Xalqımızın nəğməkar şairi



Yüklə 228,63 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix18.06.2018
ölçüsü228,63 Kb.
#49774
1   2   3   4   5   6   7

15 

 

      Qoca deyir: - ay oğul,  



      Qoy olsun ömrün uzun! 

      İstəyirəm yalvarım, 

      Qarşısında çöküm diz, 

      Deyim: ey əziz insan

      Günahımdan keçiniz. 

      İtirirəm özümü, 

      Qəhər boğur, qoymayır, 

      Söyləməyə sözümü. 

      İndi dolmuşam yaşa 

      Keçənlərə çatmır əl 

                                                      Yoxdur mənə baş qoşan

      Töhmət edən “ay dəcəl!”       

      Amma yaxşı olardı 

      Kiçilərdim birdə mən, 

      Dönə - dönə opəydim 

      Müəllimin əlindən. 

      Əzabımı bilərdi 

      Göz yaşımdan, ahımdan 

      Bağışlardı o məni, 

      Keçərdi günahımdan. 

      Gəlsə idi əlimdən 

      Kiçilərdim bir də mən, 

      Xoş bir bahar günündə 

      Diz çökərdim bu gözəl 

      Təbiətin önündə, 

      İnsanların önündə, 

      Deyərdim: - günahlarım 

      Olmuş, əgər şübhəsiz, 

      Bağışlayın, məni siz! 

      Bağışlayın məni siz! 

İndi  bütün  günühlarının  bağışlanması  üçün  o,  hər  bir 

fədəkarlığa hazırdır.   




16 

 

Sərgiləri  müxtəlif  başlıqlar  altında  hazırlaya  bilərik. 



Məsələn:  “Zeynal  Cabbarzadə-95”,  “Nəğməkar  şairimiz” 

“Uşaqların  sevimlisi”  “Sənin  sevimli  şairin”,  “Mahnıdan 

yoğrulmuş şair ömrü” və s.    

Təşkil  edilən  sərgidə  şairin  şəkli,  kitabları,  görkəmli 

şəxslərin onun haqqında deyilən sitatları və s. verilir.  

Oxucularımıza Zeynal Cabbarzadənin kitablarını yaxşı 

təbliğ etmək üçün I sərgimiz şairin yaradıcılığını təbliğ 

məqsədi ilə yaradılmış, şairin kitablarından ibarət olan 

sərgidir. Sərginin daha cəlbedici olması üçün şairin şeirləri 

təsvir edilən müxtəlif illustrasiyalar fotoşəkillər də 

yerləşdirə bilərik.  

Kitabxanaçı bu sərgilər qarşısında oxuculara kitablar 

haqında hərtərəfli, ətraflı məlumat verir

İndi isə “ Zeynal Cabbarzadə-95 ” adlı digər sərginin 

nümunəsini veririk. 

1. Başlıq: “ Zeynal Cabbarzadə - 95 ” 

2. Zeynal Cabbarzadənin portreti. 

3. Seçilmiş əsərləri. 

4.Dövrü 

mətbuatda 

çap 

olunmuş 

məqalələrin 

kartotekası. 

5.  Görkəmli  insanların  Zeynal  Cabbarzadə  haqqında 

söylədikləri sitatlar. 

6. Zeynal Cabbarzadənin kitablarının nümayişi. 

 

 

 

 

 

 

 

 

 

 



17 

 

Zeynal Cabbarzadə. Seçilmiş əsərləri. - 2005 



Zeynal Cabbarzadə. Güllər. – B. 1974 

Zeynal Cabbarzadə. Dostum gəl sözə bax. – B.1966 

Zeynal Cabbarzadə. Uca dağlar başında. 

Zeynal Cabbarzadə. Sizin səsiniz. – B.1963 



7.Şeir parçası: 

Mən bu qumların üstə keçirmişəm illəri, 

Ərköyün uşaq kimi yetmişəm boya - başa. 

Qarış-qarış gəzmişəm qayalı sahilləri, 

Sulara heyran-heyran çox etmişəm tamaşa. 

Yadımdadır indi də, daş atıb tor qurduğum 

Havadakı quşlara, sudakı balıqlara; 

Xatirə qalsın deyə çoxlu nişan vurduğum

Sinəsi düyüm – düyüm o sərt qayalıqlara. 

Həmin  sərginin  hazırlanmasında  Zeynal  Cabbarzadə 

haqqında deyilən aşağıdakı sitatlardan da istifadə etmək 

olar.                                  

                                      Sitatlar: 

Bu  gün  Zeynal  Cabbarzadənin  özü  yoxsa  da,  şeirləri, 

poemaları, nağılları, və mahnıları var. Onun mahnıları küçə-

küçə,  şəhər-şəhər  dolanır,  həmişə  radiodan  televiziyadan 

konsert salonlarından səslənir. Zeynal əsrdaşlarının könlünə 

verdiyi  sevincdə,  fərəhdə  yaşayır.  Zeynal  bizim  nəğmə 

yazan şairlər arasında birinci yer tutanlardandır. 

                                                                  



 

Zeynal 


Cabbarzadənin 

şeirləri  ipi  qırılmış  köhnə 

muncuqlara bənzəyir, yumurlanaraq küncə-bucağa qısılıb. 

                                                                                 Xalq şairi Rəsul Rza 

Həyatımın  və  yaradıcılığımın  ən  yaxşı  səhifələri  bizim 

xalqın gözəl və maraqlı şairi Zeynal Cabbarzadə ilə bağlıdır. 

Bütün  yaxşı  mahnılarım  üçün  mən  Zeynala  borcluyam.  O, 

təkcə  şair  deyildi,  sözün  həqiqi  mənasında  həmdə  bəstəkar 

idi. Onunla birlikdə işlədiyim günləri iftixarla xatırlayıram.



 

                                                                

Bəstəkar, Xalq artisti.                            

 

                                                                                       Tofiq Quliyev .  


18 

 

 



 

Zeynal Cabbarzadə uşaq şerinin, uşaq nəğməsinin əsl ustası 

idi.  Nə  yazırdısa  yadda  qalır,  tez  əzbərlənirdi.  Onunla 

birlikdə işlədiyim günləri iftixarla xatırlayıram. 



                                                                  

Nəriman Süleymanov 

 

 

Bilirik  ki,  Zeynal  Cabbarzadə  adətən  nəğməkar  şair  kimi 

tanınmışdır.  Şairin  yaradıcılığının  təbliği  üçün  sərgilərin, 

təşkilində,  slaydların  hazırlanması  zamanı  sözləri  Zeynal 

Cabbarzadəyə 

məxsus 


olan 

filmlərimizə 

yazılmış 

mahnılardan, 

həmin 

filmlər 


haqqında 

maraqlı 


məlumatlardan istifadə edə bilərik . Həmin filmlər bunlardır: 

Səadət yolu ilə (film, 1956) 

Ulduz (film, 1964) 

Əbədi qardaşıq (film, 1965) 

Bakıda küləklər əsir (film, 1974) 

Görüş (film, 1955) 

Bizim Cəbiş müəllim (film, 1969) 

Telefonçu qız (film, 1962) 

Ögey ana (film, 1958) 

Koroğlu (film, 1960)  

 

Hamımızın  sevərək  izlədiyi  Ulduz  filmi 

bəstəkar  Süleyman  Ələsgərovun  eyniadlı 

operettasının 

motivləri 

əsasında 

ekranlaşdırılmışdır.  Filmin  məzmununda  

kəndin  qabaqcıl  ziyalılarının  elmlə  heç  bir 

əlaqəsi  olmayanlara,  vəzifəpərəstlərə  qarşı 

apardıqları  mübarizədən  danışılır.  Film 

üzərində  işləyənlər  əsərin  müəllifi  :  Süleyman  Ələsgərov, 

ssenari  müəllifi  Ağarza  Quliyev,  Hüseyn  Nəcəfov,  Yuli 

Fogelman,  Libretto  :  Sabit  Rəhman  Mahnıların  mətni  

Zeynal Cabbarzadə olmuşdur. 




Yüklə 228,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə