanda halal görklü, 
Dölümündən ağarsa, baba görklü. 
Ağ südün doya əmizsə, ana görklü
Yanaşıb yola girəndə qara buğur görklü. 
Uzunca tənəfi görklü. 
Oğul görklü...
 
 Qorqud 
Atanın, yaxud Dədə Qorqudun "Kitab"ın müqəddiməsində  İslam dini təbliğatçısı, 
ideoloqu kimi təqdim olunması bizi bir sıra mətləblərdən hali edir:
 
 Birincisi, 
Dədə Qorqud müsəlman olmaqla İslama qədərki türk dünyagörüşünün, mənəviyyatının 
İslami əsaslar üzərində yenidən təşkilini simvolizə edir;
 
 ikincisi, 
türk (xüsusilə Azərbaycan türk) ruhunun, mənəviyyatının (ümumən türklüyün!) 
İslamdan əvvəlki mərhələsi ilə sonrakı mərhələsini özündə birləşdirir, bütöv təqdim edir;
 
 üçüncüsü, 
eposun (və "Kitab"ın) əfsanəvi müəllifi kimi onun ideya-estetik xarakterini, qayəsini, 
məqsədini əks etdirir.
 
 Görünür, 
"Dədə Qorqud" eposunda Dədə Qorqud daha çox (bəlkə  də yalnız!) müəllif olmuş
Dədə Qorqud "Kitab"ında isə daha çox obraza çevrilmişdir ki, bunun da əsas səbəbi eposun müdrik 
müəllifinin yazıda böyük ideoloji semantika daşıyan bir obraz kimi təzahürünə xüsusi ehtiyac olması idi. 
Və bizim fikrimizcə, Dədə Qorqudun müəllifdən daha çox obraza çevrilməsində onun İslam ideoloqu 
kimi yenidən təzahürü  əhəmiyyətli rol oynamışdır. Eyni zamanda dastanı yazıya köçürən hər bir şəxs 
özünü bu və ya digər dərəcədə müəllif (katib yox!) sayması ilə Dədə Qorqudu müəlliflikdən bir qədər də 
"kənarlaşdırmış", bir qədər də obrazlaşdırmışdır. Həmin müəllif-katiblər hər boyun sonunda Dədə 
Qorqudun sözünü davam etdirirmişlər kimi öz sözlərini (əslində, zəmanələrinin sözlərini) də "yum 
verəyim, xanım" deyə əlavə etmişlər: 
 
"Ağ alnında beş kəlmə dua qaldıq, qəbul olsun!  
Yığışdırsın, duruşdursun,
 
Günahlarını adı görklü Məhəmməd Mustafa yüzü  
suyuna bağışlasın!'.." 
 
 "Kitab"ın müqəddiməsində öz əksini tapmış  İslam dünyagörüşü, heç şübhəsiz, bir qədər 
deklorativ (təbliğat) xarakter daşıyır, lakin bununla belə, o həmin müqəddimədə İslama qədərki türk-oğuz 
dünyagörüşünün qeydsiz-şərtsiz inkarı, yaxud müxtəlif dini-ideoloji dünyagörüşlərin eklektikası, mexa-
niki yığımı ilə deyil, üzvi vəhdəti ilə qarşılaşırıq. Və bütün aydınlığı ilə görünür ki, İslam dini özünə 
qədərki ideya-mənəvi əxlaqi görüşləri ehtiva etmiş türk düşüncəsinə, əgər belə demək mümkünsə, prinsip 
etibarilə hakim olmuşdur.
 
 Türk 
dünyasının möhtəşəm kitabı olan "Divani-lüğət-it-türk"ün əsas ideyalarından biri (bəlkə də 
birincisi!) məhz  İslama keçidin tarixi zərurət olduğunu təsdiq etməkdən ibarətdir:  "Hər cür tərif — 
böyük yaxşılıqlar, gözəl işlər sahibi olan Tanrı adı üçündür. Xalqın ən çox danışanı lal, ən sağlamı 
çürük olduğu bir zamanda Tanrı  Cəbrayılı açıq anlayış  və  hərtərəfli məlumatla Məhəmmədə 
içərisində haramı, halalı anladan Quranı göndərdi; beləliklə,  əsl yönü nədən ibarət olduğunu 
göstərdi...
 
 
İndi bundan sonra Mühəmməd oğlu Hüseyn, Hüseyn oğlu Mahmud deyir ki, Tanrının 
dövlət günəşini türk bürclərində doğdurmuş olduğunu... gördüm. Tanrı onlara türk adını verdi və 
onları yer üzünə başçı etdi. Zəmanəmizin xaqanlarını onlardan seçdi, dünya millətlərinin idarə 
işlərini onların əllərinə verdi, onları hər kəsdən üstün elədi, ilahi qüdrətlə mükafatlandırdı...".
 
 Beləliklə, türklər  İslamı heç də amansız müharibələrdə, döyüşlərdə  məğlub olmuş bir etnos, 
cəmiyyət, xalq kimi deyil, kifayət qədər aydın hiss olunan qalib emosiyası,  əhvali-ruhiyyəsi ilə  qəbul 


edirlər. M. Kaşqari öz "Divan"ında göstərir ki, Tanrı türklərlə "birlikdə çalışanı, onların tərəfində duranı 
əziz tutdu və türklərə görə onları hər bir arzusuna çatdırdı, pislərin şərindən qorudu. Ağıllı odur ki, özünü 
onların (türklərin — N. C. ) oxlarından qoruya bilmək üçün gərək arxalarınca getsin. Dərdini anlatmaq və 
türklərin könlünü almaqdan ötrü onların dilləri ilə danışmaqdan başqa yol yoxdur...".
 
 "Kitabi-Dədə Qorqud" M. Kaşqarinin tamamilə haqlı olduğunu təsdiq edir.
 
 Tanrını, Allahı tanımaq, ondan qorxmaq ideyasının "Kitab"da ən kəskin  şəkildə irəli sürüldüyü 
boy — "Duxa qoca oğlu Dəli Domrul boyu"dur.
 
 
Oğuz igidlərindən olan Dəli Domrul "quru çayın üzərində bir körpü yapdırmışdı. Keçəndən otuz 
üç aqça alırdı.
 
 Bunu 
neçün 
böylə edirdi? Onunçün kim, məndən dəli, məndən güclü ər varmıdır, çıqa mənimlə 
savaş, — deyərdi, — mənim ərligim, bəhadirligim, cilasunligim, yigitligim Ruma, Şama gedə qavlana, — 
deyərdi.
 
 
Bir gün Dəli Domrulun körpüsünün yanına düşmüş obada şivən qopur. Dəli igid gəlib soruşur: — 
Mərə, qavatlar, nə ağlarsız? Mənim körpüm yanında bu qoğa nədir? Niyə şivən edirsiz?
 
 Ayıtdılar:
 
― Xanım, bir yaxşı yigidimiz öldü, ona ağlarız, — dedilər. 
Dəli Domrul aydır:
 
 — 
Mərə, yigidinizi kim öldürdü?  
 Ayıtdılar:
 
 
— Vallah, bəg yigit. Allah-təaladan buyruq oldu, al qanatlı Əzrayıl ol yigidin canın aldı.
 
 
Dəli Domrul aydır:
 
 —Mərə, Əzrayıl dediginiz nə kişidir kim, adamın canın alır?.. Ya qadir Allah! Birligin, varlığın 
həqiyçün  Əzrayılı  mənim gözümə göstərgil, savaşayım, çəkişəyim, dürüşəyim, yaxşı yigidin canın 
qurtarayım, bir daha yaxşı yigidin canın almaya...
 
 
Həqq-təalaya Domrulun sözü xoş gəlmədi. Baq, baq!..
 
 
Mərə, dəli qavat mənim birligim bilməz, birligümə  şükür qılmaz. Mənim ulu dərgahımda 
gəzəmənlik eyləyə? — dedi. Əzrayıla buyruq eylədi kim, ya Əzrayıl, var dəxi ol dəli qavatın gözünə 
görüngil, bənizini sarartğıl, — dedi, — canın xırlatğıl, alğıl, — dedi.
 
 
Əzrayıl bir dəfə  Dəli Domrula həmlə edir, lakin gücü çatmır.  İkinci dəfə onun atının gözünə 
görünür, at ürküb, Dəli Domrulu yerə vurur. Və Əzrayıl onun köksü üzərinə qonur. Dəli Domrul aman 
diləyir, Allaha xoş getməyən sözləri sərxoş olub dediyini söyləyir: 
 
Mərə, Əzrayıl, aman, 
Tanrının birliyinə yoqdur güman! 
Mən səni böylə bilməz idim, 
Oğurlayın can aldığın duymaz idim. 
Dökməsi böyük bizim dağlarımız olur, 
O dağlarımızda bağlarımız olur.
 
Ol bağların qara salqımları — üzümü olur, 
Ol üzümü sıqarlar, al şərabı olur, 
O1 şərabdan içən əsrük olur. 
Şərablıydım, duymadım, 
Nə söylədim, bilmədim. 
Bəgligə usanmadım, 
Yigitligə doymadım. 
Canım alma, Əzrayıl! 
 
 
Əzrayılın yalnız buyruğa əməl etdiyini biləndə Dəli Domrul Allaha yalvarır: 
 
"Yucalardan yucasan,
 
Kimsə bilməz necəsən,
 
Görklü Tanrı!
 
Neçə cahillər səni göydə arar, yerdə istər,
 
Sən xod möminlərin könlündəsən,
 
Daim duran cabbar Tanrı,
 
Baqi qalan səttar Tanrı!
 
Mənim canım alur olsan, sən alğıl,
 
Əzrayıl almağa qoymağıl. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə