Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Yolun qardan, qumdan və sel sularından qorunması və



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə47/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   105
Demir yollari kitab tam — 1

 
4.16. Yolun qardan, qumdan və sel sularından qorunması və 
təmizlənməsi 
 
 
 
 
 
 
Yolun qar basımından qorunması
. Yolun qarla örtülməsi aĢağıdakı 
hallarda baĢ verir: küləksiz havada düĢən qar və yerdə yığılmıĢ qarın 3 m/s-
dən çox sürətlə əsən külək vasitəsi ilə yer səthindən 10-12 sm-dək 


qaldırılması nəticəsində. Torpaq yatağının müxtəlif profilləri müxtəlif 
dərəcədə qar basımına məruz qalır. Tökmə üzərində qar axını sıxıldığından 
yol basılmır. Qar yığımı torpaq yatağının dabanında sakitlik sahəsində baĢ 
verir.
Qazmalarda və küvetlərdə kiçik burulğanlar əmələ gəlir və həmin 
burulğanlar küvetlərdə və yamaclarda qarın çökməsinə səbəb olur. 8 
metrdən çox dərinliyi olan qazmalarda burulğan böyük sürət malik olur və 
sirkulyasiya nəticəsində yolun qarla basılması baĢ verir.
Stansiya ərazilərində də qar basımı tərkibləri, binalar və digər qurğular 
sürətin azalmasına və nəticədə qarın yığılmasına səbəb olur.
Yolların qar basımı üç dərəcəyə bölünür ki, bu da öz növbəsində qar 
basımı sahələrinin hasarlanması növbəliyini müəyyənləĢdirir.
-birinci dərəcəyə dərinliyi 0,4-8,5 m olan qazmalar, mənzillərdə müxtəlif 
səviyyəli yollar, stansiyaların əraziləri, dağ ətəyində yerləĢən sıfır yerlər;
-ikinci dərəcəyə-dərinliyi 0,4 m-dək kiçik qazmalar və sıfır yerləri;
-üçüncü dərəcəyə - 0,65 m-dək hündürlüklü - tökmələr qar basımına 
görə bölünürlər.
QıĢ mövsümü qurtardıqdan sonra bütün yol ditansiyalarında qar 
basımını ləğv etmək üçün istifadə olunan alətlər, avadanlıqlar komissiyon 
baxıĢdan keçirilir və daimi saxlanılma yerlərinə yığılır.
Yol distansiyalarının rəisləri qıĢ mövsümünə hazırlıq məqsədi ilə 
mənzilləri və stansiyaları qartəmizləyən və qaryığan maĢınların maneəsiz 
keçməsi üçün yolu hazırlayır. Qarla mübarizəni qabaqcadan hazırlanmıĢ 
operativ plan əsasında təĢkil edirlər. Planda aĢağıdakılar nəzərdə tutulur: 
-yolun qarla basılan sahələrinin hazırlanmasının sxematik planı;
-istifadə olunacaq maĢın və mexanizmlərin cədvəli; 
-qarın tənzimlənməsi və yığılmasına cəlb olunacaq iĢçi qüvvəsi; 
-hər stansiya üzrə aparılacaq iĢlərin növbəliyi və cəlb olunacaq iĢçi 
qüvvəsi və vasitələrin siyahısı.
Qar basımının qarĢısını almaq məqsədi ilə təbii meĢə, meĢə salmıĢ 
daĢınan Ģəbəkəli sipərlər, Ģəbəkəli divarlar və s. istifadə edilir (ġəkil 4.43). 
Sipər xətti-1 payız fəslində çəkilir. Sipər xətlərinin birinci, ikinci, və üçüncü 
xətləri (2-3) qar basımı çox olan hallarda hasarlanır.
DaĢınan sipərlərin qar yığımı qabiliyyəti 3035 m
3
/m-dəkdir. Onların 
hündürlüyünün 2/3 hissəsi qarla basıldıqdan sonra, qarın yola çıxması 
kəskin artır və sipərləri 20-30 m məsafədə yenidən yığmaq lazım gəlir. 


Ağac qar hasarlarının hündürlüyü 4.2; 5.2; 6.2 və 6.7 m, dəmir betonlar isə 
4.6; 5.5 və 6.0 m olur.
Şəkil 4.43. Qar uçqunundan qorunmaq üçün hasarlanma. 
 
Birinci və ikinci dərəcəli qarbasımı sahələrində intensiv qar yığımı və 
güclü külək qatar hərəkətini çətinləĢdirir və fasilə yaranmasına səbəb ola 
bilər.
Stansiya yollarında qartəmizləyən, qaryığan vaqon və qatarlardan, 
avtomatik qar əridici vasitələrdən istifadə edilir. 
Qum basımından yolu iki üsulla qoruyurlar. Ən etibarlı üsul yolun hər 
iki tərəfinə 1600 m zolaqda ot və ya ağac əkilir. YaĢıl- 
lıqların növləri yerli torpağa və iqlim Ģəraitinə uyğun seçilir.
Digər üsul-baĢdan baĢa və ya Ģəbəkəli sipər, hasar, taxtadan və 
qamıĢdan, kol-kosdan istifadə etməklə yolun qum basımından qorunması.
Yolun qumla basımı da qarla örtülmə kimi torpaq yatağının profilindən 
asılı olaraq dərəcələrə və yolun 1 poq. m-ə il ərzində yığılan qum ilə təyin 
olunur.
-
xüsusi güclü qum basımı – 30 m
3
/m -dən çox
-
güclü qum basımı 20-30 m
3
/m çox 
-
orta qum basımı 10-20 m
3
/m çox
-
zəif qum basımı 10-dək m
3
/m.
Dəmir yol keçidi, yol iĢarə niĢanları yaxınlıqlarında qumun yığılmasına 
yol vermək olmaz. Yol iĢləri üçün boĢaldılmıĢ ballast prizmasının səthi ilə 
hamarlanmalıdır ki, qum yığılmasına Ģərait yaranmasın. 
 
Sel suları yolun torpaq yatağının bütövlüyünü pozan, süni qurğuları 
zədələyən, qatarın, süni qurğuların zədələyən, qatarın hərəkətində təhlükə 
yaradan amillərdən biridir. Məhz belə halların qarĢısını almaq məqsədi ilə 
yolun hər kilometrini, hər qurğusunu qarın əriməsinə, çay sularının 
səviyyəsinin qalxmasına qarĢı hazırlayırlar. Qar əriməsinin ilk əlamətləri ilə 
su kənarlaĢdırıcı kanallar və küvetlər qardan təmizlənir, kiçik körpü və 
boruların deĢikləri təmizlənir və ən azı 20 m məsafədə məcralar təmizlənir. 


SürüĢmə qorxusu olan yamacların nəmlənməsinə yol verilmir. Belə yerlərdə 
yamacları bir-birinə bağlanmıĢ çubuq dəstləri, daĢla qum doldurulmuĢ həsir 
torbalarla təhlükəsizlik tədbirləri görülür.
Suyun axıdılmasına fasiləsiz nəzarət edilir, yuyulma təhlükəsi olan 
yerlərdə çayın məcrası yoxlanılır və suyun səviyyəsinin enib qalxması qeyd 
edilir [43,44]. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə