Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


FƏSĠL V. DƏMĠR YOLUNUN DARTI HƏRƏKƏT



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə48/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   105
Demir yollari kitab tam — 1

FƏSĠL V.
DƏMĠR YOLUNUN DARTI HƏRƏKƏT
VASITƏLƏRĠ VƏ TEPLOVOZLAR 
5.1. Dartı hərəkət vasitələrinin təyinatı və təsnifatı
 
DYN-da qatarların hərəkəti dartı hərəkət tərkibinin köməyilə yerinə 
yetirilir. DHT–nə lokomotivlər və motor-vaqonlu hərəkət vasitələri 
(tərkibləri) daxildir. Lokomotiv-özü hərəkət edən dəmir yolunun dartı 
hərəkət tərkibi olub, rels xətləri üzrə hərəkətverici qüvvə-dartı qüvvəsi 
yaradaraq, onun təsirilə qatarların yerdəyiĢməsi təmin olunur. 
“Lokomotiv”-beynəlmiləl termin olub, mənĢə etibarilə ingilis sözüdür. 
Onun mənası “yerindən tərpədirəm” və ya “yerdəyiĢmə” deməkdir. 
Lokomotivlərin tarixi inkiĢafı haqqında növbəti paraqrafda məlumat 
veriləcəkdir. Lokomotivlər aĢağıdakı xüsiyyətlərə görə təsnif 
olunurlar: energetik qurğunun tipinə və yerinə görə-avtonom və qeyri 
avtonom; yerinə yetirilən iĢin xarakterinə görə-qatar (magistral) və 
manevr lokomotivləri; enerjinin ilkin mənbəsinə görə - istilik və
elektrik. 
Avtonom lokomotivlərdə muxtəlif energetik qurğulardan istifadə 
olunur ki, bununla da lokomotivlərin tipi muəyyən olunur. Avtonom 
lokomotivlərə paravoz, paroturbovoz, teplovoz, teploparavoz, 
qazoturbavoz, atomovoz və s. daxildir. Qeyri-avtonom lokomotivlərə 
isə elektrovozlar və digər kontaktlı elektrik nəqliyyatı vasitələri 
daxildir. Tramvay və trolleybus da kontaktlı elektrik nəqliyyatı 
vasitələrinə daxıl olunurlar. Dəmir yolunda həm də kombinə olunmuĢ 


lokomotivlərdən də istifadə olunur. Belə lokomotivlərə kontakt-
akkumlyatorlu elektrovozlar, dizel-elektrovozlar və s. daxildir. 
Elektrovozların və elektrik hərəkət vasitələrinin yaradılması dəmir 
yolu xətlərinin elektrikləĢməsinə imkan verdi. Beləliklə, dəmir 
yolunda lokomotivin cərəyan qəbuledicisi ilə dartı elektrik 
Ģəbəkəsinin kontakt naqili arasında fasiləsiz cərəyan axınının təmin 
olunması tələb olundu. Bununla
da yeni texniki tərəqinin əsası qoyuldu. 
Yerinə yetirilən iĢin xarakterinə görə lokomotivlər
qatar və
manevr lokomotivlərinə
bölünürlər. Qatar lokomotivləri-dəmir yolu 
xətlərində qatarların hərəkəti və yaxud dəmir yol nəqliyyatinin əsas 
iĢini-daĢıma prosesini yerinə yetirir. Manevr lokomotivləri isə 
köməkçi 
əməliyyatların, 
manevr 
iĢlərinin-tərkiblərin 
formalaĢdirilmasi və yenidən formalaĢdırıması prosesində, stansiya 
yollarinda və sənaye müəssisələrin dalan yollarında bir vaqonun və 
ya bir qrup vaqonun yerdəyiĢməsi və vaqonların yüklənmə-boĢaltma 
əməliyyatlarının yerinə yetirilməsində istifadə olunurlar. Qatar 
lokomotivləri təyinatına görə yük, sərniĢin və universal lokomotivlərə 
bölünürlər. Yük lokomotivləri kütləsi 3-5 min ton olan qatarları idarə 
etmək üçün tələb olunduğundan onların gücü və dartı qüvvəsi böyük 
olmalıdır. Ona gorə də yük lokomotivlərinin oxlarının sayı 8-12-dən 
az olmamalıdır. Belə lokomotivlər əsasən iki seksiyalı olurlar. 
SərniĢin lokomotivləri adi və yüksək hərəkət sürətlərində (160-200 
km/saat) sərniĢin qatarlarının aparılmasında istifadə olunduğundan, 
onların gücündən daha səmərəli istifadə etmək ücün, bir seksiyalı 
hazırlanır və təkərlərinin diametri daha böyük olur. Manevr lokomo-
tivləri qatar lokomotivlərə nisbətən kiçik qabaritə və daha az gücə 
malik olurlar. Manevr lokomotivləri bütün stansiya və dalan 
yollarında sərbəst hərəkət etməklə bərabər, dəyiĢən hərəkət 
rejimlərində səlist hərəkət edirlər və yüksək yerdəyiĢmə imkanlarına
malikdirlər. Manevr lokomotivlərinin gücü 800-1000 kVt hədlərində 
dəyiĢir. Gücü 500 kVt-dan az olan manevr lokomotivləri sənaye 
müəssisələrində texnoloji məqsədlər üçün istifadə olunan vaqonların 
yerdəyiĢməsində istifadə olunurlar. Belə lokomotivlər zavoddaxili və 


dalan yollarında daĢımaları yerinə yetirərək, magistral dəmir 
yollarında hərəkət etmə imkanlarına malik olmurlar. Bu 
lokomotivlərə çox zaman sənaye nəqliyyatı lokomotivləri də 
deyirlər.
Lokomotivlər ilkin enerji mənbəsinə görə istilik və elektrik lo-
komotivlərinə bölünürlər. Enerjini hasil etmək üçün özünün sərbəst 
energetik-güc qurğusu olan dartı hərəkət tərkibinə istilik 
lokomotivləri deyilir. Ġstilik lokomotivlərinə paravozlar, parotur-
bovozlar, qazoturbovozlar, teplovozlar və s. daxildir. Deməli, istilik 
lokomotivlərinin bütün xüsusiyyətləri avtonom lokomotivlərlərdə 
olduğu kimidir. Paravozun güc qurğusu-buxar qazanı və buxar 
maĢını, paraturbovozun-buxar qazanı və buxar turbini, teplovozun-
daxili yanma (dizel) mühərriki, qazoturbovozun-qaz turbini hesab 
olunur.
Elektrik lokomotivlərinə isə kontaktlı və akkumlyatorlu elek-
trovozlar daxildir. Kontaktlı elektrovozların özünün sərbəst enerji
mənbəyi olmur. Onlar elektrik enerjisini kontakt Ģəbəkəsi vasitəsilə
stasionar mənbədən (elektrik stansiyası) qəbul edərək, dartı elektrik 
mühərrikinin köməyi ilə onu mexaniki enerjiyə çevirir. 
Akkumlyatorlu elektrovozlarda elektrik enerji mənbəsi kimi
bateriyalardan istifadə olunur və onlar daimi olaraq stasionar elektrik 
qurğusundan doldurulur. Deməli, elektrik lokomotivlərinə də bütün 
xüsusiyyətləri qeyri avtonom lokomotivlərlərdə olduğu kimidir 
[9,15]. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə