Xalqımızın nəğməkar şairi



Yüklə 228,63 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix18.06.2018
ölçüsü228,63 Kb.
#49774
1   2   3   4   5   6   7

23 

 

                                  Nəğməm, səsimdir mənim... 



                                   Mənə vüqar gətirir 

                                   O başı qarlı dağlar 

                                   Ürəyimdə Şuşanın  

                                   Buz havası hər an var. 

Onun 

fikrincə 



Vətən 

məhəbbəti, 

xalq 

məhəbbəti 



müqəddəsdir. Şair hər an Azərbaycanın hansı yerində olursa 

olsun  oturub  Qarabağın  musiqi  beşiyi  sayılan  Şuşanı 

xatırlayır.                                    

Müəllif  kitabda  müharibə  haqqında  yazdığı  “Min  beş  yüz 

əlli” , “Xatirat”, “Onun qızı”, “Dostum”, “Sevir, sevməyir”, 

“Bahar  gəlib”,  “Ay  doğanda  gələrdi”,  şeirləri  ilə  öz 

qarşısında müharibənin gedişinin, ayrı-ayrı döyüşlərin geniş, 

əhatəli  təsvirini  vermək  məqsədi  qoymamışdır.  Hər  bir 

şeirdə  müəllif  özünün  cəbhə  xatirələrini  yada  salır.  Vaxtilə 

işlətdiyi  silahına  qələbə  çaldıqları  üçün  öz  minnətdarlığını 

bildirir.  Müharibə  onun  səhhətində  nə  qədər  acı  izlər 

buraxsa  da  o  cəbhə  xatirələrini,  cəbhə  yoldaşlarını  böyük 

məmnuniyyətlə xatırlayır. Oxucunu cəbhə həyatına daha da 

həvəsləndirir. 

Kiçik  yaşlı  uşaqlar  üçün  olan  bölmədə  “Ceyran  qızıma”, 

“Oğluma”,  “Əli  gülsün”  “Uşaqlara”  və  s.  şeirləri 

verilmişdir. Bu şeirləri uşaqlara təqdim etməklə şair ədəbin, 

mərifətin, ağsaqqala hörmətin  insana necə yaraşıq verdiyini 

göstərir. 

                 Qoy bilsin o kiçik, o ədəbli qız, 

                 Qoy bilsin bu sirri bütün uşaqlar. 

                 Zeynal əmiləri bu şeiri yalnız,  

                 Gözəl uşaqlara yazmış yadigar.       

Xalqımızın gözəl, nəğməkar şairi, uzun illər Sovetlər 

birliyində nəşr olunan “Pioner”, sonrakı “Günəş” jurnalının 

redaktoru Zeynal Cabbbarzadənin bu il anadan olmasının 95 

ili tamam olur.  Zeynal Cabbarzadə uşaqlar üçün 250-dən 

çox gözəl və rəngarəng mahnılar üçün şeirlər yazmışdır. 




24 

 

Hələ 1950-ci illərdə zəmanəsinin böyük bəstəkarı Qara 



Qarayev onun sözlərinə özünün ilk uşaq mahnısı olan “ Sülh 

” haqqında mahnısını bəstələmişdir. Bu mahnı illərlə Üzeyir 

Hacıbəyov adına musiqi Konservatoriyasında tələbələrin 

dərsliklərini, məktəblərimizdə musiqi dərslərini, mədəniyyət 

müəssisələrində keçirilən tədbirləri məktəblilərin ifası ilə 

bəzəmişdir. Bundan əlavə Zeynal Cabbarzadənin sözlərinə 

Fikrət Əmirovun “Quşlar”, “Qatar”, “Quzuyam”, “Bahar 

gəlir”,  Tofiq Quliyevin  “Ögey ana” filminə yazdığı “ 

İsmayılın mahnısı ”xalqımız tərəfindən  hələ də sevilərək   

dinlənilir.                                                                                                                           

Tapmacalar 

əsasən  müəllifsiz  olub,  insanın  zehni 

qabiliyyətini,  ağlının  çevikliyini  yoxlamaq  məqsədilə 

yaradılan  ədəbi  janrdır.  Tapmacada  hər  hansı  bir  əşyanın 

əlaməti  üstüörtülü  şəkildə  verilir  və  ya  başqa  bir  əşyaya 

bənzədilir,  onun  tapılması  qarşı  tərəfdən  tələb  olunur. 

Məlumdur  ki,  uşaq  ədəbiyyatında  yer  alan  tapmacaların 

köməyi  ilə  uşaqlarda  müəyyən  əşya  və  hadisə  haqqında 

mühakimə  yürütmək  vərdişi,  uğurlu  nəticə  çıxartmaq 

bacarığı,  hazırcavablıq  tərbiyə  olunur.  Məhz  Zeynal 

Cabbarzadənin  uşaqlar  üçün  yaratdığı  “Tapmacalar”  şeiri 

uşaqlar  üçün  çox  dəyərlidir.  “Tapmacalar”  şeiri  bir  daha 

onun uşaq psixologiyasını, romantik aləmini gözəl bildiyini 

təsdiq  edir.

 

Kitabxanada  müxtəlif    mövzu    üzrə  keçirilən 



söhbətlərdə,  səhərciklərdə  bu  tapmacalardan  istifadə  edə 

bilərik. 

Bu 

da 


uşaqlarda 

düşünmə 


qabiliyyətini 

yaxşılaşdırmaqla  yanaşı  balaca  oxucularımızın  kitabxanaya 

cəlb olunmasına maraq yaradar.             

 

Kitabxanaçı:  Uşaqlar deyin görək heç tapmaca  

                        bilirsinizmi? Sevimli şairimiz Zeynal  

                        Cabbarzadə də sizlər üçün maraqlı olan bu  

                        janra müraciət etmiş, “Tapmacalar” şeirini   

                        yazmışdır. Gəlin birlikdə bu şeiri dinləyək. 




25 

 

 



  

      


 

 

 



                              Təbiət haqqında:                                     

I Oxucu: 

    Çöldə, düzdə qaçaram,                             

 

 



    Hər qapını açaram. 

  

 



    İstəsəm ağacları 

  

                Kökündən qopararam. 



 

                İstədiyim tərəfə 

 

 

    Adam da apararam 



  

 

    Adımı tapın görək 



  

                Söyləyin  nəyəm?..  (Külək) 

 

                          Heyvanlar haqqında: 

 

               Boynum uzundur, 



 

 

   Bədənim gödək. 



 

 

   Gözlərim iri, 



 

              Qulaqlarım şək. 

 

 

  Görübsünüzmü? 



 

 

  Məni bir dəfə? 



 

 

  Tapın adımı  (Zürafə) 



 

 

 



Qaldırdığım yük, 

 

 



Özümdən böyük 

 

 



Yerin altında 

 

 



Yaşayıram mən  (Qarışqa) 

 

Uşaqların  sevimlisi  Zeynal  Cabbarzadənin  “Alagöz”, 

“Sürəyya”, “Badamlı” və s. mahnılarını dəfələrlə eşitmişik.   

Rauf Adıgözəlov - "Neyləsin" mahnısı - musiqisi:Vasif 

Adıgözəlov ; Anatollu Qəniyev - Yel əsər ("Yenilməz 

batalyon" filmindən Teymurun mahnısı) – musiqisi : 

Cahangir Cahangirov ; Rəşid Behbudov - Bakı - musiqisi: 

Tofiq Quliyev ; Akif İslamzadə - Axşam mahnısı – musiqisi 

Tofiq Quliyev ; Şövkət Ələkbərova - Laylay ("Ögey ana" 



26 

 

filmindən) -     musiqi : Tofiq Quliyev ; Şövkət Ələkbərova - 



İlk bahar – musiqi : Tofiq Quliyev ; "Qaya" vokal ansambılı 

- Toy mahnısı – musiqi :Tofiq Quliyev ; Mirzə Babayev - 

Sən mənimsən, mən sənin – musiqi : Tofiq Quliyev ; Şövkət 

Ələkbərova - Çay - musiqi: Emin Sabitoğlu ; Rübabə 

Muradova - İntizar (Canıma qəsd eyləyən) - musiqi: Səid 

Rüstəmov ; Rəşid Behbudov - Sürəyya - musiqi: Səid 

Rüstəmov ;"Çiçəklən, Vətənim" (1964) - musiqi: Xəyyam 

Mirzəzadə və E. Mahmudov Uşaq mahnıları 

"Canbala" qrupu - Bahar gəlir. Musiqi: Fikrət Əmirov; 

 Qatar.  Musiqi:  Fikrət  Əmirov  ;  Quzum.  Musiqi:  Fikrət 

Əmirov                             

Zeynal 


Cabbarzadə 

yaradıcılığını  gələcək  nəsillərə 

çatdırmaq  üçün  şairin  şeirlərindən,  nəğmələrindən, 

tapmacalarından  istifadə  etməklə  uşaqlara    müxtəlif  

tədbirlər  hazırlanması  məqsədə  uyğundur.  İlk  Öncə  şairin 

yaradıcılığı  haqqında  uşaqların  nə  dərəcədə  məlumatlı 

olmasını öyrənmək üçün rəy sorğusu keçirə bilərik. 

 

                               



                                        

Ssenari:

 

Kitabxanada  keçirilən  maraqlı  tədbirlərdən  biri  də  ədəbi-



bədii  gecədir.  Şairin  yubileyi  münasibətilə,  kitabxanada 

“Elimizin  nəğməkar  şairi”  adlı  ədəbi-bədii  gecəni  təşkil 

etmək  olar.  Gecəyə    Zeynal  Cabbarzadə  yaradıcılığı  ilə 

maraqlanan, yaxından tanış olan müəllimlər, oxucular, uşaq 

ədəbiyyatının  nümayəndələri  dəvət  edilir.    Tədbir 

keçiriləcək 

zala 

şairin 


portreti 

vurulur. 

Zeynal 

Cabbarzadənin 



şeirlərindən  müxtəlif  parçalar  zalın 

divarından asılır. Həmçinin tədbir zamanı uşaqların zövqünü 

oxşayan  müxtəlif  dekorasiyalar  bəzəkli  şarlar  və  s.  istifadə 

edə  bilərik.  Zalda  yuxarıda  qeyd  etdiyimiz  şairin 

kitablarından  ibarət,  şair  haqqında  müxtəlif  sitatlardan 

istifadə edilmiş sərgi yerləşdirilir. Bədii gecə şairin sözlərinə 

yazılmış  nəğmələrdən  biri  ilə  ilə  başlayır.    Tədbirin 



27 

 

keçiriləcəyi  səhnədə  şairin  yaradıcılığı  haqqında  slayd 



nümayiş  edilir.  Slaydda  şairin  sözlərinə  yazılmış  mahnılar 

səsləndirilir.  Bu  mahnılardan  Fikrət  Əmirovun  Zeynal 

Cabbarzadənin  sözlərinə  yazdığı  “  Qatar  ”  mahnısı,  Sülh 

nəğməsi, Quşlar , Əziz Vətən və b. istifadə edə bilərik.  

Zeynal  Cabbarzadə  bir çox filmlərə  bəstələnmiş  mahnıların 

sözlərinin  müəllifi  olduğundan,  ayrıca  həmin  filmlərdən 

parçalar  təqdim  etmək  slaydın    nümayişində  daha  maraqlı 

olar. 


I aparıcı:  Əziz qonaqlar bu gün bura  nəğməkar şair kimi  

                  tanınan Zeynal Cabbarzadəni oxucularımıza  

                  xatırlamaq  üçün yığışmışıq. Axı onun bu il 95 

                  illik yubileyi qeyd olunur.  



II aparıcı:Bədii yaradıcılığa hələ erkən yaşlarında başlayan   

                  Zeynal Cabbarzadə yazdığı şeirləri ilə  

                  Azərbaycan uşaq nəğmələrinin gözəl   

                  nümunələrini  yaratmışdır. O, yaradıcılığında   

                  uşaqlar üçün 250-dən çox rəngarəng və gözəl  

                  mahnılar üçün şeirlər yazmışdır. Hələ 1950- ci  

                  ildə böyük bəstəkar Qara Qarayev Zeynal  

                  Cabbarzadənin sözlərinə özünün ilk “Sülh”  

                  haqqında mahnısını bəstələmişdir. 

I aparıcı: Bundan əlavə  nəğmə dərslərində eşitdiyimiz  

                 bir çox mahnılar var ki, o mahnıların sözlərinin  

                 müəllifi Zeynal Cabbarzadədir. Məsələn “  

                 Ögey ana filmindən İsmayılın mahnısı ”, Fikrət  

                 Əmirovun “ Qatar ”, “ Quşlar ”, “ Bahar gəlir ”  

                  və s. 



I aparıcı: Dünyada elə bir bəstəkar, elə bir musiqiçi, elə 

  

     bir şair yoxdur ki, onun ana laylası tək       



                möhtəşəm bir əsəri olsun. Bütün mahnılardan  

                artıq sevdiyimiz şirin bir nəğmədir ana laylası!     

                Səsi ruhumuzu oyadar. Sanki bir rəssam fırçası  

                ilə həyatın rəsmini çəkib ana laylası! Ana laylası 




28 

 

                haqqında yüzlərlə mahnı, şeir, nəğmə var. Klassik   



                xanəndələrimizdən tutmuş müasir ifaçılarımıza   

                qədər hər kəs öz repertuarında ana mövzusuna   

                xüsusi yer verib. Zeynal Cabbarzadənin də 

               ”Laylayı ” ana laylası qədər şirin və təsirlidir.  



                                  ( Səhnədə  mahnı səslənir ) 

 

                           LAYLAY 

 

        Yat gözümün qarası, 

 

        Ciyərimin parası. 



 

        Laylay, ürəyim laylay, 

 

        Arxam, dirəyim laylay! 



 

        Göydə bulud sovuşsun, 

 

        Kirpiklərin qovuşsun, 



 

        Laylay, quzum, a laylay, 

 

        İki gözüm, a laylay! 



 

        Sən nə şirin balasan

 

        Görüm yüz il qalasan. 



 

        Laylay, baharım, laylay. 

 

        Laylay, nübarım, laylay!.. 



II aparıcı:Həqiqətən də ana laylaylarından su içmiş bu   

                    nəğmənin ahəngindəki gözəllik insanın    

                    qəlbinə qəribə rahatlıq gətirir. Avazındakı   

                    şirinlik şairin folklorumuzdan necə   

                    bəhrələndiyini göstərir. 

II aparıcı:Yer kürəsi, öz oxu ətrafında olduğu kimi,  

                  Günəşin də ətrafında müəyyən orbit üzrə  

                  qərbdən şərqə doğru hərəkət edir. Bu da   

                  planetimizdə fəsillərin yaranmasına səbəb olur. 



Səhnəyə  ilin  fəsillərini  tərənnüm  edən  “Çox  sevirəm”  

şeirini  söyləmək  üçün  uşaqlar  gəlir.  Səhnə  təbəti  tərənnüm 

edən  hər  fəslə  uyğun  dekorasiyalarla  bəzədilir.  Uşaqlar 

söylədikləri fəslə uyğun paltarlar geyinirlər.  

 



29 

 

                        Çox sevirəm 

  I oxucu:    Baharı çox sevirəm,   

                    Hər tərəf yaşıllaşır.                 

                    Dağlardan gələn sular 

                    Sel olub, aşıb-daşır. 

                    Qaranquşlar eyvanda  

                    Qurur öz yuvasını. 

                    Çox sevirəm baharın 

                    Sərin, saf havasını 



II oxucu:    Mən yayı çox sevirəm 

                    Göy üzü təmiz olur 

                    Yayda çox sevdiklərim 

                    Çay olur, dəniz olur. 

                    Günəş qızdırır yeri, 

                   Ağaclar gətirir bar. 

                   Yaylaqlarda dincəlir 

                   Yay gələndə adamlar. 

                   Üzümlər şirinləşir, 

                   Əncirlərdən axır bal. 

                   Bağbanlar bol meyvəni 

                  Yığmağa tapmır macal. 

                  Yaşıl xalı sərilir, 

                   Düzənlərə, dağlara. 

                  Yay fəsli ləzzət verir 

                   Balaca uşaqlara 

III oxucu: Payızı çox sevirəm 

                  Havalar gözəl olur 

                  Qızıl rəngli yarpaqlar 

                  Tökülür xəzəl our. 

                   Ağaclardan dərilir 

                  Alma, armud, heyva, nar. 

                  Hərdən dolur boşalır 

                  Göydə uçan buludlar. 

IV oxucu: Mən qışı çox sevirəm 



30 

 

                  Çünki qarı bol olur. 



                  Buz salxıma bənzəyir. 

                  Küçələri bəzəyir. 

                  Buz üstə sürüşürəm. 

                  Qorxutmayır qar məni. 

                  Anama söyləyirəm 

                  Gəzməyə apar məni 



I Aparıcı:   Təkcə şairliklə deyil, publisistika ilə məşğul   

                    olan Zeynal Cabbarzadə, gördüyü ağır     

                    müharibənin nəticəsi olaraq bəlkə də uzun  

                    ömür sürmədi. Az yaşasa da, mükəmməl   

                    yazıb - yaratdı. Müxtəlif mövzularda qələmə  

                    aldığı şeirlər şairin ömrünü uzatdı. Onun               

                    dillərə düşmüş nəğmələri bu gün də sevilə-     

                    sevilə  oxunur. Uşaqlara ünvanlanmış   

                    şeirləri, poemaları  bu gün ədəbiyyatımızın    

                     incilərinə çevrilib.               



 

                                            Son 

 

 

 

 

 

                       

 

 

 

 

 

 


31 

 

                          Ədəbiyyat siyahısı: 

1.

 

Sizin səsiniz. –  B.: Azərnəşr, 1963. – 84 s. 



2.

 

Seçilmiş əsərləri. – B.: AVRASİYA PRESS, 2005. – 



222 s. 

3.

 



Dostum gəl sözə bax. – B.: Azərnəşr, 1956. – 381 s. 

4.

 



Uca dağlar başında. – B.: Gənclik, 1980. – 221 s. 

5.

 



Namazov  Q  //  Azərbaycan  uşaq  ədəbiyyatı.  –  B.: 

2007. – 444 s. 

6.

 

Güllər. – B.: Azərnəşr, 1974. – 224 s. 



7.

 

Xalqımızın  nəğməkar  şairi  //  Savalan.  –  2001.  –  16 



yanvar. 

8.

 



Mahnıdan yoğrulmuş şair ömrü // Savalan. – 1994. – 

6 mart. 


9.

 

Nəğməkar şair // Azərbaycan. – 2010. – 25 dekabr. 



10.

 

Sənin sevimli yazıçın // Pioner. – 1978. – N3 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 


32 

 

Zeynal Cabbarzadənin 95 illik yubileyi münasibəti ilə 



Respublika uşaq kitabxanaları  üçün hazırlanmış 

metodik vəsait 

 

Kompyuter yığımı 



və dizayn:                                                  Nərgiz Məcidova 

 

 

    Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88; 

    E-mail: childlibbaku@yahoo.com 

     


URL:www.clb.az 

 

 

 

          F.Köçərli adına Respublika  

               Uşaq Kitabxanasında 

                   çap olunmuşdur. 

                        Sifariş: 

   Çapa imzalanmışdır:                         

                   Tirajı:100 

                     Pulsuz  



 

 

Yüklə 228,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə