Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


 Avtonom qida mənbəli lokomotivlərin təyinatı və təsnifatı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə50/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   105
Demir yollari kitab tam — 1

 
5.3. Avtonom qida mənbəli lokomotivlərin təyinatı və təsnifatı 
Avtonom qida mənbəli hərəkət tərkiblərinə dartı hərəkət vasitələri 
və avtonom lokomotivlər aid olunur. Avtonom qida mənbəli dartı 
hərəkət tərkiblərinə paravozlar, teplovozlar, dizel qatarı, 
avtomatrislər, rels avtobusları, motovozlar və qazo-turbovozlar 
daxildir. Yük və ya sərniĢin daĢımalarında reysə hazır vəziyyətdə 
olan, lokomotivlə vaqonlar dəstinə birlikdə və ya motor-vaqonla 
birgə tərtib olunmuĢ hərəkət vasitələrinin yığımına 
qatar
deyilir. 
Lokomotiv və vaqonlar qatarın tərkibini təĢkil edir. Ayrılıqda isə 


onların hər biri tərkibin hərəkət vasitələridir. Avtonom qida mənbəli 
lokomotivlərə istilik lokomotivləri də deyirlər. Ġstilik lokomotivlərini 
bir-birindən fərqləndirmək üçün onların paravoz, teplovoz, 
motovozlar və qazoturbovozlar adlandırmaq daha məsləhətdir.
Ġlk dəfə lokomotiv sözü buxarla iəĢləyən dartı vasitəsinə-paravoza 
deyilib, sonralar isə yeni tip lokomotivlər istehsal olunduqca 
lokomotiv sözünün əvvəlinə onları xarakterizə edən terminlər əlavə 
edilmiĢdir. Buna görə də avtonom lokomotivlər belə təsnif olunurlar: 
buxar, dizel, qazturbin, buxarturbin, motolokomotiv-motovoz və s. 
Motovozlardan baĢqa bütün avtonom lokomotivlər yerinə yetirdiyi 
iĢin təyinatına və vəzifələrinə görə yük, sərniĢin, universal və 
manevr dartı vasitələrinə bölünürlər. Universal lokomotivlər 
vəzifələrinə görə sərniĢin və yük daĢımaları funksiyasını yerinə 
yetirirlər. Enerji mənbəyi özündə yerləĢmiĢ və yanacağın kimyəvi 
enerjisini mexaniki enerjiyə çevirən dizel mühərrikli dartı hərəkət 
vasitəsinə 
teplovoz-
dizel lokomotivi deyilir. Enerji mənbəyi özündə 
yerləĢmiĢ və yanacaqla sıxılmıĢ havanın kimyəvi enerjisini mexaniki 
enerjiyə çevirən qaz-turbin mühərrikli dartı hərəkət vasitəsinə 
qaz-
oturbovoz-qazturbin
lokomotivi deyilir. Hərəkəti çarxqolu-sürgüqolu 
mexanizmi vasitəsilə porĢenli buxar mühərrikindən (maĢını) birbaĢa 
aparıcı təkərlərə ötürən və bunun üçün tələb olunan buxarı özünün 
buxar qazanında hasil edən lokomotivə 
paravoz
-buxar lokomotivi 
deyilir. Buxarturbin lokomotivində porĢenli buxar maĢını əvəzinə 
buxar turbinindən istifadə olunur. Enerji mənbəyinin gücü 300 kVt-a 
qədər olan daxili yanma mühərrikli avtonom hərəkət vasitəsinə 
motovoz 
- motolokomotiv deyilir. Motovozların gücü az olduğundan, 
onların əsas vəzifəsi sənaye yollarında manevr iĢlərini aparmaq və az 
sayda vaqonlarla xidməti təsərrüfat sahələrində iĢ görmək, yol təmir 
sahələrinə materiallar daĢımaq və lazım gəldikdə elektrik enerji 
mənbəyi kimi istifadə etməkdir. 
Avtonom lokomotivlər hərəkətin ötürülmə prinsipinə, seksiyaların 
sayına, ekipajın tipinə, koleyasının eninə və kuzovunun konstruksiyasına 
görə təsnif olunurlar. Enerjini aparıcı təkərlərə ötürmələrinə görə 
avtonom lokomotivlər bilavasitəli, elektrik, hidravlik və mexaniki 


ötürməli olurlar. Ġlk lokomotivlərin (buxar və dizel) bilavasitəlı ötürməsi 
iki formada olmuĢdur: teplovozun dizel mühərrikinin dirsəkli valı 
lokomotivin aparıcı təkəri ilə diĢli çarxla, paravozda isə buxar maĢını 
çarx qolu sürgü qolu mexanizmi vasitəsilə aparıcı təkərlərlə. Azərbaycan 
Dəmir Yolunda TE-3, 2M-62, 2TE-10M və 3TE-10M, magistral 
teplovozları və ЧME-3, TEM-2, TГM-4A manevr teplovozlarından isti-
fadə olunur. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə