Xalqımızın nəğməkar şairi



Yüklə 228,63 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix18.06.2018
ölçüsü228,63 Kb.
#49774
1   2   3   4   5   6   7

 

                                 Həyat və yaradıcılığı: 



Uşaqların  sevimlisi,  oxucuların  həvəslə  dinlədikləri  gözəl 

mahnıların  müəllifi,  şair,  Zeynal  Cabbarzadə    1920-ci  il 

dekabrın  31-də  Bakının  Bilgəh  kəndində  dənizçi  ailəsində 

anadan  olmuşdur.  Orta  məktəbi  bitirdikdən  sonra  1937-

1941-ci ildə APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam 

etdirmişdir.  Kiçik  yaşlarından  yaradıcılığa  başlamış 

Zeynalın  “Puşkin”  adlı  ilk  mətbu  şeri  1937-ci  ildə  dərc 

edilmişdir.  İkinci  Dünya  müharibəsi  illərində  və  sonra 

coşğun  yaradıcılıq  fəaliyyəti  göstərmiş  Zeynal  Cabbarzadə 

1943-cü  ilin  aprelindən  1948-ci  ilin  oktyabr  ayınadək 

Azərbaycan  Yazıçılar  İttifaqında  “Natəvan”  adına  klubun 

müdiri,  “Ədəbiyyat  qəzeti”ndə  ədəbi  işçi,  "Pioner" 

jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən 

ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə 

dəfələrlə  Azərbaycan  LKGİ  MK-nın  rəhbər  orqanlarına 

seçilmişdir.  Onun  1946-cı  ildə  çap  edilmiş  ilk  kitabı  olan              

“Xanıman”da  cəbhə  şeirləri  toplanmışdır.    Xidmətlərinə 

görə  bir  sıra  medal  və  Fəxri  fərmanlarla  təltif  edilmişdir. 

Eyni zamanda 1938-1939-cu illərdə  “Balıq cəbhəsi”, 1939-

1940-cı  ildə “ Krasnı kurinets ” ( Qırmızı kürçaylı ) qəzeti 

redaksiyalarında  işləmişdir.  Müəllim  kimi  ilk  Əmək 

fəaliyyətinə  Pirallahı  adasındakı  fəhlə  yataqxanasında 

tərbiyəçi  müəllim  kimi  başlamışdır.  Sonra  Mədəniyyət 

Nazirliyində, İncəsənət Universitetində və uşaq mətbuatında 

çalışmışdır. Göyçayda “Arvan” adlı kitabxana-muzey açaraq 

iyirmi  mindən artıq öz kitabını, yüzlərlə etnoqrafik əşyasını, 

uzun illər ərzində topladığı xeyli rəssamlıq və heykəltəraşlıq 

əsərlərini uşaqlara hədiyyə etmişdir. 

1940-cı  ilin  yanvar-iyun  aylarından  Şamaxı  rayonunun 

Mədrəsə  kənd  orta  məktəbində  dil  və  ədəbiyyat  müəllimi 

kimi işə dəvət alan şair İkinci Dünya müharibəsi başlanan il 

avqustun 1-də səfərbərliklə əlaqədar hərbi təhsil almaq üçün 

Ə. Əlibəyli, M. Aranlı, B. Qasımzadə ilə birlikdə Suxumiyə 



 

göndərilir.  Hələ  orta  məktəbdə  oxuyarkən,  şeir  və 



məqalələrini  qələmə  alaraq  Ədəbiyyat  qəzetinə  göndərən 

Zeynal Cabbarzadə cəbhədə də öz təəsüratlarını qələmə alıb, 

Bakıya Ədəbiyyat qəzetinə göndərir. Kiçik leytenant rütbəsi 

ilə  416-cı  atıcı  piyada  diviziyasında  hərbi  xidmətdə  olan 

Zeynal  Cabbarzadə  Hərbi  əməliyyatlardan birində  -  Naursk 

rayonunda 

ağır  zədələndiyindən  eşitmə  və  görmə 

qabiliyyətini  itirir.  1943-cü  ildə  isə  səhhəti  ilə  bağlı  hərbi 

xəstəxanadan  Baş  leytenant  rütbəsi  ilə  ordudan  tərxis 

olunur. 


 

Bakıda  Hərbi  xəstəxanaların  birində  yatan  Zeynal 

Cabbarzadə  orada  da,  qələmini  yerə  qoymur,  yazdığı 

şeirlərini  Yazıçılar  İttifaqına  göndərir.  Xalq  şairi  Səməd 

Vurğun  onun  səhhətindən  xəbər  tutub  göndərdiyi  şeirlərini 

“Ədəbiyyat”  qəzetində  çap  etdirir.  Özünü  isə  Yazıçılar 

Birliyinə  üzv  qəbul  etdirir.  Zeynal  Cabbarzadə  sağalıb 

xəstəxanadan çıxandan sonra “ Ədəbiyyat ” qəzetində məsul 

katib və redaktor vəzifəsində çalışır. 

 

Respublikamızın 



adlı-sanlı  şairlərindən  olmuş 

Zeynal  Cabbarzadə  uzun  illər  keçmiş  Sovetlər  birliyində 

uşaqlar  üçün  nəşr  olunan  “Pioner”  indiki  “Günəş”  

jurnalının  baş  redaktoru  olur.  Nəğməkar  şair  kimi  tanınan 

Zeynal  Cabbarzadə  uşaqlar  üçün  250-dən  çox  rəngarəng 

mahnıların    musiqisinə  şeirlər  yazmışdır.  1950-ci  ildə 

Zeynal  Cabbarzadənin  Sülh  şeirinə  ilk  mahnını  böyük 

bəstəkar Qara Qarayev bəstələmişdir.  

                                 Ana yurdun qucağında  

                                 Boy atırıq azad, şən. 

                                 Bəslər bizi

                                 Səslər bizi

                                 Xoş günlərə bu Vətən... 

Bundan  əlavə  Fikrət  Əmirovun  “Quşlar”,  “Qatar”,  “Bahar 

gəlir” mahnılarının sözləri Zeynal Cabbarzadəyə məxsusdur. 

Öz  şeirləri  və  mahnıları  ilə  mədəniyyətimizə,  musiqimizə 




 

xidmət  edən  Zeynal  Cabbarzadə  bir  çox  filmlərimizə 



bəstələnmiş mahnıların sözlərini də  yazmışdır. “Ögey ana”, 

“Koroğlu”,  “Magistral”,  eləcədə “Səndən mənə  yar olmaz” 

operettalarının  musiqilərinə  yazdığı  sözlərlə  şair  ölməzlik 

qazanmışdır. “Ögey ana” filmində “İsmayılın mahnısı” kimi 

tanıdığımız  nəğmənin  xoş  sədalarına  qulaq  asarkən 

gözlərimizin önündə təbiətin gözəl mənzərəsi canlanır. 

                                          Quşlar, quşlar nə gözəl oxuyur

                                          Bəh,bəh, bəh, bəh, 

                                          Nə gözəl qoxuyur

                                          Yaşıl əlvan, sarı gül-çiçəklər. 

                                          Dağların qarlıdır, 

                                          Bağların barlıdır, 

                                          Sevirəm mən səni 

                                          Gözəl kəndimiz. 

 

Filmdə 


yeni 

ailə 


münasibətlərindən,  tərbiyə 

məsələlərində  ögey  ananın  doğmalığından,  onu  ana  kimi 

qəbul 

etmək 


istəməyən 

İsmayılın  kövrək  qəlbini 

məhəbbətlə,  xeyirxahlıqla  necə  ələ  ala  bilməsindən  söhbət 

açılır. Şair 1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 228,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə