Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

 
152 
burada 

 

g-  nin  ölçülən  qiymətinin  orta  qiymətdən  kənara 
çıxmasıdır; N-ümumi ölçmələrin sayı, yəni müşahidə məntəqələrində 
ölçmələrin sayı, n isə ölçmə məntəqələrinin sayıdır. 
Yer  səthi  planalma  ilə  yanaşı  qravi  kəşfiyyat  işləri  dağ 
mədənlərində,  gəmilərdə  və  təyyarələrdə  aparılır.  Dənizdə  aparılan 
tədqiqatlarda ən böyük dəqiqlik (0,1-1mQal) dənizin dibində aparılan 
ölçmələrdə  mümkündür,  bunun  üçün  suyun  altında  gəmidən  və  ya 
vertolyotdan  idarə  oluna  bilən  qravimetrlərdən  istifadə  olunur. 
Dərinlik 200 metrə qədərdir. 
Havada aparılan qravimetrik planalma böyük sürətə görə çox 
aşağı  dəqiqliyə  malikdir  (5-10  mQal).    Bu  ölçmələr  qravitasiya 
sahəsini ümumilikdə müzakirə etmək üçün istifadə olunur. 
 
§ 49. Çöl qravimetrik müşahidələrin kameral hesablanması 
Qravimetrik  müşahidələrdən  alınan  nəticələrin  hesablanması 
gündəlik və kameral hissəyə bölünür. Gündəlik hesablamalar planal-
ma  vaxtı  keyfiyyətli  nəticələrin  almasını  təmin  etməlidir.  Bu 
hesablamalar  aşağıdakıları  özündə  birləşdirir:  adi  və  nəzarət  mən-
təqələrində  müşahidələrdən  alınan  qiymətlərin  hesablanması, 
sərbəstdüşmə təcilinin ölçülən qiymətinin hesablanması, dayaq şəbə-
kəsinin  bərabərləşdirilməsi,  normal  sahənin  nəzərə  alınması,  yük-
səkliyə  görə  düzəlişin  aparılması,  aralıq  layların  çazibəsi,  nəhayət 
anomaliyanın hesablanması da buraya daxildir. 
Hesablamalar  mütəmadi  olaraq  çöl  işləri  aparılan  müddətdə 
yerinə yetirilir. Bu hesablamalar iki dəfə aparılır və hər iki hesablama  
tutuşdurulur.  İlkin  materialları  maşınla  hesabladıqda  xəta  buraxma-
maq üçün nəzarət olunur. Çöl işləri dövrü qravitasiya anomaliyasının 
xəritəsi hazırlanır, xəritədə  Buqe düzəlişləri nəzərə alınır. 
Kameral  hesablamalar  çöl  işləri  qurtardıqdan  sonra  aparılır.  Bu 
hesablamalarda  aşağıdakılar  nəzərə  alınmalıdır:  tədqiqat  aparılan 
ərazidə  Yer  səthinin  quruluşunu  nəzərə  alan  düzəliş,  aralıq  layların 
sıxlığının dəqiqləşdirilməsi, məntəqələrarası laylarda müxtəlif sıxlığa 
malik olan süxurlarda qravitasiya anomaliyasının hesablanması, mü-


 
153 
xtəlif  düzəlişlərlə  xəritənin  qurulması  və  nəhayət,  alınan  nəticələri 
geoloji təsvir edilir. 
Ən  axırıncı  düzəliş  cihazın  sıfır  nöqtəsinin  yerdəyişməsinə 
görədir ki, bu da dayaq nöqtəsində ölçmələrlə hesablanır. 
Sərbəst  düşmə  təcilini  hesablanılan  zaman  düzəlişlər  verilir. 
Bunlar aşağıdakılardır: təcilin normal qiymətinə, müşahidə məntəqə-
sinin  dəniz  səviyyəsindən  yüksəkliyinə;  məntəqələrarası  layların 
təsirinə  və  Yer  səthinin  quruluşunun  təsirinə  görə  verilən  düzəlişdr. 
(§ 29 bax).                                           
Sərbəstdüşmə təcilinin anomaliyasının dəqiqliyini qiymətlən-
dirmək üçün orta kvadratik xəta E
a
 aşağıdakı düsturla hesablanır. 
E
a
=
р
с
й
Б
няз
ади
.
.
2
2
2
2
2
0










 
Burada    E
a
  adi  ,  E
dayaq
    uyğun  olaraq  adi  və  dayaq  nöqtələrində 
hesablanılan orta kvadratik xətalardır. 
E
B
, E
0

,
 E
r
 uyğun
 
 olaraq Buqe düzəlişinin, normal sahəyə və relyefə 
görə düzəlişlərin orta kvadratik  xətasıdır. 
Anomal  qiymətlərdən  hesablanmış  nöqtələr  qrafiki  olaraq 
xəritə  şəklində  verilir.  Eyni  qiymətə  malik  nöqtələri  izoxətlərlə 
birləşdirirlər.  İzoxətləri  müəyyən  hüdudda  (intervalda)  aparırlar  ki, 
buna  izoanomalın  en  kəsiyi  deyilir.  İzoanamalıi  en  kəsiyi 
planalmanın miqyasından asılı olaraq seçilir. (§36 bax).  
Hesablama maşınlarını tətbiq etməklə hesablamalara sərf olunan 
vaxta qənaət olunur, dəqiqlik artır, ona sərf olunan xərclər azalır. 
Sıxlığı  təyin  etmək  üçün  kəsilişdə  süxurların  açıq  yerlərindən 
nümunələr götürülür. Bu nümunələr 150—200 q çəkisində olmalıdır. 
Hər  müxtəlif  növ  süxur  üçün  bu  nümunənin  hər  birindən  50—100 
nümunə  düzəldilir.  Götürülən  nümünələr  geoloji  kəsilişi  tam  təsvir 
etməlidir.  Çoxlu  nəmliyə  malik  süxurların  sıxlığını  təzə,  nəmliyini 
itirməmiş süxurlarda təyin edirlər. 
Bərk süxurların sıxlığını hidrostatik çəkmə yolu ilə xüsusi olaraq 
düzəldilmiş densitometrlə təyin edirlər. Nümunənin kütləsini havada 
çəkirlər r
1
 və sonra ipdən asıb  suda çəkirlər r
2
  və aşağıdakı düstürla 
sıxlığını hesablayırlar.         
 


 
154 
 
 
 
 
 
 
XIII Fəsil 
QRAVİMETRİK PLANALMANIN GEOLOJİ İZAHI 
Qravimetriyanın  əks  məsələsi  geoloji  hədəfin  təhlili  demək-
dir,  yəni  geoloji  hədəf  üzərində  təyin  olunan  anomaliyaya  görə 
həmin  hədəfi  geoloji  təsvir  etmək,  onun  ərazidə  yayılmasını, 
formasını və geoloji quruluşunu aşkar etməkdən ibarətdir.           
Əks  məsələnin  həlli  həm  mürəkkəb,  həm  də  çox  qiymətlidir,  cünki 
eyni  anomaliya  müxtəlif  geoloji  hədəflər  tərəfindən  yaradıla  bilər. 
Əks məsələni həll etmək üçün rayonun geologiyası ilə yaxından tanış 
olmaq lazımdır və onun xassələri haqda məlumat olmalıdır. Süxurun 
və orada  yerləşən filizin  sıxlığı  məlum olmalıdır və başqa geofiziki 
üsulların  nəticələri  də  buraya  əlavə  olunmalıdır.  Təbiidir  ki,  o 
sahələrdə  qarşılıqlı  əlaqələr  aşkar  etmək  olursa,    onda  ərazinin 
quruluşu  sadədir,  bunlar  haqqında  olan  məlumatlar  etibarlıdır  və 
tamdır. Sonra geoloji quruluşu məlum olmayan ərazini tədqiq etməyə 
başlayırlar.  Burada  qravitasiya  anomaliyasının  köməyilə  bu  və  ya 
digər süxurun paylandığı sahə qeyd olunur, onun yayıldığı istiqamət 
və ölçüləri təyin edilir. Qravi kəşfiyytın yekun materiallarını təhlil et-
mək  üçün  əsas  parametrlər:  İzoanomaliya  və 

g—nin  qrafikası, 
geoloji  kəsiliş  və  xəritə,  öyrənilən  süxurların  fiziki  xassələrinin 
nəticələri  (sıxlıq)  və  bu  ərazidə  aparılmış  başqa  geofiziki  tədqiqat-
ların  nəticələri,  həmin  ərazidə  qazılan  quyu  materialları  və  s 
aşağıdakılardır.  Müxtəlif  üsullarla  alınan  nəticələrin  geoloji  təhlili 
sadəcə müxtəlif informasyaların cəmi  kimi  yox, burada iştirak edən 
üsulların  hansının  daha  məlumatlı  olmasını  aşkar    etməkdir.  Təhlil 
prosesini  üç  əsas  mərhələyə  bölmək  olar:  alınan  nəticələrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə