Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

 
165 
2.  Orta  keçiriçilikli 

=  10
2
-10
7
  Om.m.  bu,  bir  neçə  silikatlarla 
(serpentin), karbonatlarla (siderit) və çoxlu oksidlərlə (hematit, ilme-
nit,  qonur  daş  kömürü,  tərkibində  duz  olmayan  su  və  başqaları  ilə 
təmsil olunur. 
3.Yaxşı  keçiricilər 

<10  Om.m.  buraya  təbii  mis,  gümüş, 
sulfidlərin çoxu, bir neçə oksidlər (maqnetit, titanomaqnetit), qrafit, 
antrasit kömürü, duzlu sular (lay suları, dəniz suları) daxildir. 
  Demək  olar  ki,  bütün  süxur  əmələ  gətirən  minerallar  gips,  filiz 
mineralları  isə  yaxşı  elektrik  keçiriciliyinə  malikdir.  Yaxşı  keçirici 
minerallar  süxurda  adətən  az  olur.  Əgər  keçirici  minerallar  süxurun 
tərkibində  düzülərək  bir-biri  ilə  əlaqəli  sementlənibsə,  yaxud  da 
damar  şəklində  düzülibsə  və  süxuru  dəlib  keçirsə,  onda  süxur 
elektrik  çərəyanını  yaxşı  keçirəcək  (müqavimət  azdır).  Əgər  filiz 
mineralları  süxurun  tərkibində  bir-birindən  sementlə  və  başqa  pis 
keçirici  minerallarla əhatə olunubsa, bunlar arasında birləşdirici bir 
əlaqə  yoxdursa,  cərəyan  keçməyə  yol  yoxdursa,  onda  süxurun 
müqaviməti çox olur. 
Süxurun  tərkibində  mineral  və  boşluqlar  xaotik  olaraq 
yerləşiblərsə,  süxurun  xüsusi  müqaviməti  istənilən  istiqamətdə  eyni 
olaçaq,  belə  süxurlara  izotrop  süxurlar  deyilir,  cünki  belə  süxurlar 
elektrik  cərəyanını  bütün  istiqamətlərdə  eyni  cür  keçirirlər  (şəkil  54 
a).  Süxurun  tərkibində  boşluqlar  və  minerallar  uzununa  yerləşirsə, 
belə  süxurlara  anizotron  süxurlar  deyilir,  Belə  süxurdan  cərəyan 
buraxdıqda müxtəlif isti qamətlərdə keçiriçilik müxtəlif olaçaq (şəkil 
54  b),  yəni  müxtəlif  istiqamətlərdə  süxurun  xususi  müqaviməti 
müxtəlif  
 


 
166 
 
Şək. 54.
 
Xususi elektrik müqavimətinin süxurun teksturasından 
asılılığı.   Süxurlar  a. bircinsli; v. qeyri-bircinsli. 
 
olaçaq.  Xususi  müqaviməti-

1
  süxurların  laylanma  istiqamətindəki 
qiymətinə; uzununa müqavimət təbəqələşməyə perpendikulyar istiqa-
mətə,

n
-ə  isə  eninə  müqavimət  dnyilir.  Uzununa  müqavimət, 


həmişə eninə müqavimətdən kiçikdir 

l
, < 

n. 
Anizatroniyanı miqdar 
etibarı ilə təsvir edən kəmiyyətə mikroanizatropiya əmsalı deyilir bu 


=
l
н


  kimi  ifadə  olunur.  Bu 


 
əmsal  izotrop süxurlar üçün  1-
dən 2-yə kimi, anizatrop süxurlar üçün isə 2-dən çox olur. 
İçərisində boşluqları çox olan süxurlar o vaxt böyük keçiriciliyə 
malik  olurlar  ki,  həmin  boşluqlar  yaxşı  keçiricilikli  elektrolitlərlə 
kifayət  qədər  dolmuş  olsun.  Elektrolitlər  müqavimətlərinə  görə  bir-
birindən tərkibində həll olunan duzların miqdarına (zənginliyinə) və 
temperaturuna görə fərqlənirlər. Süxurun boşluqlarına dolan mineral 
suların tərkibində duzların miqdarı nə qədər çox olsa, süxurun xüsusi 
müqaviməti  bir  qədər  az  olur.  Böyük  keçiricilikli  mineral  sulara 
yeraltı  sular,  dənizlərin  suları  aiddir.  Yağış,  göl  və  çay  sularında 
mineral  duzlar  az  olur  və  böyük  xususi  müqavimətə  malikdirlər. 
Müqavimət  temperaturdan  asılıdır:  temperatur  artdıqca  müqvimət 
azalır,  azaldıqca  müqavimət  artır.  Donmuş  maye  və  süxurlar  böyük 
xüsusi  müqavimətə  malikdir.  Süxurlarda  olan  məsamələr  neft  və 
başqa pis keçirici mayelərlə və qazla dolduqda süxurun xususi müqa-
viməti artır. Əsas süxurlar çökmə, püskürmə və metamorfik süxurlar 


 
167 
daxilində müxtəlif boşluqlara malikdir. Bu səbəbdən həmin süxurlar 
müxtəlif  müqavimətli  olacaqdır.Çökmə  süxurlar  kiçik  müqavimətli 
olur  (10
-1
-  10
6
  Om.m.  Ən  az  müqavimətə  ən  çox  boşluğu  olan  və 
böyük  nəmliyə  malik  olan    süxurlar  malikdir:  gilli  qum  daşları, 
alevrolitlər  (10
-1
–10
2
  Om.m).  Quru  qumlar  və  az  məsaməli  çökmə 
süxurlar-kips, daş duz, anhidrid (10
4
-10
6
  Om.m) böyük müqavimətə 
malikdir. 
Püskürmə  süxurları  kiçik  məsaməliyə  malikdir,  ona  görə  də 
böyük  xüsusi  müqavimətlidir(10
2
–10
5
Om.m).  Bəzən  bu  süxurlarda 
müqavimət süxurun çatlığı və bu çatların mineral sularla dolması və 
yaxşı keçirici mineralın (qranitlər 

= 10
2
- 10
5
 Om.m  dioritlər  10
4
-  
10
5
  Om.-m  ,  qabro  10
2
-  10
5
  Om.m  )  olması  hesabına  böyük 
keçiricilikli və yaxud kiçik xususi müqavimətli olurlar. 
Metamorfik  süxurlar  çökmə  və  puskürmə  süxurları  arasında 
müqavimətinə  görə  aralıq  vəziyyətdədir.  Metamorfikləşmə  dərəcəsi 
artdıqca  müqavimət  də  artır,  yəni  həm  məsaməlilik,  həm  də  nəmlik 
azalır. 
Filizlərin  xususi  müqaviməti  filizin  tərkibindəki  yaxşı  keçirici 
mineralın  faizindən,  quruluşu  və  xarici  əlamətlərindən,  pis  keçirici 
minerallarla  qarşılıqlı  müvazinətindən  asılıdır.  Böyük  keçiriciliyə 
kolçedan  və  polimetallik  filizlər  malik  olur.  Piskeçirici  filizlərə 
sfalerit,  arsenoqirit,  sulfid  oksidləri  daxildir.  Süxurların  xususi 
elektrik  müqavimətinin  geniş  miqyasda  dəyişməsini  nəzərə  alaraq 
mütləq hər rayonda bunu öyrənmək vacibdir. 
Bundan başqa, süxurların  fiziki xassələri: dielektrik nüfuzluğu 

 
və qütbləşmə meyarı 

 öyrənilir. Dielektrik nüfuzluğu 

 göstərir ki, 
dielektriklərdə  elektrik  sahəsinin  gərginliyi 


  havada  olan  elektrik 
sahəsinin  gərginlyindən  neçə  dəfə  azdır.  Dielektrik  nüfuzluğu 
ölçüsuz  kəmiyyətdir  və  yüksək  tezlikli  elektromaqnit  sahələrində 
ölçmələr  apardıqda  böyük  əhəmiyyət  kəsb  edir.  Sabit  cərəyanla 
işlədikdə 

  -nun qiyməti vahidə yaxın olur. 
Qütbləşmə t süxurun bərk və maye səthlərində gedən fiziki-kim-
yəvi proseslərdən asılıdır. Sabit və yaxud dəyişən cərəyanın təsiri ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə