Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

 
168 
dielektriklərdə  əlavə  gərginlik  yaranır,  yəni  törəmə  elektrik  sahəsi 
yaranır, Buna yaradılmış qütbləşmə (polyarizasiya) deyilir. 
Qütbləşmə bunu yaradan sahənin gərginliyindən yox, elektron və 
ion keçiriçi səthlərin ayrılma sahəsindən asılıdır. 
 
§ 55. Yerdə süni elektrik sahəsinin yaratma üsulları 
Yerdə  süni  elektromaqnit  sahəsini  müxtəlif  üsullarla  yaratmaq  və 
tədqiq etmək olar. 
Elektromaqnit sahəsini yerdə yaratmaq üçün iki üsul mövcuddur: 
1.Qalvanik üsul belə təsvir olunur, iki keçirici metal çubuq yerə  
müəyyən  dərinliyə  qədər  çalınır  və  metal  çubuqlar  sabit  yaxud 
dəyişən  cərəyan  mənbəyinə  birləşdirilir.  Keçirici  metal  polad 
çubuqlardan ibarətdir, uzunluğu 0,7-1,5 m-ə qədər, diametri 2 sm-dir. 
Bunlara  qidalandırıcı  elektrodlar  deyilir:  A  və  B.  Tutaq  ki,  A 
elektrodunu cərəyanın müsbət qütbünə, V elektrodunu mənfi qütbünə 
birləşdirirlər (şəkil 55). 
 
Şək.55.
 
Bircinsli mühidə iki nöqtəvi cərəyan mənbəyinin yaratdığı sahə 
(kəsilişdə). 1. cərəyan xətləri 2. eqvipotensial xətlər. 
 
Fəzanın alt  yarımhissəsinin istənilən nöqtəsində  yaranan sahə  A 
və  B  elektrodlarının  yaratdığı  sahələrin  cəminə  bərabərdir.  Yer 
qabığında  yaranan  elektrik  sahəsinin  yaranma  xüsusiyyəti    kəsilişin 
elektrik  xassələrindən,  qidalaycı  elektrodların  ölçülərindən  və  isti-
fadə olunan cərəyanın tezliyindən asılıdır. 
İnduktiv üsulda sahə mənbəyi yerə birləşdirilməmiş konturlardan 
ibarətdir  ki,  istənilən  generatordan  qidalandırıla  bilər.  Bu  üsulun 


 
169 
üstünlüyü  ondan  ibarətdir  ki,  üsulu  istənilən  şəraitdə,  qayalıq, 
buzlaqlıq  yerlərdə  yerə  elektrodlar  çalmaq  mümkün  olmayan 
yerlərdə,  yəni  Yerin  səthi  böyük  daş  parçaları  ilə  örtülü  olan 
ərazilərdə,  həm  də  böyük  müqavimətli  süxurlarla  təmasda  olan 
ərazilərə  tətbiq  etmək  olar.  Elektrik  sahəsini  yerə  çalınmış  MN 
elektrodlarını  cihaza  birləşdirməklə,  bunlar  arasındakı  potensiallar 
fərqini ölçməklə təyin edilir. O üsullar var ki, dəyişən elektromaqnit 
sahəsindən istifadə olunur, orada sahənin həm maqnit, həm də elek -
trik  sahəsinin  tərkib  hissələri  ölçülür.  Elektrik  sahəsinin  tərkib 
hissəsini  təyin  etmək  üçün  sabit  cərəyanda  olduğu  kimi  MN 
qəbuledici  elektrodlardan  istifadə  olunur.  Maqnit  sahəsinin  tərkib 
hissəsini  təyin  etmək  üçün  çoxsarğılı  induktiv  çərçivədən  istifadə 
olunur. 
Bircinsli  mühitdə  nöqtəvi  yükün  yaratdığı  elektrik  sahəsinin 
xüsusiyyətlərinə  baxaq.  Nöqtəvi  A  və  B  elektrodları  vasitəsi  ilə 
(cərəyan qüvvə xətləri istiqa-mətində A-dan B-yə doğru axır) elektrik 
sahəsi  yaradılır.  AB  elektrodları  arasında  istənilən  nöqtədə  MN 
qəbuledicilərin  köməyi  ilə  bu  nöqtələr  arasında  potensiallar  fərqini 
ölçürlər, MN çubuqları ya misdən ya da latundan hazırlanır. Elektrik 
sahəsinin  hər  bir  nöqtəsi  potnsialla  təsvir    olunur,  bunun  qiyməti 
sahəni  yaradan  cərəyanın  şiddətindən,  mühitin  xüsusi  müqa-
vimətindən  və  qidalayıcı  A  və  B  elektrodlara  qədər  olan  məsafədən 
asılıdır. Yer səthində M nöqtəsində potensial U
m
 olacaq, bu potensial 
A və B elektrodları ilə yaradılır. 
 U
m
= U
mA
+ U
mv     
U
mA
 =

I/2

r
AM    
U
BM
=

I/2

r
BM
 
           
                  U
M
=
)
1
1
(
2
BM
AM
r
r




 
Müxtəlif  potensiallı  nöqtələri  bir  –biri  ilə  birləşdirən  xətt 
ekvipotensial adlanır (şəkil 32 bax).  
Əgər  Yer  səthində    N  nöqtəsini  götürmüş  olsaq,    onda  bu 
məntəqədə potensialın qiyməti 
             
U
N
=
)
1
1
(
2
BN
AN
r
r




- dir 


 
170 
Onda 
Mvə 

məntəqələri 
arasında  potensiallar  fərqi                   
 
 

U=U
M
–U
N
=
)
1
1
1
1
(
2
BN
AN
BM
AM
r
r
r
r






 
                   

)
1
1
1
1
(
2
BN
AN
BM
AM
r
r
r
r
I
U






 
İkinci  vuruğu  K  hərfi  ilə  işarə  edərək  bunu  qurğunun  əmsalı 
adlandıraq. 
                                       



U/I  

U M və N nöqtələri arasında potensiallar fərqidir. I qidalandırıcı 
xətdə  cərəyan  şiddəti, 

  isə  süxurun  xüsusi  müqavimətidir.  Bütün 
elektrik  üsullarında  süxurun  xüsusi  müqaviməti  yuxarıdakı  düsturla 
hesablanılır. Qeyd etmək lazımdır ki, potensialın qiyməti və elektrik 
sahəsinin  gərginliyinin  paylanma  xüsusiyyəti  A  və  B  elektrod-
larından olan məsafəsindən asılı olaraq mürəkkəb xüsusiyyətə malik-
dir, yalnız AB-nin orta hissəsində bu potensial (AB-nin 
3
1
-nə bərabər 
olur)    dəyişməz  qalır.  Buna  görə  də  elektrik  sahəsi  A  və  B  elek-
trodlarının orta hissəsində aparılır, burada potensialın qiyməti  yalnız 
geoloji quruluşdan asılı olur. 
Cərəyanın  Yerin  dərin  qatlarına  keçməsi  kəsilişdə  geoelektrik 
parametrlərin  xüsusiyyətlərindən  və  qidalandırıcı  elektrodların  AB 
ölçülərindən  asılıdır.  AB  elektrodları  arasındakı  ölçü  çox  olduqca 
cərəyanın  Yerin  dərin  qatlarına  daxil  olması  bir  o  qədər  çox  olur. 
Hesablamalar göstərir ki, tədqiqatın dərinliyi 0,5-0,1 AB qədər olur, 
mürəkkəb geoloji kəsilişlərdə bu dərinlik daha az olur.  
Xüsusi müqavimət bircinsli mühiti təsvir edir. Təbiətdə belə mü-
hitə  çox  nadir  hallarda  rast  gəlinir.  Bəzi  elektrik  kəşfiyyatının  əsas 
məqsədi  də  faydalı  qazıntılarla  zəngin  olan  filiz  və  qeyri-filiz 
yataqlarını aşkar etməkdir. Bu yataqlar müxtəlif süxurların içərisində 
yerləşir(qeyri  bircinsli  mühitdə).  Qeyri  –  bircinsli  mühitdə  təyin 
olunan  xüsusi  müqaviməti  süxurun  həqiqi  müqaviməti  kimi  qəbul 
edə bilmərik, çünki bu obyekti əhatə edən mühitin təsiri nəticəsində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə