Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə34/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   30   31   32   33   34   35   36   37   ...   167

yalnız təbii olmayıb,həm də labüddür.Ancaq ölümü yadda saxlamaq 

və  onun  haqqında  fikirləşmək  ondan  qorxmaq  demək 

deyildir.Yetkin və layiqli insan həyatı üçün ölümü unutmamaq vacib 

şərtdir.HəIə vaxtilə qədim Romada adamları “ölümü yadda saxla” 

deyə  öyrədirdilər.Xristian  müəllimləri  ölüm  haqqında  daha  aydın 

danışırlar:”Ölüm haqqında düşüncələr bütün digər əməllərdən daha 

vacibdir,o  adamları  zəhmətə  öyrədir,kədəri  səbirlə  qarşılamağa 

vərdiş  etdirir”.Hətta  müdrik  bir  kəlamda  deyilir  ki,”hər  gününüzü 

elə  yaşayın  ki,sanki  o  sizin  həyatınızda  sonuncu  gündür”.Ölüm 

haqqında  düşünməməyə  cəhd  etməklə  biz  ondan  daha  çox 

qorxuruq.Keçən  əsrdə  hökmranlıq  edən  materialist  fəlsəfə  təsdiq 

edirdi 


ki,ölüm 

qorxusu 


ümumiyyətlə 

olmamalıdır.Onlar 

deyirdilər;”Ölümdən  qorxmaym.Təbii  olan  heç  nə  qorxulu  ola 

bilməz”Nüfuzlu  kəlamdır  ancaq  heç  kəsi  inandınnaq  mümkün 

deyildir.Dinlər  öyrədir  ki,ölüm  qorxusu  təbii  və  zəruridir.Biz  bu 

həyatda  yalnız  ləzzət  almaq  üçün  yaşamırıq.Əlbəttə  Allah  istəyir 

ki,adamlar bu həyatdan zövq alsınlar və bunun üçün onlara hər şey 

verir.Bundan  başqa  Allah  hər  kəsə  hər  hansı  həyat  vəzifəsi  də 

verir-bizim  gücümüzdən  və  bacarığımızdan  asılı  olaraq  bu  vəzifə 

böyük və ya kiçik ola bilər.Bu həyatda biz Allahın tövsiyyə etdikləri 

işlərlə  məşğul  olmalıyıq.Həyat  bizə  lazım  olan  və  faydalı  işlər 

görmək  üçün  verilmişdir  və  onu  qorumağımız  vacibdir.İnsanların 

hamısı  ölümdən  qorxurlar.Adətən  heç  nəyi  təhlil  etmədən 

aydınlaşdırmadan  sadəcə  olaraq  qorxuruq.Doğrusu  biz  nədən 

qorxuruq?Bəlkə  ölümün  gətirdiyi  fiziki  əzablardan  qorxuruq? 

Həyatın  son  mərhələsində  bədən  ağrıları  çoxalır,ancaq  bu  ölüm 

ağrıları deyil,bu bədənə aid olan ağrılardır.Can vermək özlüyündə 

ağrısız və hiss olunmaz bir prosesdir.Bundan başqa hətta ağrılar olsa 

da  ölən  vaxtı  onlar  yox  olurlar.Xəstəliklərin  bütün  əlamətləri  yox 

olur,qorxulu anı keçəndən sonra insan mövcudluğun yeni şəraitində 

yaşamağa  başlayır.Biz  boşluqdan  ,qeyri-varlıqdan,”mən  daha 

olmayacağamdan”, yuxu görməsi 

101 



olmayan dərin yuxudan və daha oyanmamaqdan qorxuruq? Bəlkə də 

qeyri-varlıq  haqqında  fikir  bizi  qorxudur,ancaq  daha  çox  nə  isə 

başqa  şeydən  qorxuruq.Heç  nə  dərk  etməmək  və  heç  nə  hiss 

etməmək-bu sanki yuxudur və özlüyündə qorxulu deyildir.Bundan 

başqa biz artıq bilirik ki,insan axirət dünyasına keçəndə şüur adətən 

itmir,hətta  itsə  də  bu  ani  olur.Ölən  adam  əvvəlki  kimi;fasilə 

vermədən vermədən dərk etməkdə və hiss etməkdə davam edir.Ölən 

adamda kədər hiss ola bilər;o yaxınlarını, doğmalarını, təbiəti,bütün 

sevdiyi insanları tərk etdiyinə görə kədərlənə bilər,ancaq təəssüf və 

kədər ölüm qorxusu deyildir,0 başqa hissdir.Biz indi bilirik ki, keçid 

qorxulu  deyildir  və  “orada”həyatın  başlaması  da  qorxulu 

deyildir.təklik  yoxdur,  kömək  var,ilk  qavrama  adama  xoş 

gəlir.Ancaq ruhun yekun taleyi adamın özünə məlum olmur.Allahm 

mənimlə  bağlı  son  qərarı mənə  məlum  deyildir  və  heç  nəyə  əmin 

olmaq olmaz.Biz hamımız günaha batmışıq”əməllərimiz arxamızca 

gəlir” və hamının taleyi müxtəlif olacaqdır.Biz bilmirik,ancaq bizdə 

belə  hiss  var  ki,ölümdən  sonra  bizi  nə  isə  yaxşı  olmaya  bir  şey 

gözləyə bilər və biz özümüz bunu dəyişdirə bilmirik. 

Müqəddəslərdən  biri  yazırdı:”Bu  vaxt  naməlum  gələcəklə 

bağlı  qorxunun  olmaması  və  Allah  qorxusunun  olmaması  qəribə 

olardı.Allah  qorxusu  olacaq,bu  xeyirlidi  və  lazımdi.Bu  bədəndən 

çıxmağa  hazırlaşan  ruhun  təmizlənməsinə  kömək  edir.”  Ancaq 

Allah  qorxusu  da  təlaşlı  ölüm  qorxusu  deyildir-  adamlar  son 

məqamda  Allahdan  sakit  və  rahat  ölüm  arzulayırlar.Adamlar 

müxtəlif cür ölürlər-ölüm asan və çox çətin ola bilər.Pak,saf adamlar 

rahat  öldükləri  halda,  günahkarlar,pis  əməl  sahibləri  əzabla 

dünyalarını  dəyişirlər.  Mömin  adamlarda  inam  və  ümid,günah 

sahiblərində isə qorxu yə təlaş var:pis adamlar ölümə hazır olmurlar 

və  o  yaxınlaşanda  onlar  bərk  qorxuya  düşürlər.Kəndlilər  öz 

torpaqlarında  rahat  ölürlər.Onlar  zəhmət  çəkmişlər,başqalarma 

kömək  etmişlər,  uşaq  böyütmüşlər,dinsizlərin  onları  yollarından 

azdırmasma 

102 



imkan  verməmişlər.  Hər  hansı  günah  iş  görəndə  isə  onu  təkrar 

etməməyə  çalışmışlar.  Onlar  bu  həyatda  mənasız  ömür 

sürmədiklərinə əmin olmuşlar.Çox vaxt öz həyatlarını ləzzətə həsr 

etməyib, bütün həyatlarını elmə sərf edənlər də rahat ölürlər.Yaxşı 

ömür 

sürənlər,başqalarının 



qayğısına 

qalanlar 

ölümün 

yaxınlaşdığını hiss edərkən qorxmurlar və onu sakit qarşılayırlar.Öz 



həyatın maddi fıravanlığın axtarışına həsr edənlər,şan-şöhrət 

və 


ləzzət dalınca qaçanlar,Allahı 

unudanlar,ona ibadət ctməyənlər,öz ruhlarını qayğısına qalmayanlar 

xoşbəxt  ola  bilmirlər.Onların  ətrafı  boş  olur,heç  kəs  onları  həqiqi 

məhəbbətlə scvmirlər.Onları qabaqda nə gözlədiyini düşünmək belə 

qorxuludur.Ölüm ayağında olanda bu adamların gözlərinin qabağına 

qorxulu  görüntülər  gəlir.Volter  ölümündən  qabaq  çox  əziyyət 

çəkmişdir,o şikayətlənirdi ki, “Allah və adamlar məni atmışlar” və 

Allaha müraciət edib “daha yarım il ömür istəmişdir” və bacardığı 

hər  işi  edəcəyini  vəd  edirdi.Ölən  Taleyran  da  dəhşətli  mənzərə 

görmüş  və  ağrıdan  əzab  çəkərək  “Ey  Allah,  mən  əzab  çəkirəm” 

demişdir.Bütün dinlər ölüm yaxınlaşanda Allahdan bağışlanmalarım 

xahiş  etməyi  insanlara  tövsiyyə  etmişlər.İnsan  uçurumun  başına 

çatanda  Allahdan  bağışlanmasını  istəməklə  ruhunu  əzabdan 

qurtanmş olur və onun taleyini yaxşılaşdırır.Dinlərdə deyilir ki,hər 

birimiz  axirət  dünyasına  keçərkən  pis  ruhlarla  qarşılaşıb  hesabat 

verməli  oluruq.Qorxulu  görkəm  almış  şeytan  günahkarı  qorxuda 

bilər  və  o  tam  ümüdsizliyə  qapılmaqla  tam  şeytanın  hakimiyyəti 

altına düşmüş olur.Bu vaxt belə ölən günah işlədən Allahdan kömək 

istəyə  bilər,o  unutmamalıdır  ki,onun  ruhunu  taleyini  pis  ruhlar 

yox,Allah  müəyyən  edir.Bəzi  müqəddəs  yazılarda  deyilir  ki,pis 

ruhlar parlaq sifətə girməklə öləni inandıra bilərlər ki,hər şey yaxşı 

olacaq və tövbə etməyin yeri yoxdur.Axirət dünyasını dərk edən hər 

bir  adamda  sevinc  hissi  olur.Onların  əksəriyyəti  geri  qayıtdıqdan 

sonra  özlərini  təhlükəsiz  hiss  etmişlər  və  həyatlarında  heç  nə 

dəyişməmişlər.Ancaq asan keçid hələ 

103 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə