Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə33/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   29   30   31   32   33   34   35   36   ...   167

ölüm”  adlanır,çünki  insan  daha  heç  bir  formaya  düşmür,bir  daha 

“bədən  türməsinə”ginTiir,o  əbədilikdə  bütün  kainatı  bürüyən  şüur 

okeanında  qahr.Əgər sizlərdən  kim  isə  ölən  doğmalarının  yanında 

olsanız,onların  iki  anı  dərk  etmələrinə  kömək  etməyə  çalışın;ilk 

növbədə onların fiziki bədən olmadıqlarını başa salın-ölən adamın 

bunu dərk etməsi çox asandır.İkinci bir az mürəkkəbdir,lakin əgər 

ölən birini dərk etsə ,ikincini də dərk edə biləcəkdir-ona başa salın 

ki,o  həm  də  mental  bədən  deyildir-o  bu  iki  bədəndən 

kənardadır.İnsan  azadlıq  və  şüurdur.Ölən  adam  ikinci  addımı 

atandan  sonra  möcüzə  baş  verir,sadəcə  olaraq  sakitlik  yox, 

əbədiliyə,  ölməzliyə  məxsus  olan  canlı  sakitlik  yaranır.Ölənin 

yanında  olanlar  onu  bürüyən  minnətdarlıq  hissini  açıqca 

duyuıianÖlüm  qəm-qüssə,kədər  gətirmir  o  bayrama  çevrilir.Uşaq 

həyat  və  ölüm  haqqında  düşünmür,eqo  bunun  qayğısına 

qalmır.Gənc  bioloji  oyunlara  aludə  olmuşdur:o  var-dövlətə, 

hakimiyyətə, cəmiyyətdə hörmət qazanmağa can atır,o əbədi suallar 

ətrafında  düşünməyə  vaxt  tapmır.Lakin  ölüm  qabağı  adam  bütün 

lovğalıqdan,təkəbbürdən,istəkdəkdən azad olur.Onun varlı və kasıb 

olmasının,cinayətkar və ya müqəddəs olmasının heç bir əhəmiyyəti 

yoxdur.Olüm  bütün  ədalətsizlikdən,bütün  səfeh  oyunlardan 

uzaqlaşır.Təəssüf  ki,ölənə  kömək  etmək  əvəzinə  onun  yanında 

olanlar b’i möcüzəli anı dağıdırlar,axı bu insanın həyatında olan ən 

dəyərli məqamdır.Hətta insan yüz il yaşasa da bu an onun həyatının 

ən  qiymətli anıdır.  Ətrafındakılar  ağlayır,hıçqırır,öz  kədərini  sözlə 

ifadə 

etməyə 


çalışırlar:”Necə 

də 


vaxtsız 

oldu,bu 


olmamalıydf’.Bəzən ölənə ürək-dirək verib “Narahat olma,həkimlər 

deyir  ki,hər  şey  yaxşı  olacaq  ,həyatın  üçün  heç  bir  təhlükə 

yoxdur”.Bütün  bunlar  səfehlikdir.Hətta  həkimlər  də  bu  axmaq 

oyunda  iştirak  edirlər.Anamın  ömrünün  son  günlərini  yaxşı 

xatırlayıram.  Bütün  qohumlar  bizə  yığışmışdır-hamı  söhbət 

cdir,nəyi  isə  aralarında  müzakirə  edirdilər.Mən  otaqda  sakitlik 

yaratmağın qayğısına qahrdım.Tibb bacısı işləyən bacım qızı Leyla 

98 



qadınların  fitvasına  gedib  “ay  dayı,  bəlkə  mənim  təcili  yardımda 

işləyən həkimimi çağıraq,iynə vursun” deyə hamının yanında mənə 

müraciət  etdi.Anamı  müalicə  edən  həkimi  artıq  bir  neçə  gün  idi 

ki,heç bir iynə vurmurdu ,dənnan qəbulunu dayandırmışdır “Əziyyət 

verməyək,  artıq  qurtardı”  deyə  mənə  qəti  fikrini  bildirmişdir.Mən 

müalicə həkimi ilə razılaşmışdım.İndi Leylanın qadınların yanında 

bu  təklifi  deməsi  məni  çaşdırdı.Doğrusu  etiraz  etməyə  cəsarət 

etmədim,  “yəqin  puluna  qıymır”  deyə  düşünəcəklərindən  narahat 

olub  razılaşdım.  Həkim  gələndə  müalicə  həkiminin  fikrini  ona 

dedim.O huşsuz halda olan anama yaxınlaşıb “müəllim iynə vursaq 

yaxşılaşacaq”  dedi.Mən  o  deyən  dərmanları  alıb  gətirdim.Bir  az 

keçmiş həkim bayıra çıxıb “yox alınmır,daha gecdir” dedi.Həkimin 

yersiz müdaxiləsi anamın ağrılı,əzablı dəqiqələrini xeyli uzatsa da 

köməyi olmadı.Həkimlər ölən adamın vaxtının az qalmasını demək 

istəmiıiər.Onlar 

həqiqətdən 

qaçır,ümid 

vennəkdə 

davam 

edirlər.”Narahat  olma  səni  xilas  edəcəyik”  deyən  həkim  əmindir 



ki,artıq heç nə kömək etməyəcəkdir.Yalan ümidlər verən həkim başa 

düşməlidir ki, belə məqamda can verən adam öz ölümünü tam dərk 

etməlidir,aydm  gönnəlidir ki,təmiz  şüura  çevrilsinlər.Bu  an  böyük 

qələbə anı ola bilər- o bir daha ölməyəcək,qarşıda onun əbədi həyatı 

başlanır.Ölüm son demək deyildir,ölüm insan 

həyatının 

kulminasiyası,zirvəsidir.O 

ölmür


,0  başqa  bədənə  keçir.Bu  Şərqdə  “təkər”  adlanan  haldır.O 

fırlanır, həmişə fırlanır-onu dayandımnaq olar,ancaq bu yalnız insan 

öləndə  mümkün  olur.  Bu  vaxt  insan  tam  rahat  olmalı,özünü 

müşahidəçi kimi aparmalıdır-heç nəyə qarışmaq olmaz-əgər o şüurlu 

şəkildə ölə bilsə onda təkəri dayandıra biləcəkdir. 

Kim  meditasiya  ilə  məşğul  olursa  onun  ölüm  haqqında 

təsəvvürü  olur-yalnız  bu  yolla  ölmədən  ölümü  dərk  etmək 

olar.Həyatın ən mühüm təcrübəsinin ölüm olduğunu təsdiq etməklə 

onu demək istəyirəm ki,mən nə vaxtsa ölmüşəm,indi isə qayıtmışam 

ki,sizə nə isə danışım.Sadəcə olaraq mən 

99 



bilirəm  ki,meditasiya  vaxtı  insan  ölüm  vaxtı  olan  hissləri  yaşaya 

bilir-belə 

ki,meditasiya 

vaxtı 


adamın 

öz 


fiziologiyası,biologiyası,kimyası,psixologiyası  ilə  heç  bir  əlaqəsi 

olmur.Onlarm  hamısı  artıq  arxada  qalmışdır.Insan  öz  gizli 

mərkəzinə  yaxınlaşır-burada  yalnız  təmiz  şüur  olur.Bu  təmiz  şüur 

insanla ölümdən sonra da qalır,çünki o ölmür.Ölümdən sonra məhv 

olacaq  hər  şeyi  meditasiya  vaxtı  insan  öz  əlləri  ilə  yığışdırır.Bax 

buna  görə  də  meditasiyanı-ölümün  sağ  vaxtı  olan  təcrübəsi  hesab 

edirlər. Bu duyğu o qədər gözəldir ki,ölüm haqqında 

yalnız  onu 

demək olar ki, ölüm-özü də 

meditasiyadır,həm  də  milyon  dəfə  güclü  olan  meditasiyadır- 

dəfələrlə  artırılan  meditasiya  təcrübəsi,ölüm  təcrübəsinə  çevrilir. 

İnsan  öləndən  sonra  özündən  arxada  öz  örtüyünü,pərdəsini 

qoyur.Ona  heç  bir  xətər  toxunmamışdır;o  ilk  dəfə  olaraq 

fiziologiya,biologiya,psixologiya  türməsindən  azad  olur.Bütün 

divarlar  dağıdılmışdır-yol  açıqdır.İlk  dəfə  olaraq  insan  öz 

qanadlarını əbədiliyə açır. 

Ölümdən yalnız insanlar yox,bütün canlılar qorxur- lar.Ölüm

 

qorxusu-təbiət həyatında zəruri olan təbii 



hissdir.Bütün  canlılar  öz  həyatlarını  qorumağa  çalışırlar.Ölüm 

qorxusu  həyat  arzusudur,məhz  bu  onu  qorumağa  kömək  edir-  bu 

labüd hissdir,nə qədər ağır olsa da biz bu hissi yaşamalı oluruq.Nə 

etmək  olar,bu  hissi  necə  isə  azaltmaq  olarmı?Bəlkə  ən  azı  ölümü 

izah  edək-axı  nəyi  isə  izah  etmək  mümkün  olanda  0  çox  qorxulu 

olmur.Adamlar 

vaxtilə 

şimşəkdən,göy 

gurultusundan 

qorxurdular-ancaq  onun  səbəbini  biləndən  sonra  bu  mistik  qorxu 

yox  oldu.Bəlkə  nə  isə  izah  etməyək,sadəcə  olaraq  gələcək  ölüm 

haqında heç düşünməyək?Lakin ölüm haqqında fıkirləşməməklə o 

yox  olmur,ölüm  qorxusu  da  yox  olmur,  sadəcə  olaraq  o  hələ 

lazımınca ifadəsini tapmayan şüurun dərinliklərinə gedir.Burada o 

daha  təhlükəli  və  ziyanlıdır;onun  gizli  zəhəri  həyatın  sevincini 

zəhərləyəcək,axırda  isə  o  daha  çox  əzab  verəcəkdir.Gözlərimizi 

yummaqla  və  ölüm  haqqında  fıkirləşməməklə  biz  ölüm 

qorxusundan xilas olmuruq.Ölüm 

100 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə