Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

 
III. XVII əsrin ortalarından XVIII əsrin  əvvəllərinə  qədər— dastanın,  əsasən, formalaşması, 
dövrün böyük şifahi söz sənətkarları — aşıqlar tərəfindən ideya-məzmun və poetik struktur baxımından 
mükəmməl sənət faktına çevrilməsi, eyni zamanda ilkin variant, yaxud versiyaların təşəkkülü.
 
 IV. 
XVIII 
əsrin əvvəllərindən XIX əsrin ortalarına qədər — dastanın epik potensialın tam gücü ilə 
təzahürü, milli eposa çevrilməsi, variantlaşmanın güclənməsi, ayrı-ayrı qolların, yaxud bütövlükdə 
dastanın yazıya alınması, Azərbaycan aşıqlarının repertuarında əsas  əsərə çevrilməsi, yeni qollarla zən-
ginləşməsi, gələ-gələ daha da cilalanıb mükəmməlləşməsi.
 
 V. 
XIX 
əsrin ortalarından XX əsrin 30-cu illərinə  qədər — sənətkarlıq baxımından daha da 
zənginləşməsi, xüsusilə ifaçı aşıqlar tərəfindən müxtəlif məclislərdə daha çox söylənib yayılması, ardıcıl 
şəkildə toplanması, yazılı ədəbiyyata, milli ictimai təfəkkürə müəyyən təsir göstərməsi... Və XX əsrin 30-
cu illərindən sonra, ümumiyyətlə, aşıq-dastan sənətinin süqutu ilə bağlı olaraq arxaikləşməsi...
 
 
Əlbəttə, bu bölgüdə müəyyən  şərtiliyin olması  təbiidir — şərti olmayan isə odur ki, "Koroğlu" 
XVI əsrin sonu XVII əsrin əvvəllərindən XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər, yəni təxminən üç 
əsr xalqın folklor təfəkküründə yaşamış, onun qəhrəmanlıq idealının faktı, hadisəsi kimi mövcud ol-
muşdur. "Koroğlu" mövcud olduğu xalqın  əxlaqına, mənəviyyatına, psixologiyasına mükəmməl bir 
məktəb səviyyəsində  əsrlərlə  təsir göstərmiş, millətin  əsas düşüncəsinin miqyasını bütün genişliyi, 
çoxtərəfliliyi, zənginliyi ilə  əhatə etmişdir. IX—XI əsrlərdən sonra Azərbaycan dastan yaradıcılığının 
milli epos təfəkkürünün potensiyası miqyasında təzahürü məhz XVII—XIX əsrlərdə "Koroğlu"nun 
şəxsində olmuşdur.
 
 Azərbaycan "Koroğlu"su (eləcə  də onun bilavasitə  təsiri altında formalaşıb inkişaf etmiş  Qərb 
variant və ya versiyaları), əsasən, real (konkret) tarixi hadisələrin inikasıdır və "Koroğlu" qəhrəmanlarının 
adlarına real tarixi şəxsiyyətlərin adları kimi tarixi əsərlərdə təsadüf olunur, — bununla belə, eposun alt 
qatında (iş strukturunda!) zəngin mifik potensiyasının udulduğunu görmək o qədər də  çətin deyil və 
"Koroğlu"da həmin mifoloji qat, demək olar ki, bütünlüklə üst qatın (dış strukturun!) geniş  mənada 
realizmin ixtiyarındadır, ona tabe olmuş, hətta onun (üst qatın) təzyiqi ilə bir sıra hallarda deformasiya 
olunmuşdur.
 
 Lakin 
müəyyən məqamlarda alt qatın tamamilə üst qata çevrildiyini görməmək, sadəcə olaraq 
mümkün deyil...
 
 "Günlərin bir günü Alı kişi Rövşəni yanına çağırıb dedi:
 
 — 
Oğul, buradakı dağların birində bir cüt bulaq var, adına Qoşabulaq deyərlər. Yeddi ildən yeddi 
cümə axşamı  məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün 
ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulağa nur tökülər, köpüklənib daşar. Hər kim Qoşabulağın 
o köpüyündə çimsə elə qüvvətli bir igid olar ki, dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın 
suyundan içsə aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar ürkər, quşlar qanad 
salar, atlar, qatırlar dırnaq tökər. Çox igidlər, şahzadələr bu su üçün gəliblər, ancaq heç birinin baxtı yar 
olmayıb. İndi yeddi il tamam olhaoldur. Vədə çatıb, get, axtar, Qoşabulağı tap...
 
 Rövşən həmin bulağı tapır, bir qab doldurub başına tökür, bir qab içir, bir qab da doldurub atasına 
gətirmək istərkən görür ki, köpük daha yoxdur, bulaq durulub. Kor-peşman geri dönür... Və Koroğlu atası 
Alı kişini Qoşabulağın yanında dəfn edir".
 
 "Koroğlu" dastanında mifoloji obrazların bu cür fəal  şəkildə meydana çıxması, xüsusilə baş 
qəhrəmanın fəaliyyətinin miflə bağlılığı eposun mifoloji semantikasının zənginliyini, onun qədim 
mənəvi-estetik yaddaş  əsasında yaradıldığını, dərin tarixi köklərə malik olduğunu göstərir. Alı kişi və 
Koroğlu obrazlarının mifoloji mənşəyindən bəhs edən M. Seyidov bu baxımdan, heç şübhəsiz, haqlıdır. 
Alı kişi daha çox "iyə"dir, yaxud tanrıçıdır, axırda Çənlibelin mifik hamisinə çevrilir və Koroğlunu 
mühafizə edən, demək olar ki, bütün fiziki, ruhi qüvvələri ona (Koroğluya) məhz Alı kişi verir.
 
 
İstər Koroğluda, istərsə  də "Koroğlu"nun digər qəhrəmanlarında (onların hər birində) az və ya 
çox dərəcədə ilahi güc var, — düzdür, həmin güc dastanda mümkün qədər gizlədilir, mifik işığı nə qədər 
imkan varsa söndürülür, lakin hərarəti qalır və hər an hiss edilir.
 
 "Koroğlu" Azərbaycan aşıq ədəbiyyatının yüksəliş dövrünün məhsuludur və qeyd etmək lazımdır 
ki, həmin  ədəbiyyat folklorun klassik ədəbiyyata (normativliyə) can atması  cəhdinin nəticəsi olub 
özünəməxsus fəlsəfi-estetik, poetik xüsusiyyətlərə malikdir; onlardan başlıcası odur ki, aşıq qədim türk 
mifologiyası ilə sufiliyi, sufiliklə həyatiliyi (realizmi) birləşdirməyə cəhd edir... Aşıq sənətinin əsas ideya-
estetik prinsiplərini, ümumən tipologiyasını müəyyən etməyə imkan verən əsərlərdən biri (daha doğrusu, 
birincisi!) məhz "Koroğlu"dur. "Koroğlu"nun müəllifi kimdir? sualına da elə bilirik ki, ən doğru cavab 
budur: Aşıq! Mükəmməl aşıq məktəbi olmasa idi, heç şübhəsiz, "Koroğlu" kimi mükəmməl bir dastan — 
epos da olmazdı. Aşıq "Koroğlu"nun həm müəllifi, həm də  qəhrəmanıdır və  təsadüfi deyil ki, 
folklorşünaslıqda Koroğlunun tarixi şəxsiyyət kimi cəlali-qiyamçı olması barədəki mülahizə ilə yanaşı, 
"şair-aşıq olması fərziyyəsi" də "ağlabatan" sayılır. Dastanın qəhrəmanı özünün aşıq olduğunu bir neçə 
yerdə ya ciddi, ya da zarafatla deyir; məsələn:
 


Salam verdim, salam almaz, 
Görüm kəssin salam səni. 
Axçasız, pulsuz aşığam, 
Pulum yoxdur, alam səni. 
.
 
 Koroğlu yalnız fiziki gücü ilə deyil, haqq aşığı olması ilə də, haqlı olaraq öyünür: 
 
Meydana girəndə meydan tanıyan. 
Haqqın vergisinə mən də qanıyam; 
Bir igidəm, igidlərin xanıyam, 
Bu ətrafda bütün hər yan mənimdi!.. 
 
 
Və beləliklə, Aşıq "Koroğlu"da özünün sənət ideologiyası üçün vacib olan üç fəlsəfi-estetik 
komponentin özünəməxsus "kompozisiya"sını təqdim edir: mifologiya-sufilik, həyatilik (realizm).
 
 XVII—XVIII 
əsrlər (son orta əsrlər) Azərbaycan dastanlarının hamısında olduğu kimi, 
"Koroğlu"da da aşıqlıq qəhrəmanların, demək olar ki, hamısını xarakterizə edir — onların hamısı birinci 
növbədə (təbiətləri etibarilə) aşıqdırlar: sözlərini sazla deyirlər. Lakin aşıqlıq ancaq saz götürüb söz 
deməkdən ibarət deyil, mənəvi-əxlaqi bir keyfiyyət olaraq, onların daxili aləmini müəyyən etməkdir.
 
 
Və xüsusilə qeyd etmək lazımdır ki, "Koroğlu"da bu Aşığın avtobioqrafik obrazı da mövcuddur.
 
 "Koroğlu" eposu XVII—XVIII əsrlər Azərbaycan intibahının ictimai-fəlsəfi, estetik-kulturoloji 
ideyaları əsasında, onların güclü təzyiqi ilə formalaşmışdır — həmin intibah aşağıdakı əlamətlərlə təsdiq 
olunur:
 
 1) 
qədim türk, türk-oğuz mifologiyası dövrün mədəniyyətinin (eləcə  də  ədəbiyyatının) genetik 
əsasında dayanır, yaradıcılığın generatoru kimi çıxış edir;
 
 2) 
XVII—XVIII 
əsrlər mədəniyyəti milli özünüdərk faktı olaraq təzahür edir (həmin  əlamət 
mədəniyyətin həm məzmununda, həm də formasında özünü göstərir);
 
 3) 
XVII—XVIII 
əsrlər mədəniyyəti, nəticə etibarilə, realist mədəniyyətdir.
 
 
Həmin əlamətlər dövrün ən nəhəng abidəsi olan "Koroğlu" eposunu, əlbəttə ki, birinci növbədə 
xarakterizə edir.
 
 XVII—XVIII 
əsrlərdə ümumşərq mədəniyyətinin daşıyıcısı olan orta əsrlər şəhərinin dağılması, 
bunun  əvəzində Azərbaycan kəndinin ictimai-mədəni mövqeyinin güclənməsi müşahidə edilir. Kəndli 
şəxsiyyəti  ədəbiyyatda (ümumi mədəniyyətdə) görünür, get-gedə bu mövqe daha da güclənir. Eyni 
zamanda orta əsrlər  şəhərinin yerində intibah şəhəri meydana çıxmağa başlayır ki, bu da xüsusilə yeni 
tipli tacir zümrəsinin formalaşması, onun cəmiyyətdə yüksək nüfuz qazanmasına səbəb olur (tacir 
təfəkkürü folklorda xüsusilə aşıq-dastan yaradıcılığında özünəməxsus bir fəallıqla iştirak edir; məhəbbət 
dastanlarında tacirlərin obrazı yaradılır, ticarət terminləri, ifadələri sürətlə metaforalaşır və s.).
 
 
İntibah dövründə milli özünüdərkin tərkib hissəsi olaraq insanın — şəxsiyyətin özünüdərki də 
güclənir ki, bunun da ədəbiyyatda, xüsusilə folklorda parlaq ifadəsini görməmək mümkün deyil, intibah 
mədəniyyəti insanı çöllərə salmır, Məcnun eləmir (bu mənada məcnunluq fəlsəfəsi — bütövlükdə Füzuli 
inkar edilir, İnsan XVII—XVIII əsrlərdə Məcnun yox, dəli (Koroğlu dəlisi) və Koroğlu olmaq səlahiyyəti 
qazanır... Məhəbbət onu (insanı) cəmiyyətdən uzaqlaşdırmır,  əksinə, ona (cəmiyyətə) daha da 
yaxınlaşdırır — aşiqlər "buta alırlar", onların məhəbbəti günah yox, "təqdiri-xuda" sayılır.
 
 
İntibah ədəbiyyatı (əsəri!) insanın azadlığını, onun fiziki, mənəvi gücünü, estetikasını tərənnüm 
edir — Koroğlu (və dəliləri) heç kimə boyun əymirlər, "bir qaşıq qan"dan ötrü düşmənə yalvarmırlar, öz 
azadlıqlarını güzəştə getmirlər. "Koroğlu"dakı haqq, ədalət, humanizm qəhrəmanların davranışında, 
fəaliyyətində nəinki əxlaqi-mənəvi keyfiyyət, həm də dastanın (və zamanın) təbiətindən irəli gələn fəlsəfi 
prinsip kimi təzahür edir. Qəhrəmanlıq orta əsrlərə  məxsus xüsusiyyətlərini  əsasən qorusa da, bir sıra 
baxımlardan həyatiləşir (reallaşır), aydın mətləblərə, məqsədlərə xidmət edir, mücərrədlikdən, "özündə 
şey" olmaqdan çıxıb gələ-gələ insanın-şəxsiyyətin əlamətlərindən birinə çevrilməklə tədricən orta əsrlər 
sxolastikasını itirir.
 
 Azərbaycan "Koroğlu"su Azərbaycanın, əsasən, Qərb regionlarında, müəyyən dərəcədə isə Şərqi 
Anadoluda formalaşmış, geniş yayılmış, professional aşıqların repertuarının əsasını təşkil etmişdir (istər 
XX  əsrdə, istərsə  də ondan daha əvvəl müxtəlif tədqiqatçı-folklorşünaslar, folklor toplayanlar "Ko-
roğlu"nu, əsasən, Qazax, Tovuz, Şəmkir, Gəncə rayonlarından, Gürcüstandan toplamışlar). Dastanın daha 
geniş yayıldığı regionlarda vaxtilə köçəri türkmənlər, yaxud tərəkəmələr yaşamışlar — tarixi mənbələr 
onları hakimiyyətə tabe olmayan, azadlıqsevər bir xalq kimi təqdim edir. Türkmənlər güclü, cəsur idilər, 
əsasən, maldarlıqla məşğul olur, tez-tez qonşu xalqların üzərinə çapqına gedirdilər. Qaçaqçılıq, yağmaya 
getmə türkmənlərin həyat tərzinə, məişətinə onun üzvi hissəsi kimi daxil olmuşdu. XVII—XVIII əsrlərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə