Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

 
155 
keyfiyyətcə  izahı,  məhəlli  anomaliyanın  ayrılması  və  miqdarca 
təhlili. 
§ 50. Anomaliyanın keyfiyyətcə təhlili 
Anomaliyanın  keyfiyyətcə  təhlili  anomaliya  yaradan  hədəfin  mən-
şəyinin,  məkan  daxilində  vizual  vəziyyətinin  təhlili  və  bu  sahənin   
morfologiyasına  əsasən  geoloji      mənşəyinin  aydınlaşdırılmasından 
ibarətdir. 
Keyfiyyətcə  anomaliyaların  təhlili  bir  qayda  olaraq  oxşarlıq 
(analogiya) üsuluna və   geofiziki  tədqiqatlar əsasında alınan nəticə-
lərin müqayisəli təhlilinə, eyni zamanda geoloji planalmanın və quyu 
materiallarının  müqayisəsinə  əsaslanır.Nəticədə  tədqiq  olunan 
ərazinin  geoloji  quruluş  sxemi  tərtib  edilir.  Buna  görə  hər  şeydən 
qabaq  ardıcıl  olaraq  aşkar  olunan  anomal  zonalar  təsvir  olunur  və 
aşkar  edilən  geoloji  hədəfin  güman  olunan  mənşəyi  göstərilir. 
(Anomaliya  yaradan  hədəfin  forması,  yerləşdiyi  istiqamət,  və 
dərinliyin təxmini ölçüləri). 
Qravimetrik  planalmanın  indiki  dəqiqliyi  (0,05mQal)  geoloji 
hədəfləri bir- birindən ayrılmaq uçün onların sıxlıqları arasında olan 
fərq 0,03-0,05 qsm
3
 –dan  az olmamalıdır. 
Təcrübədən  təsdiq  olunub  ki, 

g  anomaliyasının  forması 
birbaşa  həyəcanlanmamış  geoloji  kütlənin  forması  ilə  əlaqədardır. 
Belə  ki,  izometrik  anomaliyalar  duz  künbəzlərinin,  kimberlit 
boruları,  yuvaya  bənzər  filiz  yataqları,  izometrik  intruziv  kütlələr 
(böyük sıxlığa malik olan hədəflər üzərində) və buna bənzər hədəflər 
üzərində yarana bilər (şəkil 50). 
   
 
 


 
156 
Şəkil.50
.  Dəmir  filizi  hövzəsi  üzərndə  ağırlıq  qüvvəsinin  sarbəst  düşmə 
təcilinin, 

g;  anomal  xəritəsi.1-izoxətlər  (mQal)  milliqallarla;  2-filiz 
kütləsinin sərhədi. 
 
Uzun anomaliya, yəni uzunluğu eninə nisbətən bir neçə dəfə çox olan 
anomaliyalar,  antiklinal  və  sinklinal  qırışıqlarla  əlaqədardır,  laya 
oxşar kütlələr tərəfindən yaradıla bilər (şəkil 51). 
Müxtəlif  sıxlığa  malik  olan  süxurların  birləşdiyi  Yerlərdə 
qravitasiya  anomaliyası  kəskin  dəyişir.  Belə  sahələr  sınıb  qalxmalar 
və sınıb aşağı düşmələr və yaxud da müxtəlif tərkibli böyük struktur-
ların birləşmə zonalarında, byük intruziyaların soxulduğu süxurun 
 
   Şəkil  51.  Dəmir  filizi  hövzəsi  üzərində  ağırlıq  qüvvəsinin  sərbəst 
düşmə  təcilinin 

g-nin  normal  xəritəsi.  1-izoxətlər  (mQal) 
milliQallarla; 2-filiz kütləsinin sərhədi
.  
təmas  (birləşdiyi)  yerlərində  yarana  bilər.  Qravitasiya 
sahəsinin xüsusiyyətinə görə hədəfin təxmini olaraq hansı dərinlikdə 


 
157 
yerləşdiyi  və  hansı  bucaq  altda  yatdığı  haqda  təxmini  olaraq  fikir 
söyləmək olar. 

g əyrisinin qanadları nə qədər kəskin aşağı düşərsə, 
bu hədəf çox dərində yerləşməyibdir (yerin səthində böyük qradientli 
sahə  yaradır).  Əgər  əyrinin  qanadları  simmetrikdirsə,  onda  cism 
(kütlə)  dikinə  durur.  Əgər  qanadlar  simmetrik  deyilsə,  kütlə  (cism) 
meyli yatır. 
 
§ 51. Məhdud anomaliyaların ayrılması 
Yer  kürəsinin  istənilən  nöqtəsində  yaranan  anomal 
qravitasiya sahəsi yalnız anomal kütlələrin təsiri nəticəsində yaranır. 
Lakin  konkret  geoloji  məsələni  həll  etmək  üçün  hər  bir  halda  bu 
ümumi  qravitasiya sahəsinin elə tərkib hissəsini ayırmaq lazımdır ki, 
bu sahə bizi maraqlandıran obyekt tərəfindən yaradılmış olsun, yəni. 
qalan kütlələrin təsiri nəzərə alınmasın. 
Müşahidə olunan anomal sahədə bizi maraqlandıran anomali-
yanın  ayrıması  ona  əsaslanıb  ki,  hər  bir  kütlə  istənilən  nöqtədə 
qravitasiya effekti yaradır, bunun qiyməti təkcə on yaradan kütlənin 
ölçülərindən  yox  eyni  zamanda  bu  kütlələr  arasındakı  məsafənin 
kvadratından və ölçmə məntəqələri arasındakı məsafədən asılıdır. Bu 
nəticə  qravitasiya  sahəsinin  ən  vacib  xassələrindən  biridir:  uzaq 
məsafədə  yerləşən  kütlə  yaxın  məsafədə  yerləşən  kütlədən  fərqli 
olaraq  nəinki  kiçik  amplitudalı  sahə  yaradır,  hətta  kütlənin  miq-
darından  asılı  olaraq ona bərabər, lakin  çox səlisləşdirilmiş (hamar-
lanmış) qeyri müəyyən, aydın olmayan formalı əyri yaradır. 
Həll olunan geoloji məsələnin xarakterindən asılı olaraq hesab etmək 
olar  ki,  sahə  həm  məhəlli,  həm  də  erli  anomaliyaların  sahələrinin 
cəmindən  ibarətdir.  Ançaq  qravitasya  sahəsini  belə  bölmək  şərti 
xaraktər  daşıyır,  cünki  ola  bilsin  geoloji  məsələnin  həllindən  asılı 
olaraq  eyni  bir  anomaliya  bir  halda  məhəlli,    halda  isə  yerli 
anomaliya kimi baxılsın. 
Əgər qravimetrik planalma kiçik miqyaslı geoloji xəritə alma 
üçün aparılırsa, onda qravitasiya sahəsi kökündən elə dəyişdirilir ki, 
nəticədə  böyük  ölçülərə  malik  olan  anomaliyalar  ayrılır,  bu, 
öyrənilən geoloji strukturun ölçüləri ilə müqayisə oluna bilən ölçüdə 


 
158 
olmalıdır.  Belə  anomaliyalar  səlisləşdirilmiş  (hamarlanmış)  formada 
olur, bu kiçik anomaliyaların təsiri yox edildikdən sonra alınır. 
Böyük  miqyaslı  axtarış  işlərində  əsasən  kiçik  ölçülərə  malik 
olan  yerli  anomaliyalar  maraq  kəsb  edir.  Bu  anomaliyaların  səlis 
ayrılmasına  görə  cəm  sahənin  qiymətindən  məhəlli  anomaliyanın 
qiymətini çıxmaq lazımdır. 
Hal-hazırda  çoxlu  üsullar  işlənib  hazırlanıb  ki,  qravitasiya 
sahəsini  kökündən  dəyişdirə  bilir.  Bunlardan  ən  sadəsi  qrafiki 
üsuldur. Bir neçə paralel profil seçib bunların hər biri üçün 

g əyrisi 
qurulur.  Qrafikləri  təhlil  edərək  bu  qrafiklərə  ortaq  qiymətli  xətt 
çəkilir,  yaxuda  elə  xətt  çəkilir  ki,  bunun  qiyməti  profilin  çox 
hissəsindəki  qiymətlərə  müvafiq  olsun,  bu  isə  məhəlli  fonun 
qiymətinə  bərabər  olaçaqdır.  Yerli  anomaliyanın  yaratdığı  ümumi  
sahənin  qiymətindən  məhəlli  fonun  qiymətini  çıxmaqla  nail  olurlar 
(şəkil 52). Qrafiki səlisləşdirmə usulunun sadəliyinə baxmayaraq çox 
effektlidir.  Bu  üsulun  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  bu 
əməliyyatı  hesablama  maşınında  aparmaq  olmur,  yəni  maşın  dilinə 
salmaq hələlik çətindir.  
 
Şəkil 52. 
Məhəlli fonun qrafiki üsulla ayrılması. 
 
Qravitasiya  sahəsini  komponentlərə  bölmək  üçün  çox 
hallarda  orta  qiymətə  gətirmə  üsulundan  istifadə  olunur.  Bu, 
aşağıdakından  ibarətdir.  Tədqiq  olunan  ərazini  bərabər  sahələrə 
ayırırlar  (dairə,  düzbucaqlı,  kvadrat).  Hər  bir  sahədə  alınan  anomal 
qiymətlərin  qravitasiya  anomaliyasının  orta  hesabi  qiyməti  təyin 
olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə