Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


 Yolun təmiri və cari saxlanması



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə44/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   105
Demir yollari kitab tam — 1

4.15. Yolun təmiri və cari saxlanması 
 
Dəmir yolunda yol iĢlərinin əsas növləri və onların xarakteristikası 
Nəqliyyat Naziryiyinin “Dəmir yolları süni qurğularının, torpaq yatağının 
və yolun quruluĢunun planlı-xəbərdaredici təmirinin keçirilməsinə dair 
Təlimatlar və Qaydalar” üzrə müəyyənləĢir. Yolun saxlanması və təmiri 
üzrə iĢlər aĢağıdakı əsas növlərə bölünürlər: yolun gücləndirilmiĢ əsaslı 
təmiri, yolun əsaslı təmiri, yol dəyiĢənlərin metallik hissəsinin və relslərin 
bütövlükdə dəyiĢdirilməsi, yolun gücləndirilmiĢ orta təmiri, yolun orta 
təmiri, yolun qaldırma təmiri, yolun planlı-xəbərdaredici düzləndirilməsi 
(təmiri), relslərin pardaxlanması, yolun cari təmiri, keçidlərin əsaslı təmiri 
və s. Dəmir yolunda yuxarıda göstərilmiĢ əsas iĢlərdən baĢqa “Azərbaycan 
DY” QSC-nin hər ildə müəyyən etdiyi aĢağıdakı iĢlər də yerinə yetirilir: yol 
dəyiĢənlərin yenisi ilə əvəz olunması, ötürücü tirlərin dəyiĢdirilməsi, yol 
dəyiĢənlərin qirmadaĢlarının təmizlənməsi, baĢ və stansiya yollarında 
relslərin qaynaqlanması, relslərin pardaqlanması; Ģpalların, ötürücü və 
körpü tirlərinin təmiri, yol boyu çəpərləmə qurğularının saxlanması və 
təmiri, yol dəyiĢənlərin qardan və digər çöküntülərdən təmizlənməsi. 
Yolun gücləndirilmiĢ əsaslı təmirində 1 və 2-ci sinif yollarda və 1-3 sinif 
yol dəyiĢənlərdə yolun ballast prizmasının və torpaq yatağının kompleks 
Ģəkildə sağlamlaĢdırılması və möhkəmləndirilməsi iĢləri aparılır. 
Yolun əsaslı təmirində 3-5-ci sinif yollarda və 4-5-ci sinif yol 
dəyiĢənlərdə rels-Ģpal çərĢivəsinin dəyiĢdirilməsi və yolun ballast 
prizmasının kompleks Ģəkildə sağlamlaĢdırılması və möhkəmləndirilməsi 
iĢləri aparılır. Yolun əsaslı təmirində gücləndirilmiĢ əsaslı təmirində yerinə 
yetirilən iĢlərdə yerinə yetirilir. Yolun əsaslı təmirində əsasən aĢağıdakı 
iĢlər aparılır: relslərin bütövlükdə yenisi və daha möhkəmi ilə əvəz 


olunması, Ģpalların yeni dəmir-beton və ya ağac Ģpallarla əvəz olunması, 
R=1200 m dən az olan əyri xətli və hərəkət sürəti v>120 km/saat, radiusu 
R<2000m olan sahələrdə yolun gücləndirilməsi, yolun 20-25 sm dərinlikdə 
çınqıl qatının və dərinliyi 15 sm-dən az olan qumlu- Ģınqıllı ballastın 
təmizlənməsi, yol dəyiĢənlərin yenisi ilə əvəz olunması, ötürücü tirlərin 
bütövlükdə yenisi ilə əvəz olunması. Yolun əsaslı təmirində bütün 
keçidlərdə təmizlik və abadlıq iĢləri aparılır, torpaq yatağının 
sağlamlaĢdırılması üçün “xəstə” yerlər “müalicə” olunur və onun 
deformasiyaları aradan qaldırılır. Yolun alt quruluĢunda olan suaxıdıcı və 
drenaj qurğuları, nizamlayıcı və mühafizəedici qurğu və tikililər bərpa 
olunurlar.
Şəkil 4. 39. СЧ-611 çınqıl təmizləyən maşın. 
Yolun əsaslı təmiri üst quruluĢ materiallarının kompleks Ģəkildə 
dəyiĢdirilməsi tələb olunduğu zaman təyin edilir. Əsaslı təmir zamanı rels-
Ģpal çərçivəsi, yol dəyiĢənin dəyiĢdirilməsi, su axıdıcılarının təmiri, torpaq 
yatağının deformasiyaya məruz qalmıĢ hissəsinin gücləndirilməsi, layihə 
qiyməti üzrə yolun planda və profildə düzəldilməsi, əyrinin planda layihə 
radiusuna əməl etməklə düzəldilməsi, ballast prizmasının hamarlanması, 
torpaq yatağının yamacının kəsilməsi və s. iĢləri yerinə yetirilir. 
Əsaslı təmirdə süni tikililərdə aĢağıdakı iĢlər yerinə yetirilir: körpülərdə 
relslərin və bərabərləĢdirici cihazların dəyiĢdirilməsi, körpü tirlərinin 
bütövlükdə dəyiĢdirilməsi, kiçik aĢırımlı körpülərin qaldırılması, böyük 
aĢırımlı körpülərdə yol ötürücü qurğuların qaldırılması və s. Əsaslı təmirdə 
də digər təmirlərdə olduğu kimi yol iĢləri hazırlıq, əsas və tamamlama 
mərhələlərinə bölünürlər. Əsaslı təmirdə 1 km yola təqribən 600 m
3
qırmadaĢ tələb olunur. Əsaslı təmirdə ġOM-1, BMC,VPO-3000, Duomatic 


C4-601 və s. yol maĢınlarından səmərəli istifadə etməklə təmir keyfiyyəti 
yüksəldilir. Ballasstın kipləĢdirilməsi və təmizlənməsindən sonra yolun 
stabilləĢdirilməsi DSP-C4 maĢını ilə yerinə yetirilir. Yol dəyiĢənləri 
düzləndirmək üçün isə “Unimat” markalı maĢından istifadə olunur. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə