T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə23/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Yanacaq
süzgəcləri
.Həm benzində, həm də dizel 
yanacağında onun istehsalı və distribusiyası zamanı yaranan çirkləndirici maddələr ola 
bilər.Toz hissəcikləri,rezervuarların korroziya məhsulları, yanacaqda olan parafin 
çöküntüləri,su,həmçinin onda yaşayan mikroorqanizimlər mühərrikin çox yüksək 
dəqiqlikli hissələrinin həddən artıq çox yeyilməsinə səbəb ola bilər.Bu halın qarşısını 
almaq üçün yanacaq süzgəclərdən keçirilir və təmizlənir. Daxili yanma mühərriklərində
yanacağın təmizlənməsi bir neçə mərhələdə aparılır.Yanacaq süzgəci (adətən,ayrıca 
yerləşdirir)- yanacağın sonrakı, üçüncü təmizlənmə mərhləsidir.Süzgəc mühərrik 
bölməsində yerləşdirilir və yanacaq nasos daxil olan benzinin +(süzgəcin yanacaq
nasosundan sonra yerləşdirilməsi də mümkündür ) mexaniki qarışıqlardan
təmizlənməsi üçün nəzərdə tutulur.Avt-bilin yanacaq sistemində iki növ süzgəc



kobud və zərif yanacaq süzgəcləri olur.Birincilər yanacaq qəbuledicidə
karbüratorda,injektorlu mühərriklərin yanacaq süzgəclərində yerləşdirilir,adətən, torlu
süzgəc şəkilində olub iri çirk,pas və sairə hissəcikləri tutmaq, zərif yanacaq
süzgəcləri isə yanacağı mexaniki çirklənmənin kiçik hissəciklərindən və sudan
təmizləmək üçündür.Onlar yanacaq nasosundan qabaq və ya sonra yerləşdirilir. 
Zərif yanacaq süzgəclərinə qoyulan tələblər.. Çirk tutumunun lazımi qədər olması; 
Hissəciklərin müəyyən nominal ələnmə zərifliyi (karbüratorlu mühərriklər üçün -45
mkm-dən,injektorlu mühərriklər üçün -10 mkm-dən ,dizellər üçün - 15 mkm-dən 
çox olmamaqla); Hidravlik müqavimətinin kiçik olması; Gövdənin lazımi qədər 
möhkəm və hermetik olması;Süzgəc elementinin lazımi qədər möhkəm olması.Hazırda 
sökülə bilən süzgəclərdən istifadə edilmir.Müxtəlif tiplisökülməyən yanacaq süzgəcləri 
göstərilmişdir. Karbüratorlu mühərriklər üçün nəzərdə tutulan sökülməyən süzgəclər
içərisində süzgəc elementi (pərdə) yerləşdirilmiş hermetik gövdədən ibarətdir. 
Süzgəclər əksər halda şəfaf plastik kütləli gövdə içərisinə çoxşüalı ulduz şəklində
kağız pərdə yerləşdirilmiş formada hazırlanır.Şəffaf gövdə vizual baxışla süzgəc 
elementinin çirklənməsini müəyyən etməyə imkan verir.Qeyri-şəffaf gövdəli süzgəclər
də istehsal edilir. Benzin püskürmə sistemi üşün süzgəclər hermetik metal gövdəli
olur,gövdənin içərisinə çoxşüalı ulduz və ya spiral şəklində kağız süzgəc pərdə
yerləşdirilir.Bu süzgəclər böyük təzyiq üçün nəzərdə tutulur və onlara daha yüksək
təmizləmə tələbləri qoyulur. Dizel mühərriklərinin qida sistemində təzyiq yüksək
olduğu üçün onlarda da metal gövdəli sökülməyənsüzgəclər(şəkil 2.73.c) istifadə
olunur. Kağız süzgəclər spiral şəklində yerləşdirilir.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə