Xalqımızın nəğməkar şairi



Yüklə 228,63 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix18.06.2018
ölçüsü228,63 Kb.
#49774
1   2   3   4   5   6   7

19 

 

Görüş  filmi  isə  quruluşçu  rejissor  Tofiq 



Tağızadənin, aktyor Əliağa Ağayevin  aktrisa 

Barat 


Şəkinskayanın, 

aktyor 


Ceyhun 

Mirzəyevin kinoda ilk işləridir. Filmin ssenari 

müəllifi 

Ədhəm 


Qulubəyov, 

Nina 


Mustafayeva,  quruluşçu  rejissoru  Tofiq 

Tağızadə,  quruluşçu  operatoru  Teyyub 

Axundov  və    Cavanşir  Məmmədov,  quruluşçu  rəssamı 

Cəbrayıl  Əzimov,  Elbəy  Rzaquliyev,  bəstəkarı    Tofiq 

Quliyev,  səs  operatoru    İlya  Ozerski,  rejissoru  Əjdər 

İbrahimov, mahnıların mətni isə Zeynal Cabbarzadəninindir.  

 

Məşhur 


“Bizim 

Cəbiş 


müəllim” 

filmindəki 

hadisələr 

isə 


II  Dünya 

müharibəsi  illərində  Bakıda  cərəyan  edir. 

Burada  müharibə  illərində  qələbə  naminə 

hər  cür  maddi  çətinliklərə  dözüb,  ailəsini 

halal  zəhmətlə  dolandırmağa  çalışan, 

vətənin  azadlığını  hər  şeydən  yüksək 

tutan  sadə  adamların  mənəvi  ucalığından  söhbət  açılır. 

Filmin  ssenari  müəllifi  Maqsud  İbrahimbəyov,  quruluşçu 

rejissoru  Həsən  Seyidbəyli,  quruluşçu  operatoru  Arif 

Nərimanbəyov,  bəstəkarı  Emin  Sabitoğludur.  Mahnıların 

mətninin  müəllifi  isə  Zeynal  Cabbarzadə  və  Teymur 

Elçindir. 



 

Vətəpərvərlik  hissinin  formalaşması    insanda  hələ 

gənc  yaşlrından  meydana  gəldiyindən,  oxucular  arasında 

vətənpərvərliyin  təbliği,  vətənə  məhəbbətin  aşılanmasında 

kitabxanamızın üzərinə böyük  vəzifələr düşür. Kitabxanada 

bu  mövzuda  oxucularla  mütəmadi  tədbirlər  keçirilir.  Bu 

tədbirlər  sırasına  bu  il  95  illik  yubileyini  qeyd  etdiyimiz 

vətəninə  bağlı,  sevimli  şairimiz,  nəğmələri  ilə  şöhrət 

qazanmış,  yaradıcılığında  Azərbaycanın,  onun  təbiətinin  

gözəlliklərini  tərənnüm  edən  Zeynal  Cabbarzadədən  bəhs 




20 

 

edən  “Vətəninə  bağlı  sənətkar”  başlığı  altında  keçirilən 



konfransı  da  daxil  edə  bilərik.  Zeynal  Cabbarzadə 

yaradıcılığında  Vətənin  gözəlliyinin  tərənnümü,  vətənə 

məftunluq  çox  olduğundan  uşaqlar  üçün  daha  xeyirlidir. 

Zeynal  Cabbbarzadənin  yaradıcılığını  daha  dərindən 

öyrənmək üçün kitabxanada kitab müzakirəsinin keçirilməsi 

daha  vacibdir.  Bu  baxımdan  da,  Zeynal  Cabbarzadənin 

“AVRASİYA  PRESS”  nəşriyyatında  çapdan  çıxmış 

“Seçilmiş  əsərləri”  kitabının  müzakirəsini  keçirə  bilərik. 

Kitabda yazıçının  “Müxtəlif şeirlər”, “Təbiət”, “Nəğmələr”, 

“Vətən”,  “Müharibə”  başlıqları  ilə  verilmiş  şeir  və 

poemaları toplanmışdır. Kitab  Zeynal Cabbarzadənin 1966 

- cı ildə Azərnəşr tərəfindən nəşr edilmiş “Dostum gəl sözə 

bax!”,  1974-cü  ildə  Azərnəşr  tərəfindən  nəşr  edilmiş 

“Güllər”  kitablarının  təkrar  nəşridir.  Kitabın  ön  sözünün 

müəllifi  isə  Xalq  şairi  Rəsul  Rza  olmuşdur.  Kitabxanada 

məktəblilərlə  “Mənə  belə  gəlir  ki”  şeiri  ətrafında  uşaqlarla 

“Vətən nə deməkdir? ” adlı mövzu müzakirəsi də  keçirmək 

olar.  Vətən  deyəndə  göz  önünə  insanın  doğulub  boya  başa 

çatdığı, suyundan icib, torpağından bəhrələndiyi yerlər gəlir. 

Vətən haqqında çoxlu şeirlər yazılıb. Zeynal Cabbarzadənin 

İçərişəhərdən  bəhs  edən  “İçərişəhər”  şeiri  təkcə  onun 

doğulduğu “İçərişəhər” in divarlarının, mənzərəsinin təsviri 

ilə  bitmir.  Burada  Cənublu,  Qərbli  Azərbaycan  torpağının 

mənzərəsi  canlanır.  Zeynal  Cabbarzadə  üçün  Vətən 

bölünməzdir.  O,  daima  Naxçıvanın,  Savalanın  qarlı 

dağlarının Xəzərin rahatsız sularının narahatçılığını çəkir.  

Söhbətin  daha  maraqlı  olması  üçün  uşaqlarla  müzakirəni 

aşağdakı suallarla başlaya bilərik. 

 

 

 



 

 



21 

 

1.



 

Vətən sizin üçün nədir? 

       _________________________________ 

 

 



2.

 

Vətəni niyə sevməliyik? 



       __________________________________ 

 

3.



 

Vətən 


haqqında    hansı  şairlərin  şeirlərini 

oxumusunuz?  

 ______________________________ 

 

4.



 

Zeynal Cabbarzadə kimdir? 

 ______________________________ 

 

5.



 

Mənə belə gəlir ki, 

Bütün dünya mənimdir. 

Hər eli, hər ölkəsi 

Öz doğma məskənimdir. 

Amma, ellər içində 

Bir ovuc torpağım var. 

Bir ovuc torpağımda 

Min cürə növrağım var. 

Dövlətim, bayrağım var. 

Səadətim, ağ günüm, 

Hissim, həyəcanımdır, 

Öz Azərbaycanımdır! 

Zeynal  Cabbarzadənin  “  Mənə  belə  gəlir  ki...”  şeirindən 

olan bu parçada şair Azərbaycanı necə tərənnüm edir? 

  ________________________________ 

 

6.

 



Mənə belə gəlir ki, 

      Mənim üçün yaranmış 

      Bütün dillər, lisanlar 

      Hamısı gözəl, şirin 




22 

 

      Hamısı qədim dərin... 



      Amma dillər içində 

      Biri mənim öz dilim. 

      Şöhrətimdir, şanımdır. 

      Onun yurdu məskəni 

      Öz Azərbaycanımdır! 

misraları ilə  şair doğma ana dilini necə qiymətləndirir? 

 

7.

 



Zeynal Cabbarzadənin vətən mövzusundan bəhs edən  

daha hansı şeirlərini öxumusunuz? 

_________________________________ 

 

8.



 

Şairin sözlərinə yazılmış hansı mahnıları eşitmisiniz? 

_________________________________ 

 

9.



 

“Uşaqlara” poemasında məktəbli uşaq öz müəlliminə 

qarşı etdiyi hansı hərəkətlərinə görə utanırdı? 

            

___________________________________ 

 

10.



 

Bu  poemada  kiçik  qəhrəmanın  hərəkətini  necə 

qiymətləndirirsiniz? 

            

 __________________________________ 

 

 



  

Kitabın  “Vətən  ”  başlıqlı  bölməsindəki  şeirlərində  şairin 

Vətənə,  Azərbaycan  torpağının  dağlarına,  düzlərinə, 

çaylarına  necə  qırılmaz  tellərlə  bağlı  olduğu  əks  olunur. 

Onun  fikrincə  Vətən  bölünməzdir:  Cənub  qərbində 

Naxçıvan  torpağı,  Şərqdə  Xəzərin  suları,  Şimalında  qarlı 

Qafqaz dağları, Cənubunda Savalanın qarlı dağları – hamısı 

Azərbaycandır. 

                                  Azərbaycan elimdir

                                  Bakı yuvam məskənim. 

                                  Gilavarı, xəzrisi 



Yüklə 228,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə