Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

mənbələr fetişləşdirilmiş, onların zəngin epos təfəkkürünə münasibəti, bir qayda olaraq, unudulmuş  və 
nəzərə alınmamışdır ki, türk epos təfəkkürü müasir dövrə  qədər türk xalqları  ədəbiyyatlarının ideya-
estetik  əsasında durmuş, həmin  ədəbiyyatların hər hansı dövrdəki hər hansı miqyasdakı "təzahürü" 
ümumtürk eposundan başlanmışdır. 
 
Türk epos təfəkkürünün inkişafında (xüsusilə diferensiasiyasında) dünya mədəniyyətləri (birinci 
növbədə, İran mədəniyyəti) ilə əlaqələr əhəmiyyətli rol oynamışdır.
 
 Türk 
xalqları ilə dünyanın mədəni xalqları arasında ən qədim dövrlərdən etibarən müxtəlif tərəfli 
sıx əlaqələrin birinci səbəbi türklərin, ümumiyyətlə, zəngin mədəniyyətə malik "etnik ailə"dən — Altay 
ailəsindən çıxması, ikinci səbəbi etnokulturoloji diferensiasiyadan sonra geniş bir coğrafiyada (Asiyadan 
Avropanın içərilərinə  qədər) məskunlaşmaları,  üçüncü səbəbi  isə mentalitetləri — etnik xarakterləri
psixologiyaları etibarilə "dünyaya açıq" olmaları, yəni dünya ilə müxtəlif tərəfli kontaktlara meyil 
etmələridir.
 
 Müşahidələr göstərir ki, türk xalqları ilə dünyanın mədəni xalqları arasındakı ardıcıl 
etnokulturoloji əlaqələrin tarixi aşağıdakı dövrlərdən ibarətdir:
 
 I. 
E.ə. I minilliyin ortalarından eramızın ilk əsrlərinə qədər: Altay mühitindəki əlaqələr, türk-Çin 
əlaqələri.
 
 II. 
Eramızın ilk əsrlərindən V əsrə  qədər: türk-monqol əlaqələri, türk-tunqus-mancur əlaqələri, 
türk-Çin əlaqələri, türk-ərəb əlaqələri.
 
 III. 

əsrdən X əsrə  qədər: türk-Çin əlaqələri, türk-İran  əlaqələri, türk-german əlaqələri, türk-
slavyan əlaqələri, türk-ərəb əlaqələri.
 
 
IV. X əsrdən XV əsrə qədər: türk-İran əlaqələri, türk-ərəb əlaqələri, türk-slavyan əlaqələri, türk-
german əlaqələri.
 
 V. 
XV 
əsrdən sonra: türk-İran əlaqələri, türk-slavyan əlaqələri, türk-Qərbi Avropa əlaqələri.
 
Göründüyü kimi, türk-İran  əlaqələri biri digərindən keyfiyyətcə  fərqlənən aşağıdakı dövrlərdən, 
mərhələlərdən keçir:
 
 I. 
Eramızın ilk əsrlərindən V əsrə  qədər... Həmin dövrdə türk etnosları ilə  İran etnoslarının ilk 
mədəni əlaqələri başlayır ki, bu əlaqələrin əsasını dini-ideoloji kontaktlar (xüsusilə türklərin zərdüştlük, 
müəyyən dərəcədə isə manixeylik ideyaları ilə ilk tanışlığı) təşkil edir. Eyni zamanda İran etnoslarının 
türk mifologiyası və qədim türk eposu ilə maraqlanması da, görünür, məhz həmin dövrdən gəlir...
 
 II. 

əsrdən X əsrə  qədər... Bu dövr əvvəlki dövrün bilavasitə davamıdır. Türküstanda (Orta 
Asiyada) türklərlə iranlıların, demək olar ki, eyni coğrafiyada, sosial-iqtisadi mühitdə yaşamaları  əsası 
çoxdan qoyulmuş etnik-mədəni kontaktları daha da intensivləşdirir. Türkcədə İran (fars) dili, İran dillə-
rində (farscada) türk dili ünsürləri meydana çıxır.
 
 
Ə .Firdovsinin  "Şahnamə"si mükəmməl bir tarix keçmiş türk-İran epos əlaqələrinin hansı 
səviyyəyə gəlib çıxdığını aydın şəkildə nümayiş etdirir. Qədim türk epos təfəkkürünün məhsulu olan "Alp 
Ər Tonqa" dastanını doğma dilində (farsca) nəzmə  çəkən Firdovsi irançılıq ideologiyası (müəyyən 
mənada  şovinizm!) mövqeyində dursa da, qədim türk eposunun poetikası, strukturu, estetikası, idrak 
fəlsəfəsi üzərində yüksəlir.  Əlbəttə, böyük şairin ehtirasla bəhs açdığı  İran-Turan  əhvalatları  əvvəlki 
minilliklərin hadisəsidir, hətta güman etmək olar ki, həmin əhvalatlar baş verəndə haqqında söhbət gedən 
xalqların (türklərin və iranlıların) etnokulturoloji diferensiasiyası prosesi tamamlanmamışdı. Lakin 
"Şahnamə" kimi böyük bir əsərin meydana çıxması göstərir ki, IX—XI əsrlərdə (yəni türk-İran etnik-
mədəni  əlaqələri tarixinin ikinci dövrü ilə üçüncü dövrünün qovuşuğunda) etnokulturoloji şərait  İran-
Turan münasibətləri barədəki mifologiyanı xatırlamağı zəruri edirdi.
 
 III. 

əsrdən XV əsrə  qədər... Elə bir dövrdür ki, bir tərəfdən türk xalqlarının etnik-mədəni 
komplektləşməsi gedir, bir sıra səbəblərə (xüsusilə coğrafi yaxınlığına və uzaqlığına) görə  İran etnik-
mədəni mühitinə özünəməxsus münasibəti müəyyənləşir, digər tərəfdən, türk-İran əlaqələri böyük vüsət 
alır.
 
 Müxtəlif türk etnokulturoloji regionlarının  İran etnik-mədəni mühitinə münasibətini aşağıdakı 
kimi təsəvvür etmək mümkündür:
 
 
1.  Şərq (Türküstan) etnokulturoloji regionu İran mədəniyyətinə mürəkkəb münasibət göstərir. 
XI—XIII əsrlərdə həmin mühiti bu və ya digər dərəcədə fərqlənən üç türk etnosu — oğuzlar, qıpçaqlar və 
karluq-uyğurlar təşkil etdiklərinə görə İran mədəniyyətinə münasibətdə də fərqli tendensiyalar müşahidə 
edilir. XIII əsrdən etibarən karluq-uyğurların (cığatayların) Türküstanda daha çox möhkəmlənməsi, 
oğuzların Cənubi Qərbə, qıpçaqların isə Şimal-Qərbə "sıxışdırılması" ilə həmin  münasibət yekcinsləşir: 
belə ki, Şərq (Türküstan) regionu İran mədəniyyəti ilə o qədər də  sıx olmayan, "güzəştsiz", bir sıra  
hallarda isə "diplomatik" əlaqə nümayiş etdirir. 
 2. 
Şimal-Qərb (qıpçaq) etnokulturoloji regionu türk etnokulturoloji regionları arasında  İran 
mədəniyyəti ilə ən az kontakta girən regiondur ki, bunun da bir səbəbi coğrafi uzaqlıqdırsa, digər səbəbi 


qıpçaq türklərinin  İslam dininə, yazı  mədəniyyətinə digər türklər (oğuzlar və karluq-uyğurlar) qədər 
meyilli olmamalarıdır.
 
 3. 
Cənub-Qərb (oğuz) etnokulturoloji regionunda türk-İran
 
etnik-mədəni  əlaqələri X—XV 
əsrlərdə ən azı iki mərhələdən
 
keçir: XIII əsrə qədər və XIII əsrdən sonra.
 
 a) 
XIII 
əsrə qədər regionun ən görkəmli sənətkarları (Ə. Xaqani, M. Gəncəvi, N. Gəncəvi,  
C. Rumi...)  əsərlərini farsca yazırlar, hökmdarlar öz saraylarında  İran mədəni mühiti yaratmağa meyil 
edirlər. Oğuz türklərinin passionarlıq dövrü olmasına baxmayaraq, mədəni-ədəbi təfəkkürdə  İran təsiri 
güclənir. Cənub-Qərb (oğuz) türkcəsinə çoxlu fars sözləri keçir və s. 
 b) 
XIII 
əsrdən (monqol-tatar yürüşləri dövründən) etibarən
 
regionda türklüyün mədəni mövqeyi 
yüksəlir və beləliklə,
 
türk-İran etnik-mədəni əlaqələrində müəyyən tarazlaşma özünü göstərir. Hətta oğuz 
türk mədəniyyətinin İrana nüfuzu
 
güclənir.
 
 
IV. XV əsrdən sonra... Türküstanda, xüsusilə Azərbaycan—Kiçik Asiyada türk-İran etnik-mədəni 
əlaqələri tədricən
 
milli (müstəqil) türk mədəniyyətlərinin tarixi marağına uyğun olaraq şaxələnir. İranla 
daha sıx (və çoxtərəfli) əlaqədə
 
olan Azərbaycanda XVII—XVIII əsrlərdən başlayaraq, intibah
 
hərəkatı 
özünü göstərir, halbuki həmin dövrdə İran mədəniyyəti tənəzzül edirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə