Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

 
 
 
TANRIÇILIQDAN İSLAMA 
 
 
 
 
 Türk 
dünyasının, xüsusilə oğuz (Azərbaycan) türklərinin mənəvi mədəniyyət tarixinin ən mühüm 
mənbələrdən biri olan Dədə Qorqud eposu ( "Kitabi-Dədə Qorqud") müəyyən ideoloji qadağalara, 
yasaqlara məruz qaldığına görə (xüsusilə Azərbaycanda!) ideya-məzmun baxımından, demək olar ki
araşdırılmamış (Azərbaycanda "Kitab"ın zərərli bir əsər kimi qadağan edilməsi təsadüfi deyildi — bu, 
bütöv bir ideoloji kompleksin tərkib hissəsi idi; "Kitab" qadağan olunduğu 50-ci illərdə Azərbaycan 
xalqının etnik mənşəyi barədə qeyri-elmi konsepsiya işlənib hazırlanır, Azərbaycan tarixində türklüyün 
mövqeyi sıxışdırılırdı), yalnız  ən ümumi məsələlərə diqqət yetirilmiş, "Kitab" daha çox struktur-forma 
baxımından təhlil edilmişdir. Son illərin araşdırmalarında isə müəlliflər bəzən "Kitab"ı  dərindən 
öyrənmək, onun faktından, materialından çıxış etmək  əvəzinə, xəyallarında yaratdıqları fantastik "me-
todologiya" ilə ona müdaxilə etmiş, heç bir məntiqə  sığmayan fikirlər söyləmişlər. Məsələn, professor 
Elməddin  Əlibəyzadə "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr)" 
kitabında genetik baxımdan müxtəlif mədəniyyət tiplərinin məhsulu olan "Bilqamıs" eposunu, "Avesta", 
antik ədəbiyyat və "Kitabi-Dədə Qorqud"u birləşdirib, Azərbaycan xalqının mənəvi mədəniyyət tarixini 
"yaradır". Və həmin "tarixə" görə guya:
 
 1) 
"Ərəb işğalı Azərbaycan xalqının qədim atəşpərəstlik dininə — müqəddəs "Avesta" kitabına 
elə  zərbə endirdi, üzərinə elə qalın pərdə  çəkdi ki, haralardasa, küncdə-bucaqda, zərdüştlərin qəlbinin 
dərinliklərində özünə yuva salıb qala bildi və yüz-yüz illər boyu yavaş-yavaş közərdi, öz təliminin, ancaq 
çox cüzi bir qismini gətirib bizə çatdırdı"; 2) "Ərəb işğalı Azərbaycan xalqının qədim əlifbasını əlindən 
aldı, onun qədim yazı mədəniyyətinin, türk-run əlifbasının üstünə elə qalın qara pərdə çəkdi ki, min il işıq 
üzü görmədi, ancaq keçən əsrin sonlarında üzə çıxdı, öz kamilliyi, türk dillərinə yararlı olması ilə bütün 
tədqiqatçıları heyrətə gətirdi".
 
 Halbuki 
Azərbaycan xalqının (söhbət türk mənşəli Azərbaycan xalqından gedir) dini görüşləri 
sistemində atəşpərəstlik dini, xüsusilə "Avesta" kitabı  əhəmiyyətli bir yer tutmadığı kimi, Azərbaycan 
ərazisində də "bütün tədqiqatçıları heyrətə gətirmiş" "qədim əlifba", "qədim yazı mədəniyyəti" "türk-run 
əlifbası", demək olar ki, yoxdur. E. Əlibəyzadə dünyanın böyük əsərlərini Azərbaycan xalqının mənəvi 
mədəniyyət tarixinə daxil etməklə elə təsəvvür edir ki, mənsub olduğu xalqın tarixini zənginləşdirir, lakin 
nəzərə almır ki, biri digərinə uyğun gəlməyən, hətta biri digərini inkar edən müxtəlif kitablardan, 
abidələrdən, mənbələrdən mənəvi mədəniyyət öyrənməyə  məcbur edilən xalq axırda mənəviyyatsız, 
mədəniyyətsiz qalar... Azərbaycan xalqının ilk böyük əsəri "Dədə Qorqud" eposu (və "Kitabi-Dədə 
Qorqud"dur) — mənsub olduğumuz xalq bu əsəri özünün təşəkkül dövründə yaratdığına görə özü də 
onunla, demək olar ki, yaşıddır. Və biz E. Əlibəyzadənin tədqiqat metodologiyası ilə ümumən razı 
olmasaq da həmin metodologiyaya dəxli olmayan, məsələn, aşağıdakı fikri ilə tamamilə  şərikik ki, 
"Kitabi-Dədə Qorqud"un düzülüb-qoşulması, tamamlanması, qədim mədəniyyətlə "yeni" İslam mədəniy-
yətinin qarşılaşdığı bir dövrə, keçid dövrünə təsadüf edir".
 
 Azərbaycan xalqının təşəkkülü dövründə formalaşmış eposun əhatə etdiyi mövzular, irəli sürdüyü 
məsələlər, heç şübhəsiz, mənsub olduğumuz xalqın mənəvi-ruhi marağının bilavasitə ifadəsidir. Həmin 
mövzulardan biri də  İslam dininin qəbulu mövzusudur ki, "Kitab"da bütün genişliyi,  əhatəliliyi, 
problemləri ilə birlikdə əks olunmuşdur.
 
 "Dədə Qorqud" eposunun əsas qəhrəmanları  İslam dinini nəinki qəbul etmiş, hətta bu dini 
yaymaq səlahiyyətinə malik olan müsəlman türkləri, "Kitab"ın dili ilə desək, "qazi ərənlər"dir. "Dədə 
Qorqud" dastanı, yaxud eposu məhz onların — "qazi ərənlər"in dastanı, eposudur. Və eposun əfsanəvi 
yaradıcısı, müəllifi Dədə Qorqud hər boyun sonunda keçən zamanların niskilini çəkir: 
 
Qanı ögdügüm bəg ərənlər, 
Dünya mənim deyənlər! 
Əcəl aldı, yer gizlədi, 
Fani dünya kimə qaldı?! 
Gəlimli-gedimli dünya, 
Sonucu ölümlü dünya!..
 


 Yalnız Azərbaycan türklərinin deyil, ümumən türklərin İslam dinini həmin dinin meydana çıxdığı 
ilk zamanlardan (Həzrəti Peyğəmbərin sağlığından) başlayaraq qəbul etməsini müxtəlif mənbələr təsdiq 
edir. "İslamın qılıncı", yaxud daha geniş yayıldığı kimi "qılınc müsəlmanı" adlanan türklər İslamı sadə-
 
cə  qəbul etməklə kifayətlənməmiş, eyni zamanda ilk çağlardan etibarən onun yayılmasına çalışmışlar. 
Düzdür, onlar İslamı  qəbul etdikləri bir sıra ölkələrdə bu dinin incəlikləri barədə  ətraflı izahat verə 
bilməmişlər, çünki ilk əsrlərdə türklər İslamın yalnız əsaslarına bələd idilər, onların həyat tərzi də həmin 
dinin mistikasını mənimsəməyə imkan vermirdi, bununla belə, türklərin etnik psixologiyası, təbiəti üçün 
xarakterik olan sədaqətlilik, iman kamilliyi, onları yeni dinə möhkəm bağlamışdı. Digər tərəfdən, İslam 
Altaydan Türküstana (Mərkəzi Asiyaya), Türküstandan isə Kiçik Asiyaya (və daha Qərbə) axın edən, 
yeni ərazilərdə məskunlaşan türklər üçün təşkiledici bir ideologiya olmuşdu.
 
 "Kitabi-Dədə Qorqud"da İslam dini motivləri də, bir sıra araşdırıcıların dönə-dönə qeyd etdikləri 
kimi, sonradan edilmiş əlavə (katib əlavəsi!) deyildir, əksinə, "Kitab"ın ideya-estetik, poetik əsaslarından 
biridir. Və hətta müqayisələr, təhlillər göstərir ki, müxtəlif dövrlərdə (görünür, təxminən I—V əsrlərdə), 
oğuz türklərinin yaşadıqları müxtəlif ərazilərdə (xüsusilə Türküstanda) yaranmış süjetlər həm də İslamın 
qəbulu ehtiyacı, yaxud İslam ideologiyası əsasında bir yerə yığılmış, bütöv bir dastana çevrilmişdir. Əgər 
həmin ehtiyac, həmin ideoloji-mənəvi mühit olmasa idi, şübhəsiz, "Dədə Qorqud" dastanı (xüsusilə 
"Kitabi-Dədə Qorqud") bu keyfiyyətdə, bu poetik tipologiyada olmazdı. 
 Müxtəlif dinlərdən (xüsusilə tanrıçılıqdan)  İslama keçid həm "Dədə Qorqud" dastanının, 
eposunun, həm də "Kitabi-Dədə Qorqud"un başlıca mövzusudur... "Kitab" eposun məntiqini, ideya-
estetik marağını düzgün ifadə etdiyinə görədir ki, orta əsrlərdə Azərbaycanda gedən dini, ideoloji-mənəvi 
prosesləri kifayət qədər obyektiv əks etdirir.
 
 Müqayisələr göstərir ki, "Dədə Qorqud eposu"nun təşəkkülü (VII—IX əsrlər) ilə son 
əlyazmaların təzahürü (XV—XVI əsrlər) arasında təxminən min ilə  qədər bir məsafə var — həmin 
dövrün bütün mərhələləri deyil, yalnız ilk mərhələləri "Kitab"da dolğun əksini tapır, sonrakı mərhələlər 
daha çox "katib əlavələri" hesabına faktlaşır. Azərbaycanda (və  Şərqi Anadoluda) İslam hərəkatı da 
eposun (və "Kitab"ın) xüsusi maraq göstərdiyi mərhələlərə düşür.
 
 
Və onu da qeyd edək ki, son illər "Kitabi-Dədə Qorqud"da İslam dininin yerini obyektiv 
müəyyənləşdirməyə meyil artmış, hətta "Kitabi-Dədə Qorqud və İslam dini" (Bəhlul Abdulla) adlı dəyərli 
bir tədqiqat da meydana çıxmışdır. Bununla belə, araşdırılmamış problemlər araşdırılmışlardan həm çox, 
həm də mürəkkəbdir.
 
 
Qədim türk eposu təşəkkül tapana, daha doğrusu, Altay yaxud protürk eposundan diferensiasiya 
olunana, "doğulana" qədər "dünya eposu" təxminən üç min ildən artıq bir dövr yaşamışdı ki, həmin 
dövrdə Altay, yaxud protürk eposunun "dünya eposu" ilə əlaqələrinin olması heç bir şübhə doğurmur.
 
 E.ə. I minilliyin ortalarına doğru formalaşmış  qədim türk eposunun əsas nümunələri müxtəlif 
qaynaqlarda (və müxtəlif mükəmməllikdə) zəmanəmizə qədər qorunmuşdur: "Yaradılış" dastanı, "Alp Ər 
Tonqa" dastanı, "Oğuz Kağan" dastanı, "Göy türk" dastanı, "Köç" dastanı və s. Həmin dastanların min il-
dən artıq bir tarixi olduğunu söyləmək o qədər də doğru olmazdı. Və bizim fikrimizcə, qədim türk 
eposunun klassik təzahür formaları e.ə. I minilliyin ortalarından b.e.-nın I minilliyinin ortalarına qədər 
yaşamış, lakin bu minillik dövrün ilk yarısı, haqqında söhbət gedən dastanların daha geniş yayılması, 
ümumiyyətlə, qədim türk epos təfəkkürünün daha məhsuldar olması baxımından diqqəti daha çox çəkir. 
Eramızın ilk əsrlərindən etibarən yuxarıda adı  çəkilən dastanlar, ümumən qədim türk eposu üslubi 
diferensiasiya mərhələsini yaşamış, bir sıra variantlar, yaxud variasiyalar törəmişdir. Qədim türk epik 
təfəkkürü eramızın I minilliyinin ortalarından başlayaraq orta əsrlər türk epik təfəkkürünün 
formalaşmasına ardıcıl olaraq təkan verir.
 
 Orta 
əsrlər epos tiplərinin (Mərkəzi Asiya, qıpçaq, oğuz) diferensial şəkildə nəzərdən keçirilməsi 
müəyyən mənada şərtidir, çünki burada ümumtürklülük xüsusiyyətləri aparıcıdır, fərqli (coğrafiya, ictimai 
inkişaf, etnokulturoloji əlaqələr və s.-dən irəli gələn) xüsusiyyətlər isə tədricən müəyyənləşərək keyfiyyət 
həddinə çatır. Onu da qeyd edək ki, Mərkəzi Asiya eposu Qıpçaq eposundan, Qıpçaq eposu isə  Oğuz 
eposundan daha mühafizəkar olur, ümumtürk epik təfəkkürünü daha çox saxlayır... Oğuz eposu aşağıdakı 
səbəblərə görə ilk orta əsrlər türk epos tiplərindən öz müasirliyi, modernliyi ilə seçilir:
 
 
1) I minilliyin ortalarından başlayaraq oğuz türklərinin get-gedə daha çox sayda Qərbi 
Türküstan—Azərbaycan—Kiçik Asiya istiqamətində yayılmaları  nəticəsində yeni coğrafiyalara 
yiyələnmələri, yeni etnik-mədəni əlaqələrə, yeni beynəlxalq münasibətlərə girmələri;
 
 
2) türk tanrıçılığı əsasında İslam dininin qəbul edilməsi;
 
 3) 
oğuz türklərinin, xüsusilə XI əsrdən etibarən  İslam  Şərqində aparıcı ictimai-siyasi qüvvəyə 
çevrilmələri...
 
 
Məhz həmin hadisələrin təsiri altında oğuz türklərinin epik təfəkkürü bir sıra yeni xüsusiyyətlərlə 
zənginləşir ki, bunu ən mükəmməl şəkildə əks etdirən epos nümunəsi "Dədə
 
Qorqud" dastanıdır. "Kitabi-
Dədə Qorqud" — "Dədə Qorqud" dastanının orta əsrlərin yazı  ənənəsi  əsasında müəyyən (!) normaya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə