225
Şək.77.
Radiokip üsulu ilə aparılan işlərin nəticələri. 1- gilli qum daşlı
lay; 2- əhəng daşı; 3-keçirici mühit.
Ona görə işçilərin hamısı fərdi qoruyuçu vəsaitlə (rezin əlcək, rezin
çəkmə) təmin olunmalıdır.
2. Qoruyucu vəsaitin yararlı olduğu müntəzəm olaraq
yoxlanılmalıdır, dielektrik əlcəklər, rezin çəkmələr 6 aydan bir
ayaqaltı rezin həsirlər isə 2 ildə 1 dəfə yoxlamadan keçməlidir.
3. Generatorun gövdəsi, cihazların gövdəsi və digər yuksək
gərginlikli qurğular yerlə birləşdirilməlidir. Yerlə birləşdirilmiş
elektrodların müqaviməti 10 Om-dan çox olmamalıdır.
4. İş zamanı batareyadan, akkumulyatordan
istifadə olunan
zaman onları rezin həsirlərin üzərinə qoymaq lazımdır.
5. Qidalandırıcı xətlərin uzaq məsafələrə aparılması zamanı yerlə
birləşmə Yerində işci iki nəfərdən az olmamalıdır, əgər bədbəxt
hadisə
baş versə, biri o birinə lazımi köməyi edə bilsin.
6. Elektrik cərəyanı buraxılmazdan əvvəl operator mütləq
qidalandırıçı xəttin hazır olduğuna əmin olmalıdır, sonra bütün
işciləri xəbərdar etməlidir ki, cərəyan buraxır və cərəyanın qiymətini
deməlidir. Dəstənin işciləri əvvəlcədən təsdiq olunmuş işarəni (səslə,
bayraqla, telefonla və s.) bilməlidirlər.