Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

təşəbbüsləri) elmi baxımdan inandırıcı olmamış, romantik xarakter daşımışdır. Xüsusilə o mənada ki
"qədim layları qaldırmaq" həvəsi ilə guya dərinə getdiyini zənn edən bəzi araşdırıcılar, əslində, "Kitab"ı 
yarandığı zəngin tarixi kontekstdən çıxarmaqla "tarixi semantika"dan məhrum etmişlər.
 
 Müşahidələr göstərir ki, "Kitab"da Azərbaycan tarixi üçün əhəmiyyətli olan ən azı  aşağıdakı 
hadisələr, ictimai-siyasi, mədəni-mənəvi proseslər əks olunur:
 
 —"gəlmə" oğuzlarla "yerli" qıpçaqların, qeyri-türk mənşəli etnosların, xalqların münasibətləri;
 
 —"iç" 
oğuzlarla "dış" oğuzların münasibətləri;
 
 —Azərbaycan xalqının təşəkkülü;
 
 
—İslam dininin qəbulu, dini-etnik münaqişələr;
 
 —Azərbaycan cəmiyyətinin etnoqrafik, ictimai-siyasi təşkili;
 
 —Azərbaycanın etnik-mədəni, müəyyən dərəcədə isə siyasi hüdudlarının müəyyənləşməsi;
 
 —Anadoluya 
türk-oğuz yürüşlərinin güclənməsi;
 
 —Türkiyə türklüyünün formalaşmağa başlaması  və s. Azərbaycan xalqının mənşəyi ilə  məşğul 
olan tədqiqatçıların, demək olar ki, heç biri bu xalqın etnogenezində  qıpçaqların iştirakını inkar etmir. 
Lakin paradoksal haldır ki, Azərbaycan etnik-mədəni sisteminin formalaşmasında onların rolu bu və ya 
digər dərəcədə diqqət mərkəzindən kənarda qalır. Beləki:
 
 birincisi, 
ən geci eramızın ilk əsrlərində  Şimaldan (Dəşti Qıpçaqdan) Azərbaycana daha böyük 
kütlələrlə  gələn, yaxud axın edən və  Cənubi Qafqazda məskunlaşan qıpçaqların IX—XI əsrlərdəki (və 
sonrakı!) taleyi "tədqiqat sferası"na, bir qayda olaraq, daxil edilmir;
 
 ikincisi, 
Azərbaycan xalqının təşəkkülündə oğuz-səlcuqların rolu o dərəcədə mütləqləşdirilir ki, 
həmin prosesdə qıpçaqların, habelə digər kökdən olan türk tayfalarının iştirakına yer qalmır;
 
 üçüncüsü, 
"yazılı" tarix "şifahi" tarixi, ənənəvi olaraq,
 
üstələdiyindən "şifahi" həyat yaşamış 
etnosların keçmişinə qarşı, əslində elə bir siyasi-ideoloji məqsəd güdülmədən (bir növ stixiya şəklində) 
biganə yanaşılır və s.
 
 
Əlbəttə, oğuz-səlcuqların Azərbaycan etnik-mədəni sisteminin  formalaşmasında rolu çox 
böyükdür — onların mükəmməl yazı mədəniyyətinə, güclü dövlətçilik təcrübəsinə malik olmaları, İslam 
dini  əsasında mənəvi-ideoloji baxımdan yenidən təşkil olunmaları (IX—XI əsrlər) və  nəhayət, II 
minilliyin  əvvəllərindən başlayaraq dünyaya hakim olmaq (və dünyada "nizam yaratmaq") siyasəti 
yeritmələri, təbii ki, bu türk etnosuna Şərqdə qeyri-adi mövqe vəd edirdi (bu mövqeni tutdular da!). Yeri 
gəlmişkən, çox zaman diqqəti cəlb etməyən belə bir faktı da xatırladaq ki, ümumiyyətlə, oğuzların ifadəsi 
ilə desək, passionarlıq "ehtiras"ı onların  Şərqdən Qərbə (Türküstandan Azərbaycana, buradan da Kiçik 
Asiyaya) axınına səbəb oldu. Yuxarıda haqqında bəhs etdiyimiz, dünyaya ("aktiv dünyaya") hakim olmaq 
(və dünyada "nizam yaratmaq") siyasəti o qədər gücləndi ki, oğuz-səlcuqlar yuxarı  təbəqənin  şəxsində 
özlərini:
 
 
a) ancaq türk kimi deyil, həm bir türk, həm bir fars, həm də bir ərəb kimi aparmağa başladılar;
 
 b) 
hər üç mədəniyyətin yiyəsi, davamçısı və mühafizəçisi hesab etdilər;
 
 v) 
İslam (müsəlman) dünyasının hamisi saydılar.
 
 
Oğuzların həmin iddiaları Türküstandan fərqli olaraq, Azərbaycanda artıq öz passionarlığını 
itirməkdə olan qıpçaqlara qarşı da yönəldi — tarixçilərin ya görməməzliyə vurduqları, ya da sui-istifadə 
etdikləri möhtəşəm "Kitabi-Dədə Qorqud"da əks olunduğu kimi, oğuzlarla qıpçaqların bir neçə əsr davam 
edən qeyri-bərabər "mübarizəsi" başlandı. "Kitab" oğuzlara məxsus olsa da, burada "yerli" qıpçaqların 
"gəlmə" oğuzlar tərəfindən sıxışdırılması  nəticəsində "yerlilərin" "gəlmələr"dən incikliyinin emosiyası 
heç də tam inkar olunmur, lakin təbii ki, təhrif edilir...
 
 Azərbaycanda çox qədim zamanlardan türklərin, protürklərin, altayların, hətta pro- və 
protoaltayların məskun olmaları barədə mülahizələr mövcuddur və belə bir kifayət qədər qeyri-adi 
mülahizə də mövcuddur ki, türklərin əcdadları dünyaya məhz buradan — Azərbaycandan yayılmışlar... 
Həmin mülahizələrdə narahatlıq (və şübhə!) doğuran məsələ türklərin provətəni olaraq Azərbaycan coğra 
fiyasının (çox məhdud bir məkanın!) mütləqləşdirilərək,  əslində geniş türk coğrafiyasına qarşı 
qoyulmuşdur: türklərin (və onların əcdadlarının) möhtəşəm tarixini inkar etmək mümkün olmadığı kimi, 
həmin tarixlə alver edib ucuz şöhrət qazanmaq da çətindir.
 
 
Azərbaycanda, yaxud qonşu ərazilərdə türklərin, yaxud da onların əcdadlarının nə zamandan bəri 
yaşamalarından asılı olmayaraq, fikrimizcə, burada (Azərbaycanda) türklüyün etnik-mədəni sistem kimi 
möhkəmlənməsi təxminən 2500 ilə qədər (bəlkə də daha çox!) böyük bir dövrü əhatə edən aşağıdakı üç 
mərhələdən keçir:
 
 I. 
Qıpçaq mərhələsi (təxminən e.ə. I minilliyin ortaları, b.e.-nın I minilliyinin sonu).
 
 
Təxminən e.ə. I minilliyin ortalarında türklər müstəqil etnos olaraq ümumaltay birliyindən ayrılır 
və geniş bir coğrafiyada özlərinə  məxsus mədəniyyət yaradırlar. Həmin mədəniyyətin sərhədləri Qərbə 
doğru min kilometrlərlə uzanan bir ərazini əhatə edirdi ki, bu da Qərbə doğru hərəkətin perspektivliyini 
əks etdirməkdən başqa bir şey deyildi. "Milli tarixçilər"in (!) ciddi-cəhdlə  qəbul etdikləri "qədim 


Azərbaycan türklüyü"nü nəzərə almasaq, Azərbaycanda ilk türklük məhz yuxarıda göstərilən dövrdə (e.ə. 
I minilliyin ikinci yarısında) təzahür edir. Və Xəzər dənizi Qərbə doğru türk axınının qarşısını aldığından 
Azərbaycan həmin axının bilavasitə önündə deyil, sonunda olduğuna görə, burada Qafqaz dağlarının 
arxasında qeyri-türk (əsasən, Qafqaz, müəyyən dərəcədə isə  İran) mənşəli etnoslar, əgər belə demək 
mümkünsə, gizlənə bilir, Şimali Azərbaycanın etnik coğrafiyası mürəkkəbləşirdi.
 
 E.ə. I minilliyin sonu, b.e.-nın I minilliyinin əvvəllərində türklərin (artıq hun-qıpçaq türklərindən 
söhbət gedir) Şimaldan Azərbaycana gəlişi (və burada məskunlaşmaları) ardıcıl xarakter alır. Qıpçaqların 
gəlişi, heç şübhəsiz, burada yerli (aborigen), yaxud bir neçə  əsr bundan əvvəl gələrək məskunlaşmış 
əhalinin (protürklərin, habelə Qafqaz, İran etnoslarının) müqaviməti ilə qarşılaşır. Lakin "axın 
təcrübəsi"ni, yeni ərazilərdə  məskunlaşmaq "diplomatiyası"nı çoxdan mənimsəmiş, müxtəlif xarakterli
müxtəlif mədəni inkişaf səviyyəsinə malik etnoslarla ünsiyyət yaratmağa qabil olan qıpçaq türkləri həmin 
əhali ilə çox tez bir zamanda təmasa girdilər. Çünki onlar:
 
 a) 
kifayət qədər döyüşkən olduqlarına, "çöl həyatı"nın bütün problemlərinə  vərdiş etdiklərinə 
görə, yerli əhalidə dərhal məğlubedilməz obrazını yaradırdılar;
 
 b) 
kəskin tələblər, qayda-qanunlar qoyaraq həmin  əhalini narahat etmir, ümumiyyətlə, onların 
yaşayış tərzinə əhəmiyyətli təzyiq göstərmirdilər;
 
 v) 
yerli 
şəraitə, adət-ənənələrə — mənəvi mühitə uyğunlaşır, bəzən onu qəbul etməkdən belə 
çəkinmirdilər.
 
 
I minilliyin birinci yarısında qıpçaq türkləri tədricən Azərbaycanın  şimalında  əhalinin 
əksəriyyətini təşkil etməyə başlayırlar, hətta sasanilərin gördükləri müxtəlif tədbirlər də bir nəticə vermir. 
Mərkəzi hakimiyyətə  (İrana) tabe olmayan, özlərinin Dəşti-Qıpçaq və  Şimali Qafqazdakı tipdə 
dövlətlərini isə yarada bilməyən qıpçaq türkləri Azərbaycanda tayfa birlikləri şəklində yaşamaqda davam 
edirlər. Lakin ölkənin əsas etnik-mədəni mənzərəsi, ən geci, I minilliyin ortalarından məhz onlara məxsus 
idi.
 
 
Qədim Bizans, erməni və gürcü mənbələrində  işlənən qıpçaq türkcəsi elementləri bu dilin 
Azərbaycanın  şimalında, habelə bütövlükdə  Cənubi Qafqazda geniş yayılmış, nüfuzlu bir dil olduğunu 
göstərsə  də,  şifahi yaradıcılığa üstünlük verən qıpçaq türkləri nə  Cənubi Qafqazda (o cümlədən 
Azərbaycanda), nə  də onunla qonşu olan Şimali Qafqazda yazılı abidələr yaratmamışlar. Lakin onların 
zəngin mifologiyası, çox güclü şifahi xalq yaradıcılığı nümunələri, mükəmməl  şifahi  ədəbi dilləri 
olmuşdur.
 
 
I minilliyin ortalarında müxtəlif dinləri öz "demokratik" xarakterlərinə uyğun bir şəkildə "qəbul 
etmiş" qıpçaqlar VII—IX əsrlərdə  ərəblərin təzyiqinə müqavimət göstərərək,  İslam dininin yeganə 
düzgün dünyagörüşü ifadə etdiyinə inanmamış, uzun əsrlərin təcrübəsindən çıxış edərək ona loyal mü-
nasibət bəsləmiş, beləliklə  də  sıx birləşə bilməmişlər. Və fikrimizcə, qıpçaq türklərinin I minilliyin 
sonlarına doğru Azərbaycanda siyasi-ideoloji nüfuzlarını itirməsinin bir səbəbi də bu olmuşdur.  İslamı 
qəbul etmiş, onun bayrağı altında sıx birləşmiş oğuz türklərinin Azərbaycana, burdan da Kiçik Asiyaya 
yürüşü isə, əksinə, çox böyük ideya-siyasi, mənəvi potensiala malik idi.
 
 II. 
Oğuz mərhələsi (I minilliyin sonu, II minilliyin ortaları).
 
 
Oğuzların Azərbaycana kütləvi axınları VII—XI əsrləri əhatə edir — müxtəlif mənbələrin verdiyi 
birbaşa, yaxud dolayı məlumatlardan aydın olur ki, yerli əhali (xüsusilə qıpçaq türkləri) onlara əsaslı bir 
müqavimət göstərə bilməsə  də, oğuz türkləri bir sıra xüsusiyyətlərlə  nəinki hesablaşmalı, hətta 
əhəmiyyətli güzəştlərə də getməli olmuşlar.
 
 
Qıpçaq xanları, məlikləri əsrlər boyu Şimali Azərbaycanda oğuz əsilzadələrinə qarşı, uğursuz da 
olsa, mübarizə aparmış, hətta yeri gəldikcə, qeyri-türk mənşəli xalqlar, tayfalar ilə müvəqqəti dostluq 
əlaqələrinə, hətta ittifaqa belə girməkdən çəkinməmişlər.
 
 IX—XI 
əsrlərdə Azərbaycana daha böyük kütlələrlə  gələn oğuzlarla yerli qıpçaqları "nüfuz" 
baxımından aşağıdakı şəkildə müqayisə etmək mümkündür:
 
 
Oğuzlar — böyük hərbi-siyasi, ideoloji gücə malik idilər; Cənub-Şərq və Cənub-Qərb cinahları 
möhkəm olduğuna görə, özlərini Azərbaycanın hər yerində olduğu kimi, şimalında da strateji baxımdan 
çox rahat hiss edirdilər; bir neçə  əsrlik mükəmməl yazı  mədəniyyətləri var idi; "İslamın qılıncı" kimi 
qeyri-məhdud beynəlxalq missiya daşıyırdılar.
 
 
Qıpçaqlar — Azərbaycanda özlərini yerli əhali saydıqlarına görə, güclü müdafiə "instinkt"inə 
malik idilər; Şimaldakı həmtayfaları ilə əlaqələri möhkəm idi.
 
 
Həmin müqayisədən aydın olur ki, "Divani-lüğət-it-türk"ün müəllifi M. Kaşqarinin göstərdiyi 
kimi, tarix, ayaqları  dəyən hər yerdə (o cümlədən Azərbaycanda da) oğuz türklərinin xeyrinə  işləyirdi. 
Lakin onların məhz gəlmə olması, hakimiyyəti təmsil etmələri yerli əhali ilə  oğuz türkləri arasında 
müəyyən anlaşılmazlıq da yaradırdı. Doğrudur, bu "anlaşılmazlıq" hərbi-siyasi, ideoloji sahədə 
sonuncuların xeyrinə çox asanlıqla aradan qalxa bilirdi, lakin etnik-mədəni sistemin müəyyənləşməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə